Татарский переводчик Узбекские песни

Elnarə Xəlilova.
 Слушать песни исполнителя и скачать онлайн.
Страница 4

Elnarə Xəlilova

  • Mən aşiqəm zirə sən Zəfəransan, zirəsən O günə qurban olum Sən qapıdan girəsən Mən aşiqəm zirə sən Zəfəransan, zirəsən O günə qurban olum Sən qapıdan girəsən Qoy gülüm gəlsin, ay nənə Qoy yarım gəlsin, ay nənə Qapıda duran oğlana Bir rəhmin gəlsin, nənə Qoy gülüm gəlsin, ay nənə Qoy yarım gəlsin, ay nənə Qapıda duran oğlana Bir rəhmin gəlsin, nənə Qarabağın düzü var Düzlərində quzu var İki könül bir olsa Kimin ona sözü var Qarabağın düzü var Düzlərində quzu var İki könül bir olsa Kimin ona sözü var Qoy gülüm gəlsin, ay nənə Gəlsin, gəlsin, ay nənə Qapıda duran oğlana Bir rəhmin gəlsin, nənə Qoy gülüm gəlsin, ay nənə Gəlsin, gəlsin, ay nənə Qapıda duran oğlana Bir rəhmin gəlsin, nənə Qoy gülüm gəlsin, ay nənə Qoy yarım gəlsin, ay nənə Qapıda duran oğlana Bir rəhmin gəlsin, nənə Qoy gülüm gəlsin, ay nənə Qoy yarım gəlsin, ay nənə Qapıda duran oğlana Bir rəhmin gəlsin, nənə
  • Bəlkə bir saatdır, bəlkə daha çox Yoxluğun yol cızır, mən də gedirəm Qoxun var, izin var, amma özün yox Çatmışam keçmişə və ləngiyirəm Ürəyim içimdə əzilən kimi Sinəmin qapısını döyür, açıram Yadıma sən seçən yar düşən kimi Səni də onunla qoyub qaçıram İndi mən sən olum, sən də ki, mən ol Görək kim kimin ürəyin daşıya bilər? Qoy yer göy üzüylə yerin dəyişsin Görək, kim harada yaşaya bilər? Hərdən yadıma salanda səni, xatirələr məni bərk edir Hər şey qüsursuz olanda belə, insan yorulur, tərk edir Hərdən bu sevgi dərd olur bizə, doğma şəhərdə mühacirət Fürsət saydığın hər şey əksimizə, bəlkə də bundadır faciə Yad üzdə cizgini tapmağa nə var, ürəyim yüz yerə bölünsə Bu, bir ucsuz adada qalmaq kimiydi "İkimizi dondurur görürsən" desən Hələ də bu səhvi anlamırsan, bir düzü dörd səhv bağlamırsa Bil, bu oyunda qaydalar yoxdursa belə, sən düzgün oynamırsan İndi mən sən olum, sən də ki, mən ol Görək kim kimin ürəyin daşıya bilər? Qoy yer göy üzüylə yerin dəyişsin Görək kim harda yaşaya bilər? İndi mən sən olum, sən də ki, mən ol Görək kim kimin ürəyin daşıya bilər? Qoy yer göy üzüylə yerin dəyişsin Görək kim harada yaşaya bilər?
  • Uzağı dörd gün çətini "Uzağı siləcəm ağlımdan" deməyimə baxma Keçib dörd il, "saxla zamanı" O zaman özümdən deməyimə baxma Söz deyə bilmədim mən Bu gün özümə axtardım rəsmini Döz deyə bilmədim mən Bu gün ürəyimə yenə səni istədim Nə qədər ki, güc gəldim, aldadıb özümü Nə qədər ki, cəhd etdim, unudub özümü Hələ mən belə bilməzdim, qəlbimin səsinə Bu qədər vaxt sən demə, yummuşam gözümü Nə qədər ki, güc gəldim, aldadıb özümü Nə qədər ki, cəhd etdim, unudub özümü Hələ mən belə bilməzdim, qəlbimin səsinə Bu qədər vaxt sən demə, yummuşam gözümü Ağ kağızda yazıram adını Bu sözü təklikdə deməyimə baxma Ağ kağıztək sil inadını, o zaman ayrı idi inadına baxma Söz deyə bilmədim mən, bu gün özümə axtardım rəsmini Döz deyə bilmədim mən, bu gün ürəyimə yenə səni istədim Aylar keçdi, illər keçdi biz sənlə bu yolu özümüz seçdik Necə keçdi mənsiz bu ad günün? Mən deyəsən bu gün biraz çox içdim Nə qədər ki, güc gəldim, aldadıb özümü Nə qədər ki, cəhd etdim, unudub özümü Hələ mən belə bilməzdim, qəlbimin səsinə Bu qədər vaxt sən demə, yummuşam gözümü Nə qədər ki, güc gəldim, aldadıb özümü Nə qədər ki, cəhd etdim, unudub özümü Hələ mən belə bilməzdim, qəlbimin səsinə Bu qədər vaxt sən demə, yummuşam gözümü
  • Sən Odlar Yurdunun İdmançı övladı Hər yerdə qalib gəl Uca tut bu adı Gör neçə azərkeş gözləri Zirvədə gözləyir sizləri Gör neçə azərkeş gözləri Zirvədə gözləyir sizləri Bu dünyanı qoy dolansın Bayrağımız dalğalansın Qələbəyə gedən yolda Qəlbimizdə məşəl yansın Zəfərlər naminə səslənsin Qoy ucalsın himnimizin sədası Sizinlə birlikdə sevinsin Hər bir eldə Azərbaycan dünyası Dəyanətli, məğlubolmaz El qızları, igidləri Gücünüzə arxayınıq Uğurla qayıdın geri Sabaha boylanır inamı Zəfərlə fəth edir dünyanı Xalqına bəxş edir bayramı Bizim Azərbaycan idmanı Gələcək zəfərlər bizimdir! İlhamlı səhərlər bizimdir! Gələcək zəfərlər bizimdir! İlhamlı səhərlər bizimdir! Sönməyən odlar ocağım Müqəddəs ana torpağım Kaş olsun hər vaxt zirvədə Üç rəngli, milli bayrağım Hər vaxt ucal! Qələbə çal! Azərbaycan!
