Татарский переводчик Узбекские песни

Песня «Dəniz» исполнителя Miri Yusif. Скачать или слушать онлайн

Текст песни:

Uzaqdan eşidirəm ətrini, iyini
Yenə onu gördüm, aldı zehnimi
Mənim üçün gəlib bura onun qara geyimi
Bir də başlamaq istəyir, deyəsən, new game
Beynin ürəyimi gizli küncdə bağladı
Neyləyim, mənim üçün gecə, gündüz ağladı?
Neçə dənə qəlb qan, neçə nəfər peşman
Kimə görə dəyişirdim mən özümü?
Dəniz, gəl danışım dərdimi sənə
Sənsə gizlət onu əbədi
Qat məni duzuna, qumuna
Qat məni günəşə, buluda
Gəl danışım dərdimi sənə
Sənsə gizlət onu əbədi
Qat məni duzuna, qumuna
Qat məni buluda
Ol mənim...
Mənim...
Yenə onsuz tək gəzirəm gecələri
Səni mənə yad edir Bakının küçələri
Özümü aldadıram, sən mənim canım
Sənin üçün axır damarımdakı qanım
Beynin ürəyimi gizli küncdə bağladı
Neyləyim, mənim üçün gecə, gündüz ağladı?
Neçə dənə qəlb qan, neçə nəfər peşman
Kimə görə dəyişirdim mən özümü?
Dəniz, gəl danışım dərdimi sənə
Sənsə gizlət onu əbədi
Qat məni duzuna, qumuna
Qat məni günəşə, buluda
Gəl danışım dərdimi sənə
Sənsə gizlət onu əbədi
Qat məni duzuna, qumuna
Qat məni buluda
Gəl danışım dərdimi sənə
Sənsə gizlət onu əbədi
Qat məni duzuna, qumuna
Qat məni günəşə, buluda
Gəl danışım dərdimi sənə
Sənsə gizlət onu əbədi
Qat məni duzuna, qumuna
Qat məni buluda
Поделиться: VK TG WA OK
Встроить на сайт

Другие песни исполнителя:

  • Yerlə gedir sənin qaş-qabağın Yenə götürüb tüstü bu otağı Bütün zənglər qayıdır cavabsız Var çox sual, var çox sual Bu həyat heç oynamadı nazınla sənin Razılaşmır dostların etirazınla sənin İşlərin gətirmir düz, axtarma səhvi özündə Qapanma sən, qapanma sən Bilirsən, əslində necə olur, dostum? Bir adamı bəyənmirlər, amma tuturlar üstün Sən hamıdan küsdün, sən əvvəldən düzgün Amma başa düşmək istəmirsən, əyridir güzgü Niyə əlini üzdün, de niyə gülmür üzün? Həyatında axı görmüsən beləsin yüzün Düzüm bir-bir qabağına, başlasın öz oynumuz Yerimiz ayrı olsa da, bizim birdir suyumuz Mənim üçün nağıl danışma Görürəm gözlərin alışmır Çalışma, heç çalışma Səndə aldatmaq heç alınmır Mənim üçün nağıl danışma Görürəm gözlərin alışmır Çalışma, heç çalışma Səndə aldatmaq heç alınmır Mən Bakıda doğulan, sıxlığından boğulan Havasını misralarda əks etdirən bir oğlan Sənin hər gün dinlədiyin qəmli mahnılar var Məndə bir o qədər kəsilməyən ağrılar var Nə olsun günəş həmin günəşdir, isidir, dəniz həmin Niyə öz seçdiyin yolunda deyilsən əmin Yağmasa yağış, göyqurşağı görünməz Bir də dost sözü hecaya bölünməz Heç nədən döyünməz bu ürəklər bir nəfəsdə Hər iki nəfərə bir köynək, olmur qismət hər kəsə Hey, nə isə gözümə gəlirsən bir təhər Darıxma, dostum, hər çətinlik bitər Çəkdiyin əziyyətin bəhrəsini görərsən Biz çıxardacağıq əvəzini, görərsən Yüz qat, yüz taxt, Yusqa, buz qat Arzuların düz yanındadır, əlini uzat Mənim üçün nağıl danışma Görürəm gözlərin alışmır Çalışma, heç çalışma Səndə aldatmaq heç alınmır Mənim üçün nağıl danışma Görürəm gözlərin alışmır Çalışma, heç çalışma Səndə aldatmaq heç alınmır
  • Həyatım, axı qəm nədir? Səhra gözündə bu nəm nədir? Nə məndədir, nə səndədir Günah, insan fani bəndədir Həyatım, axı qəm nədir? Səhra gözündə bu nəm nədir? Nə məndədir, nə səndədir Günah, insan fani bəndədir Ola bilər, ayrılarıq Ola bilər, bəlkə ayrılarıq Heç ürəyinə salma Kefini pozma (Ay-ay-ay) Bəlkə yarılarıq bir ömrü Bəlkə hələ gözümüz görmür Bəlkə ürək tələsir, dözmür Bəlkə də fələk torun hörmür Əzizim, insan oğlu ölmədən O dünyanı bilmir görmədən Yaşamadan, danışma bilmədən Yaşamaq nədən ölümə bir nədən? Həyatım, axı qəm nədir? Səhra gözündə bu nəm nədir? Nə məndədir, nə səndədir Günah, insan fani bəndədir Həyatım, axı qəm nədir? Səhra gözündə bu nəm nədir? Nə məndədir, nə səndədir Günah, insan fani bəndədir Qısa ömür, uzundur yollar Yarım almanı yarı tamamlar Yarım hər şey düzələr zamanla Sən sadəcə bir şeyi anla Nə qədər mən varam yanında Məhəbbətin axırsa qanımda Həm xoş, həm ən çətin anında Durmuşam dağ kimi dalında Həyatım, axı qəm nədir? Səhra gözündə bu nəm nədir? Nə məndədir, nə səndədir Günah, insan fani bəndədir Həyatım, axı qəm nədir? Səhra gözündə bu nəm nədir? Nə məndədir, nə səndədir Günah, insan fani bəndədir
  • Ürəyi kar olanın gözü kor olar, Ürəyi var olanın hər işi zor olar, Ürəyinə salan olarsa bu nəğməni, Ürəyinə dolar ahu-zar... Bir günüm dönüb aya, ilə, həftəyə, yüz günə, Səni itirdiyim üçün çox üzgünəm! Bu qərarı verməyimdə düzgünəm mən, bil... Sənin əllərində ruhum tapır şəfa, Yox səndən nə soraq, nə səs, nə səda, Sənə həsr olunur hər nəğmə, hər bəstə, İndi mən tək yalqız, sən ruhi xəstə! Çiyinlərimdə yükdür, ağırdır gecələrim, Gəzirəm dolaşıram Bakının küçələrin, O, bir xəstə ruh, min ağrıya düçar, Mən bağlı qapı, itirilmiş açar. Dilim susub, canım bezib, Yolum uzun, tufan kəsib, Yaşam bəsit, gülüş yalan, Olan – olub, keçən – keçib!
  • Mən onun, mən onun qəlbinin şifrəsi Adım onun açar kəlməsi Ora girməz bir özgəsi Mən onun, mən onun "sevirəm" cümləsi Gözümdə "o mənim" ifadəsi Əlimdə ürək işarəsi Mən onun, mən onun sehrli bəstəsi Gündə bezdirən nəğməsi Sağ xəyalların müjdəsi Mən onun sağ və həm sola döngəsi İlk günahı, son tövbəsi Qara bəxtin ağ kölgəsi O mənim şənbəm Mən onun bazar ertəsi Mən onun bazar ertəsi Hər anın öz mənzərəsi O mənim binam Mən onun son mərtəbəsi Mən onun son mərtəbəsi Gecə açıq pəncərəsi Mən onun, mən onun uca zirvəsi Həm sevinci həm qüssəsi Bəxtimə yazılan cəriməsi Mən onun, mən onun yerdə hər kəsi Ömrümüzün hər dəqiqəsi Sanki bir kino səhnəsi Mən onun, mən onun dəlisi, xəstəsi Eşq, məhəbbətin siftəsi Everest-in son nöqtəsi Mən onun, mən onun səhrada su əvəzi O eşq dəryanın su pərisi Baxışı gözümün qibləsi O mənim şənbəm Mən onun bazar ertəsi Mən onun bazar ertəsi Hər anın öz mənzərəsi O mənim binam Mən onun son mərtəbəsi Mən onun son mərtəbəsi Gecə açıq pəncərəsi Sən bunu bilginən, bil bunu, bilginən, bil, bilməlisən Bu qaydalara baxmayaraq sən mənimsən Arada, arada, arada düşünməlisən Xoş gün yarada-yarada deyib-gülməlisən Səndən başqa, səndən başqa Ürəyimə giriş qəti qadağandır Səndən başqa, səndən başqa Ürəyimə giriş qəti qadağan O mənim şənbəm Mən onun bazar ertəsi Mən onun bazar ertəsi Hər anın öz mənzərəsi O mənim binam Mən onun son mərtəbəsi Mən onun son mərtəbəsi Gecə açıq pəncərəsi O mənim şənbəm Mən onun bazar ertəsi Mən onun bazar ertəsi Hər anın öz mənzərəsi O mənim binam Mən onun son mərtəbəsi Mən onun son mərtəbəsi Gecə açıq pəncərəsi (Ürəyimə giriş qəti qadağandır)

Похожие исполнители