Татарский переводчик Узбекские песни

Песня «Kim Inandı»
исполнителя Orkhan Zeynalli.
Скачать или слушать онлайн

Текст песни:

Gözümün üstündə yerin var, yalandan demirəm
Yerin var uzağı ayağımın altında
Diş çöpü gəzdirə-gəzdirə
Anladım ki, məni başa düşür
Ol çoxundan da çox, səsimdən qorx
Hələ çox söz yazılacaq ki, siz boş durmayasınız
Yuva qurmayasınız, ağaclarda
Bütün yerləri tutubdur qarğalar
Pişiklərdən yığılan qan damlalar
Verdik biz xeyriyyəyə
Narahat olmayın, biz pisik deyə
Ayağını geyin, birdən pis iy gələr
Hələ çox görəcəksiniz bizim konsertdə keçi başı
İşə sal başı, tap şifrəni
Bu da sənə yeni dedi-qodu mövzusu
Həyata rəng qatmaq çoxunun arzusu
Ala kist, ala qara-qırmızı rənglər
Şəffaf həyatın ala məğzini rənglə
Bel götür bellə, qəbirini yellə
Gəzə bilmirsən, heç olmasa iməklə
İməklə
Gəzə bilmirsən, heç olmasa iməklə
Uca dağlar aşdım
Çox nağıl danışdım
Kim inandı, kim yox
Biri var, biri yox
Uca dağlar aşdım
Çox nağıl danışdım
Kim inandı, kim yox
Biri var, biri yox
Dedilər ki, sus!
Dedilər ki, yaz!
Susuram, susuram, birdən yazıram!
Ey mənim mötəbər fanatlarım
Bu track-i sizə qəbirdən yazıram
Axır ki, çatdız arzunuza
Gedin deyin dostunuza, tanışıvına
Bezdiribdir söz-söhbətlər
İnsan qədər ət tökər?!
Jamal Ali qaçıb, Jamal Ali ölüb
Jamal Ali tutulub, asılıb, döyülüb
İndi Sibirdədir, yox Kamçatkada
Cənnətdə çay içir, onunla Kafka da
Xətrimi çox istə, xətrin xoş olsun
Əsas odur ki, başın boş olsun
Varsa inamın, hər sözə inan
Nağıllarla yaşa, xəlbir saman
Tutanlar tutub sözümün canını
Zəli kimi sormayın qanımı
Arada yazacam səs-küy salmayın
Dərsinizi oxuyun, avaralanmayın!
Dərsinizi oxuyun, avaralanmayın!
Avaralanmayın!
Uca dağlar aşdım
Çox nağıl danışdım
Kim inandı, kim yox
Biri var, biri yox
Uca dağlar aşdım
Çox nağıl danışdım
Kim inandı, kim yox
Biri var, biri yox

Другие песни исполнителя:

  • Bax necə dostluğu satıbdır dostlar! Üzləri yeyilib, qalıbdır astar! Kimləri sökəndir, kimləri usta Alqış Dəyirman-a! Alqış HOST-a! Dərddən yazmaq dəb xətrinədir Etiraz eləmək dəb xətrinədir Qanunu pozmaq dəb xətrinədir Vətəni də sevmək dəb xətrinədir! Gündüz və gecə, sənə ev bu küçə Barlarda yaşamaq dəb xətrinədir! Yoruldun? Qulağına tıxac tax Bu treki dinləmək də dəb xətrinədir! Playboy t-shirt-də, hərəkəti ağır, səvviyəsi дешёвка Gecələri klubda, юбка, тусовка Yanında pul iyinə yığılan массовка dəb xətrinədir! Mənə yad səsdə, amma doğma tərzdə Mənasız dərsdə, yazılan verse-də HOST-u çox dinləmə qulağını bəslə Damarı da kəsmək dəb xətrinədir! Bax necə dostluğu satıbdır dostlar! Üzləri yeyilib, qalıbdır astar! Kimləri sökəndir, kimləri usta Alqış Dəyirman-a! Alqış HOST-a! Kimlərin üzü qara kimlərin yanında Çox kəlmə dilində, yox bir şey qabında Pis zəmanə içdə kimlər öndədir?! H.O.S.T dəbdədir! Dəyirman dəbdədir! Düz ton, yenə mən, fikir vermə nəfəsimə Albomda track sayı bağlıdır həvəsimə