Татарский переводчик Узбекские песни

Песня «Introlagiat»
исполнителя Okaber.
Скачать или слушать онлайн

Текст песни:

Текст песни не найден. Добавить?
Мы платим за добавление текста. Вам нужно авторизоваться, чтобы мы смогли вам заплатить
Отмена

Другие песни исполнителя:

  • Memuarın başlığı sevinc, sonu kədər Başlıqsız sətirlər ölümdən betər Onun otağı bəzədilib antik əşyalarla Bu əşyaları dəyişməzdi o dünyalarla Divarda patent əsərlər hər dövürə dair Da Vinçi, Mikelangelo, Pikasso və sair Poetik şair kitabları düzülüb rəflərə Necə ki, notlar səliqəylə düzülüb dəftərə Bu ponarama, onun kiçik qalereyası Burda səslənirdi pianoçunun hər ideyası Otaqdakı pianinosu nostalji xatirə Sanki səsləyir onu, yenə də şah əsər yarat Həyatı aristokrat, özü pozitiv personaj Me-motiv... otaqdakı peysaj Pianinonun üstünə lampa, tavanda plafon abajur Primula, balaca fon, köhnə qramafon Qırağa düzülmüş ballar, stend tablolar Rəsimlər... memoriallar Beethoven, Lis, чaékoâcêèé, Mozart, Bizet Jan Etyen Liotar'ın "Şokolad paylayan qız"ı Bu patent rəsmlər, Ron meliment anlar Onun ömrünə rəng qatan, orden və medallar Melodramik həyatı prestiji, prespektivi Maestronun musiqi haqqında intuitivi Məhşur pianoçunun əlindən neçə not süzülüb Minlərlə əsər əlində can verib, ölüb Sevimli pioninosu, klassik üslubda mebel Stolun üstündə karandaş, vərəqlər, portfel Çoxdan soyumuş qəlyan və bir qutu siqar Və həyatını əks etdirən maraqlı memuar Memuarın başlığı sevinc, sonu kədər Başlıqsız sətirlər ölümdən betər Onun otağında sanki görünür mimikası Sanki hələ də eşidilir klassik lirikası Həyatından epizodlar memuarında İfalar və notlar repertuarında Maestronun çəkdiyi həyat mənzərəsi Göz qırpımı kimi örtülən həyat pəncərəsi Musiqi təntənəsi, psixo notlar yayılır Harmoniyanın ahəngindən bəşəriyyət ayılır Qəlbləri fəth edən jest və musiqi Pianinoya olan sonsuz dərəcə sevgi Tamamlayıcı smoking, aristokrat baxışlar Hər ifanın sonunda zalı titrədən alqışlar Tokkata "K Elize", 24-cü kapriz Hər bir dinləyici ürəyində, dərin hiss Və pianoçu ölməz sənətiylə yaşayır Hər bir not bu ağırlığı daşıyır Yox cinmi, ruhu do, re, mi, fa, sol, lya-da O sevirdi, amma yox olub "İzolda" Bütün həyatı sanki dövr eləyir otaqda "Tristan İzolda", son sözü yataqda Memuarın başlığı sevinc, sonu kədər Başlıqsız sətirlər ölümdən betər Yenə də səhnələr, pianoçu populyardı Amma ona qalan bir otaq, bir də memuardi Memuarın başlığı sevinc, sonu kədər Başlıqsız sətirlər ölümdən betər Yenə də səhnələr, pianoçu populyardı Amma ona qalan bir otaq, bir də memuardi
  • İnsanlar məni yaxşı tanıyır, bilib mənə inanırdılar Üzdən sığınacaq tapıb içdən talanırdılar Hər dəfə efirə çıxanda ən gözəl maska taxırdım Millət acından qan qusanda mən milyonlar yığırdım Mən çıxırdım bərəkət üstündən, əzirdim, basırdım Kiminsə xəbəri yox, mən günahsızları asırdım Yazırdım yuxarılara ki, qonşum millətçi şairdir Dilini kəsin, qələmini qırın, o, buna layiqdir O yazır həqiqətləri, mən isə gizlədirəm O sevir azadlığı, mən isə istəmirəm Mən satıram qadınları, orqanları, torpaqları Ətrafıma yığıram yaltaqları, qorxaqları Yazmışdı son məktubunda vətən xaini İnsanlar məni yaxşı tanıyır, bilib mənə inanırdılar Əslində alçaq biri idim, məni dahi sanırdılar Mən qatdım haramı halala ki, heç nə günah sayılmır Siğədən nə qədər uşaq öz atasını tanımır Silah alveri, sektalar və bir sıra məsələlərdir Ən yaxşı narkotik İslam ölkəsindən gələrdi Fəlakətlər, faciələr, kütləvi qırğınlar Bir tikə çörək tapmayıb evə qayıdan yorğunlar İnsanlar boğulur kədərində, batır qəhərində Mənə təsir etmirdi fəryad çadır şəhərində Əllərim qana batıb, qatı cinayətkar, cani İntihardan qabaq yazmışdı son məktubunda vətən xaini