  • Məni yaşadır məhəbbətim Günəş nurludur səadətim Gecə ulduzlar həmsöhbətim Heç vaxt tükənməz sədaqətim Dünya gözəl duman, çəndə Düşdüm kəməndə Sevdim mən də Ümid dünyam, pənahımsan Xoşbəxt talehim, sabahımsan Sevdim səni Həyat möcüzə, eşq dənizi Hər bir dalğanın qalır izi Tez-tez özünə (Tez-tez tez-tez) çəkir bizi, (Bizi) Ülvi sevginin (Ülvi sevginin) cazibəsi. (cazibəsi) Dünya gözəl duman, çəndə Düşdüm kəməndə Sevdim mən də. (Sevdim) Ümid dünyam, pənahımsan Xoşbəxt talehim, (Talehim) sabahımsan Sevdim səni Dünya gözəl duman, çəndə Düşdüm kəməndə Sevdim mən də. (Sevdim mən də) Ümid dünyam, pənahımsan Xoşbəxt talehim, sabahımsan Sevdim səni
  • Yandım həsrət əlindən Gecələr çox amansız Axı niyə gəlmirsən Ay insafsız, imansız Gəl ərisin həsrət qarı Günəş olum, sən yandır Çoxdan yatmış duyğuları Yuxusundan oyandır Çaxan şimşək ürək ağrım Yağan yağış göz yaşım Bu təklikdən yandı bağrım Xatirələr sirdaşım Çaxan şimşək ürək ağrım Yağan yağış göz yaşım Bu təklikdən yandı bağrım Xatirələr sirdaşım, sirdaşım Əgər dönsən geriyə Sevgi gələr səninlə Həsrət gedər uzağa Ömürüm gülər səninlə Gəl ərisin həsrət qarı Günəş olum, sən yandır Çoxdan yatmış duyğuları Yuxusundan oyandır Çaxan şimşək ürək ağrım Yağan yağış göz yaşım Bu təklikdən yandı bağrım Xatirələr sirdaşım Çaxan şimşək ürək ağrım Yağan yağış göz yaşım Bu təklikdən yandı bağrım Xatirələr sirdaşım, sirdaşım Çaxan şimşək ürək ağrım Yağan yağış göz yaşım Bu təklikdən yandı bağrım Xatirələr sirdaşım Çaxan şimşək ürək ağrım Yağan yağış göz yaşım Bu təklikdən yandı bağrım Xatirələr sirdaşım Xatirələr sirdaşım Xatirələr sirdaşım, sirdaşım
  • Sən ellərin, könüllərin nurlu baharısan Sən ellərin, könüllərin nurlu baharısan Eşqi dərin azərilərin sevimli bir diyarısan Cənnətim Qarabağ, zinətim Qarabağ Nəğmələr gülüstanısan, sevgi dastanısan Cənnətim Qarabağ, zinətim Qarabağ Nəğmələr gülüstanısan, sevgi dastanısan Quşlar uçar, güllər açar mavi qucağında Quşlar uçar, güllər açar mavi qucağında Hara baxsan, zövq alacaqsan sənin İsa bulağında Cənnətim Qarabağ, zinətim Qarabağ Nəğmələr gülüstanısan, sevgi dastanısan Cənnətim Qarabağ, zinətim Qarabağ Nəğmələr gülüstanısan, sevgi dastanısan Gözəl Şuşa, bir tamaşa Yay günləri sərin Gözəl Şuşa, bir tamaşa Yay günləri sərin Cıdır düzün, aylı gündüzlü Tarixidir keçmişlərin Cənnətim Qarabağ, zinətim Qarabağ Nəğmələr gülüstanısan, sevgi dastanısan Cənnətim Qarabağ, zinətim Qarabağ Nəğmələr gülüstanısan, sevgi dastanısan Cənnətim Qarabağ, zinətim Qarabağ Nəğmələr gülüstanısan, sevgi dastanısan Cənnətim Qarabağ, zinətim Qarabağ Nəğmələr gülüstanısan, sevgi dastanısan Cənnətim Qarabağ, zinətim Qarabağ Nəğmələr gülüstanısan, sevgi dastanısan Cənnətim Qarabağ, zinətim Qarabağ Nəğmələr gülüstanısan, sevgi dastanısan
  • Soyuq küçə, soyuq əllər Donuram yenə, donur ürəklər Uzaq səhər, yaxın gözlər Susuram yenə, susur cümlələr Nə mənası var sözlərin? Mənimlə deyil hisslərin Nə mənası var zənglərin? Mənimlə deyil ürəyin Gizlətdim mən sevgimi, qıfılladım onu Açarları dənizə atdım, gəldi sonu Mənası yox artıq, sözlər bitib daha Sanki, susuz balıq, həsrətəm havaya Gizlətdim mən sevgimi, qıfılladım onu Açarları dənizə atdım, gəldi sonu Mənası yox artıq, sözlər bitib daha Sanki, susuz balıq, həsrətəm havaya Soyuq küçə, isti kafe İsidir məni ətirli latte Ürək soyuq, bumbuz əllər Susuram yenə, susur cümlələr Nə mənası var sözlərin? Mənimlə deyil hisslərin Nə mənası var zənglərin? Mənimlə deyil ürəyin Gizlətdim mən sevgimi, qıfılladım onu Açarları dənizə atdım, gəldi sonu Mənası yox artıq, sözlər bitib daha Sanki, susuz balıq, həsrətəm havaya Gizlətdim mən sevgimi, qıfılladım onu Açarları dənizə atdım, gəldi sonu Mənası yox artıq, sözlər bitib daha Sanki, susuz balıq, həsrətəm havaya Gizlətdim mən sevgimi, qıfılladım onu Açarları dənizə atdım, gəldi sonu Mənası yox artıq, sözlər bitib daha Sanki, susuz balıq, həsrətəm havaya
