Татарский переводчик Узбекские песни

Песня «Səma»
исполнителя Orkhan Zeynalli.
Скачать или слушать онлайн

Текст песни:

Sən bir ömürlük dərssən
Sən ayrılıq qədərsən
Əlini ver, tələsmə
Bir az ayrılaq, gedərsən
Gözə görünməz fəza
Sən beş vaxt qəza
Məni mürəkkəb edib yazan
Bu geştalt əzabdır
Dünən yox idin, indi varmısan?
Yerdə qarmısan?
Bulud, briz, Romeo
Sətirlərində gizli intiharmısan?
İndi haradasa
Axtar özünü, bu qədər sən
Başlıqlı cümlələrin içində
Arzu çindir, sənsə həmin o sədd, divarmısan?
Və hər məqamı
Çətin edən sualmısan?
Gecələr şeytan toxunuşu
Səhərlər duammısan
Ki bitməsin bu sehr?
Guya kim bir ömür sevir?
Gəl başlayaq sıfırdan
Qalaq əbədi ürəyimin
Hasarına asılan qıfıldan
Mən səmada
Sən dəryada
Qəlbimin qapılarını
Açmadım hər yada
Mən səmada
Sən dəryada
Qəlbimin qapılarını
Açmadım hər yada
Duyğularını borc verib çiçək kimi solan
Mənfilərimi xaç edib ürək kimi asan
Bu qədər qəm, bu qədər kədər
Musiqidə kimə asan?
Sən həzin üzüntü verdin
Oldum xəstəlik, azar
Sən əlacsan
Saçlarımda tacsan
Buludlar ağlar, əgər ki göyə
Baxıb əl açsan
Qulağımda səs
Sən bir ömürlük bəssən
Danışdıqca batıram
Əlimi tut və sözümü kəs sən
Dərin izlər
Yenə dizdən
Dənizlər, okeanlar
İstəmir, biz üzək
Dərin hisslər
Yenə bizdə
Dənizlər, okeanlar
İstəmir, biz üzək
Mən səmada
Sən dəryada
Qəlbimin qapılarını
Açmadım hər yada
Mən səmada
Sən dəryada
Qəlbimin qapılarını
Açmadım hər yada

Другие песни исполнителя:

  • Hissim kədər, deyilən sözlər hədər Yaşa gəlim ömrüm yetənə qədər Yorulub əqrəblər, açılır səhər Yuxusuz gözlər, yuxulu şəhər Mən onu gözlədim, ondan bixəbər Hər günüm bir-birinə bənzər Dənizimi örtər o ləpələr Oxuyar sahilə "bəlkə"lər Bəlkələr, ay bəlkələr Arzularımız - bəlkələr Bəlkələr, ay bəlkələr Dualarımız - bəlkələr İllərin yorğunusan, Miri, sən daha yaxşı bilirsən Nədir həyat, nədir zaman, nədir ata olmaq Kaseti fırladım geri, uşaqlığın səsi gəldi Görəsən atam istəyirdimi nə vaxtsa ata olmaq?! Görəsən yükəmmi və ya həyatdan tələbəmmi?! Ağarıbsa anamın örpəyi, mən əsas səbəbəmmi?! Bilmirəm Kimsə ölür gedir, gedincə örnək olur Kiminsə də gələcək planı bircə ölmək olur İlham pərim yenə qaranlıq bir ev Və işıq verməkdən yorulmuş bir şam Yanır Bakı gecəsi Tək-cüt yatanların qəlbləri Oyanır çoxu səhərsi tək Bəlkə də səhvik bu ölkədə Həyat rahat incidə bilmək üçün Əvvəlcə bizə ərk edər Onun da tərk edəndə yanan gözləri Sanki deyirdi ki, sonacan gözləyim Baxmıram sabah haqqında proqnoza Kim deyəcək ki, bizə hansı gün yaxşı, hansı pis Xoşbəxt günlər təqvimdə yazılsa əvvəldən Bilərdik əsl sevgiyə aparır hansı iz Gözlərim yol çəkir, gələcək haqqında Görəsən nə deyə bilər gələcək haqqımda?! Ən azı mən həyatdan, həyat məndən razı Susur sevgi, bu gün qələm illərdən yazır Bəlkələr, ay bəlkələr Arzularımız, bəlkələr Bəlkələr, ay bəlkələr Dualarımız, bəlkələr
  • Əziz atam və anam, sağ olun ki, böyütdünüz məni Mən ola bilərdim indi küçədə dilənənlərdən biri Döşəməsi soyuq mərmərdən yığılan kobud şəhərdə Deyiləm sevinənlərdən ki, növbəti gün oyanıb diri Mənim uşaqlığım keçdi də müharibə illərində Həyətdə oynayanda valideynlər çörək növbələrində Susuz günlər çevrilirdi su daşıma əyləncəsinə Ala biləcəyim hər dərdə göstərdiniz hamıdan öncə sinə Əziz atam və anam, siz bəzən dalaşırdınız Gözümü yumub, qorxub istəyirdim evdən qaçmaq Siz mənə bilmədən bəlkə də göstərdiniz həyatın üzün Mən hələ də bilmirəm nədir spirtli içkinin qapağını açmaq "Böyüyüb soyuq biri olacam" - deyib bərk qucaqlamaq Uşaqlığa qayıtmaq bir neçə dəqiqəlik heç olmasa Həyatda qırdığın qəlbləri geri qaytarmaq ki, sonra Başdaşını qucaqlayıb "Bağışla" demək gec olmasın Əziz atam və anam, sizə deyiləcək sözüm çox Mənim uşaqlıqda az olub oyuncağım, amma gözüm tox Çətin vəziyyətlərdə düzgün addım atmağı öyrətdiniz Mənə görə təvəllüd göstərmir insanın böyüklüyünü İçimə qapandım illərlə, azaldı səsim, küyüm Alışıb yansam, bu torpağa istəmərəm tökülsün külüm Məni isidərsən, gülüm, mahnılar olmayanda Bu şəhər yaman boş görünür insanlıq olmayandan Əziz atam və anam, siz günahkar deyilsiniz Bir dənə çirkli yağışa görə buludlar ola bilməz cavabdeh Bir qurtum su istəyəndə bir okean verirsiniz Dilənçi yaxşı görər sevgi hərdən isitməz, əzab verir Həqiqət qorumaqdırsa ailəni, vətəni, evi Gənclik vəfasız quş kimi əylənib, tükənib gedir Qalır təkcə insanlıq qışda sadiq sərçətək O heç vaxt uçmayacaq, gəl bir ömürlük mərc edək
  • Əllərimi burax, ondansa ürəyimdən yapış Gəl biz bir quş olub uçaq, qanadımıza şaxta qonmamış Bir qurtum su, həyatın dadı Bitməsin deyə son günə saxla Mən artıq doydum, bu sevgi odu Sönməsin deyə küləyi saxla Damcılar... sevgin kimi tez-tez gedir Amma ki, iz qoyur Dalğalar... rəqsin kimi Səliqəsiz sahilə briz qoyur Sadəlövh ümiddin Əlində yenə danışılmış nağıllar Sən qəlbimi tərk etsən də Tərk etməz tanış olmuş ağrılar Biz həyatı sevmək istəsək də Cənnəti görmək istəsək də Ölmədən getmək istəsək də Buraxmaz günahlar bizi Əllərimi burax, ondansa ürəyimdən yapış Gəl biz bir quş olub uçaq, qanadımıza şaxta qonmamış Əllərimi burax, ondansa ürəyimdən yapış Gəl biz bir quş olub uçaq, qanadımıza şaxta qonmamış Yenə durğun günlər kimi Tək-tənha güllər kimi Tez bitir, tez solur, amma qəlbimdə İz qoyurdu ötən illər kimi Bəzən bir fikir kimi Beyində dünən olub, amma bu gün yox Son ümid olan günəş kimi Üfüqdə sabah çıxar, amma bu gün yox Talehin artıq kobud olub əlləri Daşlamaqdan həyatımın günlərin İçindəyəm qara-qura vərəqlərin Sevməməkdə məni yox səbəblərin Günah məndəmi bitmirsə dərdlərin? Üzülmə çıxanda boşa sevgi cəhdlərin Bütün bu səhvlərin çevrilər düzə Çıxanda ürəyinin içindəki üzə Əllərimi burax, ondansa ürəyimdən yapış Gəl biz bir quş olub uçaq, qanadımıza şaxta qonmamış Əllərimi burax, ondansa ürəyimdən yapış Gəl biz bir quş olub uçaq, qanadımıza şaxta qonmamış Əllərimi burax, ondansa ürəyimdən yapış Gəl biz bir quş olub uçaq, qanadımıza şaxta qonmamış
