Татарский переводчик Узбекские песни

Песня «Hədəf Ümidlərdi» исполнителя Okaber. Скачать или слушать онлайн

Текст песни:

Hər əsər yazılanda mən də böyüyürdüm
Hədəfdə tutulub qalmış ümidlərimi söyürdüm
Sevirdim, amma xəyanəti görəndə ölürdüm
Qəlbdə bağırırdım, üzdə it kimi hürürdüm
Varlığım olsa da sənə möhtac, barışırdım
Sən şahzadə deyildin, amma sənə tac yaraşırdı
Necə dəyişərmiş məna sözlər yozulanda
Necə pozularmış ətraf bir nəfər pozulanda
Hər əsər yazılanda mən də böyüyürdüm
Qonşum içirdi hər gün, anasını döyürdü
Onda balacaydım, anlamırdım maldan, tozdan
Sonralar başa düşdüm ki, ölüb "передоз"dan
Dedilər, müəllim müqəddəsdir, mənə öyrətdilər
Müəllimə hörmətin adı olub rüşvət, dedilər
Ruhumu kirlətdilər, onsuz da çirkabdır
Yazdığım əsərlər verilən suallara cavabdır

Hər əsər yazılanda mən də böyüyürdüm
(Böyüyürdüm, böyüyürdüm)
Ruhumu kirlətdilər
Hər əsər yazılır paranoyya harayımdan
Gündə bir kərpic düşür ömrümün sarayından
Neyrocərrahiyyə, hər dəfə "ukol" beyinə
"Капсула", lirika, "гранула", "tramadol" meyitə
Dönən bədənimi "морг"a buz kimi qoydular hətta
Məni kafir kimi tanıyıb dərimi soydular hətta
Dedilər qəlbin qaradır, ətrafı da qaraldır
Mənsə yazırdım, yoxsulluq vətənə sevgini azaldır
Dedilər, aralı dur, dur bir az o tayda
Qanımda quduzluq var, gəlirəm boz ayda
Dövr də dəyişilib artıq, burcudur omba "gay"lər
Gözəl qız kəlməsi əvəz olunub 'bomba şey"lə
Dedilər: "Psixopatsan? Yazırsan axmaq kimi"
İndi yaşamaq üçün olmalısan yaltaq kimi
Sapı özümüzdən olan balta kimi doğra, kəs
Hədəfdə əks ümidlər gəlir tərs
Ömür qəfəs (ömür qəfəs, ömür qəfəs, ömür qəfəs)

Çək tətiyi sonuna qədər, hədəf ümidlərdir
Güllələ, həyat boş, mənasız cümlələrdir
Ya bir musiqidir, gəlir duyğulara xoş
Əslində boş xəyanəti əks etdirən sevgidir
Çək tətiyi sonuna qədər, hədəf ümidlərdir
Güllələ, həyat boş, mənasız cümlələrdir
Ya bir musiqidir, gəlir duyğulara xoş
Əslində boş xəyanəti əks etdirən sevgidir
Sadəcə (sadəcə, sadəcə)
Sadəcə (sadəcə, sadəcə)

Другие песни исполнителя:

  • Baharın təravətini gətirən rüzgarın sərinliyi Amma o hələ uzaqlarda, hələ qışın gərginliyi Sevginin dərinliyi paranoia, düşünür qoca Onun sevgisi satdığı güllər kimi vəfasız, adi, olduqca mənasız Solduqca ömrü azalan güllər qalır dünyasız Lakin qoca nikbin və budur 8 mart İncə yaranmışların həyatına 1 damla sevinc gətirən vaxt Bugün çox gül tapır əksini və utanır səbəbsiz Saatlar əqrəbsiz, qələmlər aciz qalır, mürəkkəbsiz Dağıdır fikirləri, ətrafı bürüyən ətirləri Şəhərin küləkləri aparır uzaqlara pak sevgini, yaşadır nağıllarda Danışır uşaqlara, yaşadır arzularda və şirin yuxularda Görüşənədək, əlvida Və sevgililəri sevindirən satdığı çiçəklər Bir döyünən ürəklər üçün yaranan təbii istəklər Sevinir qoca, ani olaraq Qarşısında dayanan cavan oğlanın sevincinə şərik olmaq üçün Gözlərdə təbəssüm yaradaraq, gülüş oyadaraq Oğlana təqdim etdiyi güllərdə tamam başqa bir maraq Tamam başqa bir müəmma, başqa bir təbiət, aləm, yer, göy Başqa bir səma Rüzgarın təravəti gətirir uzaqdan baharı xatırladan ətirləri Lakin yağış isladır insanları günah kimi gizlədən çətirləri Məktublarda sətirləri dəfələrlə oxuyan bu cavan oğlan görüşə tələsir Unudub varlığını, xəstəliyinin ağırlığını Düşünür: Axı, bu gün o görüşə gələsi Onu dünyalar qədər sevirəm, gözləməsin Bir saniyə belə qalmasın tənha Onun göz yaşlarında bataram günaha O körpə kimi pak, kövrək, saf Oğlanın özü təyin etdiyi görüş yeri Bozarmış ətraf, yazılmış lirik epiqraf və növbəti paraqraf Yolun astanasında dayanan qız olanlardan xəbərsizdi Onun gözləri adi, nə sevinc, nə kədərsizdi "Sevgim qədərsizdi" - fikirləşib oğlan yaxınlaşır Həyəcandan əsir əlləri, içində ürək alışır Onun qeyri-adi davranışı, əlində bir dəstə gül Qızın marağına səbəb olur, bu ruhi xəstə Gülləri uzadır əllər, amma qız tanımır oğlanı Getdikcə sərtləşir, dəyişir, birdən ani olaraq, qəbul etmir hədiyyəni Çıxıb getmək istəyir Oğlan yalvaran gözlərində sanki şeytan bəsləyir Boş sözlər, qan dolmuş gözlər, baxışlar narazı Gülləri yerə atan əllər indi boğur qızı Öldürdü, yenə sevgilisinə oxşatdığı insan Yenə 8 mart və yenə növbəti qurban Qəzetlərdəki elan, hamıda qorxu hisləri Bu 13-cü qətl, bəlkə də lənət izləyir Oğlan axtarırdı, sonunda, hər şey ortada Həyatını qumara qoymuş insan kimi uduzub kartda Və 8 martda yenə 13 il əvvələ qayıtdı Biraz ağladı, xatirələrini göz yaşlarına tanıtdı O qız mənim illər öncə itirdiyim sevgilim deyildi Bu yenə o deyildi - oğlan öz özünə deyindi Barmağını kəsib qanla divara yazdığı 2 rəqəm 8 və 13, sanki lənət, cəhənnəm
