Татарский переводчик Узбекские песни

Песня «Yaş Gəlir»
исполнителя Orkhan Zeynalli.
Скачать или слушать онлайн

Текст песни:

Mən həmişə istəmişdim qızım olsun
Körpə gülüşlərində həyatı tapdığımdandır yəqin ki
Musiqini dinləyəndə deməyə daim sözüm olsun
Heç olmasa okean sahillərindən olum dərin
Albomun bir parçası, həyatın bir parçasıdır
Səmimiyyətin ən bol olduğu yer
Mahnı və uşaq bağçasıdır
Bax qulaq asır yəqin indi yaşlılar da
Kaş ki, hər sözüm bir iz qoyaydı yaxşılarda
Gözlərinsə arxasında sevgilər və hisslər durur
(Biz neçə evin bərk damı...)
Duyğularıma sığına bilmən üçün qəlbim divarlar hörür
Hələ də parlaya bilməyibsə ulduzun, üzülmə, dost
Bəlkə günəş batmıyıb və çökməyib hələ qaranlıq
Quşların azadlığı səma, mənimsə musiqi
Əlini ver, uçaq biz əsl sevgilərdən yarandıq
Yaş üstə yaş gəlir
Yönəlib həyatın mənə ciddi baxışları
Hisslərimə də qış gəlir
Atacaq baharın yenə ürəyimə daşları
Gözlərimdən, hər sözümdən bilinir
Təklikdən üşüdüm artıq
Uşaqlığ illərin əməllərindən
Doymadan tərslikdən böyüdüm artıq
Küçədə kiminsə tanımağı əvvəl böyük sevinc idi
İndiysə gözə qədər kepka, unudulmuş dalanlarla
Cangüdənlərin məni qorumağı çox gülünc idi
Hər yeni uğurun ardıyca dostlaşırdım yalanlarla
Zarafat etmə çox, deyib-gülmə, danışma çox
Özünü qabağa atma həyat adlı yarışda çox
Ama dostların və dinləyicilərin bilmədiyi bir şey
"Mən böyüdükcə içimdəki uşaq biraz da körpələşir"
Mənimçün musiqi deyil xalqın ürəyinə gedən yol
Mən hələ də öz ürəyimə gedən yolda yarıda qalmışam
Hərdən mən bezirəm, hərdən bezib tərk edən olur
Amma ki, bu gün bu qəlbin ortasında tək qalmışam
Kiməsə səmt olmuşam, çoxuna sərt olmuşam
Cavabsız məktublar və cavabsız zənglərlə
Bir azdan böyüyəcəksən, tələs, üfür sönməmiş şam
Tortda "23" yazmışam, deyəsən doğrudan böyümüşəm
Yaş üstə yaş gəlir
Yönəlib həyatın mənə ciddi baxışları
Hisslərimə də qış gəlir
Atacaq baharın yenə ürəyimə daşları
Gözlərimdən, hər sözümdən bilinir
Təklikdən üşüdüm artıq
Uşaqlığ illərin əməllərindən
Doymadan tərslikdən böyüdüm artıq
Yaxın dur, qulağını aç, hələ ki, bitməyib sözüm
Yoruldum, qolumu aç və özünü qucaqla bərkdən
Denən ki, dərddəyəm, yoluna şəffaf yaş atsın gözüm
Mənimlə uçmaq istə, gözünü yum, qanadlan ürəkdən
Mənimlə doğmasan "Karusel"imə minmisənsə
Həmin "Hekayə"dəki əsgər kimi sevmisənsə
Və "Bəlkə" əkmisənsə nə vaxtsa həmin "Güllər"i
Mənimlə eynidir yəqin sənin sevimli günlərin
Yaş üstə yaş gəlir
Yönəlib həyatın mənə ciddi baxışları
Hisslərimə də qış gəlir
Atacaq baharın yenə ürəyimə daşları
Gözlərimdən, hər sözümdən bilinir
Təklikdən üşüdüm artıq
Uşaqlığ illərin əməllərindən
Doymadan tərslikdən böyüdüm artıq

Другие песни исполнителя:

