Татарский переводчик Узбекские песни

Песня «Dəyərlisən, Sən Dəyərmisən»
исполнителя Elnarə Xəlilova.
Скачать или слушать онлайн

Текст песни:

İçimdə ağrılar o ağrıların səbəbi sən
Gözümdə yaşlar o yaşların sahibi sən
Ürəyimdə taxt qurmuşam sənə, bizə
Geri dön nə olar, qıyma saf sevgimizə
Suallar içində cavabsız qalmışam
Sevdim amma sevilmədim, həsrətindən yanmışam
Susdum, dinmədim, gözlədim dönər deyə
Ah, yanılmışam, mən necə aldanmışam
Əgər varsa hisslər, səni qəlbim gözləyər
Sən gəl sevdiyini sevdiyinin üzünə söylə
Yoxsa sənsizlikdə itib, sənsizliyə gedirəm
Yaşayır qəlbim o saf hisslərinlə, sevginlə bil ki
Mənim üçün dəyərlisən, amma dəyərmisən, bilmirəm
Sən gəl sevdiyini sevdiyinin üzünə söylə
Yoxsa sənsizlikdə itib, sənsizliyə gedirəm
Yaşayır qəlbim o saf hisslərinlə, sevginlə bil ki
Mənim üçün dəyərlisən, amma dəyərmisən, bilmirəm

Yoxluğunla gecə-gündüz savaşdım
Talehimlə bacarmadım, barışmadım
Günlər, aylar, illər keçsə də sənsiz fəsillər
Sənsizliyə alışmadım
Desələr ki, gözləmə yar gəlməyəcək
Desələr ki, ayrılıq heç bitmiyəcək
Unudarsanmı məni, yaşananları, o günləri?
Unudarsanmı de gizli xatirələri?
Əgər varsa hisslər, səni qəlbim gözləyər
Sən gəl sevdiyini sevdiyinin üzünə söylə
Yoxsa sənsizlikdə itib, sənsizliyə gedirəm
Yaşayır qəlbim o saf hisslərinlə, sevginlə bil ki
Mənim üçün dəyərlisən, amma dəyərmisən, bilmirəm
Sən gəl sevdiyini sevdiyinin üzünə söylə
Yoxsa sənsizlikdə itib, sənsizliyə gedirəm
Yaşayır qəlbim o saf hisslərinlə, sevginlə bil ki
Mənim üçün dəyərlisən, amma dəyərmisən, bilmirəm
Sən gəl sevdiyini sevdiyinin üzünə söylə
Yoxsa sənsizlikdən, sənsizliyə gedirəm
Yaşayır qəlbim o saf hisslərinlə, sevginlə bil ki
Mənim üçün dəyərlisən, amma dəyərmisən

Другие песни исполнителя:

