Татарский переводчик Узбекские песни

Песня «Yaxşı Qız»
исполнителя Orkhan Zeynalli.
Скачать или слушать онлайн

Текст песни:

Oyanır hamıdan tez, baxır pəncərədən
Günəş rəngli saçlar, yaşıl göz, incə bədən
Bir azdan oyanacaq həyatdə ən vacib insanlar
Soruşacaqlar ki, hara baxırsan pəncərədən
Səhər yeməyi hazır, qaynar çay əlini yandırsa da
Səsini çıxara bilməz, çünki o fədakardır
Evin bütün yükünü kişilərin yerinə qaldırsa da
Kompliment eşitmir, şirin sözə qulağı kardır
Telefon əlindən alınıb, artıq iki ildən çoxdur
Sinif yoldaşına zəng etməkdə günahkardır
Münasibət qurmaqdan söhbət belə gedə bilməz
Ailəyə ləkə yaxılsa, o tək səbəbkardır
Darıxmır ötən illər üçün, çünki elə həmişə beləydi
Düşünür - qəribədir bu tale, hər şey kələkdir
Kaş ki, gülüşə döndərdi axıtdığı hər göz yaşı
Halbuki sevgiyə layiqdir yaraşıqlı gözü, qaşı
Xeyir və şər məclislərinə bər-bəzəkli
O uşaqlıqdan bilir artıq nə düz, nə əyri
Təhsil ikinci plandadır əsas ev işləridir
Gələcək həyat yoldaşına indidən öyrəşməlidir
Küçəyə tək başına çıxmaq olmaz, nə işin var çöldə?!
Tanımadığın insanlara qarşı olsun sərt çöhrə
Dinləmək olar ancaq muğam, bir də xalq mahnıların
Valideyn tərəfindən təyin olur arzuların
Bugün-sabah nişan, dəyişəcək ancaq ünvan
Dəyişəcək divarlar, amma həyat hələ zindan
Olmazmı ki, bu otaqdan onun da nazı qalsın?
Əsas o deyil, əsas evin kişisi razı qalsın
Əsas - qohumlar desin ki, o yaxşı qızdır
Əsas - bu cəmiyyət desin ki, o yaxşı qızdır
Axı o insan deyil, sadəcə kiminsə namusu
Ölüb yenidən oğlan doğulmaqdır tək arzusu

Другие песни исполнителя:

  • Yenə də sıxır şəhər, hər yeni nəfəsiylə Təəccübləndirir qoca yaşamaq həvəsiylə Cizgilər niə cavan qalsın ruh qocalıbsa Həyatdan nə hədiyyə gözləyim, məndən borc alıbsa Bağlanıbsa üzümə qapılar pəncərələr Sevgilər qalır burda, tərk edir öncə illər Sən zəng elədin mən donub qaldım Sən əlimi istədin mən qanad çaldım Ruh bədəndən bezir, adını ölüm qoyurlar Gözünü açıb yumursan, adını ömür qoyurlar Sənin zamanıvı xərclərib səninlə vaxt keçirirlər Həyatına daxil olurlar, hələ bir şah seçilirlər Dağılacaq mı arzular, əgər dağılsa dünya Yatmamışdan öncə danışılan nağılsa dünya Oyanmaq istəmirəm, gəl qalaq duyğularda Sevgini xoşbəxtliyi, gəl tapaq mahnılarda Hər səhər mən gözləyirəm Bir bulud tək, ağlaram, hardasan?! Bu həyatda sevgilərdən uzaqdayam mən. Mən sevirəm mahnılarda. 2-ciİllər keçsə də, sənə hisslərim eyni qalır Məni tərk etdiyin gündən bu günə sehir qalıb Sənə yazılmış mahnılardan artıq özüm bezmişəm Mahnılar həyatdısa gör nə qədər həyat gəzmişəm Bu şəhər uzaqlaşır, artıq üfüqdən itir Burdakı həyata çəkirəm xətt şəfəqdən iti Qərb tərəfimdə qəlbdi mən geridə qalmışam Həyat davam edir gedir, mənsə hələdə qalmışam Suallar da artıq yox ki səbəbkar sayılsın Necə səs salım hisslərmin bəlkə yarsı ayılsın Addığım səhv addımların, kaş ki hər izi yayılsın Geriyə dönsəm bir gün yadıma düşməyəsən Bir neçə söz bir neçə not və gözəldi dünya Bir neçə milyon insandan bezərdi dünya Bir neçə sevdiyin insanla qal duyğularda Yaxşı ki başqa cürdü həyat doğma mahnılarda
