Татарский переводчик Узбекские песни

Песня «GEMINI»
исполнителя Orkhan Zeynalli.
Скачать или слушать онлайн

Текст песни:

Adım Orxan Zeynallı, yoxdur aka
Özünə bir ədəd heykəl qoymaq istəyənlərə
Qoyuram “feykəl”
Mən star, yoxsa noname?
Fərq etmir, həyat low key
İstedadım full house gəlib
Hip Hopdursa poker
Bir qəpiklik reper deyiləm, okay
Qazanıram ona görə də bir qəpik, yox
Bir yanında iki dənə ok
Kimlər üçün pik başlanğıc
Kim üçün pik end’əm
Həftəiçi konsert sold out
Çünki özüm weekend’əm
BreakDance backgroundum var, “Eddie”yəm Tekkendə
Diplomatik talantım var, date edirem Merkellə
Uçuram buradan, aləm dar
Fəzada peykəm mən
Sanki Polat Alemder, qızıldır hər kəlməm
Hey, Bakı! Təmiz, pakıq
Acıq azadlığa, sevgiyə, bir də adrenalinə
Səmadakı ulduzlarıq
Cavab verir səsim zamanın tələbinə
Bakı, təmiz, pakıq
Acıq azadlığa, sevgiyə, bir də adrenalinə
Səmadakı ulduzlarıq
Cavab verir səsim zamanın tələbinə
Clavis on the track
Hər beat aforizm
Uğurumu həzm eləmirsən
Pis işləyir metabolizm
Mən alfa betta xarizma
Meylim var hannibalizmə
Düşürəm şöhrət izinə
Düşəndə getto qan iznə
Trekimi dinlə, disslike et, get baybay sonra
Sönüb artıq yumor hissin
Sönəcək wifi sonra
“6 il yox idi deyə biletləri satılıb” deyənlərə
Yüngülvari masterklass keçirəm
Bu dəfə 6 ay sonra
Mənəm məktəb
Bunu həkk et
Gəlin tək-tək
Bərəkət aka cashback
Soyadım trend hashtag
Necə ki, idi “Gecikirəm məşqə”
Getmir burger shake’lə
Rip Morgenshternə
Arada yeyirəm beefsteak
Amma ki beef mənimçün boş şeydir
Hey, Bakı! Təmiz, pakıq
Acıq azadlığa, sevgiyə, bir də adrenalinə
Səmadakı ulduzlarıq
Cavab verir səsim zamanın tələbinə
Bakı, təmiz, pakıq
Acıq azadlığa, sevgiyə, bir də adrenalinə
Səmadakı ulduzlarıq
Cavab verir səsim zamanın tələbinə

Другие песни исполнителя:

  • Nə yaxşı ki varsan Yanan ocaqsan Mən qaram, sən dağsan Mən varam, sən varsan Nə yaxşı ki varsan Yanan ocaqsan Mən qaram, sən dağsan Mən varam, sən varsan Sənə yaraşır boynunda “Chanel” Yay boyu J’Lo, sonra qış Adele Mənə yaraşır 2Pac, yo Hip-hop mütləq, bro 6 il keçib və Bakı deyir Welcome back home Mənə yaraşır Ronnie, ya da Messi Sevgi rock 'n' roll’dursa, mən Elvis Presley Sənə yaraşır Rihanna Baxışında drama Həyatım davam edər sönsə də fonoqrama, yo! Bəkə bəsdir səsli mesajlara? Mən “Coachella”, sənsə əsl “Jara” Sadə insanam, amma self made star’am Qiymətim fərq atar yüz min majora Nə yaxşı ki varsan Yanan ocaqsan Mən qaram, sən dağsan Mən varam, sən varsan Nə yaxşı ki varsan Yanan ocaqsan Mən qaram, sən dağsan Mən varam, sən varsan Sənə yaraşıram, səndən gəlir hər cür hiss Səsindən sülh yağır, baxışınsa dangerous Gözlərin “Miami”dir, gülüşün Los Angeles Yenə bağlamısan üzümə eşqin pəncərəsin Ondansa pay ver, gülləri sən atma Qulağımda “My Way”, old man Sinatra Çayımız soyumamış gəl oturaq, içək onu Mənə qarşı deyilən bütün fikirlərə milçək qonur Zəngə cavab ver də, mənlə əylənir o Səsim olsa oxuyardım, “I can be your hero”nu Həyat “casino”dur, gel “Blackjack”də bir oyun Həyat “casino”dur, baş toldayam De Niroyam Nə yaxşı ki varsan Yanan ocaqsan Mən qaram, sən dağsan Mən varam, sən varsan Nə yaxşı ki varsan Yanan ocaqsan Mən qaram, sən dağsan Mən varam, sən varsan
