Татарский переводчик Узбекские песни

Песня «Dəmir Yumruq»
исполнителя Elnarə Xəlilova.
Скачать или слушать онлайн

Текст песни:

Qəhrəman anası, başını dik tut
Oğlun bu vətənin keşiyindədir
Vətən də anamdır, sən də anamsan
Həm onun, həm sənin keşiyindədir
Oğlunun sədası gəlir Şuşadan
Qovub düşmənləri məğrur dayanır
Şuşa məscidinə sancıb bayrağın
O, sənin duanla zəfər qazanıb
Hərbçi, haqq yolun gedən əsgərim
Çıxdığın yol ululardan uludur
Gücün imzasında tarixlər yazan
Dəmir yumruq sərkərdənin qoludur
Sərhədçi, haqq yolun gedən əsgərim
Çıxdığın yol ululardan uludur
Gücün imzasında tarixlər yazan
Dəmir yumruq sərkərdənin qoludur

Sərhədçi atası, gözlərin aydın
Oğlun Zəngəzuru qoruyur bu gün
Artıq yurd həsrəti sona yetişdi
Açıldı 30 il bağlanan düyün
Sərhədçi anası, daha ağlama
Oğlun şəhidlərin qisasın aldı
Rəşadət göstərdi hünərli balan
Düşmən üzərində qələbə çaldı
Sərhədçi, haqq yolun gedən əsgərim
Çıxdığın yol ululardan uludur
Gücün imzasında tarixlər yazan
Dəmir yumruq sərkərdənin qoludur
Sərhədçi, haqq yolun gedən əsgərim
Çıxdığın yol ululardan uludur
Gücün imzasında tarixlər yazan
Dəmir yumruq sərkərdənin qoludur

Sən ey hərbçinin həyat yoldaşı
Gözləri həsrətlə yol çəkən qadın
Qürurlan, igidin xidmətindəsən
Sənə əmanətdir körpə övladın
Qanınla can verdin xarı bülbülə
Sevindi torpağın, sevindi daşın
Qəhrəman şəhidim, nur içində yat
Aldı qisasını döyüş yoldaşın
Hərbçi, haqq yolun gedən əsgərim
Çıxdığın yol ululardan uludur
Gücün imzasında tarixlər yazan
Dəmir yumruq sərkərdənin qoludur
Sərhədçi, haqq yolun gedən əsgərim
Çıxdığın yol ululardan uludur
Gücün imzasında tarixlər yazan
Dəmir yumruq sərkərdənin qoludur

Другие песни исполнителя:

  • Yadına sal o günləri Oduna yanan mən olmuşam Həsrətini çox çəkmişəm Sənsiz darıxan mən olmuşam Bilməm, nə oldu yenə Nə sözüm dəydi sənə Bilmirəm yenə Ah! Darıxıram, darıxıram Darıxıram sənsiz yenə Darıxıram, darıxıram Darıxıram sənsiz yenə Son gedişin bir il olub Günləri sayan mən olmuşam Əkdiyimiz güllər solub Gül təki solan mən olmuşam Bilməm, nə oldu yenə Nə sözüm dəydi sənə Bilmirəm yenə Ah! Darıxıram, darıxıram Darıxıram sənsiz yenə Darıxıram, darıxıram Darıxıram sənsiz yenə Gülüşünü, gəlişini Hey salıram, salıram yada Necə dözüm, ay sevgilim Bu hicrana, mən bu hicrana Neyləyim, neyləyim, bilmirəm Hicrana, möhnətə, dözmürəm Neyləyim, neyləyim, bilmirəm Hicrana, möhnətə, dözmürəm Ah! Darıxıram, darıxıram Darıxıram sənsiz yenə Darıxıram, darıxıram Darıxıram sənsiz yenə Darıxıram, darıxıram Darıxıram sənsiz yenə Ah! Darıxıram, darıxıram Darıxıram sənsiz yenə
  • İşıqları söndürmüsən, söndürmüsən otağında Çıraq ola bilsəydim mən hey yanardım Söndürmüsən tək uzanıb, buztək tənha yatağında İşıq olsan işığına ovunardım Üşüyürəm sənsizlikdən Gecə ulduzlar sönəndə Baxışlarım donub qalıb Sənin bağlı pəncərəndə Pəncərəndə, pəncərəndə sənin bağlı pəncərəndə Baxışlarım həsrətdən iz salıbdır Üzünü də yan tutursan hər dəfə məni görəndə Gözüm gözlərinə həsrət qalıbdır Pəncərəndə, pəncərəndə sənin bağlı pəncərəndə Baxışlarım həsrətdən iz salıbdır Üzünü də yan tutursan hər dəfə məni görəndə Gözüm gözlərinə həsrət qalıbdır İşıqları söndürmüsən, söndürmüsən otağında Çıraq ola bilsəydim mən hey yanardım Söndürmüsən tək uzanıb, buz tək tənha yatağında İşıq olsan istisinə ovunardım Üşüyürəm sənsizlikdən Gecə ulduzlar sönəndə Baxışlarım donub qalıb Sənin bağlı pəncərəndə Pəncərəndə, pəncərəndə sənin bağlı pəncərəndə Baxışlarım həsrətdən iz salıbdır Üzünü də yan tutursan hər dəfə məni görəndə Gözüm gözlərinə həsrət qalıbdır Pəncərəndə, pəncərəndə sənin bağlı pəncərəndə Baxışlarım həsrətdən iz salıbdır Üzünü də yan tutursan hər dəfə məni görəndə Gözüm gözlərinə həsrət qalıbdır
  • Hər gecə səni mən səslədim Yolunu sübhədək gözlədim Eşq odu mən, ay yar, yandırar Rəhm elə, yamandır intizar Eşq odu mən, ay yar, yandırar Rəhm elə, amandır intizar Göz yaşım sel olar ah sənsiz Bülbüləm, neyləyim çəmənsiz? Bəs hanı, hanı, ay yar, o sevda? Gör nələr-nələr var başımda Bəs hanı, hanı, ay yar, o sevda? Gör nələr-nələr var başımda Bir günəş nuru var üzündə Gözlərim hər zaman gözündə Mən səni araram, yar, anaram Gül-çiçək sanaram, sanaram Mən səni araram, yar, anaram Gül-çiçək sanaram, sanaram
  • Söz tapmadıq danışaq Dindi qatar astaca Səni məndən ayırar İndi qatar astaca Qanadımız sevgiydi Heç bilmədik ayrılıq Qovub haqlayar bizi Gəlib çatar astaca Dalulay-lalay-lalay-lalalay-lalay Dalulay-lalay-lalay-dalulay-lulay Dalulay-lalay-lalay-dalalala-da Dalulay-lalay-lalay-dalalay-lalay Burada günəş parlayır Sənsiz istisi yoxdur Burada yağış başlayır Sənsiz kəsdisi yoxdur Sənsiz keçən günlərim Oxşayır bir-birinə Sənsiz keçən günlərin Yaxşısı, pisi yoxdur Dalulay-lalay-lalay-lalalay-lalay Dalulay-lalay-lalay-staduday-daday Staduday-lalay-lalay-dalalala-da Dalalay-lalay-lalay-nananana-na Dalulay-lalay-lalay-dalalay-lalay Staduday-daday-daday-nananana-na Nananay-nanay-nanay-nananana-na Nananay-nanay-nanay-nananay-nanay, o Nananay-nanay-nanay-nananay-nanay, aha Nananay-nanay-nana-nana-nanana-nana
  • İçimdə ağrılar o ağrıların səbəbi sən Gözümdə yaşlar o yaşların sahibi sən Ürəyimdə taxt qurmuşam sənə, bizə Geri dön nə olar, qıyma saf sevgimizə Suallar içində cavabsız qalmışam Sevdim amma sevilmədim, həsrətindən yanmışam Susdum, dinmədim, gözlədim dönər deyə Ah, yanılmışam, mən necə aldanmışam Əgər varsa hisslər, səni qəlbim gözləyər Sən gəl sevdiyini sevdiyinin üzünə söylə Yoxsa sənsizlikdə itib, sənsizliyə gedirəm Yaşayır qəlbim o saf hisslərinlə, sevginlə bil ki Mənim üçün dəyərlisən, amma dəyərmisən, bilmirəm Sən gəl sevdiyini sevdiyinin üzünə söylə Yoxsa sənsizlikdə itib, sənsizliyə gedirəm Yaşayır qəlbim o saf hisslərinlə, sevginlə bil ki Mənim üçün dəyərlisən, amma dəyərmisən, bilmirəm Yoxluğunla gecə-gündüz savaşdım Talehimlə bacarmadım, barışmadım Günlər, aylar, illər keçsə də sənsiz fəsillər Sənsizliyə alışmadım Desələr ki, gözləmə yar gəlməyəcək Desələr ki, ayrılıq heç bitmiyəcək Unudarsanmı məni, yaşananları, o günləri? Unudarsanmı de gizli xatirələri? Əgər varsa hisslər, səni qəlbim gözləyər Sən gəl sevdiyini sevdiyinin üzünə söylə Yoxsa sənsizlikdə itib, sənsizliyə gedirəm Yaşayır qəlbim o saf hisslərinlə, sevginlə bil ki Mənim üçün dəyərlisən, amma dəyərmisən, bilmirəm Sən gəl sevdiyini sevdiyinin üzünə söylə Yoxsa sənsizlikdə itib, sənsizliyə gedirəm Yaşayır qəlbim o saf hisslərinlə, sevginlə bil ki Mənim üçün dəyərlisən, amma dəyərmisən, bilmirəm Sən gəl sevdiyini sevdiyinin üzünə söylə Yoxsa sənsizlikdən, sənsizliyə gedirəm Yaşayır qəlbim o saf hisslərinlə, sevginlə bil ki Mənim üçün dəyərlisən, amma dəyərmisən