  • İnsanlar sevgiyə yalan deyər Bizi hicran belə eylər İnsanlar dünyaya fırlan deyər Bizə zaman güman verər Gecələrin sirli səsi mənəm Dinlə məni sözlər gəlir ürəyimdən Gündüzlərin gizli kəsi mənəm Soruş məni sakit Yuxulu şəhərdən Ulduzlara yaxın oldum İstədiyimi tapmadım Dalğalanıb duman oldum Arzularıma çatmadım Aşıb-daşıb dəniz oldum Sarı sahili tapmadım Çiçək oldum, tikan oldum Sevən ürəyə batmadım Gecələrin sirli səsi mənəm Dinlə məni sözlər gəlir ürəyimdən Gündüzlərin gizli kəsi mənəm Soruş məni sakit Yuxulu şəhərdən
  • Günəş dan yeriylə savaşır Yağış yeri güllələyir Dörd Azəri əsgər atışır Vurur, düşməni izləyir Dörd mərd oğlan, dörd dost, dörd əsgər Soyuq qandan qurub çəpər Kimsə bizə silah çəkərsə Həmən silahdan da ölər Kimsə bizə silah çəkərsə Həmən silahdan da ölər Yenə düşmən hücuma keçib Güllələrlə nəfəs donub Allah bizi qisasçün seçib Azadlıqçün ana doğub Söz vermişik, dönə bilmərik Qanımız səhvləri silər Kimsə bizə silah çəkərsə Həmən silahdan da ölər Kimsə bizə silah çəkərsə Həmən silahdan da ölər Evdə qalıb ana-atamız Evdə qalıb həyət, baca Dostluğumuz bizim arxamız Düşmən hazırlaşır qaça Ana vətən, ata silahı Qələbə bir azdan gələr Kimsə bizə silah çəkərsə Həmən silahdan da ölər Kimsə bizə silah çəkərsə Həmən silahdan da ölər Dörd mərd oğlan, dörd dost, dörd əsgər Vətənçün yanan dörd ürək Hər an bizim yaddaşa düşər Bizim qəlbdə qala gərək Vətənə təhlükə gələrsə Yenə qalxar bu dörd sipər Kimsə bizə silah çəkərsə Həmən silahdan da ölər Kimsə bizə silah çəkərsə Həmən silahdan da ölər Kimsə bizə silah çəkərsə Həmən silahdan da ölər Kimsə bizə silah çəkərsə Həmən silahdan da ölər Kimsə bizə silah çəkərsə Həmən silahdan da ölər Kimsə bizə silah çəkərsə Həmən silahdan da ölər
  • Rənglənir göy qurşağı Sarı, yaşıl, al-əlvan Eşqlə bəzənir hər yan Eşq ilə boyan Rənglənir göy qurşağı Sarı, yaşıl, al-əlvan Eşqlə bəzənir hər yan Eşq ilə boyan Parla al günəş kimi Çəmən ol, çiçək ol sən Çağlayan dəniz kimi Sevən bir ürək ol sən Parla al günəş kimi Çəmən ol, çiçək ol sən Çağlayan dəniz kimi Sevən bir ürək ol sən Ay dostum, bəsdir, oyan Aşiq ol, eşqə boyan Gəl, dostum, qoşul bizə Eşq ilə boyan Ay dostum, bəsdir, oyan Aşiq ol, eşqə boyan Gəl, dostum, qoşul bizə Eşq ilə boyan Parla al günəş kimi Çəmən ol, çiçək ol sən Çağlayan dəniz kimi Sevən bir ürək ol sən Ay dostum, bəsdir, oyan Aşiq ol, eşqə boyan Gəl, dostum, qoşul bizə Eşq ilə boyan Ay dostum, bəsdir, oyan Aşiq ol, eşqə boyan Gəl, dostum, qoşul bizə Eşq ilə boyan Eşq ilə boyan Sən də eşq ilə boyan
  • Xocalı körpələri heç vaxt böyüməyəcək Onaların arzuları gözlərində gömüldü Sağ qalanlarsa, bəlkə də yaşayacaq Dəhşətin ruhu onlarda qalanacaq Axı nə etmişdilər onlar Doğulmaqmıydı suçları? Eşidildimi harayları Ərşə qalxdıqca fəryadları? Qırıldı analar, uşaqlar Hər kəs şahid ola-ola Məsumluq bir daha məhv oldu Qırıldı analar, uşaqlar Hər kəs şahid ola-ola Və dünya buna bir daha susdu Məsumluq bir daha məhv oldu Və dünya buna bir daha susdu Məsumluq bir daha məhv oldu