  • Əvvəl yaz, sonra poz Əvvəl ağ, sonra boz Əvvəl qum, sonra toz Bax belə dəyişir istək Əvvəl al, sonra qur Əvvəl öp, sonra vur Əvvəl sus, sonra dur Tərk et buraları tək Elə bil Sən gün görməyən soyuq dağ kimi Mən içdə hönkürürdüm uşaq kimi Üzdə çarəsiz hal, gözlər quru Ağlımda hələ dediyin sözlər durur Ki, bu illər oldu mövcud məcburi Nə yazıq sorağı qulağı gec burur Nəyisə dəyişmir ayrılıq xoşluqla Axı nəticə təklik və boşluqdur Əvvəl depressiya əlacı soyuq "rom" Dərdi soyudub, sonra da soyundum Fikir dolu başım çalışır yatmağa Səhər hələ də dünənki axmağam Sanki çat veribdir divar hördüyüm Bezdirib hər dəfə irəli sürdüyün O təklif hansı "düyünü kəs" deyir Elə bil danışmayıb atırsan dəstəyi Əsən ruzigarın qanadına ruh kimi qonaq Bir dünya quraq, la-la-la-la Sonra hər şeyə od vurub birdən yandıraq İndi ayrılaq, la-la-la-la Həyatımın qəmli nəğməsi Denən, dünən neyləsin, denən, ürək neyləsin? Söylə Bu, həyatımın qəmli nəğməsi Denən, ürək neyləsin, denən, Uran neyləsin? Söylə Söylə ki, verilən qurbanlar hamı puçdur (hamı puçdur) Söylə ki, səbəbkar elə həmin suçlu (həmin suçlu) Söylə ki, sevgi vardı, gəldi və uçdu (Gəldi və uçdu, gəldi və uçdu) Elə-belə, ya belə-elə - qərar var Fikir tar-mar Xəyallar evimə dolubdur zəhrimar Dibinə doğru aparır bu nərdivan Sussam da, oxunur ki, dərdim var Sanki ailə albomunun "outro"su Xatırladır həyatımın "Metro"sun And olsun ki, düşünürəm arada Bəlkə taleyimi yazıram hər mövzuda Obrazlarımdan sevgisini tapan varmı? Bu paranoyya məni uzağa apararmı? Şüur bloklanıb, beyinə qapaq dardır İmkan olsaydı, bu başı qoparardım İndi haradan başlayım, sıfırlanım? Təklik qayıdır yenə fırlanıb Tapır məni, qapımdadır gerçək Tənhalıq küləyi, məndən əl çək Əsən ruzigarın qanadına ruh kimi qonaq Bir dünya quraq, la-la-la-la Sonra hər şeyə od vurub birdən yandıraq İndi ayrılaq, la-la-la-la Həyatımın qəmli nəğməsi Denən, dünən neyləsin, denən, ürək neyləsin? Söylə Bu, həyatımın qəmli nəğməsi Denən, ürək neyləsin, denən, Uran neyləsin? Söylə Söylə ki, verilən qurbanlar hamı puçdur (hamı puçdur) Söylə ki, səbəbkar elə həmin suçlu (həmin suçlu) Söylə ki, sеvgi vardı, gəldi və uçdu (Gəldi və uçdu, gəldi və uçdu) Elə-belə, ya belə-elə - qərar var Qərar var Dağılışaq Mən tək Sənlə uşaq
  • Dönüb yağış olsaydın, yağardın üstümə Dönüb külək olsaydın Dönüb günəş olsaydın, gələrdin evimə Otağımda bir şam olsaydın Olmazdı ümidsiz günlər, həyat nağıl olsaydı Olmazdı uzun gecələr, sevmək asan olsaydı Dəli sərçə olsaydın, qonardın çiynimə Mənim sevdiyim insan olsaydın, uçardın göylərə Qulağımda sırğa olsaydın, nələr söyləyərdin sən mənə? Dodağımda boya olsaydın... Olmazdı ümidsiz günlər, həyat nağıl olsaydı Olmazdı uzun gecələr, sevmək asan olsaydı Son dəfə məni görmək sənə asan olsaydı Olmazdı dayanan ürək, gözlərinə baxsaydım (Gözlərinə baxsaydım) Gözlərinə baxsaydım
  • Yenə hava qaralır Başlamalı əyləncə Hər kəsdən uzaq Bu gün o gündür məncə Bu günü keçirəcəyik harda? Tut əlimi, apar buralardan Amma çox uzaqlara Gecə qara, hər yan zülmətdir Əgər məni axtarsan Mənə həmin ünvan cənnətdir O yerdə ki, sən varsan Gecə qara, hər yan zülmətdir Əgər məni axtarsan Mənə həmin ünvan cənnətdir O yerdə ki, sən varsan Yenə hava qaralır Başlamalı əyləncə Hər kəsdən uzaq Bu gün o gündür məncə Bu günü keçirəcəyik harda? Tut əlimi, apar buralardan Amma çox uzaqlara Gecə qara, hər yan zülmətdir Əgər məni axtarsan Mənə həmin ünvan cənnətdir O yerdə ki, sən varsan Gecə qara, hər yan zülmətdir Əgər məni axtarsan Mənə həmin ünvan cənnətdir O yerdə ki, sən varsan Yığıb şələ-şülə Tutub əl-ələ gedək burdan uzaqlara Yaman düşüb dilə, sən çox fikir vermə Haqqımızda danışılanlara Gedək gülə-gülə hələ belə olmayıb, bura bax (bura bax) Mete və Elnarə oxumayıb beat-ə bax, hit-ə bax (Beat-ə bax, hit-ə bax, hit-ə bax) Mənim üçün buralar bir az elə bil təzədir Ona görə belə düzürəm hecaları Olduğumuz yerin fərqindəyik Bilirəm, burda olmaq istər neçələri Yaydır - dincəlmək üçün hamı dənizdə Boşdur Bakının küçələri (küçələri) Səhərlər dincəlirik, ona görə zəng çatmır Səhnədə keçirib gecələri Gecə qara, hər yan zülmətdir Əgər məni axtarsan Mənə həmin ünvan cənnətdir O yerdə ki, sən varsan Gecə qara, hər yan zülmətdir Əgər məni axtarsan Mənə həmin ünvan cənnətdir O yerdə ki, sən varsan
  • İnsanlar sevgiyə yalan deyər Bizi hicran belə eylər İnsanlar dünyaya fırlan deyər Bizə zaman güman verər Gecələrin sirli səsi mənəm Dinlə məni sözlər gəlir ürəyimdən Gündüzlərin gizli kəsi mənəm Soruş məni sakit Yuxulu şəhərdən Ulduzlara yaxın oldum İstədiyimi tapmadım Dalğalanıb duman oldum Arzularıma çatmadım Aşıb-daşıb dəniz oldum Sarı sahili tapmadım Çiçək oldum, tikan oldum Sevən ürəyə batmadım Gecələrin sirli səsi mənəm Dinlə məni sözlər gəlir ürəyimdən Gündüzlərin gizli kəsi mənəm Soruş məni sakit Yuxulu şəhərdən
  • Mən sənə düşmən Olmuşam peşman Barışaq artıq Darıxıram yaman Yenidən adımı yaz telefona Dost kimi qeyd elə adlar sırasına Göndər bir xəbər, söylə ordayam Tora düşmüşəm, sənsiz dardayam Yaxşı sevgili olmadım bəlkə də İki dost, iki dəli yaşayaq bu şəhərdə Göndər bir xəbər, söylə ordayam Tora düşmüşəm, sənsiz dardayam Yaxşı sevgili olmadım bəlkə də İki dost, iki dəli yaşayaq bu şəhərdə Mən sənə düşmən Olmuşam peşman Barışaq artıq Darıxıram yaman Yenidən adımı yaz telefona Dost kimi qeyd elə adlar sırasına Göndər bir xəbər, söylə ordayam Tora düşmüşəm, sənsiz dardayam Yaxşı sevgili olmadım bəlkə də İki dost, iki dəli yaşayaq bu şəhərdə Göndər bir xəbər, söylə ordayam Tora düşmüşəm, sənsiz dardayam Yaxşı sevgili olmadım bəlkə də İki dost, iki dəli yaşayaq bu şəhərdə