Татарский переводчик Узбекские песни

Песня «Qravitasiya»
исполнителя Orkhan Zeynalli.
Скачать или слушать онлайн

Текст песни:

Daha neçə uşaq aclıqdan öləcək şəkil naminə?
Nə qədər insan batacaq ki, gündəm dəyişsin?
Dünyanın alın yazısı yazılıb qan ilə
Biz ruhumuzu endirdikcə baş barmaq qalxır göyə
Hələ çox quyular qazılacaq səngər deyə
Çox güllə atılacaq kimsə igid olsun deyə
Ədalət mücərrəd məvhum və əlçatmaz
Yüz dəfə diz çökdüm bircə dəfə sən gəl deyə
Zirvəyə çevrilir ən alçaq dərələr
Hələ çox güləcək bizə qəbirdən ölülər
Yoxdur artıq kiçik günah, var ancaq irilər
Getsə də köhnə zalımlar, gələcək yenilər
Küləklə döyüşdükcə ümidsiz gəmilər
Batdıqca canlar dibə yeni ləpələr dirilər
Yuyulduqca sahillər, dağılar qum saraylar
Şahlar can verər, öz xislətində boğulub ağlar
Əllər açılır göyə, əllər açılır göyə
Bəlkə göz gec qırpınanda kimsə görər deyə
Kimsə çəkir yerə, kimsə çəkir yenə
Günahlar yaddaş kimi, buraxmır heç yerə
Mən yalançıyam, sən ədalətsizsən
Mən çarəsiz olduqca sən səssizsən
Nə qədər zirvəyə qalxsaq da sənə toxunmaqçün
Sonda ölüm qravitasiyası səni çəkir yerə
Əllər açılır göyə, əllər açılır göyə
Bəlkə göz gec qırpınanda kimsə görər deyə
Əllər açılır göyə, əllər açılır göyə
Günahlar yaddaş kimi, buraxmır heç yerə
Mən yalançıyam, sən ədalətsizsən
Mən çarəsiz olduqca sən səssizsən
Nə qədər zirvəyə qalxsaq da sənə toxunmaqçün
Sonda ölüm qravitasiyası səni çəkir yerə

Другие песни исполнителя:

  • Məncə soyuq müharibə qışdan daha soyuqdur Əlcəyi götür, qar topu oynayaq viruslarla Guya ki, brendləri sevmək indi "krutoyluq"dur Yo! Sözlərim bu gün sevişir minuslarla Məncə bu repim bu qədər qlobal olmasın gərək Sözlərim dərdi, kədərə olana olsun dirək Məncə gedək, gizlincə cənnətin almasını dərək Sataq burda, yalandan "Qubadan gəlibdir" - deyək Məncə içkilərdə fərqli adlar olmasın gərək Bütün içkililər gəyirəndə eyni səs çıxırsa Məncə "sevirəm" sözü fərqli dillərdə olmasın gərək Bütün sevgililər sevişəndə eyni səs çıxırsa Bir az pauza! Mövzudan qıraq çıxsaq Məncə bu repin duzu, mövzunun olmamağındadır Tempi tutmusan Yo! Dinləyirsən dalbadal Həvəsindəsən, bəlkə sözlərim yaratdı qalmaqal Bugün deyiləm radikal, gəldim məzələnmək üçün Axşam görüşüm var, rep deyirəm bəzənmək üçün Bəzən mənim üçün də bezəndə Çin son seçimdir Görəsən son seçkilərdə kim masson seçildi? Məncə sən "facebook"a girirsən qız tutmaq üçün Sənin xəyalındakılar yəqin məndə arxivdədir Biz çeynəmirik sonda saqqızı udmaq üçün Amma hıçqırırsan və saqqız artıq mədədədir Məncə bizim ölkə xəritədə səhv yerdədir Televizya onu göstərir ki, bura Əfqanıstandır Ya da