  • Mənim bir şəhərim var Yaşıllıqları kimi yaxşılıqları süni Mərməri kimi insanları sürüşkəndir Mənim bir şəhərim var Küçədəki itlər burada səni Dar gündə qoyub getməz Necə bunu edir dostlar?! Mənim bir şəhərim var Baxışı qışdan soyuq Bəzəklərini bir günə Qabıqtək yağışlar soyur Yaxınlar səni ləkələyir Qohumlar yalan yaxır Qonşular qiybət edir Adını içdən danışmaq qoyub Mənim bir şəhərim var Sən öldükcə sənin ömrün uzanır Adını tarix edir sağkən üzünə baxmayanlar belə Mələk üzlü qızlar varlı şeytanla yatağa uzanır İrəli gedir burada bircə addım atmayanlar belə Mənim bir şəhərim var ki Dənizində canlar gizli Varlılar yalan danışır çox vaxt Ən kasıblar düz deyir Və hər kəs susub batan gəmini həyəcanla izləyir Bu şəhər satıb ruhunu Azərbaycandan gizli Doğulur hər gün yenə Dünən ölüb gedən ümidlərim Qayıdar ruhu bu şəhərin Yeni-yeni səhvlər olmasa Boğulur dalğalar içində Sevgilər yenə dərindədir Şirin yuxularında şəhərin Hamı olacaq yaxşı insan Biz yaxşı insanlarıq Ayda bir dəfə dilənçiyə pul verdiyimiz üçün Düzgünlük haqqında sətirlər əzbər bildiyimiz üçün Alnımız açıq, təmiz, biz yaxşı insanlarıq Sosial şəbəkələrdə vətəni sevdiyimiz üçün Yaxşılıq eləyirik xəstələrin şəklin paylaşmaqla Sevgilimiz atıb gedəndə dalca danışmaqla Biz yaxşı insanlarıq... bizləri yaxşı edən Unutqan olub, unutqanlığımızla barışmaqdır Şəhidlər Xiyabanına ildə bir dəfə getsək belə Yanından hər keçəndə musiqini azaltdığımız üçün Biz yaxşı insanlarıq... bizi incitsələr belə Biz heç kimi incitmirik vuruşaraq azadlığımız üçün Biz yaxşı insanlarıq Valideynləri sevdiyimiz üçün Onları qocalanda çox vaxt atıb getsək belə Biz yaxşı insanlarıq Ədaləti sevdiyimiz üçün Bərpası lazım olanda susub yatsaq belə Doğulur hər gün yenə Dünən ölüb gedən ümidlərim Qayıdar ruhu bu şəhərin Yeni-yeni səhvlər olmasa Boğulur dalğalar içində Sevgilər yenə dərindədir Şirin yuxularında şəhərin Hamı olacaq yaxşı insan
  • Biz sevməmişdik ki, bizi ayırsınlar Həyatımızdan uzaqda bizə bir ev tiksinlər Gülüşümüzü öldürüb, bizi böyütsünlər Səninçün darıxmaqla məni sınağa çəksinlər Önümüzdə tilsimlər, qırılacaq hirsimdən Təslim olmaq vərdişini istəmirəm diriltsinlər Dəyişməliyik çox şeyi kökündən, irsindən Unudulur hər bir söz musiqinin səsindən Uzaqda bir şəhər, piyada getmək arzusu Həyatda dalbadal gələn ölüm qoxusu İnsalarnn yuxusu deyəsən çox şirindir Xoşbəxtlikdən bizə çatan cəmi bir dilimdir Həyatda gərək gecikəsən ki, yolunu gözləsinlər Mümkün deyil, sevsələr də gərək gizləsinlər Arada evə zəng vur ki Səsini eşitsinlər... Eşidib sevinsinlər... Evdən uzaqda olan qardaşım üçün...