  • Mən küçələr boyunca protestdən inqilaba gedən yolda Rap deyirəm doyunca prospektdən İnqilaba gedən yolda Mən küçələr boyunca protestdən inqilaba gedən yolda Rap deyirəm doyunca prospektdən İnqilaba gedən yolda Mən inqilabçıyam, Hərdən idmançıyam Məktəbdə o vaxt demişdim guya boksçuyam Amma ki, ilk davadan məni döydülər Onda bildilər ki, mən sadəcə gopçuyam Heç yerdə işləmirəm, ağ köynəyim, qalstukum yoxdu Toy zad olanda səliqəli geyim tapmıram Mən sizi dişləmirəm, rapimlə aclığım yoxdu Azad olanda ifadə olunmağa deyim tapmıram Kral zad deyiləm, zarafat elədim "Hostlandiya"da Sərkərdə də çıxmaz məndən, qılıncım yoxdu Amma ki, at sürə bilirəm. Sürürdüm Şamaxıda Yarışmalarda isə gəlirdim ən axırda İlham pərilərimin kefi kökdü Şit havasın ruhum vərəqə tökdü Sən də kimlə olsan da dinlə Qoy trekim kefivi açsın, töksün İlham pərilərimin kefi kökdü Şit havasın ruhum vərəqə tökdü Sən də kimlə olsan da dinlə Qoy trekim kefivi açsın, töksün Mən küçələr boyunca protestdən inqilaba gedən yolda Rap deyirəm doyunca prospektdən İnqilaba gedən yolda Mən küçələr boyunca protestdən inqilaba gedən yolda Rap deyirəm doyunca prospektdən İnqilaba gedən yolda Xoşum gəlmir ağ köynək geyinəndə Vişnə suyu içəndə üstümə dağıtmaqdan Bir də ki, ayaqqabını barmaqla geyinəndə Çıxardanda dırnağın altın dağıtmaqdan Küçədə gəzəndə yağışda yolun qırağıyla Birdən kamaz keçəndə üstün su olur təmiz Hanı bəs bayaqkı romantika mahnıyla?! Mənəsə maraqlı indi təkcə paltardı təmiz Bir də ki, vacib anda zaryatka qurtaranda Blin, elə bil ki, başıma daş düşür Evdəkilərdən uzaq yerdə yemək qurtaranda Tərslikdən yadıma niyəsə həmişə aş düşür Gör nə qədər dərd var hər addım başı Nəsə elə bil bir az tərs gedir Yenə xəyallar tək adalarda... Müəllim oyadıb deyir "Bala, dərs gedir" Gör nə qədər dərd var hər addım başı Nəsə elə bil bir az tərs gedir Mənim inqilabım bu qədər bəsitdi Qoy qiyməti mənə bütün xalq desin Mən küçələr boyunca protestdən inqilaba gedən yolda Rap deyirəm doyunca prospektdən İnqilaba gedən yolda Mən küçələr boyunca protestdən inqilaba gedən yolda Rap deyirəm doyunca prospektdən İnqilaba gedən yolda