Yarımçıq beyin ilə dinləyənin nəzərinə Başı boş hər bir adam çevrilir hədəfimə De mənə nəyə görə, bu zalım dinləyici Qiymət verir müğənni səsinə yox, sinəsinə?! Bu həm öz aramızdır, həm də ki, elin içi Qol-qanad açan düşür tülkülərin tələsinə Daha çox güc veririk fikirlərin yenisinə Baxmırıq iş görəndə kimlərinsə tələbinə Gəlməmisən boşuna sən axı yer kürəsinə De mənə kölgəmizdə gizlənməyin səbəbi nə? Yaxşı-pis sərhədində, sonuncu seçimin nə? Sadəlövh fikirində, arzuların içindən Tap orda özünə mövqe, amma gəlsin içindən Gəlməsə də bilinəcək ki, bu dəb xətrinədir! Bax necə dostluğu satıbdır dostlar! Üzləri yeyilib, qalıbdır astar! Kimləri sökəndir, kimləri usta Alqış Dəyirman-a! Alqış HOST-a! Kimlərin üzü qara kimlərin yanında Çox kəlmə dilində, yox bir şey qabında Pis zəmanə içdə kimlər öndədir?! H.O.S.T dəbdədir! Dəyirman dəbdədir! Mikrofonum deyil ağ qızıl, deyiləm nigga! Bu sənət əsl traur, uduzulmuş bir liqa Hər track bir zərbə qapılara qol vurduqca Cəmiyyətin qınağı olursan düzgün yol qurduqca! Hərdən yorulduqca tüpürmək istəyirsən Hamıyla eyni odda gəbərmək istəyirsən Kiməsə düz söz de, amma ki, fərqi nədir?! Axı dinləmək də indi dəb xətrinədir! Bax necə dostluğu satıbdır dostlar! Üzləri yeyilib, qalıbdır astar! Kimləri sökəndir, kimləri usta Alqış Dəyirman-a! Alqış HOST-a! Kimlərin üzü qara kimlərin yanında Çox kəlmə dilində, yox bir şey qabında Pis zəmanə içdə kimlər öndədir?! H.O.S.T dəbdədir! Dəyirman dəbdədir!
  • Mən küçələr boyunca protestdən inqilaba gedən yolda Rap deyirəm doyunca prospektdən İnqilaba gedən yolda Mən küçələr boyunca protestdən inqilaba gedən yolda Rap deyirəm doyunca prospektdən İnqilaba gedən yolda Mən inqilabçıyam, Hərdən idmançıyam Məktəbdə o vaxt demişdim guya boksçuyam Amma ki, ilk davadan məni döydülər Onda bildilər ki, mən sadəcə gopçuyam Heç yerdə işləmirəm, ağ köynəyim, qalstukum yoxdu Toy zad olanda səliqəli geyim tapmıram Mən sizi dişləmirəm, rapimlə aclığım yoxdu Azad olanda ifadə olunmağa deyim tapmıram Kral zad deyiləm, zarafat elədim "Hostlandiya"da Sərkərdə də çıxmaz məndən, qılıncım yoxdu Amma ki, at sürə bilirəm. Sürürdüm Şamaxıda Yarışmalarda isə gəlirdim ən axırda İlham pərilərimin kefi kökdü Şit havasın ruhum vərəqə tökdü Sən də kimlə olsan da dinlə Qoy trekim kefivi açsın, töksün İlham pərilərimin kefi kökdü Şit havasın ruhum vərəqə tökdü Sən də kimlə olsan da dinlə Qoy trekim kefivi açsın, töksün Mən küçələr boyunca protestdən inqilaba gedən yolda Rap deyirəm doyunca prospektdən İnqilaba gedən yolda Mən küçələr boyunca protestdən inqilaba gedən yolda Rap deyirəm doyunca prospektdən İnqilaba gedən yolda Xoşum gəlmir ağ köynək geyinəndə Vişnə suyu içəndə üstümə dağıtmaqdan Bir də ki, ayaqqabını barmaqla geyinəndə Çıxardanda dırnağın altın dağıtmaqdan Küçədə gəzəndə yağışda yolun qırağıyla Birdən kamaz keçəndə üstün su olur təmiz