Татарский переводчик Узбекские песни

Песня «Oğlum»
исполнителя Miri Yusif.
Скачать или слушать онлайн

Текст песни:

Oğlum, həyatda hər zaman üzün gülər
Səndən uzaq olsun üzüntülər
Sənə baxanda fərəhimdən mənim gözüm gülər
Səadətin ətri həzin-həzin gələr
Hər anaya görə oğlu dağdı
Hər ataya bir oğul dayaq
Sən də sevə-sevə quracaqsan
Yeni bir ocaq
Olsun ailən oğul-uşaqlı
Görüb sevinə yaxın-uzaq
Hələ qarşıda nə xoş anlar var
Yaşanacaq...
Xoşbəxt ol, oğlum
Sənlə bağlıdır arzular
Həyatda ən gözəl günləri
Sən yaşayacaqsan
Səndədir ağlım
Ürəyim narahat qalar
Unutma, böyüsən də
Gözümdə uşaqsan
Oğlum, xəyalım sənlə uçar hər yerə
Sənsən bəzək verən bu ömürə
Yaşananların hər anı duyğulu bir xatirə
İnan mənə, yaşayıram sənə görə
Hər anaya görə oğlu dağdı
Hər ataya bir oğul dayaq
Sən də sevə-sevə quracaqsan
Yeni bir ocaq
Olsun ailən oğul-uşaqlı
Görüb sevinə yaxın-uzaq
Hələ qarşıda xoş anlar var
Yaşanacaq...
Xoşbəxt ol, oğlum
Sənlə bağlıdır arzular
Həyatda ən gözəl günləri
Sən yaşayacaqsan
Səndədir ağlım
Ürəyim narahat qalar
Unutma, böyüsən də
Gözümdə uşaqsan

Другие песни исполнителя:

  • Gördüm, gördüm ki, səhvdir eşqin qibləsi Sən özgəsən, sevdiyim, özgəsi Biz aldatmışıq hər kəsi, hər kəsi Bildim, bildim ki, gözlərin dəniz deyil Qəlbin bulud kimi təmiz deyil “Sən və mən” daha “biz” deyil, “biz” deyil İndi xəyal kimi baxdım ötən çağa Ömür başladı geri saymağa Sən yoxsan, mən yoxam daha İndi bilmişəm ki, şeytan mələk deyil Bağrıma daş asdım, ürək deyil Dünya mənə gərək deyil Sildim, sildim keçmişimi sətir-sətir Otağımda həsrət qoxan ətir Pəncərəmdən kölgən itir, ay-ay, yar Baxdım, baxdım ki, bir ömür gedib boşa Ayrı insanlar şəkildə qoşa Sənsiz səninlə olmuşam, olmuşam İndi xəyal kimi baxdım ötən çağa Ömür başladı geri saymağa Sən yoxsan, mən yoxam daha İndi bilmişəm ki, şeytan mələk deyil Bağrıma daş asdım, ürək deyil Dünya mənə gərək deyil İndi xəyal kimi baxdım ötən çağa Ömür başladı geri saymağa Sən yoxsan, mən yoxam daha İndi bilmişəm ki, şeytan mələk deyil Bağrıma daş asdım, ürək deyil Dünya mənə gərək deyil Bildim, bildim
  • Salam, keçmişim, necəsən, canın başın? Sənsiz mən neçə illər çox darıxdım Yandım, tüstümü göylərə buraxdım Sonra ayıldım, özümə qayıtdım Evdə hər şey yaxşılıq Həyat yoldaşım, uşaqlar qarışıq Könlümdə yaraşıq, təbiət yaşıllıq Əl uzadan təbəssüm mənə verir yavanlıq Dünyanı görən gözlərim tox olub Qayıtdım vətənimə, gözlərim qanla dolub Bezdirici xarici mənə vermişdi sazişi Gəmirici gəmiçi olub dənizin içi Vaz keç... Ürəyimiz coşar ya tez, ya gec Hələ ölməyib bu yan Nələr görməyib o yan Oyan... Oyan, canım, oyan Hələ ölməyib bu yan Nələr görməyib o yan Oyan... Oyan, qəlbim, oyan Hələ ölməyib bu yan Nələr görməyib o yan Gəlin məni xilas edin, könlüm yandı Kirpiklər oyanış girişi o da yandı Qan da oyandı, mühitim dayandı Gəl, qayıdaq o yerlərə Ancaq kofe olar həqiqət Qalanı isə sirli eşq, məhəbbət Yandı, söndü ay, öndə qaldı yay Bitdi həzz, oxqay, ətrafım saray Bitdi.az, ziddir indi naz Qupquru boğaz, ehtiyatlı yaz Heç... Yaz mənə oxşamayıbdır heç Hələ ölməyib bu yan Nələr görməyib o yan Oyan... Oyan, canım, oyan Hələ ölməyib bu yan Nələr görməyib o yan Oyan... Oyan, qəlbim, oyan Hələ ölməyib bu yan Nələr görməyib o yan Oyan... Oyan, canım, oyan Hələ ölməyib bu yan Nələr görməyib o yan Oyan... Oyan, qəlbim, oyan Hələ ölməyib bu yan Nələr görməyib o yan Salam, keçmişim, necəsən, canın başın? Artıq böyümüşəm, 33-dür yaşım
  • Həyatım bu təlaş nədir? Sahra gözündə bu yaş nədir? Nə məndədir, nə səndədir günah Sanma dünya toz pəmbədir. Həyatım bu təlaş nədir? Sahra gözündə bu yaş nədir? Nə məndədir, nə səndədir günah Sanma dünya toz pəmbədir. Ola bilir ayrılırız, ola bilir belki ayrılırız Hiç kafana takma, kalbine atma Belki yarılarız bir ömrü Belki de gözlərimiz kördür Belki hala vardır köprü Belki de kör düğümü çözdük Bebeğim insan oğlu ölmədən O dünyanı bilməz görmədən Yaşamadan konuşma, bilmədən Yaşamaq nədən və ölmək nədən? Həyatım bu təlaş nədir? Sahra gözündə bu yaş nədir? Nə məndədir, nə səndədir günah Sanma dünya toz pəmbədir. Həyatım bu təlaş nədir? Sahra gözündə bu yaş nədir? Nə məndədir, nə səndədir günah Sanma dünya toz pəmbədir. Qısa ömrümüz uzundur yollar Yarım elmayı yarı tamamlar Canım her şey düzelir zamanla Sen sadece bir şeyi anla Ne zaman sen varsın yanımda O zaman aşk akıyor kanımda Ben izlerim pencere camından Kuş misali kal otur dalında Həyatım bu təlaş nədir? Sahra gözündə bu yaş nədir? Nə məndədir, nə səndədir günah Sanma dünya toz pəmbədir. Həyatım bu təlaş nədir? Sahra gözündə bu yaş nədir? Nə məndədir, nə səndədir günah Sanma dünya toz pəmbədir.
  • Yağır yağışlar gəlməmiş payız Həyat, bağışla yaşamaq qəliz Əvəzsiz qalmaz dünya yüz faiz Mən gedim, məni çağırır dəniz... Ötən sevginin dadını Gələcək nə verər, nə qaytarar Sınmış ürəyim yenidən axtarar Amma bir daha Səndən olmaz Məndə olan bu faciə səndə olmaz Səndən olmaz Səndən olmaz Məndə donar hər saniyə, səndə donmaz Səndən olmaz Sən yaşıl təbiət, dörd fəsil bahar Mənim ömrümdə hər fəsildə qar Yenə yandırır keçmiş arzular Səndə təbəssüm, məndə ahu-zar Ötən sevginin dadını Gələcək nə verər, nə qaytarar Sınmış ürəyim yenidən axtarar Amma bir daha Səndən olmaz Məndə olan bu faciə səndə olmaz Səndən olmaz Səndən olmaz Məndə donar hər saniyə, səndə donmaz Səndən olmaz Səndən olmaz Məndə olan bu faciə səndə olmaz Səndən olmaz Səndən olmaz Məndə donar hər saniyə, səndə donmaz Səndən olmaz Ötən sevginin dadını Gələcək nə verər, nə qaytarar Sınmış ürəyim yenidən axtarar Gecələr ayılırsan, dərd, içində sən Həyatın hər tərəfi dərd, içində sən
  • Hər şey bomba kimi olacaq Hər şey bomba kimi olacaq Oo... yadigar Yadigar, başıma düşən dəli, füsünkar Oo... yadigar Yadigar, qulaqlarım səsindən olub kar O gah sakit, gah çox dəli Gah nəzərli, gah təcrübəli Gah güvənli, gah təhlükəli, ooo O gah sakit, gah çox dəli Gah nəzərli, gah təcrübəli Gah güvənli, gah təhlükəli, ooo Gah zülmət, gah ulduz Gah dün gecə, gah gündüz Gah isti, gah bumbuz Hər şey bomba kimi olacaq Gah zülmət, gah ulduz Gah dün gecə, gah gündüz Gah isti, gah bumbuz Hər şey bomba kimi olacaq O gah dumandır, gah dəlisov Gah amandır, gah sadəlövh Gah məhəbbət, gah nifrət Gah utanmaz, gah ibrət Bir gün şərbət, bir gün acı Bir gün yanımda, bir gün qaçır Qaça-qaça saçları saçır Aça-aça qəlbini açır O gah sakit, gah çox dəli Gah nəzərli, gah təcrübəli Gah güvənli, gah təhlükəli, ooo O gah sakit, gah çox dəli Gah nəzərli, gah təcrübəli Gah güvənli, gah təhlükəli, ooo Gah zülmət, gah ulduz Gah dün gecə, gah gündüz Gah isti, gah bumbuz Hər şey bomba kimi olacaq Gah zülmət, gah ulduz Gah dün gecə, gah gündüz Gah isti, gah bumbuz Hər şey bomba kimi olacaq Gah zülmət, gah ulduz Gah dün gecə, gah gündüz Gah isti, gah bumbuz Hər şey bomba kimi olacaq Gah zülmət, gah ulduz Gah dün gecə, gah gündüz Gah isti, gah bumbuz Hər şey bomba kimi olacaq Hər şey bomba kimi olacaq Hər şey bomba kimi olacaq