Татарский переводчик Узбекские песни

Песня «Lətifəmiz»
исполнителя Elnarə Xəlilova.
Скачать или слушать онлайн

Текст песни:

Lətifəmiz, sən hər zaman bizimlə olacaqsan
Sən həmişə qəlbimizdə yaşayacaqsan
Zərif, xoş, incə təbəssümün
Mülayim, sehrli hər sözün
Dünənkitək xatirimizdə qalacaq
Lətifəmiz, yerin o qədər çox görünür ki!
Yüz il də keçsə, yaddaşlarda, bil, qalacaqsan
Ömrünü övladlara verdin, həyatını onlara həsr etdin
Heç zaman heç nəyini əsla əsirgəmədin
Umuram, indi sən ən yaxşı yerdəsən
Sanıram, əslində mavi göylərdəsən
Əminəm, çox rahat, sakit əllərdəsən
Sən həmişə, daim bizimləsən
Sevimli gəlinin sənə həsr edibdir bu əziz mahnını
Əlində olaydı nəyisə dəyişmək sənə görə kaş onu!
Özləməkdir tək çıxış yolu, sevilməyindir bu yolun sonu
Özünü sevdirə bildin, Lətifəmiz
Nəvələrin sənin üçün çox darıxırlar
Yaxınların, doğmaların sənsiz sıxılırlar
Özləməkdir həsrətin sonu, sevilməkdir həyatın yolu
Özünü sevdirə bildin, Lətifəmiz
Umuram, indi sən ən yaxşı yerdəsən
Sanıram, əslində mavi göylərdəsən
Əminəm, çox rahat, sakit əllərdəsən
Sən həmişə, daim bizimləsən
Umuram, indi sən ən yaxşı yerdəsən
Sanıram, əslində mavi göylərdəsən
Əminəm, çox rahat, sakit əllərdəsən
Sən həmişə, daim bizimləsən

Другие песни исполнителя:

  • Sən ellərin, könüllərin nurlu baharısan Sən ellərin, könüllərin nurlu baharısan Eşqi dərin azərilərin sevimli bir diyarısan Cənnətim Qarabağ, zinətim Qarabağ Nəğmələr gülüstanısan, sevgi dastanısan Cənnətim Qarabağ, zinətim Qarabağ Nəğmələr gülüstanısan, sevgi dastanısan Quşlar uçar, güllər açar mavi qucağında Quşlar uçar, güllər açar mavi qucağında Hara baxsan, zövq alacaqsan sənin İsa bulağında Cənnətim Qarabağ, zinətim Qarabağ Nəğmələr gülüstanısan, sevgi dastanısan Cənnətim Qarabağ, zinətim Qarabağ Nəğmələr gülüstanısan, sevgi dastanısan Gözəl Şuşa, bir tamaşa Yay günləri sərin Gözəl Şuşa, bir tamaşa Yay günləri sərin Cıdır düzün, aylı gündüzlü Tarixidir keçmişlərin Cənnətim Qarabağ, zinətim Qarabağ Nəğmələr gülüstanısan, sevgi dastanısan Cənnətim Qarabağ, zinətim Qarabağ Nəğmələr gülüstanısan, sevgi dastanısan Cənnətim Qarabağ, zinətim Qarabağ Nəğmələr gülüstanısan, sevgi dastanısan Cənnətim Qarabağ, zinətim Qarabağ Nəğmələr gülüstanısan, sevgi dastanısan Cənnətim Qarabağ, zinətim Qarabağ Nəğmələr gülüstanısan, sevgi dastanısan Cənnətim Qarabağ, zinətim Qarabağ Nəğmələr gülüstanısan, sevgi dastanısan
  • Vətənin layiqli övladı Sən oldun millətin darda dayağı Ucaltdın göylərə zəfər bayrağın Səninlə fəxr edir Azərbaycan Ucaltdın göylərə zəfər bayrağın Səninlə fəxr edir Azərbaycan Vətəndir müqəddəs andımız Ona qurban olsun canımız Vətəndir müqəddəs andımız Ona qurban olsun canımız Ona qurban olsun canımız Tanıtdı dünyaya vətəni Qovubdur torpaqdan xain düşməni Yenilməz ordunun ali rəhbəri Sizinlə fəxr edir Azərbaycan Yenilməz ordunun ali rəhbəri Sizinlə fəxr edir Azərbaycan Vətəndir müqəddəs andımız Ona qurban olsun canımız Vətəndir müqəddəs andımız Ona qurban olsun canımız Ona qurban olsun canımız Ona qurban olsun canımız
  • İçimdə ağrılar o ağrıların səbəbi sən Gözümdə yaşlar o yaşların sahibi sən Ürəyimdə taxt qurmuşam sənə, bizə Geri dön nə olar, qıyma saf sevgimizə Suallar içində cavabsız qalmışam Sevdim amma sevilmədim, həsrətindən yanmışam Susdum, dinmədim, gözlədim dönər deyə Ah, yanılmışam, mən necə aldanmışam Əgər varsa hisslər, səni qəlbim gözləyər Sən gəl sevdiyini sevdiyinin üzünə söylə Yoxsa sənsizlikdə itib, sənsizliyə gedirəm Yaşayır qəlbim o saf hisslərinlə, sevginlə bil ki Mənim üçün dəyərlisən, amma dəyərmisən, bilmirəm Sən gəl sevdiyini sevdiyinin üzünə söylə Yoxsa sənsizlikdə itib, sənsizliyə gedirəm Yaşayır qəlbim o saf hisslərinlə, sevginlə bil ki Mənim üçün dəyərlisən, amma dəyərmisən, bilmirəm Yoxluğunla gecə-gündüz savaşdım Talehimlə bacarmadım, barışmadım Günlər, aylar, illər keçsə də sənsiz fəsillər Sənsizliyə alışmadım Desələr ki, gözləmə yar gəlməyəcək Desələr ki, ayrılıq heç bitmiyəcək Unudarsanmı məni, yaşananları, o günləri? Unudarsanmı de gizli xatirələri? Əgər varsa hisslər, səni qəlbim gözləyər Sən gəl sevdiyini sevdiyinin üzünə söylə Yoxsa sənsizlikdə itib, sənsizliyə gedirəm Yaşayır qəlbim o saf hisslərinlə, sevginlə bil ki Mənim üçün dəyərlisən, amma dəyərmisən, bilmirəm Sən gəl sevdiyini sevdiyinin üzünə söylə Yoxsa sənsizlikdə itib, sənsizliyə gedirəm Yaşayır qəlbim o saf hisslərinlə, sevginlə bil ki Mənim üçün dəyərlisən, amma dəyərmisən, bilmirəm Sən gəl sevdiyini sevdiyinin üzünə söylə Yoxsa sənsizlikdən, sənsizliyə gedirəm Yaşayır qəlbim o saf hisslərinlə, sevginlə bil ki Mənim üçün dəyərlisən, amma dəyərmisən
  • Ay, dərya kənarında Bir ev tikmişəm Ay, hasarın çəkmişəm Üstün örtmüşəm Ay, bu gələn gözələ Gözüm dikmişəm Bağçada güllər Oxur bülbüllər Belə deyirlər Elə yaz gəlir Bağçada güllər Oxur bülbüllər Belə deyirlər Elə yaz gəlir Ay, əlinə al, çalıb Dindir sazını Ay, mən çəkərəm hər dəm Sənin nazını Ay, şəmsi-qəmər kimi Göstər üzünü Bağçada güllər Oxur bülbüllər Belə deyirlər Elə yaz gəlir Bağçada güllər Oxur bülbüllər Belə deyirlər Elə yaz gəlir Ay, fikri-xəyalındır Könlüm zinəti Ay, şirin sözlərindir Ağzım ləzzəti Ay, sənsən mənim ömrüm Günüm vəhdəti Bağçada güllər Oxur bülbüllər Belə deyirlər Elə yaz gəlir Bağçada güllər Oxur bülbüllər Belə deyirlər Elə yaz gəlir Bağçada güllər Oxur bülbüllər Belə deyirlər Elə yaz gəlir Bağçada güllər Oxur bülbüllər Belə deyirlər Elə yaz gəlir