Татарский переводчик Узбекские песни

Песня «Məni Səsləsən»
исполнителя Elnarə Xəlilova.
Скачать или слушать онлайн

Текст песни:

Sən məni səsləsən, həmən gələrəm
Uzaqda olsan da, inan, fərqi yox
Nə dərdin, qəmin var, səninlə bölərəm
Xoşbəxt olmağını istəyirəm çox
Dağları aşaram, düşərəm düzə
Bilirəm, möhtacsan bir şirin sözə
Tələsib gələrəm, göz yaşın silim
Dolubdur xoş sözlə ürəyim, dilim

Mən sənin əlindən tuta bilərəm
Bir anda yox olar üzündən kədər
Ağlasan, ağlaram, gülsən, gülərəm
Yanında qalaram ölənə qədər
Dağları aşaram, düşərəm düzə
Bilirəm, möhtacsan bir şirin sözə
Tələsib gələrəm, göz yaşın silim
Dolubdur xoş sözlə ürəyim, dilim
Dağları aşaram, düşərəm düzə
Bilirəm, möhtacsan bir şirin sözə
Tələsib gələrəm, göz yaşın silim
Dolubdur xoş sözlə ürəyim, dilim

Другие песни исполнителя:

  • Düşəndə yadıma sənli günlərim Sinəmdə həsrətdən ocağ qalanır Başlanır dumanlı, çənli günlərim Ömrümə qəmli bir ömür calanır Xəyalın dolanır başımda mənim Səni harda gəzim, harda arayım? Bu sevib-sevilən yaşımda mənim Tanrıdan budurmu məhəbbət payım? Xəyalın dolanır başımda mənim Səni harda gəzim, harda arayım? Bu sevib-sevilən yaşımda mənim Tanrıdan budurmu məhəbbət payım? Getdin gözlərində qəmli baxışlar Mənimlə danışıb gülməyəcəksən Bəlkə gələcəksən yağan yağışla Bəlkə də heç zaman gəlməyəcəksən Xəyalın dolanır başımda mənim Səni harda gəzim, harda arayım? Bu sevib-sevilən yaşımda mənim Tanrıdan budurmu məhəbbət payım? Xəyalın dolanır başımda mənim Səni harda gəzim, harda arayım? Bu sevib-sevilən yaşımda mənim Tanrıdan budurmu məhəbbət payım? Xəyalın dolanır başımda mənim Səni harda gəzim, harda arayım? Bu sevib-sevilən yaşımda mənim Tanrıdan budurmu məhəbbət payım? Xəyalın dolanır başımda mənim Səni harda gəzim, harda arayım? Bu sevib-sevilən yaşımda mənim Tanrıdan budurmu məhəbbət payım?
  • Məni oda salma Çünki ürəyimin qapısı hamıya açıqdır Bir də yada salma Elə bilmə bu sözlərim həqiqət yox, acıqdır Sevgi bir adadır Orda ay gecənin, gün səhərin çırağı olar Küsməksə ədadır, bulud göydən ayrılarsa Yerin qonağı olar Yuxuna qarışıb var olaram Səninlə küsə-küsə barışan yar olaram Yuxuna qarışıb var olaram Səninlə hər an küsüb-barışan yar olaram Yar olaram! Naz edərəm, naz edərəm Sənin ürəyini yandırıb köz edərəm Naz edərəm, naz edərəm Sənin ürəyini, yanıqlı saz edərəm Araya söz qatma İndi yüz cür dona girəcəksən bunu bilirəm Mənə yalan satma, mənim özümdə az yoxdur Yenə səni sevirəm Araya söz qatma İndi yüzcür dona girəcəksən, bunu bilirəm Mənə yalan satma, mənim özümdə az yoxdur Yenə səni sevirəm Yuxuna qarışıb var olaram Səninlə küsə-küsə barışan yar olaram Yuxuna qarışıb var olaram Səninlə hər an küsüb-barışan yar olaram Yar olaram! Naz edərəm, naz edərəm Sənin ürəyini yandırıb köz edərəm Naz edərəm, naz edərəm Sənin ürəyini, yanıqlı saz edərəm Naz edərəm, naz edərəm Sənin ürəyini yandırıb köz edərəm Naz edərəm, naz edərəm Sənin ürəyini, yanıqlı saz edərəm Yuxuna qarışıb var olaram Səninlə küsə-küsə barışan yar olaram Yuxuna qarışıb var olaram Səninlə hər an küsüb-barışan yar olaram Yar olaram Naz edərəm, naz edərəm Sənin ürəyini yandırıb köz edərəm Naz edərəm, naz edərəm Sənin ürəyini, yanıqlı saz edərəm Naz edərəm, naz edərəm Sənin ürəyini yandırıb köz edərəm Naz edərəm, naz edərəm Sənin ürəyini yanıqlı saz edərəm Belə naz edərəm! Naz edərəm, naz edərəm Naz edərəm, naz edərəm Naz edərəm!