Hanı bəs bayaqkı romantika mahnıyla?! Mənəsə maraqlı indi təkcə paltardı təmiz Bir də ki, vacib anda zaryatka qurtaranda Blin, elə bil ki, başıma daş düşür Evdəkilərdən uzaq yerdə yemək qurtaranda Tərslikdən yadıma niyəsə həmişə aş düşür Gör nə qədər dərd var hər addım başı Nəsə elə bil bir az tərs gedir Yenə xəyallar tək adalarda... Müəllim oyadıb deyir "Bala, dərs gedir" Gör nə qədər dərd var hər addım başı Nəsə elə bil bir az tərs gedir Mənim inqilabım bu qədər bəsitdi Qoy qiyməti mənə bütün xalq desin Mən küçələr boyunca protestdən inqilaba gedən yolda Rap deyirəm doyunca prospektdən İnqilaba gedən yolda Mən küçələr boyunca protestdən inqilaba gedən yolda Rap deyirəm doyunca prospektdən İnqilaba gedən yolda
  • Elə bir hiss var ki, ürəyimdən uzaqdayam Geri gələndə yolumu kimsə gözləmir (heç kim) Küləyi bezdirən bu şəhərdə, xoşbəxtlik ehtimalı 100-də1 Danışmaq, yazmaq, oxumaq, yadda qalmaq Səni sevən səndən vaxt istəyir, sevgi istəmir Çağırmışdım dostları dar günümdə Hələ də yoxdur səs-səmir Davamlı payız qoxusu, xəzanlı misralarda Mən artıq eyni mövzulardan ibarət bir sətir Mən artıq yaxın deyiləm sənə əvvəlkitək Həyatım bələd sənə, qulaqların sözlərimi izləmir! De sevgin aysberq kimi altda gizlənib, yoxsa üstdəmi? Səni isidir toxunuşum, yoxsa hər şey sözdəmi? Maraqlan, gör kim öz həyatını pisləmir? Həyat bataqlıdır hə? Bəlkə Aid düz demir?! Həyat adlı qaranlığın içində Arzularla çətindir yaşamaq Unudaraq dərdləri güləndə Mahnılar məni Ağladar yenə Həyat adlı qaranlığın içində Arzularla çətindir yaşamaq Unudaraq dərdləri güləndə Mahnılar məni Ağladar yenə Soyuq divarlara söykənmək Uzaqlara baxıb - niyə böyüdük? - demək Tapa bilsəydik səadəti Sahil boyu qurduğumuz saraylarda Dalğalardan çəkinmədən Özu ilə səmaya səni hissələrlə çəkir gedən Böyümək - səni böyüdəni itirməkdir, demək! Məni sıxır keçmişdən qalan gödəkçə və xatirələr! Sığal çəkir, bu deyil əzizləmək Bu deyil qəliz demək, həyatı pisləmək Və kimsə niyə nifrət etdiyini yox Niyə sevə bilmədiyini deyir Valideynlər çox vaxt kim olduğunu yox Kim ola bilmədiyini deyir! Uzun qış gecələrində, qarışıq fikirlər Elə o vaxtı susur doğmalar, danışır fikirlər Sən içməsən də, köhnə dost gəlib, süz deyir Bütün qış məni dinlə və de – "Orxan düz deyir!" Həyat adlı qaranlığın içində Arzularla çətindir yaşamaq Unudaraq dərdləri güləndə Mahnılar məni Ağladar yenə Həyat adlı qaranlığın içində Arzularla çətindir yaşamaq Unudaraq dərdləri güləndə Mahnılar məni Ağladar yenə