  • O deyir - bu həyat düzələr yenə O sevinc o gözdən süzülər yenə Onun ən sonuncu günləri Xoşbəxt quşlar qatarına qoşular yenə O solan həvəsi cücərər yenə O rahat yatacaq gecələr yenə Biləcək bu həyatda gərəkli insandır Bir gün güləcək yenə Bakı, səndən uzaqlaşdıran şoseylə Maşında HOST, qulağımızda Krecin nəğməsiylə Yolumuz Şamaxı istiqamətində füsunkar duman Mühərrikin səsi, diksinirdi dincələn botanika Bir az var dinamika, yarpaqlar əsir, buludlar bezir Yol uzanır, uzandıqca beyin bezir Hiss edirik saniyələr ömrümüzdən gedir Ağacları, döngələri saya-saya Bu yolumuzun tək səbəbkarı olan şəxs Onun üzünə həyatı bir qədər kobud və bir az tərs Son dərəcə inamsızdır o, artıq Allaha da qarşı Həyatından narazı, bu yaşda həyata qarşı Ömrünü həsr etmiş xalça toxumağa Vaxt ayırmamış yazmağa, oxumağa Kəndin ən ucqar ucunda mövcud xalça fabriki Onunla eyni qocaldı, köhnəlib söküldü Amma vaxt vardı ki, o barmaqlar iynələrlə Möcüzələri həyatı keçirib fəxr edirdi əsərlərlə Zibilə qalsın burokratiya! Sökülsün, əmri verən o əllər də! Bu işə sərf edilmiş o illərdə Boşa mı getdi görən tək bir işdi əlindən gələn? Hər insanın öz marağı yaranır həyata gələndən Onun marağı incəsənət, gözəllik yaratmaqdır Bizim işimiz sadəcə dinləməkdir "40 il əvvəl mən də cavan idim Mənim də öz arzularım var idi Çoxu indi heç yadıma da gəlmir Bir neçə rəfiqəmlə həyatdan danışardıq Bəziləri yoxdur indi, bəzilərisə köçüb artıq Heç vaxt düşünmürdüm ki, gedim mən də şəhərdə yaşayım Bilirsən, kənd yeri elə bil ki, ayrı dünyadır Hamını tanıyırsan, xeyir-şər bölüşürsən Axşamlarsa bir həyətdə yığışıb gülüşürsən Qızımı ərə vermişəm artıq, indi o Bakıda yaşayır Hər dəfə deyir, amma nəsə yadımda qalmır haradır Sağ olsun bayramlarda gəlir, mənim qayğıma qalır Həmin o xoşbəxt saniyələri zaman əlimdən alır Çox böyük sürətlə gedir o qatarlar Hansı ki, adi gülüşü bahasına satarlar Nə edim mən ki, adi insan kimi doğulmuşam Mən də bu maddiyyat bataqlığında boğulmuşam Yerinə tikilər yəqin otel, ya da elə bir şey Nəyimə lazımdır yaddaş unudulacaqsa hər şey? İnanırsan?! 60 il! Bəlkə ondan da çox Mən burda sevinc qarşılığında həyat verdim Ömrümdən kəsib illəri, çoxuna dayaq verdim Cavanlıq günlərimi bu xarabaya mən qurban verdim Hər dəfə cavab verdim qoca gözlərimin sualına Öz ölüm məktubumu pıçıldadım qulağıma" Bəlkə daha sadədir hər şey Sadəcə həyatda kiminsə bəxti gətirir, kiminsə yox Axı ola bilməz ki, hamıda hər şey yaxşı olsun Kimsə xoşbəxtsə, gərək kimsə bədbəxt olsun Adi bir insan idi, amma böyük ürəyi vardı Bayırda yay havası, dağlarınsa başı qarlı Həmin o qadına doğma torpağında yer verildi Sökülən fabrikinsə yerinə məktəb tikildi
