Татарский переводчик Узбекские песни

Песня «Aforoz»
исполнителя Okaber.
Скачать или слушать онлайн

Текст песни:

Yandırın mənim leşimi
Mənim torpağımın ehtiyacı yox daha o murdarlığına
Xoşbəxtlik, görəsən, neçə kisə qızıladır Adəm oğlunun
Mənim gülüşlərim daha çox sən idin halbuki
Bəs bu necə, bəsdir edamıma?
Günəş parıldayaraq işıq saçır
Mən doğumumdan bu yana sevgi və günah saçıram
Batır məni, Allah
Mənim anam mənə axıtdığı göz yaşları ilə
Dar ağacımı yetişdirirdi
Atam ölüb gedərkən bilinməyən bir Tanrının yanına
Adımın o tərəfinə bir soyadı hədiyyə edirdi
Və amma hər səhər yalnız oyanıram
Mən hər şeirdən sonra ağlayıram
Axıb gedirəm hər dəfə, sanki yağışam
Gözlərimin kədərini gizlətsin Tanrı gülüşlərlə
Qaranlıq deyiləm mən, Tanrı, itmirəm hər çıxan Günəşinlə
Ruzi niyaz içində olaram, ruhum deyil sakit
İnkar etsəm də, Tanrıya inanıram, lakin
Tükənmiş səbrimin lüğətsizliyi lal edir
Və dilimin iki şeirlik halı var tükənmədən əvvəl
Tanrı yaratdıqlarını sevir, həqiqət idi bu
Amma məni yaratmamışdan əvvəl
Mən bir həqiqətəm, məni kafirlər silmir
Amma saçım saqqalıma qarışıb, buna maneə ola bilmir
Gəlir ən gözəl qadın, qoynuna girir
Sevir səni, sənə sevmək öyrədir
Nolsun? Bir gün rədd olub gedir
Bu əsərlərə dramatikliyi bəxş edən cəsədlər
Gecələr qan ağlayanda açılmır səhərlər
O mövzulara qayıtmağını istəmirəm, dost
Həyatdan küs, fikirlərim alt-üst
Ruhuma əzab verilirdi, döyülürdü
Hədəfdə tutulub qalmış ümidlərimi söyürdüm
Evtanaziyadan sonra canlanmıram
Sizin inandığınız Allahlara inanmıram
Əbədiyyətə qovuşmaq üçün tapıram izlərini
Mən Tanrını sevirəm, o isə alır əzizlərimi
İnsanla adam arasında böyük fərqi anladım
Amma nə insanlar anladı məni, nə adamlar
Səhər səhv addıma görə gecələr özümü danladım
Amma nə gündüzlər anladı məni, nə axşamlar
Sənə kim dedi ki, mən ağıllıyam?
Bitməz daha üsyan
Amma heç bir vəziyyətdə olmayıb Allaha üsyanım
Dəmir eyvanlardan baxır katorqa heyvanları
Qeyd anları aparılır qanlı meydanların
Şairlərə fars damğası vurub öldürdülər onları
Bizdə isə hər il Kərbəla titrədir regionları
Sünni, şiə, terror qışqırır media, bazar
Hər cümə namazından sonra mərdimazar
Mənim qəlbim azar tutub yazar dərdi, yazar
Mənim sətrim üzər səni, qazar qəbri, qazar
Biz nə dar ağacında rastlaşdıq səninlə, nə də sürgündə
Biz nə eyni qadını sevdik səninlə, nə də güllə yaramız var
Biz heç bir yerdə erməni başı belə kəsməmişik
Biz heç qışqırmamışıq səngərdə
Söyməmişik düşmənin var-yoxunu
Biz heç bir yerdə namaz qılmamışıq
Alnımız möhürə dəyməyib
Asacaqlar şairi, kafir damğası vuracaqlar
Asacaqlar bizləri, Allahın verdiyi canı onlar alacaqlar
Asacaqlar bizi, bizə yaraşdırmayacaqlar getməyi
Asacaqlar səni də, dostum, kafirlə dostluq ucbatından
Taxta oyuncaqlar asacaqlar Xəzərin qatilləri adından
Bir-iki şeir yazmadığım üçün qafiyələrimin xətrinə bağışla
Oyunu bitib qutuya qoyarkən oyunçuları Tanrı
Bir-iki oyunçuyuq qutunun arxasında unudulan
Bir-iki mürtəd var qarşımda halbuki
Anlamadıqları üçün üstün bilər səndən
Ey Tanrı, sən ki ədalət, nur içində haqlarını payladın
Axı bəs mən?
Cümləsini cümləsinə bağırdıq deyə inkarı
Adımızı qoymaq olarmı kafir?
Əgər bir iki şairdirsə dahi yalnızca
Gəl tanış olaq: "Salam, mən dəli"

Другие песни исполнителя:

  • Eşitdim inandım, gördüm inanmadım Bu sadəcə həyatdır, gedirik dayanmadan Əvvəla, baxıb əvvələ, əvvəlcə danış əvvəldən Səs çıxar tək əldən, hər şey asılıdır əməldən Eşitdim inandım, gördüm inanmadım Bu sadəcə həyatdır, gedirik dayanmadan Əvvəla, baxıb əvvələ, əvvəlcə danış əvvəldən Səs çıxar tək əldən, hər şey asılıdır əməldən Əvvəl İçərişəhər bizim idi ser, indi sizin Yəni şəhər bizimdi, amma içərisi ingilisin İndi Qəddafiyə çökdü, əvvəl Səddamın İraqına Qorxuram sonra girər bizim maşının da bakına 70 il çaşdıq qaldıq, bizə niyə kommunist deyirlər Əvvəl müsəlman idik, indi terrorist deyirlər Özümüzü öyürük, deyəndə risovka bəyənirik biz Əvvəl namaz qılırdıq, indi maska geyinirik biz Əvvəl inanmadıqlarımıza indi inandırırlar Əvvəl Quran oxuyurdular, indi yandırırlar Əvvəl sələm götürürdük, indi kredit götürürük Özü də bankdan faizlə çeşid-çeşid götürürük Əvvəl bazarlıq eləyirdik, indi shopping eləyirik Əvvəl idman, indi çox vaxt doping eləyirik Əvvəl adətlər var idi, indi toylar efirdə Yatar, durar, içər, vurar hətta soyunar efirdə Eşitdim inandım, gördüm inanmadım Bu sadəcə həyatdır, gedirik dayanmadan Əvvəla, baxıb əvvələ, əvvəlcə danış əvvəldən Səs çıxar tək əldən, hər şey asılıdır əməldən Eşitdim inandım, gördüm inanmadım Bu sadəcə həyatdır, gedirik dayanmadan Əvvəla, baxıb əvvələ, əvvəlcə danış əvvəldən Səs çıxar tək əldən, hər şey asılıdır əməldən Əvvəl Cavid Məlikməmməd, Coni oxuyurdu Piter Pen İndi Aşot Məlikməmməd, Cavid oxuyur Piter Pen Sarı gəlini apardılar, biz blondinka axtarırıq Ayka, Nurka, Narka, Simka, Cinkə axtarırıq Əvvəlki adımız bəs idi, indi lazımdı CV Əvvəl "Спокойной ночи малыши", indi REN TV Əvvəl kinoteatrda "anşlaq" gələndə təzə kino İndi kinoteatr, çayxana, hər gün çay, domino Əvvəl düz danışmalıydın, düz yaşamalısan İndi düz yaşamaq üçün yalan danışmalısan Özü də gəldi-gəlmədi, yalan adətən danışırıq İnsanın gözünün içinə baxıb bədahətən danışırıq Bu gün varsan, sabah yox, qərb bu fikrə yaxındır Əvvəl Ben Laden lazım idi, indi qələmi sındı Yaşadığımız kainat eyni zamanda qazamatdır Ben Laden də anlamadı bu sadəcə həyatdır Eşitdim inandım, gördüm inanmadım Bu sadəcə həyatdır, gedirik dayanmadan Əvvəla, baxıb əvvələ, əvvəlcə danış əvvəldən Səs çıxar tək əldən, hər şey asılıdır əməldən Eşitdim inandım, gördüm inanmadım Bu sadəcə həyatdır, gedirik dayanmadan Əvvəla, baxıb əvvələ, əvvəlcə danış əvvəldən Səs çıxar tək əldən, hər şey asılıdır əməldən
  • Müalicə dispanseri dəniz kənarında yerləşir Körpə qışqırıqları, gülüşləri dalğalarla birləşir Dünən buraxılan səhvlər Bu gün şiddətli fəsadlar İncə səsli fəryadlar Amma ən dəhşətlisi ünsiyyətsiz məhkum körpə gözləri O günəş görmək istəyir Həyat ona qaranlıq kölgə göstərir Ruhu təmiz, vücudu natəmiz, həkimlər aciz, qəzəblənir dəniz Niyə o günahsız gözlər çarəsiz Niyə nizamsız ləkə, iz buraxıb dumanlı xatirə Cəmi iki yaşı var, amma hər an dayanar zaman, saat Onun üçün həyat anasının buraxdığı səhvdə bitdi Əllər zərif, nəfəs xəfif, bədən zəif tərəfdə itdi Getdi ruhu cənnət axtarışında tapacaq əgər varsa Ölüm durarsa, onun zəif ürəyi bir daha vurarsa Deməli insaf var, mərhəmət yerin tutar Heyf qəddar olan rəftar nədənsə ürək unudar Hər günah iz buraxır Hər günah iz buraxır Hər günah iz buraxır Hər günah iz buraxır Qayıdaq üç il əvvələ üniversitet həyatı tələbələr Hər şey gözəl, sevinc dolu uğurlar, qələbələr Zirvəyə mərtəbələr, amma bir qızın arzuları boş Qulağa xoş gəlməyən duyğuları