  • Sən məni səsləsən, həmən gələrəm Uzaqda olsan da, inan, fərqi yox Nə dərdin, qəmin var, səninlə bölərəm Xoşbəxt olmağını istəyirəm çox Dağları aşaram, düşərəm düzə Bilirəm, möhtacsan bir şirin sözə Tələsib gələrəm, göz yaşın silim Dolubdur xoş sözlə ürəyim, dilim Mən sənin əlindən tuta bilərəm Bir anda yox olar üzündən kədər Ağlasan, ağlaram, gülsən, gülərəm Yanında qalaram ölənə qədər Dağları aşaram, düşərəm düzə Bilirəm, möhtacsan bir şirin sözə Tələsib gələrəm, göz yaşın silim Dolubdur xoş sözlə ürəyim, dilim Dağları aşaram, düşərəm düzə Bilirəm, möhtacsan bir şirin sözə Tələsib gələrəm, göz yaşın silim Dolubdur xoş sözlə ürəyim, dilim
  • Mən sənə bir əmanətəm, əmanəti qoruyarlar Qoru məni gözün kimi Mən sənə bir məhəbbətəm, məhəbbəti yaşadarlar Yaşat məni özün kimi Mən sənə bir əmanətəm, əmanəti qoruyarlar Qoru məni gözün kimi Mən sənə bir məhəbbətəm, məhəbbəti yaşadarlar Yaşat məni özün kimi Mən sənə bir yol yoldaşı, sənsə mənim gedən yolum Mən sənə bir yol yoldaşı, sənsə mənim gedən yolum Apar, apar, apar məni apar məni izin kimi Yaşat, yaşat, yaşat məni yaşat məni özün kimi Apar, apar, apar məni apar məni izin kimi Yaşat, yaşat, yaşat məni yaşat məni özün kimi Mən sənə bir pərvanəyəm, pərvanəyə şam olarlar Şam ol mənə ruzin kimi Mən sənə bir şeriyyətəm, şeriyyəti oxuyarlar Oxu məni sözün kimi Mən sənə bir pərvanəyəm, pərvanəyə şam olarlar Şam ol mənə ruzin kimi Mən sənə bir şeriyyətəm, şeriyyəti oxuyarlar Oxu məni sözün kimi Mən sənə bir yol yoldaşı, sənsə mənim gedən yolum Mən sənə bir yol yoldaşı, sənsə mənim gedən yolum Apar, apar, apar məni apar məni izin kimi Yaşat, yaşat, yaşat məni yaşat məni özün kimi Apar, apar, apar məni apar məni izin kimi Yaşat, yaşat, yaşat məni yaşat məni özün kimi (Apar, apar, apar məni) (Yaşat, yaşat, yaşat məni) (Apar, apar, apar məni) (Yaşat, yaşat, yaşat məni) Apar, apar, apar məni apar məni izin kimi Yaşat, yaşat, yaşat məni yaşat məni özün kimi Apar, apar, apar məni apar məni izin kimi Yaşat, yaşat, yaşat məni yaşat məni özün kimi
  • İçimdə ağrılar o ağrıların səbəbi sən Gözümdə yaşlar o yaşların sahibi sən Ürəyimdə taxt qurmuşam sənə, bizə Geri dön nə olar, qıyma saf sevgimizə Suallar içində cavabsız qalmışam Sevdim amma sevilmədim, həsrətindən yanmışam Susdum, dinmədim, gözlədim dönər deyə Ah, yanılmışam, mən necə aldanmışam Əgər varsa hisslər, səni qəlbim gözləyər Sən gəl sevdiyini sevdiyinin üzünə söylə Yoxsa sənsizlikdə itib, sənsizliyə gedirəm Yaşayır qəlbim o saf hisslərinlə, sevginlə bil ki Mənim üçün dəyərlisən, amma dəyərmisən, bilmirəm Sən gəl sevdiyini sevdiyinin üzünə söylə Yoxsa sənsizlikdə itib, sənsizliyə gedirəm Yaşayır qəlbim o saf hisslərinlə, sevginlə bil ki Mənim üçün dəyərlisən, amma dəyərmisən, bilmirəm Yoxluğunla gecə-gündüz savaşdım Talehimlə bacarmadım, barışmadım Günlər, aylar, illər keçsə də sənsiz fəsillər Sənsizliyə alışmadım Desələr ki, gözləmə yar gəlməyəcək Desələr ki, ayrılıq heç bitmiyəcək Unudarsanmı məni, yaşananları, o günləri? Unudarsanmı de gizli xatirələri? Əgər varsa hisslər, səni qəlbim gözləyər Sən gəl sevdiyini sevdiyinin üzünə söylə Yoxsa sənsizlikdə itib, sənsizliyə gedirəm Yaşayır qəlbim o saf hisslərinlə, sevginlə bil ki Mənim üçün dəyərlisən, amma dəyərmisən, bilmirəm Sən gəl sevdiyini sevdiyinin üzünə söylə Yoxsa sənsizlikdə itib, sənsizliyə gedirəm Yaşayır qəlbim o saf hisslərinlə, sevginlə bil ki Mənim üçün dəyərlisən, amma dəyərmisən, bilmirəm Sən gəl sevdiyini sevdiyinin üzünə söylə Yoxsa sənsizlikdən, sənsizliyə gedirəm Yaşayır qəlbim o saf hisslərinlə, sevginlə bil ki Mənim üçün dəyərlisən, amma dəyərmisən