  • Səni başqa sahildə görmək ürəyimi incitdi illər sonra Xoşbəxtliyin iki şəkli - biri dağ idi, biri yol Nağıl kimiydi evimizə qayıtmaq illər sonra Nağılı açdım ki, valideynimin biri var idi, biri yox Getmək-gəlmək qalmaq beyində əbədi dilemma Son dəfə qərar verirsən, çıxır yenə də bir əmma Xeyir dəftərində istədim şəhərə qayıb qoymaq Mən sadəcə istədim hansısa şəhərə aid olmaq İllər keçir, böyüyür bədən, artır rəqəm, ürəksə Sanki daha çox sevgi tuturdu balaca vaxtı Evim dəniz, illər günəş, dəniz sahilinə isə Ürəyimə çəkdiyi dağdan atam çay olub yarıcan axdı Nə qədər varıqsa, var bizlə bir yaşayanlar Pillə-pillə tərtib edəcək yaddaşı anlar Nə qədər varam musiqinin dəyişən axışı olacaq Gedəndə anam mesaj yazdı “hər şey yaxşı olacaq” Düşdü dənlər saçlarıma illər sonra Soyuq insan bağlarında güllər solar Yaşa dolmaq yaşla dolan gözlər kimi Gedir üzlər, qalır izlər illər sonra Zaman oğurlayır ruhu evimizdən Yerində tikir otel Böyük ailəlik çay süfrəsində indi iki latte Məndən qabaq görsən atama de Bircə dəqiqəlik zəng vursun, ona əlvida deyim Bu şəhərin hər küçəsində, hər parkında xatirə Bütün izlər sanki uşaqlığımın yerini deyir Neçə yaxın tükəndi ki, doğmalaşdım yad ilə? Köhnə mahnılarım eyni olsa da Hisslər eyni deyil Neçə ac ruha çörək verdim dərdlərimdən üyüdüb Bu şəhərdə, görən, neçə fərd dərdlərimlə böyüdü? İntihar edən gəmilər lövbərin atır dərinə Kəsib atmalı olduqlarımı da Həyat kəsib atır yerimə Xoşbəxtliyi tapmaq çətin, olmadan güclü varlı Necə ki, tikilə bilməz heç bir ev üç divarlı Bütün savablarımı puç edə biləcək günah sənsən Mənim evim yoxdur, çünki dördüncü divar sənsən Düşdü dənlər saçlarıma illər sonra Soyuq insan bağlarında güllər solar Yaşa dolmaq yaşla dolan gözlər kimi Gedir üzlər, qalır izlər illər sonra Düşdü dənlər saçlarıma illər sonra Soyuq insan bağlarında güllər solar Yaşa dolmaq yaşla dolan gözlər kimi Gedir üzlər, qalır izlər illər sonra
  • Əllərimi burax, ondansa ürəyimdən yapış Gəl biz bir quş olub uçaq, qanadımıza şaxta qonmamış Bir qurtum su, həyatın dadı Bitməsin deyə son günə saxla Mən artıq doydum, bu sevgi odu Sönməsin deyə küləyi saxla Damcılar... sevgin kimi tez-tez gedir Amma ki, iz qoyur Dalğalar... rəqsin kimi Səliqəsiz sahilə briz qoyur Sadəlövh ümiddin Əlində yenə danışılmış nağıllar Sən qəlbimi tərk etsən də Tərk etməz tanış olmuş ağrılar Biz həyatı sevmək istəsək də Cənnəti görmək istəsək də Ölmədən getmək istəsək də Buraxmaz günahlar bizi Əllərimi burax, ondansa ürəyimdən yapış Gəl biz bir quş olub uçaq, qanadımıza şaxta qonmamış Əllərimi burax, ondansa ürəyimdən yapış Gəl biz bir quş olub uçaq, qanadımıza şaxta qonmamış Yenə durğun günlər kimi Tək-tənha güllər kimi Tez bitir, tez solur, amma qəlbimdə İz qoyurdu ötən illər kimi Bəzən bir fikir kimi Beyində dünən olub, amma bu gün yox Son ümid olan günəş kimi Üfüqdə sabah çıxar, amma bu gün yox Talehin artıq kobud olub əlləri Daşlamaqdan həyatımın günlərin İçindəyəm qara-qura vərəqlərin Sevməməkdə məni yox səbəblərin Günah məndəmi bitmirsə dərdlərin? Üzülmə çıxanda boşa sevgi cəhdlərin Bütün bu səhvlərin çevrilər düzə Çıxanda ürəyinin içindəki üzə Əllərimi burax, ondansa ürəyimdən yapış Gəl biz bir quş olub uçaq, qanadımıza şaxta qonmamış Əllərimi burax, ondansa ürəyimdən yapış Gəl biz bir quş olub uçaq, qanadımıza şaxta qonmamış Əllərimi burax, ondansa ürəyimdən yapış Gəl biz bir quş olub uçaq, qanadımıza şaxta qonmamış