  • Doğulmaq yadımızdan çıxardığımız ilk addımdır Necə ki, qalmır yadda ilk öpüş, ilk laylalar Bir gün qabaq yox idin, bu gün isə həyatın var Heyif, olmur qoymaq şərt doğulacam, olsa qayğılar Axmamış yaş qədər təmiz qucaqda böyümək hissi Adam qayıdıb keçmişə, yenidən böyümək istəyir Biz axı göylərin sevən qəlblərə hədiyyəsi idik Onların yerinə bütün xoşbəxtliklərə "hə" deyəsi idik Zaman heç nəyi gizlətmir, zaman heç nəyi sağaltmır Zaman göstərir sən demə xoşbəxtlik biz olsaq artmır Biz bəzən şəfəqləri bitişdirib edirik parıltı Bəzənsə parçalanan qaya arasında son qırıntı Gözünü yum, qorxma bir azdan bitəcək səslər Küsmə talehindən o heç nəyi etmir qəsdən Azalacaq səslər, azalacaq səslər Valideyn sayi azaldıqca azalacaq səslər Dizimi qucaqlayıb dinlədim o səsləri Gözümü bağlayıb dinlədim o səsləri Yastıqlar gizlədəndə o səsləri Valideyn davaları dəriyə hopmuş yaralar kimidir Ağrılar qalsa da keçmişdə, nəticə göz önündədir Bu günü ən uzaq vaxtlardan, yapışacaq ayaqlardan Bu sevgili deyil ki, dərd verəndə deyəsən səhv özündədir Seçim olmur heç kimdə, kimsə doğulur çirk içində Kimsə nazir ailəsində, var-dövlət, mülk içində Kimsə son anda abort etməyən tək anayla Kimsə sevgi ocağında, həyatı bənzəyir bəlkə nağıla Analar var - qalıb baş-başa yadigar başdaşıyla Ömründən kəsib böyütdüyü övlad əvəz olunub başdaşıyla Uşaqlar var valideyn əvəzi böyüyüb qardaşıyla Doğmalaşıb artıq soyuq küçədəki hər daşıyla Gecədən qalma yaşı ilə səhər məktəbə getmək Çətin idi özgələrdən qayğı tələb etmək Çətin idi xoşbəxtlərin arasında qarışıb azmaq Çətin idi "Mənim ailəm" mövzusunda inşa yazmaq Dizimi qucaqlayıb dinlədim o səsləri Gözümü bağlayıb dinlədim o səsləri Yastıqlar gizlədəndə o səsləri Gələcək nəsillərə böyük nifrət bəsləyir
  • Yenə də sıxır şəhər, hər yeni nəfəsiylə Təəccübləndirir qoca yaşamaq həvəsiylə Cizgilər niə cavan qalsın ruh qocalıbsa Həyatdan nə hədiyyə gözləyim, məndən borc alıbsa Bağlanıbsa üzümə qapılar pəncərələr Sevgilər qalır burda, tərk edir öncə illər Sən zəng elədin mən donub qaldım Sən əlimi istədin mən qanad çaldım Ruh bədəndən bezir, adını ölüm qoyurlar Gözünü açıb yumursan, adını ömür qoyurlar Sənin zamanıvı xərclərib səninlə vaxt keçirirlər Həyatına daxil olurlar, hələ bir şah seçilirlər Dağılacaq mı arzular, əgər dağılsa dünya Yatmamışdan öncə danışılan nağılsa dünya Oyanmaq istəmirəm, gəl qalaq duyğularda Sevgini xoşbəxtliyi, gəl tapaq mahnılarda Hər səhər mən gözləyirəm Bir bulud tək, ağlaram, hardasan?! Bu həyatda sevgilərdən uzaqdayam mən. Mən sevirəm mahnılarda. 2-ciİllər keçsə də, sənə hisslərim eyni qalır Məni tərk etdiyin gündən bu günə sehir qalıb Sənə yazılmış mahnılardan artıq özüm bezmişəm Mahnılar həyatdısa gör nə qədər həyat gəzmişəm Bu şəhər uzaqlaşır, artıq üfüqdən itir Burdakı həyata çəkirəm xətt şəfəqdən iti Qərb tərəfimdə qəlbdi mən geridə qalmışam Həyat davam edir gedir, mənsə hələdə qalmışam Suallar da artıq yox ki səbəbkar sayılsın Necə səs salım hisslərmin bəlkə yarsı ayılsın Addığım səhv addımların, kaş ki hər izi yayılsın Geriyə dönsəm bir gün yadıma düşməyəsən Bir neçə söz bir neçə not və gözəldi dünya Bir neçə milyon insandan bezərdi dünya Bir neçə sevdiyin insanla qal duyğularda Yaxşı ki başqa cürdü həyat doğma mahnılarda