  • Bu ayrılıq qoymadi ki, üz gülə Qara saçlar yerin verdi ağ telə Xatirələr qəlbi sızladır hələ Səndən sonra sevə bilmir bu ürək Gözləməkdən saralıb gözlərim Qaldı sənə deyiləsi sözlərim Talehimə həkk olunub izlərin Səndən sonra sevə bilmir bu ürək Dincliyini sən ki, mənlə tapardın Nəyim vardı sən özünlə apardın Ürəyimin tellərini qopardın Səndən sonra sevə bilmir bu ürək Sən ki, yoxsan, həyat zülmət görünür Yer də, göy də bu zülmətə bürünür Nə olsun ki, dayanmayıb, döyünür Səndən sonra sevə bilmir bu ürək Sənsizlikdə danışmıram, gülmürəm Kədərimi bir kimsə ilə bölmürəm Bu nə sirdir heç özüm də bilmirəm Səndən sonra sevə bilmir bu ürək Kipriklərim gecə gündüz yaş olur Bahar çağım payız olur, qış olur Sənsizliyim ürəyimə daş olur Səndən sonra sevə bilmir bu ürək Dincliyini sən ki, mənlə tapardın Nəyim vardı sən özünlə apardın Ürəyimin tellərini qopardın Səndən sonra sevə bilmir bu ürək Sən ki, yoxsan, həyat zülmət görünür Yer də, göy də bu zülmətə bürünür Nə olsun ki, dayanmayıb, döyünür Səndən sonra sevə bilmir bu ürək
  • Aşiqəm gözlərinə Vuruldum sözlərinə Aşiqəm gözlərinə Vuruldum sözlərinə Özüm özünə qurban Gözlərim gözlərinə Ədalı yar, nisgilli yar Onu burax bana gəl Olurmu yar İki sevda çəkənlərin cəzası var İki sevda çəkənlərin cəzası var Əzizinəm barama Qara teli darama Əziziməm barama Qara teli darama Sənə qurban olaram Yara vurma yarama Ədalı yar, nisgilli yar Onu burax bana gəl Olurmu yar İki sevda çəkənlərin cəzası var İki sevda çəkənlərin cəzası var Bərəyə bax bərəyə Neçin baxdın dərəyə? Bərəyə bax bərəyə Neçin baxdın dərəyə? Babanın parası yox Səni evləndirməyə Ədalı yar, nisgilli yar Onu burax bana gəl Olurmu yar İki sevda çəkənlərin cəzası var İki sevda çəkənlərin cəzası var İki sevda çəkənlərin cəzası var İki sevda çəkənlərin cəzası var İki sevda çəkənlərin cəzası var İki sevda çəkənlərin cəzası var İki sevda çəkənlərin cəzası var İki sevda çəkənlərin cəzası var
  • Həyat bir filmdir Rəngləri siyah-bəyaz Çalarları fərqlidir Bir az tünd, açıq bir az Göy üzünə nurlu işıq gəlir Yeddi rənglidir, həm də al-əlvan Zər qədrini zərgər bilir Bizim mahnıya sən də gəl boyan Yaşıl çəmənim Sarı günəşim Mavi Xəzərim, çoxdur seçimim (Əlvan rənglərim) Səs salır hər yana mahnımız Sən də gəl oxu, sən də bir oxu Ruh verir hər cana mahnımız Sən də gül oxu, sən də bil oxu Səs salır hər yana mahnımız Sən də gəl oxu, sən də bir oxu Ruh verir hər cana mahnımız Sən də gül oxu, sən də bil oxu Həyat bir filmdir Rəngləri siyah-bəyaz Çalarları fərqlidir Bir az tünd, açıq bir az Göy üzünə nurlu işıq gəlir Yeddi rənglidir, həm də al-əlvan Zər qədrini zərgər bilir Bizim mahnıya sən də gəl boyan Yaşıl çəmənim Sarı günəşim Mavi Xəzərim, çoxdur seçimim (Əlvan rənglərim) Səs salır hər yana mahnımız Sən də gəl oxu, sən də bir oxu Ruh verir hər cana mahnımız Sən də gül oxu, sən də bil oxu Səs salır hər yana mahnımız Sən də gəl oxu, sən də bir oxu Ruh verir hər cana mahnımız Sən də gül oxu, sən də bil oxu Səs salır hər yana mahnımız Sən də gəl oxu, sən də bir oxu Ruh verir hər cana mahnımız Sən də gül oxu, sən də bil oxu Səs salır hər yana mahnımız Sən də gəl oxu, sən də bir oxu Ruh verir hər cana mahnımız Sən də gül oxu, sən də bil oxu
  • Sabahın Sabahın xeyir, mənim son daşım Doğulan gündən mənim yoldaşım Qorxularımdan çıxan sirr daşım Oldu qanıma qəltan Günortan Günortan xeyir, yarılan qaşım Yarımçıq qalan mənim savaşım Canımı alan doğma qardaşım Əridi mənim şamım Axşamın Axşamın xeyir, mənim başdaşım Boyumu ölçən uzun qamışım Apara bilmədiyim daş-qaşım Candan doymayan yaşım Qorxuram! Qorxuram atdığım səhv addımlardan Keçə bilmədiyim imtahanlardan Sol əlimə verilən kitablardan Qarşıdakı sorğu-sualdan Qorxuram! Qorxuram istidən, yanan alovdan Susuzluqdan çatlayan dodaqlardan İçimdə qaynayan duru poladdan Yuxarıda duran paklardan Qorxuram! Bağlı ağız, hərəkətsiz əllərdən Raqibin verdiyi həqiqətlərdən Ölmüş qardaş cəsədini yeməkdən Mən nəkirə nəsə deməkdən
