Татарский переводчик Узбекские песни

Песня «Şəbəkə»
исполнителя Orkhan Zeynalli.
Скачать или слушать онлайн

Текст песни:

Posttravmatik sindrom, qalıb yaralar hələ
Arzular göydən çağırıb altda yaradar tələ
Nifrətim platonikdir, bıçağım beldən çıxır
Satqın zirvəyə aparır bir neçə yerdən cığır
Antisistem müharibə, tək silah -klaviatura
İtidimi sözdən qılınc, neçə söz baş kəsib de?
AiD - qəliz mətn, gizli abreviatura
Görən sayılırmı kişi edən 13 yaşda siftə?
Beynini idarə eləyə bilməyənlər içib yazır
Adam var düz yol astanasında and içib azır
Piyada mədəniyyəti piyadalardan qabaq ölür
Yeraltı dünyada ölülərçün yeraltı keçid qazır
Özü düşdükcə dəyərdən rəqibini gözdən salır
Əliylə qopartdığı başı yerinə dizlə salır
Atdığı səhv addımları İlahi qismət sayıb
Tanrıyla müzakirə eləyir duada biznes planı
Bağla gözləri, açıqdır ürəyimiz
Özünə güvəndi bizim köməyimiz
Günəşi göstər, varsa dünyada
Yoxdur ədalət bütün dünyada
Bağla gözləri, açıqdır ürəyimiz
Özünə güvəndi bizim köməyimiz
Günəşi göstər, varsa dünyada
Yoxdur ədalət bütün dünyada
Krediti bağlamaq üçün bir neçə illik klinik ölüm
Tükəndikcə qara qızıl başlayır kritik bölüm
Hər şey qonaqçündür dolabda gizli konfet kimi
Xalqı qanə edir oyunlardan ibarət kiçik ömür
Şəbəkə məhv etdir bu gün zamanın faydasın
Sevgidən məsləhət verir kinində boğulan biri
Həyat dərsliyi öyrədir yalanın qaydasın
"90-lar daha yaxşıdır" - deyir 2000-də doğulan biri
Şərəf qatında sıfırlanır atılan hər səhv addım
Həqiqət hədəfi şöhrətə dəyişilib bu günkü mediyada
25 il axtardığım mənasın həyatın
Tapdım gözlərində, tapmadım "wikipediya"da
Günahkar təhsil sistemində baş verən "error"dur
Xalq yüksək cərəyan üstündə ayağı yaş gəzirsə
Qlobal hakimiyyət mənbəyi beyinə yeridilən terrordur
Qatil Allah deyil bəndə təkbirlə baş kəsirsə
Bağla gözləri, açıqdır ürəyimiz
Özünə güvəndi bizim köməyimiz
Günəşi göstər, varsa dünyada
Yoxdur ədalət bütün dünyada
Bağla gözləri, açıqdır ürəyimiz
Özünə güvəndi bizim köməyimiz
Günəşi göstər, varsa dünyada
Yoxdur ədalət bütün dünyada
Bağla gözləri, açıqdır ürəyimiz
Özünə güvəndi bizim köməyimiz
Günəşi göstər, varsa dünyada
Yoxdur ədalət bütün dünyada
Bağla gözləri, açıqdır ürəyimiz
Özünə güvəndi bizim köməyimiz
Günəşi göstər, varsa dünyada
Yoxdur ədalət bütün dünyada

Другие песни исполнителя:

  • Sənə görə oluram utancaq Tutulur səsim, dodağım, dilim Körpə ürəyinə mən oyuncaq, bax Qırılır qəlbim, sökülür evim Səslərəm səni ən uca dağların Əks-sədası yenə üstələr məni Sənin üçün yazılan sözlər dil açıb Üzümə baxıb deyir: "Bəstələ məni" Qoy dəysin damlalar pəncərəyə Sən öz evində, mən öz evimdə Çəkək taleyin xətlərini Sən öz əlində, mən öz əlimdə Sənlə mən utancaq, bərk səslə məni, gəlim yenə Əlimdən tut ancaq, çək rəsmini sevginin yenə Həyatını sonsuz bahara döndərim Çiçək açmayan güllər utansın Danışım olmayan xatirələrimizi Sənsiz keçən illər utansın Səmadasan dedin, amma sənə Tərəf uçdum, yoxsan, sən haradasan? Ağ-qara həyatımız minor notlarsa Pianodakı dillər utansın Qoy dəysin damlalar pəncərəyə Sən öz evində, mən öz evimdə Çəkək taleyin xətlərini Sən öz əlində, mən öz əlimdə Sənlə mən utancaq, bərk səslə məni, gəlim yenə Əlimdən tut ancaq, çək rəsmini sevginin yenə Sənlə mən utancaq, bərk səslə məni, gəlim yenə Əlimdən tut ancaq, çək rəsmini sevginin yenə
  • Yorulmuşdum fikirləri beynimdə gizli saxlamaqdan Baxıram özümə hərdən qıraqdan Axı bu qədər vecsizlik, bir addım uçurumdan Dəfələrlə kömək istəmişdim sabahdan Qaçıram günahdan, növbəti günaha doğru Əllərim yaxınlaşır hər gün silaha doğru Təlaşa səbəb varmı buranın vəziyyətindən? Bəzi şəhərlərdə ümumiyyətlə günəş doğmur Qəlbim güzgü kimidir, sındırıldıqca dərd gətirir Amma ki, indi qorxu yoxdur, çünki İynə batsa artıq çıxarmağa qan da yoxdur Səhərlərdə əlimi açmağa duam yoxdur Artıq sual yoxdur, yeganə maraq idi Eşidən mən deyildim, bu iki qulaq idi Sənin soraqlarınla tələsən gözlərimdir Ürəyimi kimsə döyür, deyəsən hisslərimdir Biz... Qoruya bilərikmi sevgini? Bitirə bilərikmi nəğməni? Yadında saxla bu əlləri... (Səni isidən...) Mən... Sənə doğma - xal kimi yanaqda Eyni vaxtda iki qulaqda Səs kimiyəm bu otağda... (Səni sevdirən...) Düşün, necə də qəribə olar İnsan olsaydı bulud kimi Baxırsan, şəffaf və gücsüzdür Amma ki, günəşin qabağın təkcə o ala bilir Insan isə aciz, itirmədən darıxa bilmir Qabağın ala bilmir, adi pislik etmək istəyinin də O ki, qaldı bəşəri məsələlərə Bu haqda danışmayım heç Kimə lazımdır dünya? Hamıya kifayətdir onun kiçik çərçivəsi Sevginin tərcüməsi görəsən nədir axı? Mənasın heç kim bilmir, amma ki, hamı danışır Gözlərin yumur, baxır, əslində qaranlıq görür Amma ki, uydurur ki, göyərçinlər uçur burda... Mən də bu siyahıda xəyallar üzrə mütəxəssis Realda olmayanlar burda alınır köməksiz Yenə öz qəhəri ilə sözümü kəsən kimdir? Həmişə olduğu kimi deyəsən hisslərimdir Biz... Qoruya bilərikmi sevgini? Bitirə bilərikmi nəğməni? Yadında saxla bu əlləri... (Səni isidən...) Mən... Sənə doğma - xal kimi yanaqda Eyni vaxtda iki qulaqda Səs kimiyəm bu otağda... (Səni sevdirən...) Cənnətin göz yaşıdır əlimə düşən damcı Bezib artıq insanların yolunu gözləməkdən Sıxıntımı, depressiyamı ürəyimdəki sancı? Niyə biz yaxşılıq eləyirik ancaq savab xətrinə? Zibilin içində işləyirik, sonda zibil almaqçün Nəyə gərək bu illər böyüyüb zibil olmaqçün? Ondansa körpə qalardım və heç nə bilməzdim Heç nə də etməzdim ki, desinlər - səhvsizdir Cəmiyyətin içinə girdikcə Baxıram çirklənmiş üzlərə Sevgini rəngləyən sözlərə Həyatdan doymadım Həyatdan doymadım, doymadım süz yenə! Beyində fikirlər addımlara tərs yenə Sənin o baxışların ömürlük bəs mənə Edirdi qəsd mənə, səbəbsə gözlərindir Kimsə son qoyur artıq, deyəsən hisslərimdir Biz... Qoruya bilərikmi sevgini? Bitirə bilərikmi nəğməni? Yadında saxla bu əlləri... (Səni isidən...) Mən... Sənə doğma - xal kimi yanaqda Eyni vaxtda iki qulaqda Səs kimiyəm bu otağda... (Səni sevdirən...) Sus... Pıçıldasın, qoy gözlərin, Yadıma düşür məni üzməyin Göz yaşlarımda üzməyin... (Qızıl balıq kimi) Yaxınlaş... Üzündəki o qırışlar Cavanlığını sənə bağışlar Təsirsiz olub yağışlar... (Kiçik bir arx kimi)
