Татарский переводчик Узбекские песни

Песня «Yuxu»
исполнителя Elnarə Xəlilova.
Скачать или слушать онлайн

Текст песни:

(Yenə yuxudasan)

Yenə mələk kimi gəlirsən, gülüm, (Yenə yuxudasan)
Axar göz yaşımı silirsən, gülüm
Baxırsan, küsgünsən
Baxırsan, küsgünsən, qəmginsən hədər
Yuxu rəngbərəngdir, yuxu şirindir
Yuxumu sevirəm
Çünki əlimə toxunur saçların
Dəyir əllərin sənin
Çünki əlimə toxunur saçların
Dəyir əllərin sənin

Eşqimi, sevgimi yellər apardı, (Yenə yuxudasan)
Qəfil gələn boran, sellər apardı
Sənli aylar, illər, günlər tez qurtardı
Təkcə yuxulara gəlirsən, gülüm

Yuxu rəngbərəngdir, yuxu şirindir
Yuxumu sevirəm
Çünki əlimə toxunur saçların
Dəyir əllərin sənin
Çünki əlimə toxunur saçların
Dəyir əllərin sənin

Gözümü açıram, soyuq divarlar
Heçnədən qızınmır, isinmir indi
Yumdum gözlərimi gördüm yenidən, yenidən
Yuxu rəngbərəngdir, yuxu şirindir
Yuxumu sevirəm
Çünki əlimə toxunur saçların
Dəyir əllərin sənin
Çünki əlimə toxunur saçların
Dəyir əllərin sənin

Другие песни исполнителя:

  • Yenə dəniz, yenə də bir dəli, bir soyuq külək Yenə də biz bilmirik nə edək, hayana edək Məni səndən alacaq bu yollar, bu qəfil duman Sonra səni qaytarar ömrümə yenidən zaman Sonra payız gələr, yağar yağışlar Sonra günəş doğar, gülər baxışlar Bitər könlümüzdə dəli savaşlar Bir məhəbbət başlar, yenidən başlar Yenə dəniz, yenə də bir dəli, bir soyuq külək Yenə də biz bilmirik nə edək, hayana edək Məni səndən alacaq bu yollar, bu qəfil duman Sonra səni qaytarar ömrümə yenidən zaman Sonra payız gələr, yağar yağışlar Sonra günəş doğar, gülər baxışlar Bitər könlümüzdə dəli savaşlar Bir məhəbbət başlar, yenidən başlar Sonra payız gələr, yağar yağışlar Sonra günəş doğar, gülər baxışlar Bitər könlümüzdə dəli savaşlar Bir məhəbbət başlar, yenidən başlar
  • Bayram gəlir elimə, elimizə Nəğmə düşüb dilimə, dilimizə Bayram gəlir elimə, elimizə Nəğmə düşüb dilimə, dilimizə Könlüm gülür, elim gülür, gülür gözəl diyarım Çalır tarım, çalır sazım, gülür ellər gülür Könül gülür, elim gülür, gülür gözəl diyarım Çalır tarım, çalır sazım, gülür ellər gülür Hər yan gül-çiçək, gül-çiçək Əlvan gül-çiçək, gül-çiçək Hər yan gül-çiçək, gül-çiçək Könül gülür, elim gülür, gülür gözəl diyarım Çalır tarım, çalır sazım, gülür ellər gülür Könül gülür, elim gülür, gülür gözəl diyarım Çalır tarım, çalır sazım, gülür ellər gülür Zəhmət çəkib el üçün minbir əllər Xonça tutub el üçün qız, gəlinlər Zəhmət çəkib el üçün minbir əllər Xonça tutub el üçün qız, gəlinlər Könül gülür, elim gülür, gülür gözəl diyarım Çalır tarım, çalır sazım, gülür ellər gülür Könül gülür, elim gülür, gülür gözəl diyarım Çalır tarım, çalır sazım, gülür ellər gülür Hər yan gül-çiçək, gül-çiçək Əlvan gül-çiçək, gül-çiçək Hər yan gül-çiçək, gül-çiçək Könül gülür, elim gülür, gülür gözəl diyarım Çalır tarım, çalır sazım, gülür ellər gülür Könlüm gülür, elim gülür, gülür gözəl diyarım Çalır tarım, çalır sazım, gülür ellər gülür
  • Qaranlıq otaq, qaranlıq şəhər Səhərlər gecə, gecələr səhər Soyuyur həyat, dayanır saat Dayanır ürək, dəyişim gərək Yan, işıqlar, yan, Bakım, oyan Qəlblər alışsın Sus, dodaqlar, sus, dilim, dayan Gözlər danışsın Yan, işıqlar, yan, Bakım, oyan Qəlblər alışsın Sus, dodaqlar, sus, dilim, dayan Gözlər danışsın Qarışır xəyal, qarışır fikir Yazılır sətir, pozulur sətir Sabah dünəndir, dünya tərs dönür Yanar ürəklər nə üçün sönür? Yan, işıqlar, yan, Bakım, oyan Qəlblər alışsın Sus, dodaqlar, sus, dilim, dayan Gözlər danışsın Yan, işıqlar, yan, Bakım, oyan Qəlblər alışsın Sus, dodaqlar, sus, dilim, dayan Gözlər danışsın Qaranlıq otaq, qaranlıq şəhər Səhərlər gecə, gecələr səhər Dayanır ürək, dəyişim gərək Yan, işıqlar, yan, Bakım, oyan Qəlblər alışsın Sus, dodaqlar, sus, dilim, dayan Gözlər danışsın Yan, işıqlar, yan, Bakım, oyan Qəlblər alışsın Sus, dodaqlar, sus, dilim, dayan Gözlər danışsın
  • Yadıma saldıqca şux baxışını Qəlbimə çəkmişəm xoş naxışını Adın həkk olubdur hər ilməsinə Məhəbbət dolubdur hər ilməsinə Yadıma saldıqca şux baxışını Qəlbimə çəkmişəm xoş naxışını Adın həkk olubdur hər ilməsinə Məhəbbət dolubdur hər ilməsinə Doluram gülüşünü xatırlayınca Donuram öpüşünü xatırlayınca Dönürəm gedişini xatırlayınca İstisi olmayan közə dönürəm Gücsüzəm, gücümü qaytar yenidən Məni məndən alıb yarat yeni mən Düşünmə ürəyim təslim olacaq Hər an mənim sevgi fəslim olacaq Əlvida söyləmək elə asanmı? Bu sözü gətirmək dilə elə asanmı? Üzünü çevirib getmə yanımdan Sənsiz ruh ruhumu edib yarımcan Əlvida söyləmək elə asanmı? Bu sözü gətirmək dilə elə asanmı? Üzünü çevirib getmə yanımdan Sənsizlik ruh ruhumu edib yarımcan Doluram gülüşünü xatırlayınca Donuram öpüşünü xatırlayınca Dönürəm gedişini xatırlayınca İstisi olmayan közə dönürəm Gücsüzəm, gücümü qaytar yenidən Məni məndən alıb yarat yeni mən Düşünmə ürəyim təslim olacaq Hər an mənim sevgi fəslim olacaq Gücsüzəm, gücümü qaytar yenidən Məni məndən alıb yarat yeni mən Düşünmə ürəyim təslim olacaq Hər an mənim sevgi fəslim olacaq
  • Yuxularımı görürəm mən ağ-qara Yuxularımda düşürəm mən dumana Günlərim sayıldı, günlər gedir hara ömrümdən? Ömrümdən... Ömrümdən... Səni görmək üçün dalıram xəyala Cavab tapa bilmirəm bir-iki suala Gecə düşən kimi sən itirsən hara gözümdən? O dəli günlərimi unutmadım Get-gedə bu yuxunu oyatmadım Hər gecə gecə yatdı, mən yatmadım Yenə, yenə, yenə O dəli günlərimi unutmadım Get-gedə bu yuxunu oyatmadım Hər gecə gecə yatdı, mən yatmadım Yenə, yenə, yenə Sənə necə deyim yenidən sev məni? Payızın günəş isitmir bədəni Bu günün səhəri qaytarmır dünəni ömrümə Səni görmək üçün dalıram xəyala Cavab tapa bilmirəm bir-iki suala Gecə düşən kimi sən itirsən hara gözümdən? (De hara, de hara itirsən?) O dəli günlərimi unutmadım Get-gedə bu yuxunu oyatmadım Hər gecə gecə yatdı, mən yatmadım Yenə, yenə, yenə O dəli günlərimi unutmadım Get-gedə bu yuxunu oyatmadım Hər gecə gecə yatdı, mən yatmadım Yenə, yenə Yenə, yenə, yenə, yenə O dəli günlərimi unutmadım Get-gedə bu yuxunu oyatmadım Hər gеcə gecə yatdı, mən yatmadım Yenə, yenə Yenə, yenə, yenə, yenə O dəli günlərimi unutmadım Get-gedə bu yuxunu oyatmadım Hər gecə gecə yatdı, mən yatmadım Yenə, yenə Yenə, yenə, yenə, yenə