  • Göygöl Göygöl Göygöl Göygöl, Göygöl Göygöl, Göygöl Göygöl, Göygöl Elimin gözəl qızı Göygöl, göygöl Könlümün vurğun gözü Göygöl, Göygöl Elimin gözəl qızı Ay aman, ay aman, nə yamansan! Sənə heyran olmuşam! Ay aman, ay aman, can alansan! Sənə qurban olmuşam! Qaragöz, alagöz, göygöz gözəlim Azərbaycan gözəli! Qaragöz, alagöz, göygöz gözəlim Azərbaycan gözəli! (Göygöl, Göygöl) Göygöl, Göygöl Göygöl, Göygöl Göygöl, Göygöl Dağ başında piyalə Göygöl, Göygöl Sahilin lalə-lalə Göygöl, Göygöl Dağ başında piyalə Ay aman, ay aman, nə yamansan! Sənə heyran olmuşam! Ay aman, ay aman, can alansan! Sənə qurban olmuşam! Qaragöz, alagöz, göygöz gözəlim Azərbaycan gözəli! Qaragöz, alagöz, göygöz gözəlim Gölgöl, Göygöl Göylgöl, Göygöl Göygöl, Göygöl Nə gözəldir dövranın! Göygöl, Göygöl Olmasın qoy hicranın! Göygöl, Göygöl Nə gözəldir dövranın! Ay aman, ay aman, nə yamansan! Sənə heyran olmuşam! Ay aman, ay aman, can alansan! Sənə qurban olmuşam! Qaragöz, alagöz, göygöz gözəlim Azərbaycan gözəli! Qaragöz, alagöz, göygöz gözəlim Azərbaycan gözəli! (Göygöl) (Göygöl) (Göygöl) (Göygöl) (Göygöl)
  • Günü-gündən çiçəklənən gözəl vətənim var mənim Səfası ilə dünyaya ətir saçan İlk baxışdan çox sevilən ən ülvi, sah məhəbbətin Nümunəsidir vətənim Azərbaycan Günü-gündən çiçəklənən gözəl vətənim var mənim Səfası ilə dünyaya ətir saçan İlk baxışdan çox sevilən ən ülvi, sah məhəbbətin Nümunəsidir vətənim Azərbaycan Bu gün uşaqlar bayramı Hər tərəf firavan, çox gözəldir hamı Bu gün sevgi bayramı Gəlsin hər yandan sevinc sorağı Dünyanın saf varlıqları Övladların arzusu açsın çiçək Uşaqlar böyüdükcə xəyalları olsun gerçək Bu gözəl bayram axşamı Hər kəsin arzusu açsın çiçək Uşaqların dünyasına sevinc yağsın ləçək-ləçək Günü-gündən çiçəklənən gözəl vətənim var mənim Səfası ilə dünyaya ətir saçan İlk baxışdan çox sevilən ən ülvi, sah məhəbbətin Nümunəsidir vətənim Azərbaycan Günü-gündən çiçəklənən gözəl vətənim var mənim Səfası ilə dünyaya ətir saçan İlk baxışdan çox sevilən ən ülvi, sah məhəbbətin Nümunəsidir vətənim Azərbaycan Bu gün uşaqlar bayramı Hər tərəf firavan, çox gözəldir hamı Bu gün sevgi bayramı Gəlsin hər yandan sevinc sorağı Dünyanın saf varlıqları Övladların arzusu açsın çiçək Uşaqlar böyüdükcə xəyalları olsun gerçək Bu gözəl bayram axşamı Hər kəsin arzusu açsın çiçək Uşaqların dünyasına sevinc yağsın ləçək-ləçək İlk baxışdan çox sevilən ən ülvi, sah məhəbbətin Nümunəsidir vətənim Azərbaycan Bu gün uşaqlar bayramı Hər tərəf firavan, çox gözəldir hamı Bu gün sevgi bayramı Gəlsin hər yandan sevinc sorağı Dünyanın saf varlıqları Övladların arzusu açsın çiçək Uşaqlar böyüdükcə xəyalları olsun gerçək Bu gözəl bayram axşamı Hər kəsin arzusu açsın çiçək Uşaqların dünyasına sevinc yağsın ləçək-ləçək
  • Vətənin layiqli övladı Sən oldun millətin darda dayağı Ucaltdın göylərə zəfər bayrağın Səninlə fəxr edir Azərbaycan Ucaltdın göylərə zəfər bayrağın Səninlə fəxr edir Azərbaycan Vətəndir müqəddəs andımız Ona qurban olsun canımız Vətəndir müqəddəs andımız Ona qurban olsun canımız Ona qurban olsun canımız Tanıtdı dünyaya vətəni Qovubdur torpaqdan xain düşməni Yenilməz ordunun ali rəhbəri Sizinlə fəxr edir Azərbaycan Yenilməz ordunun ali rəhbəri Sizinlə fəxr edir Azərbaycan Vətəndir müqəddəs andımız Ona qurban olsun canımız Vətəndir müqəddəs andımız Ona qurban olsun canımız Ona qurban olsun canımız Ona qurban olsun canımız
