Татарский переводчик Узбекские песни

Песня «Qarnizon» исполнителя Okaber. Скачать или слушать онлайн

Текст песни:

(R, O, C, R, Rap out Clan, O, C, Okaber, R, O, C)
(Qarnizon)
Bəlkə də gəlib artıq, bəlkə də sondu bu
Dünən 10 nəfər idilər, indi milyondu bu
Edam günü yaxınlaşır qanlı zəncirlərlə
Tikanlı məftillərlə bağlı qarnizondu bu
Bəlkə də gəlib artıq, bəlkə də sondu bu
Dünən 10 nəfər idilər, indi milyondu bu
Edam günü yaxınlaşır qanlı zəncirlərlə
Tikanlı məftillərlə bağlı qarnizondu bu
Kömək etməz sənə şeytana prototip ikonalar
Və nə qədər cibdə pul olar və portatifdə pornolar
Kamuflyaj ekipirovkada, bu tipdə formalar
Kömək etməz ideyalogiya, prinsip və normalar
Yorulmadan yazıram, qanadım yox uçmağa
Nifrətim yetəri qədərdi bu mövzunu açmağa
Çoxdu "Rusiyət"ə qaçmağa, paqona dolan millətim qədər
Bilirsən, çoxdur mənim paqona olan nifrətim qədər
Nə qədər çağırdılar, mən səs vermədim səsinə
Özünə inanmır, lazım day-day, qohum, beləsinə
Soxum beləsinə, sözlərimi bəlkə başa düşsün
Yıxılsın, dursun, ilişsin, bəlkə boşa düşsün
Bizimki şərəfimiz, dırnaqarası yolumuz var
Zəifləri vurmağa qüvvətimiz, qolumuz var
Ramil Səfərov üçün verilişlərdə pul dilənirdik
Halbuki Macarıstanı alacaq qədər pulumuz var
Bəlkə də gəlib artıq, bəlkə də sondu bu
Dünən 10 nəfər idilər, indi milyondu bu
Edam günü yaxınlaşır qanlı zəncirlərlə
Tikanlı məftillərlə bağlı qarnizondu bu
Bəlkə də gəlib artıq, bəlkə də sondu bu
Dünən 10 nəfər idilər, indi milyondu bu
Edam günü yaxınlaşır qanlı zəncirlərlə
Tikanlı məftillərlə bağlı qarnizondu bu
İntizam taborunda yarım sutka haupt vaxtda
Fərqi yox ki, torpaqda fərqi yox tabut taxta
Çürüdüm, sübut laxta qanı tutaraq kobud saxta an
Ümidimi vurdu şaxta, yan keçmədi
O təkcə qan içmədi
Burdan insan keçmədi, buralar qarnizondu
Nə qədər istəyirsən qışqır, sonsuz diapazondu
Onsuz da itirmisən, ağlama ötən üçün
Nə gözəldir ölmək bizə sevgili vətən üçün
Bu mənim kəşfiyyatım, məni insanlar qınayır
Körpələr Həzi Aslanovu stansiya kimi tanıyır
Qurun konslagerlər, qaytarın repressiyanı
Göndərin nə qədər, öldürün, söndürün aqressiyanı
Nə qədər gec deyil, yazılarımı tapın, yandırın
Qarnizondan şəhərə dolan qurdlarımı qırdırın
Bizi tanıyan tanıyır, müharibə davam edir
Davam edir müharibə!
Bəlkə də gəlib artıq, bəlkə də sondu bu
Dünən 10 nəfər idilər, indi milyondu bu
Edam günü yaxınlaşır qanlı zəncirlərlə
Tikanlı məftillərlə bağlı qarnizondu bu
Bəlkə də gəlib artıq, bəlkə də sondu bu
Dünən 10 nəfər idilər, indi milyondu bu
Edam günü yaxınlaşır qanlı zəncirlərlə
Tikanlı məftillərlə bağlı qarnizondu bu
(Ələ keçirmə yarımqrupundayam)
(Şok atəşindən sonra ölüm bölgəsinə girərək)
(Əsir, sənət, silah nümunələri götürüb geri çəkilirəm)

Другие песни исполнителя:

  • əyatı cənnət sayanlara ölüm cəhənnəmdi Ölüm fast-food, xərçəng ya da sətəlcəmdi Ölüm ulduz xəstəliyi və ya plastik əməliyyatdı Həyat '37, renesans ya da klassik ədəbiyyatdı Bura lövbəri salanlar üçün növbədi Mənim üçün kişi kimi söz vermək elə tövbədi Kimsə gedir şəxsiyyət olur, kim isə gəlir olur Dəli-dolu həyatınızın içində dəli dolu Karabin kimi qafiyələr ruha toxuna ya da vura cin kimi Zirzəmidən yol axtarıram qaranlıq otaqlara Nağılları kabus elədim qırmızı papaqlara Saman altından yeriyən həmin suyu kəs Ölüm intihar ola bilər ya da sui-qəsd Deyilərsə içmə, deyil bu badə rəva Geyinərsə nə badə, məbada, məba Mərhaba, ətrafa səs yayıldı Məclisdə xaç atası, sən, bir də Əzrayıldı Daimi əzablar içində vətən xaini Xarabada diz çöküb oxuyar sonuncu ayini Ciyərlərinə tüstü dolar Qadının kişidən yalnız əxlaqı üstün olar Okaberin mətni cinayət, sətri qandı Sarkazm, kinayə və ya qətliyamdı Mənə gələn hər fikir, təbimdən düzülər mətnlərə Qəlbimdən süzülər sətirlərə, gətir mənə! Ən odlu silahı gətir mənə! Cümlələr mərmidi, elə bil ətraf dərmə-deşik Sözlərimə qulaq as, Adəm almanı dərmə eşit! 6 nəfər 70-lərdən şahiddi hərivə 5-i Kəlmə eşir beyinləri, karabin zərbə deşir Laxladı qəlpələrim, rəqiblər nakautda Tanıyan bilir məni MadHouse'dan, RapOut'dan Vuraraq son akkordları ölümün gözünə baxın İnsan ölümə yaxın olanda ruhu önünə axır
  • Bu qədər dözmüsən daha dözmə Nə sənə gələ bilirəm nə də ki özümə Sanki şeytanam halımıza gülürəm Mən yuxularda tez-tez ölürəm Neçə tanışı elə bildim qardaşdı Neçə xanımın hesabını verib sağollaşdım Neçə qəlbi yaralayıb deşmişəm Mən yoxluqlara öyrəşmişəm Ama sən olsaydın Yəqin qalmazdım mən outside Hədəfləri lazımdı zamanında vurasan Qəlbidə gərək vaxtında qırasan Gecədəndə yazaram, yazaram səhərdəndə Gözlərindən küsərəm gedərəm şəhərdəndə Gəl otur qəhərlənmə yenə sərxoşam Ama sən zəhərlənmə Bir gün ele bu ipdən boğazım asılar Ölsəm qurdlar gələr yasıma Aləmə it, mənə çaqqal gəlib hürər Anlamır mən bügün Araz, sabah dəli Kürəm Hər sətrim qadağan taboodu Bizi məhv edən sevgi və cadudu Və budu, yoxdu artıq hündürə qaldırın Karabinin tabutunu Ma ma ma mafck həyatdı bu Ömrün təzəsini ver, boyatdı bu Bu qədər yükün altına girməzdim Əgər yatacaqdısa hər oyatdığım Bro Hərşeyi at deyirlər Mənə Okaberdən çox ustad deyirlər Qanqa xatirələri bu sadəcə həyatdı Gözlərini yum, sakitcə yat deyirlər
  • Okaber mədəni ədib, Karabin jarqon gedir Səninsə beyninə oksigen əvəzinə karbon gedir "Basdıqca iyi çıxır", - deyirdik və qoxunu çıxardız Sovetin epoxasının da artıq poxunu çıxardız Separatizm'ə qarşı "on üç"lər məxfi koddur Millətimi təhqir edən deputat da mı təxribatdır? Sabunsuz girənlərin görəcəyi hər iş bəllimi? Gərək fronta göndərərdik bizim Cəbiş müəllimi Reallıq haqq sayılır, sayılır sürreal batil Sizə donuz gülləsi lazım, ya da serial qatil Chikatilo, Theodore Bundy ya da Ramirez Gəbərtsin sizi tez, hansı tez bacarır, tez! Düşürəm depressiyaya, düşür "круг"a o da Bu nə cür yaşam tərzi "бля", bu nə "шлюха" moda Bizdə underground'da üzdə dəstə var 13-cü palatada 13 nəfər xəstə var "Mic"da likantropdu, səsim "grand beat" Bu Tupac "type hit", "shit" ya da xroniki bronxit Bunların nəslini kəsib, tüpürəsən lombaynan Hater qanına qarışdırıb, içirəm "Long Island" İşiniz "ломка"ynan, danışmaq marixuanadan Instagram'a şəkillər "Eleven"dan, "Mari Vanna"dan Hər kəs gözləyirmi, yenə maraqlı qafiyə? Karabin - daraqlı faciə Bu nə ab-havadı, bu nə havadır, bu nə abdır Nadir 200 ildir bu sənətdədir, elə bil "Baobab"dır Mənsə psixopat, bütün şərtləri riskə atıram Dəlixanadan yazıram bro, dəftərim "psycho note" Qara Yazı mənəm Hər birinizdən narazı özümdən razı mənəm Sözün illüziyası, rep sehrbazı mənəm Yürüyən idealogiyaların intihası mənəm bax Qara Yazı mənəm Hər birinizdən narazı özümdən razı mənəm Sözün illüziyası, rep sehrbazı mənəm Yürüyən idealogiyaların intihası mənəm Qara Yazı mənəm Hər birinizdən narazı özümdən razı mənəm Sözün illüziyası, rep sehrbazı mənəm Yürüyən idealogiyaların intihası mənəm Qara yazı mənəm Hər birinizdən narazı özümdən razı mənəm Sözün illüziyası, rep sehrbazı mənəm Yürüyən idеalogiyaların intihası mənəm