ki, Pakistan, ya da hələ kəşf olunmamış ölkə Özbəkistandan düz gedəndə birinci döngəyik Repin odunu yığdıq küçələrdən Qoruya bilmədik repi cücələrdən Sən də təb alırsansa gecələrdən Sənin də beynində öncə "məncə"lər Repin odunu yığdıq küçələrdən Qoruya bilmədik repi cücələrdən Sən də təb alırsansa gecələrdən Sənin də beynində öncə "məncə"lər Məncə, rep əyləncə Diz çökəcək popstar repçi ilə görüşüncə Rep nə qədər bərk gedər Bilən sözü ilə mıxı vurub qoyar çəkicini küncə Məncə Bakının adını qoyaq "mərmər" Ölkəmizə qiyməti qoysun zərgər Parkların imicini dəyişsin bərbər Şəhərin gözü qaşı eləsin "gəl-gəl" Hərdən mənə gələndə təb əziyyət çəkir ölkə Yalvarsalar bəlkə, yazmaram bir də Radio, efirdə son dəfəsində Çıxıb hamıya deyərəm – "yo!" Məncə rep ölsə buraxaq onu dənizə Torpağın altında qalmasın yazıqdır Çoxunuzun repi bugün kömək edir pəhrizə Maraqlı bir rep istəyirdiniz ala yazdıq da Repin odunu yığdıq küçələrdən Qoruya bilmədik repi cücələrdən Sən də təb alırsansa gecələrdən Sənin də beynində öncə "məncə"lər Repin odunu yığdıq küçələrdən Qoruya bilmədik repi cücələrdən Sən də təb alırsansa gecələrdən Sənin də beynində öncə "məncə"lər
  • Doğulmaq yadımızdan çıxardığımız ilk addımdır Necə ki, qalmır yadda ilk öpüş, ilk laylalar Bir gün qabaq yox idin, bu gün isə həyatın var Heyif, olmur qoymaq şərt doğulacam, olsa qayğılar Axmamış yaş qədər təmiz qucaqda böyümək hissi Adam qayıdıb keçmişə, yenidən böyümək istəyir Biz axı göylərin sevən qəlblərə hədiyyəsi idik Onların yerinə bütün xoşbəxtliklərə "hə" deyəsi idik Zaman heç nəyi gizlətmir, zaman heç nəyi sağaltmır Zaman göstərir sən demə xoşbəxtlik biz olsaq artmır Biz bəzən şəfəqləri bitişdirib edirik parıltı Bəzənsə parçalanan qaya arasında son qırıntı Gözünü yum, qorxma bir azdan bitəcək səslər Küsmə talehindən o heç nəyi etmir qəsdən Azalacaq səslər, azalacaq səslər Valideyn sayi azaldıqca azalacaq səslər Dizimi qucaqlayıb dinlədim o səsləri Gözümü bağlayıb dinlədim o səsləri Yastıqlar gizlədəndə o səsləri Valideyn davaları dəriyə hopmuş yaralar kimidir Ağrılar qalsa da keçmişdə, nəticə göz önündədir Bu günü ən uzaq vaxtlardan, yapışacaq ayaqlardan Bu sevgili deyil ki, dərd verəndə deyəsən səhv özündədir Seçim olmur heç kimdə, kimsə doğulur çirk içində Kimsə nazir ailəsində, var-dövlət, mülk içində Kimsə son anda abort etməyən tək anayla Kimsə sevgi ocağında, həyatı bənzəyir bəlkə nağıla Analar var - qalıb baş-başa yadigar başdaşıyla Ömründən kəsib böyütdüyü övlad əvəz olunub başdaşıyla Uşaqlar var valideyn əvəzi böyüyüb qardaşıyla Doğmalaşıb artıq soyuq küçədəki hər daşıyla Gecədən qalma yaşı ilə səhər məktəbə getmək Çətin idi özgələrdən qayğı tələb etmək Çətin idi xoşbəxtlərin arasında qarışıb azmaq Çətin idi "Mənim ailəm" mövzusunda inşa yazmaq Dizimi qucaqlayıb dinlədim o səsləri Gözümü bağlayıb dinlədim o səsləri Yastıqlar gizlədəndə o səsləri Gələcək nəsillərə böyük nifrət bəsləyir