  • Salamladıq bülbülü Açıldı novruzgülü Salamladıq bülbülü Açıldı novruzgülü Bağda qumrular ötdü Nərgiz, bənövşə bitdi Bağda qumrular ötdü Nərgiz, bənövşə bitdi Gəldi bahar bayramı... Gəldi bahar bayramı Şənlik eylədi hamı Lalala, lalalalala, lalalalala Lalalalalala Lalala, lalalalala, lalalalala Lalalalalala Qar əridi, yox oldu Hər yan al əlvan oldu Qar əridi, yox oldu Hər yan al əlvan oldu Nəğmə oxudu quşlar Sevindi şən uşaqlar Nəğmə oxudu quşlar Sevindi şən uşaqlar Gəldi bahar bayramı... Gəldi bahar bayramı Şənlik eylədi hamı Lalala, lalalalala, lalalalala Lalalalalala Lalala, lalalalala, lalalalala Lalalalalala İsti yayın nəfəsi Qaranquşların səsi İsti yayın nəfəsi Qaranquşların səsi Yayıldı gen düzlərə Bahar gəlib ellərə Yayıldı gen düzlərə Bahar gəlib ellərə Gəldi bahar bayramı... Gəldi bahar bayramı Şənlik eylədi hamı Lalala, lalalalala, lalalalala Lalalalalala Lalala, lalalalala, lalalalala Lalalalalala Lalala, lalalalala, lalalalala Lalalalalala Lalala, lalalalala, lalalalala Lalalalalala
  • (Yenə yuxudasan) Yenə mələk kimi gəlirsən, gülüm, (Yenə yuxudasan) Axar göz yaşımı silirsən, gülüm Baxırsan, küsgünsən Baxırsan, küsgünsən, qəmginsən hədər Yuxu rəngbərəngdir, yuxu şirindir Yuxumu sevirəm Çünki əlimə toxunur saçların Dəyir əllərin sənin Çünki əlimə toxunur saçların Dəyir əllərin sənin Eşqimi, sevgimi yellər apardı, (Yenə yuxudasan) Qəfil gələn boran, sellər apardı Sənli aylar, illər, günlər nə tez qurtardı Təkcə yuxulara gəlirsən, gülüm Yuxu rəngbərəngdir, yuxu şirindir Yuxumu sevirəm Çünki əlimə toxunur saçların Dəyir əllərin sənin Çünki əlimə toxunur saçların Dəyir əllərin sənin Gözümü açıram, soyuq divarlar Heçnədən qızınmır, isinmir indi Yumdum gözlərimi gördüm yenidən, yenidən Yuxu rəngbərəngdir, yuxu şirindir Yuxumu sevirəm Çünki əlimə toxunur saçların Dəyir əllərin sənin Çünki əlimə toxunur saçların Dəyir əllərin sənin
  • Sənli günlər, sənsiz günlər yaddan silinməyəcək Mənli günlər, mənsiz günlər heç vaxt geri dönməyəcək Sevgi bitər, xəbər verməz, zaman gedər, geri gəlməz Eşqin odu beləcə sönəcək Sənli günlər, sənsiz günlər yaddan silinməyəcək Mənli günlər, mənsiz günlər heç vaxt geri dönməyəcək Sevgi bitər, xəbər verməz, zaman gedər, geri gəlməz Eşqin odu beləcə sönəcək Necə, necə, necə sevim, necə sevirəm deyim Sevgi sözünü dilimə necə gətirim? Necə, necə, necə sevim, necə sevirəm deyim Sevgi sözünü dilimə necə gətirim? Necə, necə, necə sevim, necə sevirəm deyim Sevgi sözünü dilimə necə gətirim? Necə, necə, necə sevim, necə sevirəm deyim Sevgi sözünü dilimə necə gətirim? Daha səni mənim kimi heç kəs səsləməyəcək Daha səni mənim kimi heç kəs gözləməyəcək Anla məni, heç vaxt səni duyan olmaz mənim kimi Bilərsənmi, sevgimin qədrini? Daha səni mənim kimi heç kəs səsləməyəcək Daha səni mənim kimi heç kəs gözləməyəcək Anla məni, heç vaxt səni duyan olmaz mənim kimi Bilərsənmi, sevgimin qədrini? Necə, necə, necə sevim, necə sevirəm deyim Sevgi sözünü dilimə necə gətirim? Necə, necə, necə sevim, necə sevirəm deyim Sevgi sözünü dilimə necə gətirim? Necə, necə, necə sevim, necə sevirəm deyim Sevgi sözünü dilimə necə gətirim? Necə, necə, necə sevim, necə sevirəm deyim Sevgi sözünü dilimə necə gətirim? Necə, necə, necə sevim, necə sevirəm deyim Sevgi sözünü dilimə necə gətirim? Necə, necə, necə sevim, necə sevirəm deyim Sevgi sözünü dilimə necə gətirim? Necə, necə, necə sevim, necə sevirəm deyim Sevgi sözünü dilimə necə gətirim? Necə, necə, necə sevim, necə sevirəm deyim Sevgi sözünü dilimə necə gətirim?
