Татарский переводчик Узбекские песни

Песня «Nağıl Danışma»
исполнителя Miri Yusif.
Скачать или слушать онлайн

Текст песни:

Yerlə gedir sənin qaş-qabağın
Yenə götürüb tüstü bu otağı
Bütün zənglər qayıdır cavabsız
Var çox sual, var çox sual
Bu həyat heç oynamadı nazınla sənin
Razılaşmır dostların etirazınla sənin
İşlərin gətirmir düz, axtarma səhvi özündə
Qapanma sən, qapanma sən
Bilirsən, əslində necə olur, dostum?
Bir adamı bəyənmirlər, amma tuturlar üstün
Sən hamıdan küsdün, sən əvvəldən düzgün
Amma başa düşmək istəmirsən, əyridir güzgü
Niyə əlini üzdün, de niyə gülmür üzün?
Həyatında axı görmüsən beləsin yüzün
Düzüm bir-bir qabağına, başlasın öz oynumuz
Yerimiz ayrı olsa da, bizim birdir suyumuz
Mənim üçün nağıl danışma
Görürəm gözlərin alışmır
Çalışma, heç çalışma
Səndə aldatmaq heç alınmır
Mənim üçün nağıl danışma
Görürəm gözlərin alışmır
Çalışma, heç çalışma
Səndə aldatmaq heç alınmır
Mən Bakıda doğulan, sıxlığından boğulan
Havasını misralarda əks etdirən bir oğlan
Sənin hər gün dinlədiyin qəmli mahnılar var
Məndə bir o qədər kəsilməyən ağrılar var
Nə olsun günəş həmin günəşdir, isidir, dəniz həmin
Niyə öz seçdiyin yolunda deyilsən əmin
Yağmasa yağış, göyqurşağı görünməz
Bir də dost sözü hecaya bölünməz
Heç nədən döyünməz bu ürəklər bir nəfəsdə
Hər iki nəfərə bir köynək, olmur qismət hər kəsə
Hey, nə isə gözümə gəlirsən bir təhər
Darıxma, dostum, hər çətinlik bitər
Çəkdiyin əziyyətin bəhrəsini görərsən
Biz çıxardacağıq əvəzini, görərsən
Yüz qat, yüz taxt, Yusqa, buz qat
Arzuların düz yanındadır, əlini uzat
Mənim üçün nağıl danışma
Görürəm gözlərin alışmır
Çalışma, heç çalışma
Səndə aldatmaq heç alınmır
Mənim üçün nağıl danışma
Görürəm gözlərin alışmır
Çalışma, heç çalışma
Səndə aldatmaq heç alınmır

Другие песни исполнителя:

  • Gecikmiş sevginin baharı nədən, Payıza bənzəyir, qışa bənzəyir? Dilindən çıxan sevinclə hər kəlmə, Gözdən süzülən yaşa bənzəyir? Əllərin toxunmur göyün üzünə, Ürəyin alışır baxmır sözünə, Anlayış umursan özün özünə, Kimsə anlamır, boşa bənzəyir. Adım ruzigar, Sənə tərəf əsmişəm tanrıdan yadigar. Bu dünyada bir tək ölümə çarə yox. Pəncərəni yuyur nakam yağışlar, Damlalar ömürdən yaşa bənzəyir? Arxanca zillənən haqsız baxışlar, Birdən atılan daşa bənzəyir. Sevirsən duymadan doğmanı, yadı. Taleyin kimsədən imdad ummadı. Bu sevgi o qədər asan olmadı, Qanadı qırılmış quşa bənzəyir. Adım ruzigar, Sənə tərəf əsmişəm tanrıdan yadigar. Bu dünyada bir tək ölümə çarə yox.
  • Mənim sevgilim, sən hamıdan gözəlsən, Cənnəti təsvir etsəm, çəkərdim sənin rəsmini, Səhifələr tükəndikcə sanki bitir hər şey, Mən kitab olsaydım, adım olardı sənin səhfin, Çox vaxt musiqi nəsə demək istəyir, anlamırsan, Mən mahnı olsaydım, susub səni dinləyərdim. Əzab ver, qorxma, sevgidən ölmür heç kim, Mən ürək olsaydım səni çöldən bağlayardım. Mənim sevgilim, sən hamıdan gözəlsən, Sənə mən gül verdim, sənsə sevdin tikanların. Uçmaq istəsən, göyə çıxmaq lazım deyil, Qəlbim sənin səman, sevgimsə qanadların. Dünyaya baxıram hərdən, o bəzən bizə oxşayır, Mən dünya olsaydım, fırlanardım başqa səmtə. Sənin əksini sevdim, ürəyini tapa bilmədim, Ürəyin olsaydım, yəqin gizlənərdim mən də. Dairəni sevmirəm, çünki küncə qısılmaq olmur, Küsəndə külək kimisən, sənə toxunmaq olmur. Sən hər dəfə əsdikcə yanaqdan axın sel, Dünya fırlandıqca, fırlanır bizim karusel... Üzündəki xal ürəyindədir, xal, Gündüzlər getmə, get gecələr, qalma, qal, Yadıma bir də sal marsel, fırlanır karusel... Üzündəki xal ürəyindədir, xal, Gündüzlər getmə, get gecələr, qalma, qal, Yadıma bir də sal marsel, fırlanır karusel... Mənim sevgilim, sən hamıdan gözəlsən, Sən mənim hər şeyimsən, qalsaydın, doymazdım, Cənnətdə görüşməkçün gərək əbədi sevəsən, Mən cənnət olsaydım, bu qədər şərt qoymazdım. Dünyanı gözəl göstərməkçün hərdən uydurursan.
  • Sanki külək kimi xəstəlik Toxunur, üşüdür məni Sanki səsləri eşitdim Qorxudur, susdurur məni Dünən gülən bu üzüm, bu gün Yalvarır, ağladır məni Sanki kədər mən idim Sevinc qınayır məni Qəribə baxdı üzlər Gülən süni simalar Mən ki, dəli deyiləm Baxışlarda hər məna Bu gün mən ayağa qalxdım Yaşamaq istəyi ilə Bu gün xəstəyəm dedim Sağalmaq diləyi ilə... O... Qəlbim badə, sevgim şərab Mən bu gün sərxoşam, mən sərxoşam canımla Tək oturmuşam Qubernator bağında Bu şəhərdə tənhayam, tənhalar parkında O... Qəlbim badə, sevgim şərab Mən bu gün sərxoşam, mən sərxoşam canımla Tək oturmuşam Qubernator bağında Bu şəhərdə tənhayam, tənhalar parkında İçimdə narın yağış Çöldən gün qızdırır məni Həyatın hər anında Yalanlar coşdurur məni Hava limanım bağlı Təmirdə təyyarələr Yaxınların içində Aldanmış özgəyəm mən Aramız çox ümidsiz Ölkələr və kölgələr Hər günüm adi, duzsuz Arzular mənə söykənər Bu gün mən ayağa qalxdım Yaşamaq istəyi ilə Bu gün xəstəyəm dedim Sağalmaq diləyi ilə... O... Qəlbim badə, sevgim şərab Mən bu gün sərxoşam, mən sərxoşam canımla Tək oturmuşam Qubernator bağında Bu şəhərdə tənhayam, tənhalar parkında O... Qəlbim badə, sevgim şərab Mən bu gün sərxoşam, mən sərxoşam canımla Tək oturmuşam Qubernator bağında Bu şəhərdə tənhayam, tənhalar parkında "Heyyo", hamı "heyyo" Hamı birlikdə Mən bu gün sərxoşam "Heyyo", hamı "heyyo" Hamı birlikdə Mən bu gün sərxoşam O... Qəlbim badə, sevgim şərab Mən bu gün sərxoşam, mən sərxoşam canımla Tək oturmuşam Qubernator bağında Bu şəhərdə tənhayam, tənhalar parkında