  • Salam oğul, çoxdandır görüşmürük Çayın soyumamış götür, nə verim şəkər yoxsa qənd? Buranın havası yəqin biraz ağır sənə Bir iki gün də qal, sonra düzünü de şəhər yoxsa kənd? Burada keçib uşaqlığın, yaxşı-pis böyütdüm səni Səmimi de: Dadmısan heç burada zəhər yoxsa qəm? Bir qarış çörək, ən əsası halal zəhmətlə Hər bir qonşu, qohum adımı çəkir hörmətlə Sənin atan olmaq ayağıma uzun yorğan elə bil İnan çox qaldım şərəf, pul, seçim arasında Bəlkə düz deyirdin, bəlkə doğurdan elədi Yəqin mənəm günahkar ki, oğlum yetim anasından Bu əllər bilmir nədir oğurluq, nədir namərd hərəkəti Amma səni hər ehtiyac içində görəndə qanadım əyilir Qiblə adlandırdığım qazancların yox bərəkəti Sanki o Kişinin şəkli ilə bir getdi manatın dəyəri Sabahı düşün, oğul necə bir nəsil yetişər Bu günkü gəncliyin xəmirini pul yoğursa Cəmiyyət xətrinə ailə, qohumlar xətrinə övlad Atalar aciz qalacaq, bir gün oğullar qul doğulsa Sənin əlin əlimdədi, sənə hissim dərindədi Amma burax əlimi, buradan tək gedirəm, ata Sənin əlin əlimdədi, sənə olan hissim dərindədi Amma burax əlimi, buradan tək gedirəm, ata Bağışla, mən böyüdüm Sənin əlin əlimdədi, sənə hissim dərindədi Amma burax əlimi, buradan tək gedirəm, ata Sənin əlin əlimdədi, sənə olan hissim dərindədi Amma burax əlimi, buradan tək gedirəm, ata Bağışla, mən böyüdüm Salam ata, görməyəli heç dəyişmədin Çayım qoy soyusun, isti günlər xatirəsinə Başa düş, rahatlığa fərq etmir şəhər yoxsa kənd Həyatın şirinliyinə təsir etmir şəkər yoxsa qənd Böyütdün razıyam, amma öyrətmədin məğzi ki Bu dünyada gözdən sala bilər hamını bir səhv Öyrətmədin əsas qanunu, əsas dərsi ki Bu həyatda ya sən, ya səni ya da hamını kimsə Halal zəhmət, pul niyə? Cənnətə getmək üçün Başqaları yığır altına, cənnətini tikmək üçün Vitrində oyuncağa baxan övladın yanında sıxılmaq Ədalət boş şeydi, yoxsa yanında sıfırlar Bu dörd divardan kənardakı hörmət gərəksizdi Əgər bu dörd divarın içində həyat yerlə yeksan Düzünü de çirkli pulla xəstə anamı xilas etmək? Yoxsa təmiz pulla dəfn edib ona vermək ehsan? Bəlkə də demək asan, bilirəm sənə də çətindi Niyə isə yaxşı insan olmağı sənətə çevirdin Həyatın sahibi olmaq, içim alışıb onla indi Eybi yox, deməsinlər gedəndən sonra "heyif yaxşı oğlan idi" Sənin əlin əlimdədi, sənə hissim dərindədi Amma burax əlimi, buradan tək gedirəm, ata Sənin əlin əlimdədi, sənə olan hissim dərindədi Amma burax əlimi, buradan tək gedirəm, ata Bağışla, mən böyüdüm Sənin əlin əlimdədi, sənə hissim dərindədi Amma burax əlimi, buradan tək gedirəm, ata Sənin əlin əlimdədi, sənə olan hissim dərindədi Amma burax əlimi, buradan tək gedirəm, ata Bağışla, mən böyüdüm
  • Bir gün itsəm, neçə gün sonra yada düşərəm Biraz darıxandan sonra unutsan, başa düşərəm Nə vaxtsa üzdə gülüş idim, artıq gəzən şərəm Nə vaxtsa dayaq olduqlarıma indi çürümüş ələm Ətraf sıxdıqca, sıxılmaq sətirlərə Dizini qucaqlamaq belə artıq çətin gələr Artıq o yaş deyil ki, söykənəsən valideynlərə Artıq inam da yox sən tərk edəndə qal deyənlerə Sadə olduqca hörmət azalır - kimi paradokslar Amma ən tez mən qaçdım düşəndə dara dostlar Elə bil yox ürək ki, hələ bir onu qırmaq olsun Ölümlə üz-üzə deyiləm arzum sağ qalmaq olsun Hərə bir tərəfdən sıxır, sanki sabah bitir