  • Qara küçələr bol - şəhərin hər tini dinləsin Yelləsin əlləri Təbim gecələr bol - zəhəri dərdimin bitməsin Doldursun dəftəri Qara küçələr bol - şəhərin hər tini dinləsin Yelləsin əlləri Təbim gecələr bol - qapısın bərk bağla beyninin AiD vuracaq qol! Repim səni sıxır kommunal borc kimi Sən xəritədə yersiz, Kamboca kimi Gir qucağa, çağır çağa kimi köməyə məni Ya da yağ bıçağı götür, gəl öldürməyə məni Sevgilinin gözünü yum səhnəyə mən çıxanda Özüm gəlməmişəm, arzuladın, mən çin oldum Sən "brak" doğulmusansa, günahkar Çin deyil bro Cəmiyyətə yeni nəfəsdir bu, içində mentol İntellektual, qlamur qızlarımız "tipo-tipo" Baxdıqları kino - Titanic, bir də Zita-Gita O margarito... bura Bakı yoxsa bura Kito? Dilindəki ton, elə bil ki, sözü çəkir iki ton Brendlər ən yaxın dost dar gündə, hər işdə Efirlər həyat öyrədir həm əvvəldə, həm "finish"də Və bizə qarşı olan bəzi-bəzi verlişlər Bilin, biz ildən-ilə yüksəlişdə, siz enişdə Qara küçələr bol - şəhərin hər tini dinləsin Yelləsin əlləri Təbim gecələr bol - zəhəri dərdimin bitməsin Doldursun dəftəri Qara küçələr bol - şəhərin hər tini dinləsin Yelləsin əlləri Təbim gecələr bol - qapısın bərk bağla beyninin AiD vuracaq qol! Repim səni dəyişir dövran kimi Xan kimi danışırsan Jeep-ə oturan kimi Sanki, Franklin-in sürüsündəsən mal kimi Çəməninə bağlayır səni qandal kimi Cavanlar qışqırır küçələrdə, nəsə istəyir Qocalar çay içir və xilas edir bəşəriyyəti Bakını bürüyüb qara bulud, bir də bir az da stress Bakıya lazım deyil pul, lazımdır sex Sistem sıxdıqca sıxılmaqdan zövq alırsınız Xarab bütün məhsulları pisliyib, söyüb alırsınız TV-də bazar verlişlərində gedən bazarlıq Manıslar topdan satılır, bu fəsil biz qazandıq Mən söz soxuram, söz girmir, deşik çox balaca Cibləri böyüyən cəmiyyətin beyni çox balaca Süfrə açdım sözlərdən hər mətbəxə uyğun Bilirəm, bu banketdən sonra çoxu tox qalacaq Qara küçələr bol - şəhərin hər tini dinləsin Yelləsin əlləri Təbim gecələr bol - zəhəri dərdimin bitməsin Doldursun dəftəri Qara küçələr bol - şəhərin hər tini dinləsin Yelləsin əlləri Təbim gecələr bol - qapısın bərk bağla beyninin AiD vuracaq qol! HOST Production, səsim çatır hər insana Bizim ikona - dəyişmirik pula, mikrofonu Mənim ifamı qoy "ringtone"a BlackBerry, iPhone-a Mənim motorum "opora", mənim susmağımdır "fora" Bu maratonda qələbə verir mənə kantora Mən ora-bura burun soxmadan çıxdım monitora Mənə "korona" lazım deyil girmək üçün dona Nəqarəti xorla oxunaraq track'im çatır sona Qara küçələr bol - şəhərin hər tini dinləsin Yelləsin əlləri Təbim gecələr bol - zəhəri dərdimin bitməsin Doldursun dəftəri Qara küçələr bol - şəhərin hər tini dinləsin Yelləsin əlləri Təbim gecələr bol - qapısın bərk bağla beyninin AiD vuracaq qol!