boş, qorxuları boş Sözüm məğzi onun əxlaqsız həyat tərzi vulqar Hər gün bar, disko, klublar, geceler bulvar Hətta narkotik, LSD, sex, iyrənc öpüşlər Onun üçün yad olub sevgi, pak hislər gənc görüşlər Sərxoş gülüşlər hər gecə yataqlarda ehtiras Özünə xas olan obrazda olmazdı həyata xilas Nə çox, nə az düz 3 il hər şey oldu toz İmmun çatışmamazlığı, spid, həkimin qoyduğu diaqnoz Həyat necə də boz 9 aydan sonra daha da bozdu Doğulacaq körpəsi pozulmuş həyatı bir anda pozdu Dünən buraxılan səhvlər bu gün ağır nəticə Körpə doğuldu, ona qayğı əvəzinə işgəncə Hər günah iz buraxır Hər günah iz buraxır Hər günah iz buraxır Hər günah iz buraxır
  • Can dastanıdır yazılan şeir "Qan basmalıdır" var belə deyim Mən yazmalıyam, çoxalıb eyib Siz ölmək əvəzinə çoxalıb şəhid Fironun tələsinə düşən olur meyit Onlara önəmli moda və geyim Hamısının adı dəftərimdə qeyd Tanrı inancını oğurlayıb seyid Var siyasət, adını qoyub soyqırım İndi icazə ver mənə, qoy qırım Çılpaq həqiqəti yenə soyundurum Mənə düşmən göstər, ona toy tutum Mənim Havuş dağlarında hər izim var Borçalım, İrəvanım, Təbrizim var Ağrılarım boyda Ağrı Dağım var Faciələrim boyda Qarabağım var Bu gündən tariximizi yaz buradan Bura döyüş meydanı, mən Boz Qurdam Gəlirəm boz ayda, qara çovğunam Hər sorğuya cavab verilən doğruyam Mən Türkəm, Türk oğluyam
  • Bu əsərlərə dramatikliyi bəxş edən cəsədlər Verilən boş vədlər deyil yazdığım əsərlər Cənazələr cismində kəsdiyim misralar mənim kultum Son akkordları vurdum İnsanla tamam, ayrı, fərqli, başqa varlığımız Ölümdən sonra dəyərli olmaq oxşarlığımız Xəstə jestlərim baş qəhrəmanıdır pyeslərin Başlıqsız sətirlərim başlığıdır manifestlərin Dostlar ən yaxşı günlərimdə hamısı yanımda Ən pis günlərimdə yoxdur yarısı yanımda Həyat bir dəfə verilmişdi, ölüm bir dəfə Addımlayırdıq mən, bir də ölüm, ölüm, bir də mən İnsanlar anlamadı ki, ulduzlar onlara məxsus deyil Ruh azaddır gəlib-gedər, ömürlük məhbus deyil Şairlər məni seçdi, sətirlər məni sevir Mən sevirəm musiqini, çünki o, möcüzəni sevir Arxamda əcəl, önümdə məzar Mən qaçıram günahlardan uzaq Toxunma mənə, məni rahat burax Mən tənhalığı sevən yalquzaq Arxamda əcəl, önümdə məzar Mən qaçıram günahlardan uzaq Toxunma mənə, məni rahat burax Mən tənhalığı sevən yalquzaq O öyrətdi mənə, həyatın müxtəlif qolları var Qumar oynamaq istəyirsən? Qanuni yolları var Varlı var, milyonları bir oyunda karta gedir Fərqi yox, onsuz onun xoruzu da yumurta verir O, elə körpə göstərdi mənə ki, hamı ondan iyrənir Ana qucağında indidən dilənmək öyrənir Var elə-belə deşilənlər, var damarı deşilənlər Var bahalı fahişələr, var divara işəyənlər Gənclik indi söz atıb tanış olmaqla yarışır Yaş 30, hələ də "Bluetooth"la qız tutmağa çalışır O göstərdi mənə, həyat yalan, nifrət doludur Hamı susub şəhər, kənd, oba, el səs eləmir axı Neftin bir barreli yenə filan qiymət oldu 9 milyona bir barrel bəs eləmir axı O, məni fərqli yaratdı, boz ayda qurd dedi "Beyinləri manqurt" dedi, "olanları yırt" dedi Arxamda əcəl, önümdə məzar Mən qaçıram günahlardan uzaq Toxunma mənə, məni rahat burax Mən tənhalığı sevən yalquzaq Arxamda əcəl, önümdə məzar Mən qaçıram günahlardan uzaq Toxunma mənə, məni rahat burax Mən tənhalığı sevən yalquzaq Arxamda əcəl, önümdə məzar Mən qaçıram günahlardan uzaq Toxunma mənə, məni rahat burax Mən tənhalığı sevən yalquzaq Arxamda əcəl, önümdə məzar Mən qaçıram günahlardan uzaq Toxunma mənə, məni rahat burax Mən tənhalığı sevən yalquzaq