  • Buranın havası mənfilərdə, barmaq tətikdədir Düşməni gəbərtdikcə, çürümüş ət iyi gəlir Nə ümidlərim vardı, hədəfə qoyub güllələyirəm Boğazına bıçaq dirəyirəm, söyürəm, şillələyirəm Sanki nədən yorğunluq, bəlkə bədən yorğun Əsl hakimin gələcəyi məhkəmədən qorxun Aciz olan insanlar, bir də cümlələrdir Ətraf mafiya, çirkab, çirkin zümrələrdir Məclisdə "Xaç Atası", hər kəs ayağa qalxsın! Eşidirsiz?! Deyirəm ki, mərkəz ayağa qalxsın! Yerinə oturub danışma heçnə bacarmadan Azadlıqdan, həbsdən və bir də kazarmadan Səsiniz gəlir Biz haqqın yolçuları Biz susmayan Karabin! Tülkü, çaqqal ovçuları Kimin ki, borcu qalıb torpağımızı qorumağa Biz əlindən tutarıq, qoymarıq yorulmağa Ömrü deyə bilmərəm, ölümün baharıdır bu Sanki şeytanın bizə hazırladığı naharıdır bu Və halını soruşsan bu mahnının Dinlədiyin ucuz sətirlər deyil! Bahalıdır bu! Ömrü deyə bilmərəm, ölümün baharıdır bu Sanki şeytanın bizə hazırladığı naharıdır bu Və halını soruşsan bu kinonun İzlədiyin ucuz filmlər deyil! Bahalıdır bu! Ömrü deyə bilmərəm, ölümün baharıdır bu Sanki şeytanın bizə hazırladığı naharıdır bu Və halını soruşsan bu mahnının Dinlədiyin ucuz mahnı deyil! Nə bilim ala!?
  • Gərək hər dəfə gedəndə gəlişimi artırardım Amma bu şəhər daxiləndə zahirəndə dəyişib artıq Səni əvvəldən bilirəm sən cənnətin mənzərəsisən Səni əvvəldən sevirəm sevgilimin pəncərəsisən Nəfəsimiz benzin qoxur bizim çörəyimiz pak dadır Payız gəldi uçmadı quşlar hələdə Bakıdadır Mən insan dərisi geyinmiş Qurdam dağa gedərdim Köhnə erməni qəbirsanlığı indi daha betərdir Hərdən görürsənki çoşub daşır gəlir qaza key adam Danışır "gangsta life"dan geyinir "Mothercare"dən Sən nə vaxtdan at oynadan olmusan? Qanım qaynıyır Sənin axı it oynadan vaxtların yadımdaydı Mən killer-billerlərin soxacam başın məzara Sizə görə yaşıl bazarın adı olmalıydı yaşıl bazarı Yazdığım atalar sözləridi gəzər-gəzər dildən düşməz Müharibə davam edir bu silah əldən düşməz Yeriviz belə yumuşağ ona görə yad qalmısız Karabin bu gün şah hamıvız mat qalmısız Yeriviz belə yumuşağ ona görə yad qalmısız Karabin bu gün şah hamıvız mat qalmısız Qəlbimiz qaralandan atmamışıq biz ürək daşını "I am not rhyme machine" ən sevdiyim maşın çörək maşınıdı Bilik yarışı deyil bu ov zamanıdır bilək yarışıdır Kişiyə ürək dostluğa kürək bayrağa külək yaraşır
  • əyatı cənnət sayanlara ölüm cəhənnəmdi Ölüm fast-food, xərçəng ya da sətəlcəmdi Ölüm ulduz xəstəliyi və ya plastik əməliyyatdı Həyat '37, renesans ya da klassik ədəbiyyatdı Bura lövbəri salanlar üçün növbədi Mənim üçün kişi kimi söz vermək elə tövbədi Kimsə gedir şəxsiyyət olur, kim isə gəlir olur Dəli-dolu həyatınızın içində dəli dolu Karabin kimi qafiyələr ruha toxuna ya da vura cin kimi Zirzəmidən yol axtarıram qaranlıq otaqlara Nağılları kabus elədim qırmızı papaqlara Saman altından yeriyən həmin suyu kəs Ölüm intihar ola bilər ya da sui-qəsd Deyilərsə içmə, deyil bu badə rəva Geyinərsə nə badə, məbada, məba Mərhaba, ətrafa səs yayıldı Məclisdə xaç atası, sən, bir də Əzrayıldı Daimi əzablar içində vətən xaini Xarabada diz çöküb oxuyar sonuncu ayini Ciyərlərinə tüstü dolar Qadının kişidən yalnız əxlaqı üstün olar Okaberin mətni cinayət, sətri qandı Sarkazm, kinayə və ya qətliyamdı Mənə gələn hər fikir, təbimdən düzülər mətnlərə Qəlbimdən süzülər sətirlərə, gətir mənə! Ən odlu silahı gətir mənə! Cümlələr mərmidi, elə bil ətraf dərmə-deşik Sözlərimə qulaq as, Adəm almanı dərmə eşit! 6 nəfər 70-lərdən şahiddi hərivə 5-i Kəlmə eşir beyinləri, karabin zərbə deşir Laxladı qəlpələrim, rəqiblər nakautda Tanıyan bilir məni MadHouse'dan, RapOut'dan Vuraraq son akkordları ölümün gözünə baxın İnsan ölümə yaxın olanda ruhu önünə axır