Ömür, sanki bir işıq idim hansı ki, artıq gözdən itir Sönür, elə bil həyatın mənə olan planları tükənmək üzrə Yəqin ki, birinci yerəm hər insana güvənmək üzrə Dəyişir səni həyat Azalır sənə maraq Hardadır axı dünənlər? Dəyişir sənin üzünə gülənlər Dəyişir səni həyat Azalır sənə maraq Hardadır axı dünənlər? Dəyişir sənin üzünə gülənlər Hərdən boğulmaq, topuğa qədər su olan yerdə Səhvən doğulmaq azadlıq qorxusu olan yerdə Hərdən danışmaq, dərdini susan vərəqə Gəl həyatı həyatdan tez tərk edək, bu son dəqiqə! Sən zamana inanırsan yaraları sağaldar deyə İllər sevgilitək gedir - yalandan "qayıdacam" deyir Sən sanma qarın tox olsa, dərd azalar deyə Diqqətlə qulaq as, necə ruhun bağırır "acam" deyə Vicdanı təmiz saxlamaq, cəmiyyət qarşısında Nəyə lazım? Çirkli qəlbə yem bol, daşısın da! Tək qalıb ağlayanlar həqiqət qarşısında Yalandan gülür xoşbəxt olur Brandwall qarşısında Artıq qələmdən mürəkkəb əvəzinə çirkab çıxır Beynimdə qan əvəzinə vəhşi balıqlar üzür Həyatım cəngəllikdir, bacarsan gir tap cığır Görəsən neçə nəfər indi şərəfimə şərab süzür?! Dəyişir səni həyat Azalır sənə maraq Hardadır axı dünənlər? Dəyişir sənin üzünə gülənlər Dəyişir səni həyat Azalır sənə maraq Hardadır axı dünənlər? Dəyişir sənin üzünə gülənlər Dəyişir səni həyat Azalır sənə maraq Hardadır axı dünənlər? Dəyişir sənin üzünə gülənlər Dəyişir səni həyat Azalır sənə maraq Hardadır axı dünənlər? Dəyişir sənin üzünə gülənlər
  • Oyanır hamıdan tez, baxır pəncərədən Günəş rəngli saçlar, yaşıl göz, incə bədən Bir azdan oyanacaq həyatdə ən vacib insanlar Soruşacaqlar ki, hara baxırsan pəncərədən Səhər yeməyi hazır, qaynar çay əlini yandırsa da Səsini çıxara bilməz, çünki o fədakardır Evin bütün yükünü kişilərin yerinə qaldırsa da Kompliment eşitmir, şirin sözə qulağı kardır Telefon əlindən alınıb, artıq iki ildən çoxdur Sinif yoldaşına zəng etməkdə günahkardır Münasibət qurmaqdan söhbət belə gedə bilməz Ailəyə ləkə yaxılsa, o tək səbəbkardır Darıxmır ötən illər üçün, çünki elə həmişə beləydi Düşünür - qəribədir bu tale, hər şey kələkdir Kaş ki, gülüşə döndərdi axıtdığı hər göz yaşı Halbuki sevgiyə layiqdir yaraşıqlı gözü, qaşı Xeyir və şər məclislərinə bər-bəzəkli O uşaqlıqdan bilir artıq nə düz, nə əyri Təhsil ikinci plandadır əsas ev işləridir Gələcək həyat yoldaşına indidən öyrəşməlidir Küçəyə tək başına çıxmaq olmaz, nə işin var çöldə?! Tanımadığın insanlara qarşı olsun sərt çöhrə Dinləmək olar ancaq muğam, bir də xalq mahnıların Valideyn tərəfindən təyin olur arzuların Bugün-sabah nişan, dəyişəcək ancaq ünvan Dəyişəcək divarlar, amma həyat hələ zindan Olmazmı ki, bu otaqdan onun da nazı qalsın? Əsas o deyil, əsas evin kişisi razı qalsın Əsas - qohumlar desin ki, o yaxşı qızdır Əsas - bu cəmiyyət desin ki, o yaxşı qızdır Axı o insan deyil, sadəcə kiminsə namusu Ölüb yenidən oğlan doğulmaqdır tək arzusu