  • [Nəqərat] Əllərimi burax Ondansa ürəyimdən yapış Gəl biz bir quş olub uçaq Qanadımıza şaxta qonmamış [Bənd 1] Bir qurtum su, həyatın dadı Bitməsin deyə son günə saxla Mən artıq doydum, bu sevgi odu Sönməsin deyə küləyi saxla Damcılar... sevgin kimi Tez-tez gedir, amma ki, iz qoyur Dalğalar... rəqsin kimi Səliqəsiz sahilə briz qoyur Sadəlövh ümiddin Əlində yenə danışılmış nağıllar Sən qəlbimi tərk etsən də Tərk etməz tanış olmuş ağrılar Biz həyatı sevmək istəsək də Cənnəti görmək istəsək də Ölmədən getmək istəsək də Buraxmaz günahlar bizi [Nəqərat] Əllərimi burax Ondansa ürəyimdən yapış Gəl biz bir quş olub uçaq Qanadımıza şaxta qonmamış Əllərimi burax Ondansa ürəyimdən yapış Gəl biz bir quş olub uçaq Qanadımıza şaxta qonmamış [Bənd 2] Yenə durğun günlər kimi Tək-tənha güllər kimi Tez bitir, tez solur, amma qəlbimdə İz qoyurdu ötən illər kimi Bəzən bir fikir kimi (kimi) Beyində dünən olub, amma bu gün yox Son ümid olan günəş kimi Üfüqdə sabah çıxar, amma bu gün yox Talehin artıq kobud olmuş əlləri Daşlamaqdan həyatımın günlərin İçindəyəm qara-qura vərəqlərin Sevməməkdə məni yox səbəblərin Günah məndəmi bitmirsə dərdlərin? Üzülmə çıxanda boşa sevgi cəhdlərin Bütün bu səhvlərin çevrilər düzə Çıxanda ürəyinin içindəki üzə [Nəqərat] Əllərimi burax Ondansa ürəyimdən yapış Gəl biz bir quş olub uçaq Qanadımıza şaxta qonmamış Əllərimi burax Ondansa ürəyimdən yapış Gəl biz bir quş olub uçaq Qanadımıza şaxta qonmamış Əllərimi burax Ondansa ürəyimdən yapış Gəl biz bir quş olub uçaq Qanadımıza şaxta qonmamış Əllərimi burax Ondansa ürəyimdən yapış Gəl biz bir quş olub uçaq
  • Biz sevməmişdik ki, bizi ayırsınlar Həyatımızdan uzaqda bizə bir ev tiksinlər Gülüşümüzü öldürüb, bizi böyütsünlər Səninçün darıxmaqla məni sınağa çəksinlər Önümüzdə tilsimlər, qırılacaq hirsimdən Təslim olmaq vərdişini istəmirəm diriltsinlər Dəyişməliyik çox şeyi kökündən, irsindən Unudulur hər bir söz musiqinin səsindən Uzaqda bir şəhər, piyada getmək arzusu Həyatda dalbadal gələn ölüm qoxusu İnsalarnn yuxusu deyəsən çox şirindir Xoşbəxtlikdən bizə çatan cəmi bir dilimdir Həyatda gərək gecikəsən ki, yolunu gözləsinlər Mümkün deyil, sevsələr də gərək gizləsinlər Arada evə zəng vur ki Səsini eşitsinlər... Eşidib sevinsinlər... Evdən uzaqda olan qardaşım üçün...
