Татарский переводчик Узбекские песни

Песня «Taboo»
исполнителя Okaber.
Скачать или слушать онлайн

Текст песни:

Gəl, yağışa addım ataq, ya da qarışaq buludlara
Gəl, ümidvaram sözünü dəyişək olsun unutmaram
Gəl, elə bil torpağa girək ki əbədi yata bilək
Ya da, elə bil duaya dönək ki Allaha çata bilək
Mən geri dönənə qədər bütün ulduzları say demişəm
O qədər dəli oldum qışa yay, noyabra may demişəm
Sən yarimin qasidisən, əyləş sənə çay demişəm
Bəlkə tez xəbər gətirəsən yardan gələn ay demişəm
Gəl, bu millətə yuxusuzluq dərmanı daddıraq
Gəl, elə bir üsyan qaldıraq, buranı yandıraq!
Mən gözəlliyinə aşiq, sən isə Qarabağ olaydın (kaş)
Mən Müşfiq olaydım, sən Yenə O Bağ olaydın
Gəl, elə bir külək ol kəfənimi cır, mənə əs gedim
Yada şaxta ol beynimi dondur, bədənimi kəs gedim
Geri dönməzmi gedən qatar bir dəfə dayanmazmı?!
Oyadar xəlqi əfğanım qara bəxtim oyanmazmı?!
Biz yolunan saçların əvəzini yolmağa gəlmişik
Biz Xarı bülbülün haqqını almağa gəlmişik
Mən şəhidəm sən qərənfilim, solmağa gəlmişik
Biz tək müharibədə könüllü olmağa gəlmişik
Gəl, son cəngavər döyüş təbilini vuranda görüşək
Gəl, Turanda görüşək ayələrə dönək Quranda görüşək
Gəl, əbədi BOZQURD'a dönək ulayaq qiyamətə
Gəl, bütün Türküstan Qarabağ üçün ayağa duranda görüşək!
Gəl, Turanda görüşək

Другие песни исполнителя:

  • Hamı kimin üçünsə xilaskardı Ya mən lal olmuşam, ya da qulağım biraz kardı Ürəyimin yaralarına əllərinlə toxun Gözlərimi görmək üçün yuxarı qaldır biraz kadrı Əmələ gəlmir hərdən Nə qədər yazasan müharibədən, mərmilərdən Soyuq tərdən sonra baş verən paranoiadan Xatırlayıb hərdən, oğurladığın illəri yerinə qoy adam (Sus) Günlərim artıq maraqsız və daha sakit Artıq alışıb yanan ocağı söndürmüşəm Mənə ölüm hökmü də azdı cənab hakim Mən sevgi və bütün hissləri öldürmüşəm Fikirlər qarma-qarışıq Arasında ümidsizlik və karma yarışır Biz axı deyildik əsl adam Tüstüyə qarışan hönkürtülər əks-səda Bu ya fraqment qısametrajlı kino Ya da, hər mübarizənin sonunda bitir yol Həyat yerə çırpar bəlkə də, qaldırar səni Son sözünü deyə bilməsən yandırar səni Qorxulu yuxulardan ayılmadım Hər dəfə oyananda isə adını sayıqladım Bəlkə də, çoxdan ölmüşəm, amma sağ kimiyəm Mən indi soyuq, əlçatmaz dağ kimiyəm Sən hökmü oxu, qorxutmağa çalışma lakin Bil ki, bozqurd ölümdən qorxmur, cənab hakim!
  • Alo, Alo Alo, Alo Alo, Alo Mən pisləri tanımıram Tanıyıramsa, deməli, pisləmədiklərimdir Və istədiyimi alıram Almıramsa, yəqin istəmədiklərimdir, ah! Dəli divanə dahi gələr, miladda mən Və çarmıxa məftun rahibələr Sarışın sarı gəlin sarı gələr Yuxudan vahimələr kimi uzanan saniyələr Sınan nahiyələr xatiratı akrobatın Bəxti düz gətirməyən kəllədə çakra batır Kəlləyi balqabağın kəllə qatı İmza atır vəsvəsəyə şeytanın advokatı Hey, hey, hey! Heyvanıq biz, fil dişindən fil heykəli düzəldən heyvanıq biz (Evində qırmızı kitaba düşən müqəvvalar) Heyvanı qorumaqdan danışırdız, ey xanım, siz, wow! Sizə heyranıq biz Amma siz aranı qatanlar (həmkarıdır) iblisin həmkarıdır (Fəhlənin alın tərinə haram qatanlar) Pisləri tanımıram Tanıyıramsa, deməli, pisləmədiklərimdir İstədiyimi alıram Almıramsa, yəqin istəmədiklərimdir, mən Mən pisləri tanımıram Tanıyıramsa, deməli, pisləmədiklərimdir Və istədiyimi alıram Almıramsa, yəqin istəmədiklərimdir Gəlməsə SSRİ, gəlsə SS Rep yenə "генсек", ЦК КПСС Sətirlərim seysmik zonadır Tokyo kimi Old School bərk, dözümlü Nokia kimi (Alo, Okaber, de kimdən yazım?) De kimdən yazım, sağ əli qanqrena olan avam xəstənin Səhvən çaşıb sol ayağını kəsən həkimdən yazım Ziyan gəlir zaman-zaman faydalardan Zaman zaman olmur, aman qaydalardan Ölür ömür, dönür kömürə, sönür, gömülür Arzular əriyir falqalarda Bilmir axmaq adamlar Böyük poetlər boğulur balaca çayxanalarda Nəzər salma, nəzəriyyəmə nəzər yetir Cibində rüşvətdən qutulara nəzir gətirir Daima əzər yetimi Başqası başqalarına başqa cür xətər yetirir Mən pisləri tanımıram Tanıyıramsa, deməli, pisləmədiklərimdir Və istədiyimi alıram Almıramsa, yəqin istəmədiklərimdir Mən pisləri tanımıram Tanıyıramsa, deməli, pisləmədiklərimdir Və istədiyimi alıram Almıramsa, yəqin istəmədiklərimdir Big Mad Wolf, ya! Rap Out Clan!
  • Mən sənin varlığına o qədər alışmışam ki Heç yoxluğunda bu qədər yanıb alışmamışdım (Sənsiz) Saçlarına boğulub batıb elə qarışmışam ki Heç bəni-adəm çürüyüb torpağa belə qarışmamışdı Laxta qanların əvəzinə saxta qanlar İllərin bəd xəbəri səbrimi dartıb geniş Və sənə varmaq üçün başqa yollar axtaranda Ozan Arif "başqa yol yox artıq" demiş (Başqa yol yox artıq) Sən əzbərimdəsən, mənim adım kimisən! İlk baxışdan sevdiyim qadın kimisən! Sən ölüm kimi, sən yaşam kimisən! Əbədi xilaskar — Nuru Paşam kimisən! Düz eliyib də ayırdıq düzü yüz eyibdən Necə ki həmin dağlar ilham alır Üzeyirdən Azan səsinə açılıb nəfəsi minarənin Şahidi müharibənin, afərin, Xüdafərin Mənim ruhum o dağlara qanadlanar Mən xəzinəmə görə narahat Cavad xanam Necə ki cana bəsrət taxt-tacına şah Qacarın Axtarıb tapdıracaq, tapdayacaq, saplayacaq (Dibinə kimi) Gözəlliyinin aşiqiyəm, dünyaya səs salıram Şəhriyarın "qasid"iyəm, Müşfiqin "rəssam"ıyam Qafiyəm misri, sətrim ozan mizrabıdı Yezidin dəstəmaz almağı belə, su israfıdı Boz Qurd səni elə sevmişdi, Tatar qızı Heç Timuçin Börtəni belə sevməmişdi Perronda qarşıladıq birinci qatarımızı (Növbəti stansiya Xankəndi) Yəni ev demişdik