Татарский переводчик Узбекские песни

Песня «Sərhədçilərik»
исполнителя Elnarə Xəlilova.
Скачать или слушать онлайн

Текст песни:

Səngiyib son döyüş
Sərhəddə sükut var
Açılıb göy üzü
Ötüşür durnalar
Durnalar, durnalar
Ay qərib durnalar
Sərhəddən yarıma
Müjdələr apar
Məktublar, məktublar
Natamam məktublar
Güman var ki, yazılar
Ünvana çatar
Məktublar, məktublar
Natamam məktublar
Güman var ki, yazılar
Ünvana çatar
Dənizdə, sahildə
Yerlərdə, göylərdə
Vətənə çəpərik
Sərhədçilərik
Meşədə, səhrada
Dağlarda, dərədə
Vətənə sipərik
Sərhədçilərik

Sərhəd nişanəsi, keşikçi qülləsi
Tikanlı məftillər, həyəcan səsi
Qarşıda döyüş var
Arxada vətəndir
Lazım olsa əgər, canından keçər əsgər
Analar, analar
Pərişan analar
Qismət olsa bu bahar
Oğlunuz qayıdar
Analar, analar
Pərişan analar
Qismət olsa bu bahar
Oğlunuz qayıdar
Dənizdə, sahildə
Yerlərdə, göylərdə
Vətənə çəpərik
Sərhədçilərik
Meşədə, səhrada
Dağlarda, dərədə
Vətənə sipərik
Sərhədçilərik

Məktublar, məktublar
Natamam məktublar
Güman var ki, yazılar
Ünvana çatar
Analar, analar
Pərişan analar
Qismət olsa bu bahar
Oğlunuz qayıdar
Dənizdə, sahildə
Yerlərdə, göylərdə
Vətənə çəpərik
Sərhədçilərik
Meşədə, səhrada
Dağlarda, dərədə
Vətənə sipərik
Sərhədçilərik
Sərhədçilərik
Sərhədçilərik

Другие песни исполнителя:

  • Günlərin bir günü vardı bir qız, bir oğlan Uşaqlıqda birgə oynayan Qız sevirdi oğlanı çox onun qəsrini Çox sevirdi şəhzadəsini Biri var idi, bir yox idi burda əzəldən Nağıllara qəhrəmanlar gəlir təzədən Göydən düşən almalardır nağılın sonu Kim tez çatsa olacaq onun Biri var idi, bir yox idi burda əzəldən Nağıllara qəhrəmanlar gəlir təzədən Göydən düşən almalardır nağılın sonu Kim tez çatsa, olacaq onun Aylar ötdü, illər keçdi böyüdü onlar Bir-birini tez unutdular Böyüyürdü onlarla bir bütün nağıllar Sevgidən də böyük arzular Biri var idi, bir yox idi burda əzəldən Nağıllara qəhrəmanlar gəlir təzədən Göydən düşən almalardır nağılın sonu Kim tez tutsa, olacaq onun Biri var idi, bir yox idi burda əzəldən Nağıllara qəhrəmanlar gəlir təzədən Göydən düşən almalardır nağılın sonu Kim tez tutsa, olacaq onun Aylar ötdü, illər keçdi böyüdü onlar Bir-birini tez unutdular Böyüyürdü onlarla bir bütün arzular Sevgidən də böyük arzular Biri var idi, bir yox idi burda əzəldən Nağıllara qəhrəmanlar gəlir təzədən Göydən düşən almalardır nağılın sonu Kim tez tutsa, olacaq onun Biri var idi, bir yox idi burda əzəldən Nağıllara qəhrəmanlar gəlir təzədən Göydən düşən almalardır nağılın sonu Kim tez tutsa, olacaq onun
  • Dönüşünlə sevindir məni, sənsiz getmir saat əqrəbi İsit üşüyən o busəmi, haralardasan? Hərarətin yandırsın məni, duyum o ilıq nəfəsini İsit üşüyən bu əlimi, haralardasan? Ooooo... Uzun yolun, budur sonu, sən və mən Ooooo... Uzun yolun, budur sonu, sən və mən Ooooo sən və mən ooooo sən və mən ooooo sən və mən Ooooo sən və mən ooooo sən və mən ooooo sən və mən Nəfəsini ver günəş sönsün, ötən günlər geriyə dönsün Gəlişini qoy cahan bilsin, haralardasan? Bax sənsiz keçən bu ömrümə, axır zaman sanki tərsinə Hop ruhuma, həm də cismimə, haralardasan? Ooooo... Uzun yolun budur sonu, sən və mən Ooooo... Uzun yolun, budur sonu, sən və mən Ooooo... Kim bilir bu yolun sonunu Ooooo... Bu nə eşqdir, bu nə dərdir, bu nə yol Ooooo... Uzun yolun, budur sonu, sən və mən Ooooo... Uzun yolun, budur sonu, sən və mən Sən və mən, sən və mən, sən və mən
  • Bəlkə də mən sənin arzuladığın deyiləm Bəlkə xəyallarındakı o kəs deyiləm Məni elə belə gördüyün kimi qəbul et Vücuduma aldanma, sən ruhumu hiss et İçimdəki gözəlliyi gör, sev Ürəyimin döyüntüsün hiss et Məhəbbəti gözlərimdən gör, sev Məni olduğum kimi, olduğum kimi qəbul et Bəlkə də sevgimi sənə göstərə bilmirəm Bəlkə şirin sözlər qurub deyə bilmirəm Məni elə belə susduğum kimi qəbul et Vücuduma toxunma, gəl ruhuma sarıl İçimdəki gözəlliyi gör, sev Ürəyimin döyüntüsün hiss et Məhəbbəti gözlərimdən gör, sev Məni olduğum kimi, olduğum kimi qəbul et İçimdəki gözəlliyi gör, sev Ürəyimin döyüntüsün hiss et Məhəbbəti gözlərimdən gör, sev Məni olduğum kimi, olduğum kimi qəbul et
  • Günəş dan yeriylə savaşır Yağış yeri güllələyir Dörd Azəri əsgər atışır Vurur, düşməni izləyir Dörd mərd oğlan, dörd dost, dörd əsgər Soyuq qandan qurub çəpər Kimsə bizə silah çəkərsə Həmən silahdan da ölər Kimsə bizə silah çəkərsə Həmən silahdan da ölər Yenə düşmən hücuma keçib Güllələrlə nəfəs donub Allah bizi qisasçün seçib Azadlıqçün ana doğub Söz vermişik, dönə bilmərik Qanımız səhvləri silər Kimsə bizə silah çəkərsə Həmən silahdan da ölər Kimsə bizə silah çəkərsə Həmən silahdan da ölər Evdə qalıb ana-atamız Evdə qalıb həyət, baca Dostluğumuz bizim arxamız Düşmən hazırlaşır qaça Ana vətən, ata silahı Qələbə bir azdan gələr Kimsə bizə silah çəkərsə Həmən silahdan da ölər Kimsə bizə silah çəkərsə Həmən silahdan da ölər Dörd mərd oğlan, dörd dost, dörd əsgər Vətənçün yanan dörd ürək Hər an bizim yaddaşa düşər Bizim qəlbdə qala gərək Vətənə təhlükə gələrsə Yenə qalxar bu dörd sipər Kimsə bizə silah çəkərsə Həmən silahdan da ölər Kimsə bizə silah çəkərsə Həmən silahdan da ölər Kimsə bizə silah çəkərsə Həmən silahdan da ölər Kimsə bizə silah çəkərsə Həmən silahdan da ölər Kimsə bizə silah çəkərsə Həmən silahdan da ölər Kimsə bizə silah çəkərsə Həmən silahdan da ölər
  • Kim dözər danışdığın o nağıllara? Dediyin yalanlar gəlmir ağıllara Zaman keçər və insan ağıllanar Amma ürəkdən sevənin gözü bağlanar (Hey, mənə bax) Qarşında yoxdur avam Tənhalıqdan ölən olmayıb Həyat edir davam Səbəbi yox özgüvənin Gəlmərəm mən insafa Sənə məcbur deyiləm Gəlmir səndən Nə suyum, nə də havam Bıçaq dirənir artıq Get-gedə sümüyə Yığırsan məni boğaza Axı de, niyə? Boş deyinməklərinlə Ağ elədin lap Bəyənmirsənsə məni Əvəzimi tap Əvəzimi tap Əvəzimi tap Əvəzimi tap Əvəzimi tap Əvəzimi tap Əvəzimi tap Əvəzimi tap Əvəzimi tap Kim deyir sevgi insanı kölə edir? Hisslərim qarışır, ağlım kömək edir Hər nə desən gözləmə elə edim Sən hələ dayan nələri gör fələk edir (Hey, mənə bax) Qarşında yoxdur avam Tənhalıqdan ölən olmayıb Həyat edir davam Səbəbi yox özgüvənin Gəlmərəm mən insafa Sənə məcbur deyiləm Gəlmir səndən Nə suyum, nə də havam Bıçaq dirənir artıq Get-gedə sümüyə Yığırsan məni boğaza Axı de, niyə? Boş deyinməklərinlə Ağ elədin lap Bəyənmirsənsə məni Əvəzimi tap Əvəzimi tap Əvəzimi tap Əvəzimi tap Əvəzimi tap Əvəzimi tap Əvəzimi tap Əvəzimi tap Əvəzimi tap (Əvəzimi tap)