  • Bizi öyrədiblər - oyanmaq lazımdır səhər tezdən (Qalx!) Təhsil, karyera, uğur... həyatda bitmir pillələr (Heç vaxt!) Bizi öyrədiblər ki, dürüstlük əsas dəyərdir Valideynlər, doğmalar, qonşular və müəllimlər Bizi öyrədiblər ki, siqaret, həm də içki ziyandır (Yox!) Siqaret çəkən qardaşlar, içki içən atalar Bizi öyrədiblər ki, tələsməlisən, həyat dayanmır Sən geciksən də, olmur gecikən qatarlar Gün çıxanda gizlən, yağışda çətir gəzdir Dözməyi bacaraq, ancaq axı zəiflər çətin dözür (Ancaq) Çəkin müdirindən, (Çəkin!) işini itirməkdən daim qorx Susmağı bacar, lazım deyilsə demə sözün düzün Göstərmə əsl üzün, səmimilik pis cəhətdir İnsanlar yalançı olur, bizi öyrədiblər həmişə Ürəyin ağrımasın, kimisə görüncə dərdli Bizi öyrədiblər həmişə, bizi öyrədirlər həmişə Çevrilir hədəflər arzulara Olanda tək ümid mahnılara Hardadır düz, harda yalanlar? Bəs indi kimə inanaq? (De) Nəyə inanaq? Çevrilir hədəflər arzulara Olanda tək ümid mahnılara Hardadır düz, harda yalanlar? Bəs indi kimə inanaq? (De) Nəyə inanaq? Bizi öyrətməyiblər - ölüm bir gün döyəcək qapını Həyat məktəb deyil ki, mümkün olsun son partada gizlənmək Bizi öyrətməyiblər - ailə qurmaq oyuncaq deyil Əsas sevgidir, nəinki kağızda qol çəkmək! Bizi öyrətməyiblər, həyat bəzən olur alçaq Sən əzab çəkən şəhərdə kef edir hansısa alçaq Sən demə, qayğını verirmiş dövlət borca Sən böyüdükcə səndən də tez böyüyür borclar Bizi öyrətməyiblər - xoşbəxtliyimizə gedən yol Sən demə keçir qəlblərdən yox, hava limanından Bir günə dönər inamından, səmadan hay-küy çıxsa Bizi öyrətməyiblər - nə edək dost nankor çıxsa? Öyrədə bilməz həyatı nə kitablar, nə valideynlər Əsas atdığın addımlar və sabah atacağın Həyat kosmosdur, qərarlarımız teleskop Gələcək təyin edir hansı tərəfə baxacağını Çevrilir hədəflər arzulara Olanda tək ümid mahnılara Hardadır düz, harda yalanlar? Bəs indi kimə inanaq? (De) Nəyə inanaq? Çevrilir hədəflər arzulara Olanda tək ümid mahnılara Hardadır düz, harda yalanlar? Bəs indi kimə inanaq? (De) Nəyə inanaq?
  • Bir gün itsəm, neçə gün sonra yada düşərəm Biraz darıxandan sonra unutsan, başa düşərəm Nə vaxtsa üzdə gülüş idim, artıq gəzən şərəm Nə vaxtsa dayaq olduqlarıma indi çürümüş ələm Ətraf sıxdıqca, sıxılmaq sətirlərə Dizini qucaqlamaq belə artıq çətin gələr Artıq o yaş deyil ki, söykənəsən valideynlərə Artıq inam da yox sən tərk edəndə qal deyənlerə Sadə olduqca hörmət azalır - kimi paradokslar Amma ən tez mən qaçdım düşəndə dara dostlar Elə bil yox ürək ki, hələ bir onu qırmaq olsun Ölümlə üz-üzə deyiləm arzum sağ qalmaq olsun Hərə bir tərəfdən sıxır, sanki sabah bitir Ömür, sanki bir işıq idim hansı ki, artıq gözdən itir Sönür, elə bil həyatın mənə olan planları tükənmək üzrə Yəqin ki, birinci yerəm hər insana güvənmək üzrə Dəyişir səni həyat Azalır sənə maraq Hardadır axı dünənlər? Dəyişir sənin üzünə gülənlər Dəyişir səni həyat Azalır sənə maraq Hardadır axı dünənlər? Dəyişir sənin üzünə gülənlər Hərdən boğulmaq, topuğa qədər su olan yerdə Səhvən doğulmaq azadlıq qorxusu olan yerdə Hərdən danışmaq, dərdini susan vərəqə Gəl həyatı həyatdan tez tərk edək, bu son dəqiqə! Sən zamana inanırsan yaraları sağaldar deyə İllər sevgilitək gedir - yalandan "qayıdacam" deyir Sən sanma qarın tox olsa, dərd azalar deyə Diqqətlə qulaq as, necə ruhun bağırır "acam" deyə Vicdanı təmiz saxlamaq, cəmiyyət qarşısında Nəyə lazım? Çirkli qəlbə yem bol, daşısın da! Tək qalıb ağlayanlar həqiqət qarşısında Yalandan gülür xoşbəxt olur Brandwall qarşısında Artıq qələmdən mürəkkəb əvəzinə çirkab çıxır Beynimdə qan əvəzinə vəhşi balıqlar üzür Həyatım cəngəllikdir, bacarsan gir tap cığır Görəsən neçə nəfər indi şərəfimə şərab süzür?! Dəyişir səni həyat Azalır sənə maraq Hardadır axı dünənlər? Dəyişir sənin üzünə gülənlər Dəyişir səni həyat Azalır sənə maraq Hardadır axı dünənlər? Dəyişir sənin üzünə gülənlər Dəyişir səni həyat Azalır sənə maraq Hardadır axı dünənlər? Dəyişir sənin üzünə gülənlər Dəyişir səni həyat Azalır sənə maraq Hardadır axı dünənlər? Dəyişir sənin üzünə gülənlər