  • Satılmış səhnələrdə qeyrətdən oxumaq kimidir Yalançı olmaq, atadan xəbərsiz doğulmaq kimidir Nə qədər olar həssas damarlardan asılı qalmaq?! Nə qədər olar ümid vermək adıyla mahnı yazmaq?! Nə qədər olar həyatdan danışmaq sən ölmüsənsə?! Səhnənin sənə bəxşi – çürümüş irsə dönmüsənsə Səhər sevgidən yazıb, gecələr qəlb qırmaq Nə qədər olar çiyinləri tapdalamaqla ayaqda durmaq?! Xalqın gözünə baxıb oxumaq, cibini düşünüb yazmaq İsti alqışlar içdə buz qəlbdən üşüyüb azmaq Xəyanət yatağında doğulanda səmimi sevgi mahnısı Kimsə də xəyanətə dözməyib istəyir özünü asmaq Yalan dediklərinin qabağında bacarsan düz dur Həyat verir, alır, elədiklərin qayıdır bu düstur Səhnələr satılıb artıq, qələmə kağıza yox ehtiyac Artıq hisslər də mahnılardan çoxdan edib merac Dəyişdikcə illərlə, bütün sevgilər də Qalır duyğularımız sözlərdə Danışdıqca hisslərlə, susursa gözlər də Qalır mahnılar ancaq dillərdə Keçir zaman, ölür dəyər, tək ümid mahnılara Bu düz, ya səhv eləmir fərq, dərmansa ağrılara Zamanın nəbzi əlimdə, döyünür bərk qələmimdə Ölüb, ya sağ - eləmir fərq, dayaqsa duyğulara Mən niyə yaxşı olum, əgər indiki insanlar Tapırsa ehtiras, itəndə sevgi yataqlarda? Və bədənlər birləşdikcə unudulursa hisslər Niyə hisslərim saf olsun qələmlə qovuşduqca? Tapırsa cənnəti mələklər varlı axmaqlarda Niyə cəngavərlər axtarsın bəxti ağ paltarda? Bir dost üçün göz yaşı tökmək saf vaxtlarda İndi isə dost vitrində, satırıq antraktlarda Yadelli torpaqlarda, xoşbəxt sayılmaq orda Nə vaxtsa, amma göz yaşı ilə oxumaq himni xorda Yaxşı olub, niyə pisə çevrilirik axırlarda? Görəsən, peşamandırmı yaradan yuxarılarda? Bunları dərk etdim illərlə, mən də bezib susdum Kağızdakı bütün saf hissləri bir günə pozdum Yaraşmır qələmə səmimiyyət insanda yoxsa əgər Vicdanı söndürdüm, görüm ömrüm nə qədər çəkər?! Dəyişdikcə illərlə, bütün sevgilər də Qalır duyğularımız sözlərdə Danışdıqca hisslərlə, susursa gözlər də Qalır mahnılar ancaq dillərdə Dəyişdikcə illərlə, bütün sevgilər də Qalır duyğularımız sözlərdə Danışdıqca hisslərlə, susursa gözlər də Qalır mahnılar ancaq dillərdə
  • Vuruldum hər səhər günəşdən öncə Qaranlığa işıq saçan gözlərinə Yazanda hər sətirdə eşqdən incə Tənhalıqdan uzaq qaçan sözlərimə Ayaqyalın uşaq kimi qaçanda Yanımda sən olanda göylər gülümsər Dodaqların gülüşlə nur saçanda Dodaqların pıçıldar – "mənimsən" O günlərim uzaqda Sənsiz ürəyim saxta Gözlərimi yumanda sən yanımda Ölümsüz olmasaq da Və dərddən ağlasaq da Sevgin həyat verir yenə Sən - cənnətimdə bitən güllərin içində ən ətirlisi Hər nəğmə sənlə bitən fikirlərimdə uçan ən sehirli bir səs Sən - cənnətimdə bitən güllərin içində ən ətirlisi Hər nəğmə sənlə bitən fikirlərimdə uçan ən sehirli bir səs İlk dəfə gördüm Azadlıq küçəsində Qəribədir sonradan azadlığım oldun Artıq iki qış, bir payız, iki bahar Sən olmayanda rahatlığım olmur Quşlar çiynimdən qanad açıb Uçacaq yanaqlarımdan göyə Hər sabahdan mənə qalan olacaq Sevərək "sabahın xeyir" - deyən Mən evdəyəm, bura sənsiz soyuqdur Necə ki günəşsiz buludlar Sən nə qədər uzaq getsən belə Heç vaxt istəmərəm səni unutmaq Bitmir sənsiz yollarım Mən çinaram, sən ol barım Təbiətə qarşıdı yollarım Yaram varsa belə məlhəmi qolların Unutdum nə demək olduğunu doymağın Səni ilk dəfə öpəndən sonra Yarandı səbəbi Bakıda qalmağın Səni ilk dəfə görəndən sonra Sən - cənnətimdə bitən güllərin içində ən ətirlisi Hər nəğmə sənlə bitən fikirlərimdə uçan ən sehirli bir səs Sən - cənnətimdə bitən güllərin içində ən ətirlisi Hər nəğmə sənlə bitən fikirlərimdə uçan ən sehirli bir səs