Татарский переводчик Узбекские песни

Песня «Vecsiz»
исполнителя Orkhan Zeynalli.
Скачать или слушать онлайн

Текст песни:

Əllərimi burax, ondansa ürəyimdən yapış
Gəl biz bir quş olub uçaq, qanadımıza şaxta qonmamış
Bir qurtum su, həyatın dadı
Bitməsin deyə son günə saxla
Mən artıq doydum, bu sevgi odu
Sönməsin deyə küləyi saxla
Damcılar... sevgin kimi tez-tez gedir
Amma ki, iz qoyur
Dalğalar... rəqsin kimi
Səliqəsiz sahilə briz qoyur
Sadəlövh ümiddin
Əlində yenə danışılmış nağıllar
Sən qəlbimi tərk etsən də
Tərk etməz tanış olmuş ağrılar
Biz həyatı sevmək istəsək də
Cənnəti görmək istəsək də
Ölmədən getmək istəsək də
Buraxmaz günahlar bizi
Əllərimi burax, ondansa ürəyimdən yapış
Gəl biz bir quş olub uçaq, qanadımıza şaxta qonmamış
Əllərimi burax, ondansa ürəyimdən yapış
Gəl biz bir quş olub uçaq, qanadımıza şaxta qonmamış
Yenə durğun günlər kimi
Tək-tənha güllər kimi
Tez bitir, tez solur, amma qəlbimdə
İz qoyurdu ötən illər kimi
Bəzən bir fikir kimi
Beyində dünən olub, amma bu gün yox
Son ümid olan günəş kimi
Üfüqdə sabah çıxar, amma bu gün yox
Talehin artıq kobud olub əlləri
Daşlamaqdan həyatımın günlərin
İçindəyəm qara-qura vərəqlərin
Sevməməkdə məni yox səbəblərin
Günah məndəmi bitmirsə dərdlərin?
Üzülmə çıxanda boşa sevgi cəhdlərin
Bütün bu səhvlərin çevrilər düzə
Çıxanda ürəyinin içindəki üzə
Əllərimi burax, ondansa ürəyimdən yapış
Gəl biz bir quş olub uçaq, qanadımıza şaxta qonmamış
Əllərimi burax, ondansa ürəyimdən yapış
Gəl biz bir quş olub uçaq, qanadımıza şaxta qonmamış
Əllərimi burax, ondansa ürəyimdən yapış
Gəl biz bir quş olub uçaq, qanadımıza şaxta qonmamış

Другие песни исполнителя:

  • [Bənd 1] [AiD] Soyuq işıqların əhatəsində isti gözlər Bu gün sevgili olmaqçün ən uyğun gecədir Bakal uzadanda toxunmaq barmaqlara gizlincə Bu ilk baxışdan sevgi deyil əyləncədir Bu gün şouya verdim – play, hələ ki, lirika stop-da An etibarı ilə sən məni fəth elədin Axtar ürəyimi, bəlkə tapdın mikroskopla Bədənim avqust kimi isti, bir az meh istəyir Bütün sətirlərim yalan, indi bizə yaxın tavan Bir azdan uçub açıq səmada edərik davam Hələ açılmayıb səhər, toxunuşlar önə sərər Axı gözlərin tələ, üzürəm içimdə bərəl Eləmə dram, bakalın içi qan içirəm "Marry Dark Horse" səsiylə Katy Parry Batan şəhərdə arzuları birgə puç edərik Diqqətlə bax - qəlb bədənimə necə dəyir [Nəqərat] [Del] Yaxın dur... Mənə tərəf atılan hər addım önəmli Əlimə toxunma... Biləyim əsir, nəbzim olur sənə görə sürətli Yaxın dur... Bulanıq baxışlar axır üstümə Məni apar özünlə, dolanarıq sözünlə Bir günün ərzində dəyiş dünyamı [Bənd 2] [AiD] Qulaq as Mrs... Mən sözlə qidalandığımçün mənə təsir etmir krizis Bir anlıq dondum Mənə tanış gəlir üzün Deyəsən bir vaxtlar desktop-umda fondun Qəribədir ardıcıllıq Bakıda Varlı bədənlər kasıba getmir ki, birdən qan kirlənər Guya utancaq və kübar Şairlərlə eşq yaşayıb, ərə gedirsiniz bankirlərə Mən dəfələrlə xoşbəxtliyi almışam pulla Bax, çekləri də saxlamışam yadigar Mən bilirəm nədir - eşq ovundakı nişanda olmaq Qadınlar gedir qalır ancaq mahnılar Səninlə var bir neçə sətirlik macəram Ən kobud qollar ortasında keçir bil ən incə an Yaşa! Sonra hansısa maymaqla MayBach-da Mənlə həyat ucuz, amma şərbət kimi, bax dadına [Nəqərat] [Del] Yaxın dur... Mənə tərəf atılan hər addım önəmli Əlimə toxunma... Biləyim əsir, nəbzim olur sənə görə sürətli Yaxın dur... Bulanıq baxışlar axır üstümə Məni apar özünlə, dolanarıq sözünlə Bir günün ərzində dəyiş dünyamı Yaxın dur... Mənə tərəf atılan hər addım önəmli Əlimə toxunma... Biləyim əsir, nəbzim olur sənə görə sürətli Yaxın dur... Bulanıq baxışlar axır üstümə Məni apar özünlə, dolanarıq sözünlə Bir günün ərzində dəyiş dünyamı
  • Seçilmiş olduğunu dərk edəndə uşaq idi Dünyanı dəyişməksə sadəcə bir maraq idi İndi isə bu maraqlar məqsəd olub, həm də ciddi Bu yolda arzular, da sevgilər də qurban getdi İlk dəfə məhz bu otaqda edilmişdi sevgi etirafı Qızın ad günü, ala biləcəyi ən xoş hədiyyəydi bu Axşam çağı, ulduzlar sayrışarkən Ay günəşdən acıq çıxıb işıq saçarkən qovuşdular Baxışlarıyla soruşdular ki Ola bilərmi ki, biz ayrılaq, ayrı qalaq bir-birimizdən? Sevgimizin o gözəl gülləri bir gün küsərmi qəlbimizdən? Elə o anda əllər qarışdı, söhbətə çox bərk yapışdı Bir-birindən sol yanaqda ilk öpüş izi Çıxmır beynindən qızın Həmin ad günü, xoş xatirələrlə doğan gün ilə Başlanan bu sevginin geridə qalmış artıq düz dörd ili 16 yaş oldu 20, ötmüş illər geri gələrmi? Solmuş güllər bir daha bitməz Sevgi batan gəmidə üzə bilməz Üzmədi, bu otaq bir daha xoş baxışlarıyla sevgiyə gülmədi Nə edək ki, rəngli divarlar qara talehinə rəng qata bilmədi Göz yaşı axdı oğlana baxan anda, duyğular parçalandı Sevgi hissləri ən sevincli dəqiqələrində öz axrına çatır Deyil səbəb nə xəyanət və deyil səbəb nə yalanlar Deyil qəddar nə oğlan, nə də qız Bir döyünən qəlblər indi yalqız Sözsüz keçən bu vida görüşməsi Epiloq hissəsi kəsir nəfəsi Çox ağır, aura otaqda Göz yaşı qurudu qızmış yanaqda Bezib artıq pərdələr Bu səhnədən çox kövrələr Həm saatlar, həm dəqiqələr, birgə dinlənilən nəğmələr Onlar köməyə gəlmədilər, ağ şahzadə ağ atda getdi Bu faciəyə tək səbəbkar - qəddar olan həyat da getdi Bu nağıl deyil bu reallıqdır, uzun deyil, bircə anlıqdır Sual yarandı - Deyilən sözlər hansı səhnəyə başlanğıcdır? Qoy bu görüş dərs olsun, sevənlərə və sevilənlərə Nəhayət sükut pozuldu, qız bu ağrıdan yoruldu Sən qanadlarımı bağlayıb qəfəsə Sevginin sonunu bilmədən zamanı məhv etdin Məni tərk etdin Sən yanan alovu döndərəndə külə Sən bu qəmli günü bəxş edəndə mənə məhv etdin Məni məhv etdin Bir neçə addım geri atdım Canım, həyatımız rahat olacaq sandım Son dövrlər çox dəyişiklik, çox sualları beynimə saldım Düşünmə ki, mən bunu istərdim Bağçamızdan son gülü dərdim Sənə verməkçün, gözüm mənim Qaralır gecələrtək gündüzüm mənim Yox dеyiləm mən sektaya daxil "HOST" bir ailə, mən də daxil Biz deyilik sıradan gənclərdən Biz gücümüzü alırıq dərdlərdən Bəlkə də çox gec qoşulmuşam mən Birdən səbəbini də bilmədən Hiss еttim içimdəki üsyanı, insanı dünya necə alçaldıb Yadındamı? - Uşaqlıq illərimiz keçirdi nağıllarla Cizgi filmlərindən öyrəndiyimiz tərbiyəylə duyğularla İndi körpələr gözünü çəkmir şou-biznesdəki axmaqlardan Onlardan gördüyü tərbiyəylə axı fərqlənə bilməz onlardan Bu cür kor, axmaq dünya, kimlər üçünsə parlaq dünya Bu səhvləri görməyə bilmirik, namussuzları söyməyə bilmirik De necə aclıqdan palçıq yeməyə möhtac qalmış Gözləri dolmuş körpələri Sevgimizin xoşbəxt yollarında qurban verim? "İnsafsızsan" - deyə bilərsən "Bunlar utopiya" - deyə bilərsən İnancımız çox möhkəmdir Allahsa daim bizimlədir Döyüşümüz əvvəl özümüzlədir İnanırıq qələbə bizimlədir Yeni dünyanı gətirsəm sənə "Gəl gedək" - deyərəm sənə yenə Sən qanadlarımı bağlayıb qəfəsə Sevginin sonunu bilmədən zamanı məhv etdin Məni tərk etdin Sən yanan alovu döndərəndə külə Sən bu qəmli günü bəxş edəndə mənə məhv etdin Məni məhv etdin
  • Take me away from here, take me away Take me away, away, away from here Take me away from here, take me away Take me away, away, away from here Səni sıxır hər səhər eyni üzlər, eyni yollarda Arzuya çatmaq istəyir hamı əyri yollarla Ofis pəncərəsindən baxıb xəyala dalırsan Bəlkə bir gün kimsə aparar səni uzaqlara Səni sıxır ətraf, xeyir güdən sevgilərlə Səni sıxır yanaqların - süni hər güləndə Bəlkə bir gün bağışlamağı tərgidəndə Cəmi bir dostun qalar yanında, o da ki, özün Sən məni incidirsən, toxunur hər bir sözün Səmimi mahnılar artıq ən dərində üzür Qalxmaq istəyəndə qırılır nərdivanlar Yıxılan dərdi anlar, nə edək belədir özül Şəhərdə hərə bir cürdür, hərə də bir cür dözür Hərənin bir olsa da ürəyi, amma çoxdur üzü Səni uzaqlara aparmaq istəyirəm bu şəhərdən Qorxma! Mən dözməsəm də qanadlarım dözür Take me away from here, take me away Take me away, away, away from here Take me away from here, take me away Take me away, away, away from here Yoxdur pəncərədən baxanda sevə biləcəyim şəhər Yoxdur Bakının tüstüsündən artıq boğan qəhər Yoxdur bu şəhərdə təmiz qəlblərin vəhdəti Yoxdur mənim üçün dostların istifadə müddəti Yoxdur inam heçkimə, yoxdur güvən heçkimə İşi düşməyincə yoxdur zəng edən heçkimə Yoxdur qələm, vərəq səmimiyyət bitib artıq Elektron məktublarda sevgi itib artıq Yoxdur gələcək planlar, gələcək özü yoxdur Tanrını görməyənlərin yəqin gözü yoxdur Yoxdur bu gün saf uşaqlıq illərinin izləri Yoxdur artıq içimdə yaxşı insan olmaq istəyi Yoxdur dünənlərdən bugünə miras bir şey Yoxdur ayağım dəyməyən yer, dayaz hər şey Məni apar bu şəhərdən, uzaqlar daha gözəl Qorxma! Sən dözməsən də qanadların dözər Take me away from here, take me away Take me away, away, away from here Take me away from here, take me away Take me away, away, away from here
  • 3 qat olimpiya çempionu, söz güləşdirmək üzrə Rap də dəniz kimidir dərinə getmək əsl hünər istər Bil, səlis hər kəlməm üzdə, görünən gözdən Düşənə qədər bu axına tərs üzmək istər Biz ən pis tən, bil sən bizdən tapa biləcən ancaq səhv izlər Bilsən, bugün irəli gedəni bitirə bilən əməl Nə qədər dəstək gözlər?! Et səy, gözlə, bəlkə tək ələ görədir bu qədər dərd, əgər bitsə Döz və tələb etsə, tək-tək, gələ bir, hərə bir Mənə görə rəqibim yerə girib, elə bil cüt göz tərəzi Beat – verse tələsi, mənə göstər Əzib qalxdım yenə Yeniyetmələr əməlini tərgitsin deyə Səhnə, mənim passiv dönəmimi görüb Elə bilər qələmimi tullamışam yerə Bitmir səbrim, hərbim gərgin Təmkinəm hər gün, qəmgin tək kim? Həb kimi sərgim, dürüst hər kin! Məni mən edən əsəbim İri səddim, yenə sərtəm Sözüm hərdən, özüm əldən gedənə qədər Bədənimi də süzə tərdən, isit hərdən Bu səfər dəm edə bilərəm rəqibimi asıb gözə pərdəni Belə əzəldən – ağzına gələni tez tez deyənə Deyirlər – texnix rap Nə gözəl qəm?! Bu qədər ağ şeirin içində Lirika məndədir düz, amma gözə gəlməm! Woow, nə qədər saxta adlar bol, geridə saf vaxtlar Flow, mənə görə yol, "track"lərim Elə bil ki, sonuncu dəqiqədə qol Çoxları qol-qanad açıb sevinəcək Kimi qəm təqib edəcək evinəcən Qara pencək, ara bir chain, sətir incə Tərzim – Out Of Control