  • Gülüşlərin cingildəsin saz kimi Hər tərəfə yayılsın avaz kimi Sən güləndə könül gülür yaz kimi Gülə-gülə, gülə-gülə, ay xanım Gülə-gülə, gülə-gülə al canım Gülə-gülə, gülə-gülə, ay xanım Gülə-gülə, gülə-gülə al canım Yasəmənlər açıb çiçəklənəndə Bənövşələr küsüb boynun əyəndə Şeh düşübən çəmənlər şehlənəndə Gülə-gülə, gülə-gülə, ay xanım Gülə-gülə, gülə-gülə al canım Gülə-gülə, gülə-gülə, ay xanım Gülə-gülə, gülə-gülə al canım Sən güləndə açır gül, yasəmənlər Heyran olur avazın eşidənlər Görən varmı sənin kimi bəxtəvər Gülə-gülə, gülə-gülə, ay xanım Gülə-gülə, gülə-gülə al canım Gülə-gülə, gülə-gülə, ay xanım Gülə-gülə, gülə-gülə al canım Gülə-gülə, gülə-gülə, ay xanım Gülə-gülə, gülə-gülə al canım Gülə-gülə, gülə-gülə, ay xanım Gülə-gülə, gülə-gülə al canım Gülə-gülə, gülə-gülə, ay xanım Gülə-gülə, gülə-gülə al canım Gülə-gülə, gülə-gülə, ay xanım Gülə-gülə, gülə-gülə al canım Gülə-gülə, gülə-gülə, ay xanım Gülə-gülə, gülə-gülə al canım Gülə-gülə, gülə-gülə, ay xanım Gülə-gülə, gülə-gülə al canım
  • Mənim ömrüm, günüm sizindir sevgi Yoxsa bir gün sönər talehim mənim Eşqimdən doymayar heç zaman ürək Öz vaxtını gözləyir hələ min dilək Düz ilqar olanda məhəbbət gülər Səadətin yolunda sirli sevgilər Xoş günlərim sizinlə keçir bəxtəvər Girə bilməz qapıdan nə qəm, nə kədər Bir ünvanı tanıyır sevdalı izlər Məni hər zaman gözləyər mehriban gözlər Eşqimdən doymayar heç zaman ürək Öz vaxtını gözləyir hələ min dilək Düz ilqar olanda məhəbbət gülər Səadətin yolunda sirli sevgilər Ömrün bəzəyi, onun gül nəfəsi Gəlsin hər evdən gülüş, uşaq səsi Arzuya çatsın kaş ki sevənlər Hamıya çatsın sevinc dolu günlər Eşqimdən doymayar heç zaman ürək Öz vaxtını gözləyir hələ min dilək Düz ilqar olanda məhəbbət gülər Səadətin yolunda sirli sevgilər Mənim ömrüm, günüm sizin hər an
  • Qaranlıq otaq, qaranlıq şəhər Səhərlər gecə, gecələr səhər Soyuyur həyat, dayanır saat Dayanır ürək, dəyişim gərək Yan, işıqlar, yan, Bakım, oyan Qəlblər alışsın Sus, dodaqlar, sus, dilim, dayan Gözlər danışsın Yan, işıqlar, yan, Bakım, oyan Qəlblər alışsın Sus, dodaqlar, sus, dilim, dayan Gözlər danışsın Qarışır xəyal, qarışır fikir Yazılır sətir, pozulur sətir Sabah dünəndir, dünya tərs dönür Yanar ürəklər nə üçün sönür? Yan, işıqlar, yan, Bakım, oyan Qəlblər alışsın Sus, dodaqlar, sus, dilim, dayan Gözlər danışsın Yan, işıqlar, yan, Bakım, oyan Qəlblər alışsın Sus, dodaqlar, sus, dilim, dayan Gözlər danışsın Qaranlıq otaq, qaranlıq şəhər Səhərlər gecə, gecələr səhər Dayanır ürək, dəyişim gərək Yan, işıqlar, yan, Bakım, oyan Qəlblər alışsın Sus, dodaqlar, sus, dilim, dayan Gözlər danışsın Yan, işıqlar, yan, Bakım, oyan Qəlblər alışsın Sus, dodaqlar, sus, dilim, dayan Gözlər danışsın