  • Sən gedəndən yeddi-səkkiz ildir artıq. O vaxtdan Bakı dost nədir bilmir artıq. Köhnə Tarqovıda 2002-2003. Davalarda kimin silahı söz idi, kimin güc. Vaxt var idi iki ölkə adı bilirdik, Biri Azərbaycan qalan hər yer isə, xaric. Vaxt var idi bir neçə fərqli dad bilirdik, Yadında möcüzəvi yuppy tök balonu və iç, Yadında cümə namazlarından çıxıb gəzirdik, Telefon yox idi, amma heç kim gecikmirdi. Passajdan hər keçəndə Emrahın şəklin görmək. Vaxt var idi gülüş üzdən çəkilmirdi. Vaxt var idi SEGA hər şeydən maraqlı idi. Touch screen yox idi, barmaqlar mazol idi. Mortle kampakda sən seçirdin Sab Zironu Vaxt var idi uşaq idik həyat zor idi. Həyat bildiyim ən şirin şey idi. (Vaxt var idi biz inanırdıq göylərə). Həyat əzbərlədiyim tək şeir idi. (Vaxt var idi biz inanırdıq sözlərə). Biz böyüdükcə, həyat göründükcə, daha yaxşı bildim ki, tələ idi böyümək. (Şəhər böyüdükcə, şərə büründükcə Vaxt var idi ən böyük dilək idi böyümək). Sən gedəndən yeddi-səkkiz ildir artıq, O vaxtdan Bakı bizim dildə bilmir artıq, Akademiya parkı hər gün yeddidən sonra, İndi ora qocalardan başqa heç kim getmir artıq. 7b sinfi şparqalkalar məktubla, Damda siqaret çəkməyimiz ilk və son dəfə. Likeysə çəkmişdik yığışmağımızı son dəfə. Vaxt var idi vurulmuşdum Milagrosa, Hər addımda vurulmağımı sən pisləyirdin. Keçən il mesaj yazdın "Hekayəm" çıxandan sonra, Narahat olma, unutmuşam, indi mən başqa cürəm. Bir az məşhur olmuşam hə, amma ki, boş şeydi, Sən gəl prospektə oturaq əvvəlkitək. Bakını şəkillərdə görürsən, amma aldanma, Bakıdan çox, inkişaf eləyib fotoqraflar. Həyat bildiyim ən şirin şey idi. (Vaxt var idi biz inanırdıq göylərə). Həyat əzbərlədiyim tək şeir idi. (Vaxt var idi biz inanırdıq sözlərə). Biz böyüdükcə, həyat göründükcə, daha yaxşı bildim ki, tələ idi böyümək. (Şəhər böyüdükcə, şərə büründükcə Vaxt var idi ən böyük dilək idi böyümək). Sən gedəndən sükutlar pozulmur artıq, İndiki dostların dedikləri çox vaxt keçir yan. Sən gedəndən yuxular yozulmur artıq, Hər gün prospektdə bilmirdik necə keçir yay. Tupac'ın kasetini almışdım 99'da, Sən Barış Manço'ya qulaq asırdın, mənsə repə. Sənə dinlətdim köhnə player'də blokunuzda. Bir saat dayanmadan qulaq asdıq 7'ci track'ə. Yox indi fəvvarələr, nə doğma partafino, Gəzməkdən yorulurduq, o gün gəzdim yorulmadım. Eşitdim evlənmisən, yaz onun haqda, kimdir o? Sən də uzun illər sevdiyinlə bir olmadın. Baxçanın həyətində mən sənə görə dalaşmışdım, Hərdən olurdu, amma doğrudan yaxşı vaxtlar idi. Bütün gün bir yerdə, şən gündə, zibildə, Mən indi Bakıda sən hardasan, amma vaxt var idi. Həyat bildiyim ən şirin şey idi. (Vaxt var idi biz inanırdıq göylərə). Həyat əzbərlədiyim tək şeir idi. (Vaxt var idi biz inanırdıq sözlərə). Biz böyüdükcə, həyat göründükcə, daha yaxşı bildim ki, tələ idi böyümək. (Şəhər böyüdükcə, şərə büründükcə Vaxt var idi ən böyük dilək idi böyümək). Həyat bildiyim ən şirin şey idi. (Vaxt var idi biz inanırdıq göylərə). Həyat əzbərlədiyim tək şeir idi. (Vaxt var idi biz inanırdıq sözlərə). Biz böyüdükcə, həyat göründükcə, daha yaxşı bildim ki, tələ idi böyümək. (Şəhər böyüdükcə, şərə büründükcə Vaxt var idi ən böyük dilək idi böyümək).