  • Baharın təravətini gətirən rüzgarın sərinliyi Amma o hələ uzaqlarda, hələ qışın gərginliyi Sevginin dərinliyi paranoia, düşünür qoca Onun sevgisi satdığı güllər kimi vəfasız, adi, olduqca mənasız Solduqca ömrü azalan güllər qalır dünyasız Lakin qoca nikbin və budur 8 mart İncə yaranmışların həyatına 1 damla sevinc gətirən vaxt Bugün çox gül tapır əksini və utanır səbəbsiz Saatlar əqrəbsiz, qələmlər aciz qalır, mürəkkəbsiz Dağıdır fikirləri, ətrafı bürüyən ətirləri Şəhərin küləkləri aparır uzaqlara pak sevgini, yaşadır nağıllarda Danışır uşaqlara, yaşadır arzularda və şirin yuxularda Görüşənədək, əlvida Və sevgililəri sevindirən satdığı çiçəklər Bir döyünən ürəklər üçün yaranan təbii istəklər Sevinir qoca, ani olaraq Qarşısında dayanan cavan oğlanın sevincinə şərik olmaq üçün Gözlərdə təbəssüm yaradaraq, gülüş oyadaraq Oğlana təqdim etdiyi güllərdə tamam başqa bir maraq Tamam başqa bir müəmma, başqa bir təbiət, aləm, yer, göy Başqa bir səma Rüzgarın təravəti gətirir uzaqdan baharı xatırladan ətirləri Lakin yağış isladır insanları günah kimi gizlədən çətirləri Məktublarda sətirləri dəfələrlə oxuyan bu cavan oğlan görüşə tələsir Unudub varlığını, xəstəliyinin ağırlığını Düşünür: Axı, bu gün o görüşə gələsi Onu dünyalar qədər sevirəm, gözləməsin Bir saniyə belə qalmasın tənha Onun göz yaşlarında bataram günaha O körpə kimi pak, kövrək, saf Oğlanın özü təyin etdiyi görüş yeri Bozarmış ətraf, yazılmış lirik epiqraf və növbəti paraqraf Yolun astanasında dayanan qız olanlardan xəbərsizdi Onun gözləri adi, nə sevinc, nə kədərsizdi "Sevgim qədərsizdi" - fikirləşib oğlan yaxınlaşır Həyəcandan əsir əlləri, içində ürək alışır Onun qeyri-adi davranışı, əlində bir dəstə gül Qızın marağına səbəb olur, bu ruhi xəstə Gülləri uzadır əllər, amma qız tanımır oğlanı Getdikcə sərtləşir, dəyişir, birdən ani olaraq, qəbul etmir hədiyyəni Çıxıb getmək istəyir Oğlan yalvaran gözlərində sanki şeytan bəsləyir Boş sözlər, qan dolmuş gözlər, baxışlar narazı Gülləri yerə atan əllər indi boğur qızı Öldürdü, yenə sevgilisinə oxşatdığı insan Yenə 8 mart və yenə növbəti qurban Qəzetlərdəki elan, hamıda qorxu hisləri Bu 13-cü qətl, bəlkə də lənət izləyir Oğlan axtarırdı, sonunda, hər şey ortada Həyatını qumara qoymuş insan kimi uduzub kartda Və 8 martda yenə 13 il əvvələ qayıtdı Biraz ağladı, xatirələrini göz yaşlarına tanıtdı O qız mənim illər öncə itirdiyim sevgilim deyildi Bu yenə o deyildi - oğlan öz özünə deyindi Barmağını kəsib qanla divara yazdığı 2 rəqəm 8 və 13, sanki lənət, cəhənnəm
  • Sən mələyə bənzəyən ən gözəl personaj Payızda peyzaj, qara sadə paltar, sadə makiyaj Yanaqlarında yaş, yazardım kaş həsrətini Sənə hər sətrim xəzinədir Tanrı tək rəssamdır ki, mənim həyatımı sənə bənzədir Necə unudum sənə hisslərim bəlkə məchul Amma məcbur ruhum 13, qəlbim uçqun Uçurum Qeys'in alyer-egosu Məcnun Qar kimi yağ, indi isə qafiyələrimə düş bir-bir Sən sətirlərində təsvir olundun Müşfiqin Rəssam, sevgilimin rəsmini gəl çək Sevgilim gözəldir, sən də gözəl çək (gözəl çək) Nazına çatanda fırçadan əl çək Qoy onun nazını mən özüm çəkim Mən özüm çəkim, mən özüm yazım bu yazını Yay qış payızını yazını Dəli Kürünə qovuşan Arazın avaznı Səninlədir ömrümün mənalı günləri Sənə dərərəm ən gözəl gülləri Şuşadan da Xarıbülbülləri dərərəm, dərərəm Tanrı tək rəssamdır ki, mənim həyatımı sənə bənzədib Ruhum 13, qar kimi yağ Qoy onun nazını mən özüm çəkim