Татарский переводчик Узбекские песни

Песня «Təlqin»
исполнителя Elnarə Xəlilova.
Скачать или слушать онлайн

Текст песни:

Sabahın
Sabahın xeyir, mənim son daşım
Doğulan gündən mənim yoldaşım
Qorxularımdan çıxan sirr daşım
Oldu qanıma qəltan
Günortan
Günortan xeyir, yarılan qaşım
Yarımçıq qalan mənim savaşım
Canımı alan doğma qardaşım
Əridi mənim şamım
Axşamın
Axşamın xeyir, mənim başdaşım
Boyumu ölçən uzun qamışım
Apara bilmədiyim daş-qaşım
Candan doymayan yaşım

Qorxuram!
Qorxuram atdığım səhv addımlardan
Keçə bilmədiyim imtahanlardan
Sol əlimə verilən kitablardan
Qarşıdakı sorğu-sualdan
Qorxuram!
Qorxuram istidən, yanan alovdan
Susuzluqdan çatlayan dodaqlardan
İçimdə qaynayan duru poladdan
Yuxarıda duran paklardan
Qorxuram!
Bağlı ağız, hərəkətsiz əllərdən
Raqibin verdiyi həqiqətlərdən
Ölmüş qardaş cəsədini yeməkdən
Mən nəkirə nəsə deməkdən

Другие песни исполнителя:

  • (Bəsdir! Diskotekaya getmək olmaz O olmaz, bu olmaz Oğlanlara zəng etmək olmaz Axşam evə gec gəlmək olmaz Mini yubka geyinmək olmaz, bəs nə olar?! Bezmişəm!) Yorulmuşam dərs oxumaqdan Böyüklərin sözünə baxmaqdan Axtarıram məhəbbətimi, tapsaydım kaş səadətimi Amma niyə heç özüm də bilmirəm Danlayırlar məni valideynlərim Daha belə yaşamaq istəmirəm Gündə yüz dəfə deyiləcək mənə "Bəsdir, mini yubka geyinmək olmaz Diskotekaya getmək olmaz Sağa-sola baxmaq olmaz!" bezmişəm "Oğlanlara zəng etmək olmaz Axşam evə gec gəlmək olmaz Onu-bunu etmək olmaz" bezmişəm Yalvarıram, anacan, sənə qoy zəng edim mən sevgilimə Gözləyir məni rəfiqələr, tək qalacam mən nə vaxta qədər? Amma niyə heç özüm də bilmirəm Danlayırlar məni valideynlərim Daha belə yaşamaq istəmirəm Gündə yüz dəfə deyiləcək mənə "Mini yubka geyinmək olmaz Diskotekaya getmək olmaz Sağa-sola baxmaq olmaz!" bezmişəm "Oğlanlara zəng etmək olmaz Axşam evə gec gəlmək olmaz Onu-bunu etmək olmaz" bezmişəm "Mini yubka geyinmək olmaz Diskotekaya getmək olmaz Sağa-sola baxmaq olmaz" bezmişəm "Oğlanlara zəng etmək olmaz Axşam evə gec gəlmək olmaz Onu-bunu etmək olmaz" bezmişəm (Mini yubka geyinmək olmaz Diskotekaya getmək olmaz Sağa-sola baxmaq olmaz, bezmişəm.) "Mini yubka geyinmək olmaz (Olmaz) diskotekaya getmək olmaz, (Olmaz) Sağa-sola baxmaq olmaz!" bezmişəm "Oğlanlara zəng etmək olmaz (Olmaz) axşam evə gec gəlmək olmaz (Olmaz) Onu-bunu etmək olmaz" bezmişəm "Mini yubka geyinmək olmaz (Bezmişəm) diskotekaya getmək olmaz, (Bezmişəm) Sağa-sola baxmaq olmaz!" bezmişəm "Oğlanlara zəng etmək olmaz (Bezmişəm) axşam evə gec gəlmək olmaz (Bezmişəm) Onu-bunu etmək olmaz" bezmişəm "Mini yubka geyinmək olmaz, diskotekaya getmək olmaz Sağa-sola baxmaq olmaz!" bezmişəm "Oğlanlara zəng etmək olmaz Axşam evə gec gəlmək olmaz Onu-bunu etmək olmaz" "Onu-bunu etmək olmaz"
  • Üşüyürəm bənövşətək, bənövşəni kim dərəcək Kim dərəcək, səni məntək kim sevəcək? Yaxına gəl, qurban olum, qurban olum Üşüyürəm bənövşətək, bənövşəni kim dərəcək Kim dərəcək, səni məntək kim sevəcək? Yaxına gəl, qurban olum, qurban olum Bağçanızda gülə döndüm Saralmış sünbülə döndüm Həsrətindən külə döndüm, həsrətindən külə döndüm Yaxın gəl, yaxın gəl qurbanın olum Pəncərənə düşən ayam, (Düşən ayam) Sevən qəlbin arzusuyam. (Arzusuyam) Sən alovsan, mənsə suyam Yaxına gəl qurban olum, qurban olum Pəncərənə düşən ayam, (Düşən ayam) Sevən qəlbin arzusuyam. (Arzusuyam) Sən alovsan, mənsə suyam Yaxına gəl qurban olum, qurban olum Bağçanızda gülə döndüm Saralmış sünbülə döndüm Həsrətindən külə döndüm, həsrətindən külə döndüm Yaxın gəl, yaxın gəl, yaxın gəl qurban olum Bağçanızda (Bağçanızda) gülə döndüm Saralmış sünbülə döndüm Həsrətindən külə döndüm, həsrətindən külə döndüm Yaxın gəl, yaxın gəl, yaxın gəl Üşüyürəm bənövşətək
  • Bu ayrılıq qoymadi ki, üz gülə Qara saçlar yerin verdi ağ telə Xatirələr qəlbi sızladır hələ Səndən sonra sevə bilmir bu ürək Gözləməkdən saralıb gözlərim Qaldı sənə deyiləsi sözlərim Talehimə həkk olunub izlərin Səndən sonra sevə bilmir bu ürək Dincliyini sən ki, mənlə tapardın Nəyim vardı sən özünlə apardın Ürəyimin tellərini qopardın Səndən sonra sevə bilmir bu ürək Sən ki, yoxsan, həyat zülmət görünür Yer də, göy də bu zülmətə bürünür Nə olsun ki, dayanmayıb, döyünür Səndən sonra sevə bilmir bu ürək Sənsizlikdə danışmıram, gülmürəm Kədərimi bir kimsə ilə bölmürəm Bu nə sirdir heç özüm də bilmirəm Səndən sonra sevə bilmir bu ürək Kipriklərim gecə gündüz yaş olur Bahar çağım payız olur, qış olur Sənsizliyim ürəyimə daş olur Səndən sonra sevə bilmir bu ürək Dincliyini sən ki, mənlə tapardın Nəyim vardı sən özünlə apardın Ürəyimin tellərini qopardın Səndən sonra sevə bilmir bu ürək Sən ki, yoxsan, həyat zülmət görünür Yer də, göy də bu zülmətə bürünür Nə olsun ki, dayanmayıb, döyünür Səndən sonra sevə bilmir bu ürək