  • Məncə soyuq müharibə qışdan daha soyuqdur Əlcəyi götür, qar topu oynayaq viruslarla Guya ki, brendləri sevmək indi "krutoyluq"dur Yo! Sözlərim bu gün sevişir minuslarla Məncə bu repim bu qədər qlobal olmasın gərək Sözlərim dərdi, kədərə olana olsun dirək Məncə gedək, gizlincə cənnətin almasını dərək Sataq burda, yalandan "Qubadan gəlibdir" - deyək Məncə içkilərdə fərqli adlar olmasın gərək Bütün içkililər gəyirəndə eyni səs çıxırsa Məncə "sevirəm" sözü fərqli dillərdə olmasın gərək Bütün sevgililər sevişəndə eyni səs çıxırsa Bir az pauza! Mövzudan qıraq çıxsaq Məncə bu repin duzu, mövzunun olmamağındadır Tempi tutmusan Yo! Dinləyirsən dalbadal Həvəsindəsən, bəlkə sözlərim yaratdı qalmaqal Bugün deyiləm radikal, gəldim məzələnmək üçün Axşam görüşüm var, rep deyirəm bəzənmək üçün Bəzən mənim üçün də bezəndə Çin son seçimdir Görəsən son seçkilərdə kim masson seçildi? Məncə sən "facebook"a girirsən qız tutmaq üçün Sənin xəyalındakılar yəqin məndə arxivdədir Biz çeynəmirik sonda saqqızı udmaq üçün Amma hıçqırırsan və saqqız artıq mədədədir Məncə bizim ölkə xəritədə səhv yerdədir Televizya onu göstərir ki, bura Əfqanıstandır Ya da ki, Pakistan, ya da hələ kəşf olunmamış ölkə Özbəkistandan düz gedəndə birinci döngəyik Repin odunu yığdıq küçələrdən Qoruya bilmədik repi cücələrdən Sən də təb alırsansa gecələrdən Sənin də beynində öncə "məncə"lər Repin odunu yığdıq küçələrdən Qoruya bilmədik repi cücələrdən Sən də təb alırsansa gecələrdən Sənin də beynində öncə "məncə"lər Məncə, rep əyləncə Diz çökəcək popstar repçi ilə görüşüncə Rep nə qədər bərk gedər Bilən sözü ilə mıxı vurub qoyar çəkicini küncə Məncə Bakının adını qoyaq "mərmər" Ölkəmizə qiyməti qoysun zərgər Parkların imicini dəyişsin bərbər Şəhərin gözü qaşı eləsin "gəl-gəl" Hərdən mənə gələndə təb əziyyət çəkir ölkə Yalvarsalar bəlkə, yazmaram bir də Radio, efirdə son dəfəsində Çıxıb hamıya deyərəm – "yo!" Məncə rep ölsə buraxaq onu dənizə Torpağın altında qalmasın yazıqdır Çoxunuzun repi bugün kömək edir pəhrizə Maraqlı bir rep istəyirdiniz ala yazdıq da Repin odunu yığdıq küçələrdən Qoruya bilmədik repi cücələrdən Sən də təb alırsansa gecələrdən Sənin də beynində öncə "məncə"lər Repin odunu yığdıq küçələrdən Qoruya bilmədik repi cücələrdən Sən də təb alırsansa gecələrdən Sənin də beynində öncə "məncə"lər