  • (Bəsdir! Diskotekaya getmək olmaz O olmaz, bu olmaz Oğlanlara zəng etmək olmaz Axşam evə gec gəlmək olmaz Mini yubka geyinmək olmaz, bəs nə olar?! Bezmişəm!) Yorulmuşam dərs oxumaqdan Böyüklərin sözünə baxmaqdan Axtarıram məhəbbətimi, tapsaydım kaş səadətimi Amma niyə heç özüm də bilmirəm Danlayırlar məni valideynlərim Daha belə yaşamaq istəmirəm Gündə yüz dəfə deyiləcək mənə "Bəsdir, mini yubka geyinmək olmaz Diskotekaya getmək olmaz Sağa-sola baxmaq olmaz!" bezmişəm "Oğlanlara zəng etmək olmaz Axşam evə gec gəlmək olmaz Onu-bunu etmək olmaz" bezmişəm Yalvarıram, anacan, sənə qoy zəng edim mən sevgilimə Gözləyir məni rəfiqələr, tək qalacam mən nə vaxta qədər? Amma niyə heç özüm də bilmirəm Danlayırlar məni valideynlərim Daha belə yaşamaq istəmirəm Gündə yüz dəfə deyiləcək mənə "Mini yubka geyinmək olmaz Diskotekaya getmək olmaz Sağa-sola baxmaq olmaz!" bezmişəm "Oğlanlara zəng etmək olmaz Axşam evə gec gəlmək olmaz Onu-bunu etmək olmaz" bezmişəm "Mini yubka geyinmək olmaz Diskotekaya getmək olmaz Sağa-sola baxmaq olmaz" bezmişəm "Oğlanlara zəng etmək olmaz Axşam evə gec gəlmək olmaz Onu-bunu etmək olmaz" bezmişəm (Mini yubka geyinmək olmaz Diskotekaya getmək olmaz Sağa-sola baxmaq olmaz, bezmişəm.) "Mini yubka geyinmək olmaz (Olmaz) diskotekaya getmək olmaz, (Olmaz) Sağa-sola baxmaq olmaz!" bezmişəm "Oğlanlara zəng etmək olmaz (Olmaz) axşam evə gec gəlmək olmaz (Olmaz) Onu-bunu etmək olmaz" bezmişəm "Mini yubka geyinmək olmaz (Bezmişəm) diskotekaya getmək olmaz, (Bezmişəm) Sağa-sola baxmaq olmaz!" bezmişəm "Oğlanlara zəng etmək olmaz (Bezmişəm) axşam evə gec gəlmək olmaz (Bezmişəm) Onu-bunu etmək olmaz" bezmişəm "Mini yubka geyinmək olmaz, diskotekaya getmək olmaz Sağa-sola baxmaq olmaz!" bezmişəm "Oğlanlara zəng etmək olmaz Axşam evə gec gəlmək olmaz Onu-bunu etmək olmaz" "Onu-bunu etmək olmaz"
  • Xocalı körpələri heç vaxt böyüməyəcək Onaların arzuları gözlərində gömüldü Sağ qalanlarsa, bəlkə də yaşayacaq Dəhşətin ruhu onlarda qalanacaq Axı nə etmişdilər onlar Doğulmaqmıydı suçları? Eşidildimi harayları Ərşə qalxdıqca fəryadları? Qırıldı analar, uşaqlar Hər kəs şahid ola-ola Məsumluq bir daha məhv oldu Qırıldı analar, uşaqlar Hər kəs şahid ola-ola Və dünya buna bir daha susdu Məsumluq bir daha məhv oldu Və dünya buna bir daha susdu Məsumluq bir daha məhv oldu
  • Ana qəlbim odlanır söz düşəndə davadan Ana qəlbim odlanır söz düşəndə davadan Bəs deyilmi, ey insanlar, töküldü qan, axdı qan? Bəs deyilmi, ana torpaq su içdi göz yaşından? Yer üzündə dostu olsun gərək insan insanın Yer üzündə dostu olsun gərək insan insanın Ah... Mən anayam, bu səsimdə yerin, göyün dərdi var Sülhə gəlin, ey insanlar, yoxsa dünya məhv olar Mən anayam, bu səsimdə yerin, göyün ahı var Sülhə gəlin, ey insanlar, yoxsa dünya məhv olar Silahları yandırın, ərşə qalxsın tüstüsü Silahları yandırın, ərşə qalxsın tüstüsü Hər bir eldə, hər obada qanad açsın sülh sözü Üzü gülsün insanların, bayram etsin yer üzü Yer üzündə dostu olsun gərək insan insanın Yer üzündə dostu olsun gərək insan insanın Ah... Mən anayam, bu səsimdə yerin, göyün dərdi var Sülhə gəlin, ey insanlar, yoxsa dünya məhv olar Mən anayam, bu səsimdə yerin, göyün ahı var Sülhə gəlin, ey insanlar, yoxsa dünya məhv olar