  • (R, O, C, R, Rap out Clan, O, C, Okaber, R, O, C) (Qarnizon) Bəlkə də gəlib artıq, bəlkə də sondu bu Dünən 10 nəfər idilər, indi milyondu bu Edam günü yaxınlaşır qanlı zəncirlərlə Tikanlı məftillərlə bağlı qarnizondu bu Bəlkə də gəlib artıq, bəlkə də sondu bu Dünən 10 nəfər idilər, indi milyondu bu Edam günü yaxınlaşır qanlı zəncirlərlə Tikanlı məftillərlə bağlı qarnizondu bu Kömək etməz sənə şeytana prototip ikonalar Və nə qədər cibdə pul olar və portatifdə pornolar Kamuflyaj ekipirovkada, bu tipdə formalar Kömək etməz ideyalogiya, prinsip və normalar Yorulmadan yazıram, qanadım yox uçmağa Nifrətim yetəri qədərdi bu mövzunu açmağa Çoxdu "Rusiyət"ə qaçmağa, paqona dolan millətim qədər Bilirsən, çoxdur mənim paqona olan nifrətim qədər Nə qədər çağırdılar, mən səs vermədim səsinə Özünə inanmır, lazım day-day, qohum, beləsinə Soxum beləsinə, sözlərimi bəlkə başa düşsün Yıxılsın, dursun, ilişsin, bəlkə boşa düşsün Bizimki şərəfimiz, dırnaqarası yolumuz var Zəifləri vurmağa qüvvətimiz, qolumuz var Ramil Səfərov üçün verilişlərdə pul dilənirdik Halbuki Macarıstanı alacaq qədər pulumuz var Bəlkə də gəlib artıq, bəlkə də sondu bu Dünən 10 nəfər idilər, indi milyondu bu Edam günü yaxınlaşır qanlı zəncirlərlə Tikanlı məftillərlə bağlı qarnizondu bu Bəlkə də gəlib artıq, bəlkə də sondu bu Dünən 10 nəfər idilər, indi milyondu bu Edam günü yaxınlaşır qanlı zəncirlərlə Tikanlı məftillərlə bağlı qarnizondu bu İntizam taborunda yarım sutka haupt vaxtda Fərqi yox ki, torpaqda fərqi yox tabut taxta Çürüdüm, sübut laxta qanı tutaraq kobud saxta an Ümidimi vurdu şaxta, yan keçmədi O təkcə qan içmədi Burdan insan keçmədi, buralar qarnizondu Nə qədər istəyirsən qışqır, sonsuz diapazondu Onsuz da itirmisən, ağlama ötən üçün Nə gözəldir ölmək bizə sevgili vətən üçün Bu mənim kəşfiyyatım, məni insanlar qınayır Körpələr Həzi Aslanovu stansiya kimi tanıyır Qurun konslagerlər, qaytarın repressiyanı Göndərin nə qədər, öldürün, söndürün aqressiyanı Nə qədər gec deyil, yazılarımı tapın, yandırın Qarnizondan şəhərə dolan qurdlarımı qırdırın Bizi tanıyan tanıyır, müharibə davam edir Davam edir müharibə! Bəlkə də gəlib artıq, bəlkə də sondu bu Dünən 10 nəfər idilər, indi milyondu bu Edam günü yaxınlaşır qanlı zəncirlərlə Tikanlı məftillərlə bağlı qarnizondu bu Bəlkə də gəlib artıq, bəlkə də sondu bu Dünən 10 nəfər idilər, indi milyondu bu Edam günü yaxınlaşır qanlı zəncirlərlə Tikanlı məftillərlə bağlı qarnizondu bu (Ələ keçirmə yarımqrupundayam) (Şok atəşindən sonra ölüm bölgəsinə girərək) (Əsir, sənət, silah nümunələri götürüb geri çəkilirəm)