  • Sizin üçün ömür yoxdur, sizin üçün əyləncə var Sizin üçün vaxtı öldürüb hər gün sülənmək var Sizin üçün məqsəd yoxdur, beyinə yeridilən düşüncə var Sizin üçün xırda uğuru şişirdib onunla öyünmək var Sizin üçün vətən yoxdur, sadəcə bekarçılıq Patriot qruplara qoşulmaqdır iş gücünüz Təsbehi fırlatmaqla deyil brat orda-burda Bir qıza sms yazanda açılır iç üzünüz Sizi mən tənqid etmirəm ki, nəyinizsə dəyişsin Zibil ətrafda çox olmalıdır ki, bu güllər də seçilsin Sürünən hər bir insan niyəsə sayılır yaxşı biri Kimsə varlanıbsa, pis insandır məhv edilsin Siz ancaq seriala baxırsınız boşluğu doldurmaq üçün Siyasətdən danışırsız, özünüzü doğrultmaq üçün Beş dəqiqə ciddi söhbət sizə bəsdir yorulmaq üçün Mən bəlkə hər şeyi verərdim təzədən doğulmaq üçün Bağla gözləri, açıqdır ürəyimiz Özünə güvəndi bizim koməyimiz Günəşi göstər, varsa dünyada Yoxdur ədalət bütün dünyada Bağla gözləri, açıqdır ürəyimiz Özünə güvəndi bizim koməyimiz Günəşi göstər, varsa dünyada Yoxdur ədalət bütün dünyada Sizin üçün sevginin də, nifrətin də ömrü çox qısa Siz ömürlük dostluğu dəyişirsiniz pozğun bir qıza Sözlərim yadda qaldısa, bəs etmir, əməl lazımdır Məqsədə çatmaq üçün bu gün düzgün təməl lazımdır Siz bu gün nə var onunla razılaşıb yaşayırsız Nəyisə bəyənməsəniz uzaqbaşı deyinirsiniz İçindən bixəbər olduğunuz yükü daşıyırsınız Hər gün məcbur kostyum adlı kəfəni geyinirsiniz Hörmət istəyib, hörmət nədir bilməyən yaşlılarsınız Zəmanə uçurumunda asılı qalmış cavanlarsınız Başqa həyatdan kömək istəyən gözü yaşlılarsınız Siz xəbərlərə baxıb hər şeyə inanan insanlarsınız SPİD-ə yoluxmuş insan sayından çox təşkilat var Məqsədi qrand olan yüz cür saxta təbliğat var Gözdən pərdə asmaq üçün yalançı təqdimat var Özündən razı deməli, cibdə artıq 1 manat var Bağla gözləri, açıqdır ürəyimiz Özünə güvəndi bizim koməyimiz Günəşi göstər, varsa dünyada Yoxdur ədalət bütün dünyada Bağla gözləri, açıqdır ürəyimiz Özünə güvəndi bizim koməyimiz Günəşi göstər, varsa dünyada Yoxdur ədalət bütün dünyada Bağla gözləri, açıqdır ürəyimiz Özünə güvəndi bizim koməyimiz Günəşi göstər, varsa dünyada Yoxdur ədalət bütün dünyada Bağla gözləri, açıqdır ürəyimiz Özünə güvəndi bizim koməyimiz Günəşi göstər, varsa dünyada Yoxdur ədalət bütün dünyada
  • Clavis on the track! Dünən iş zəif idi, bu gün bir az düzəldi Doğmaların yanındadırsa, həyat gözəldir Nə demək istədiyini bir baxışdan anlayıram Sən o adamsan ki 90'lardan tanıyıram Zaman dəyişib, həyat artıq acı deyil Sənin bu hissiyyatın, inan, aldadıcı deyil Kaş ki ağıllı olub 10 il qabaq bura gələrdim Sən buranı görsən, bəlkə indi belə deyərdin Bakı, New York, sabah haradır, bilinmir Gözəlliyi elə ondadır, həyat əvvəlcədən bildirmir Xoş günlər, boz, bir az-bir az hərəsindən Yadına sal necə qaçırdıq şəhərin istisindən Nabrana, Nabrana, Nabrana Sevgi nədir öyrəndik aldana-aldana O qızlar da böyüyüb, görəsən, neyləyir indi? Bakıda gecə ikidir, yatarlar, yəqin Yumru pəncərədən görünür yerin üzü Mən fırladıram beynimdə bizim görüşümüzü Düzü, bütün pullar qalsın itə-qurda Sən görmək istədiyim tək adamsan burada Bütün günü rep party Hamı bizi tanıyır Oldschool tam deyil biz qala-qala, yo Cash pul sevgisi viran edir Cream get the money Dollar dollar bill, yo Bütün günü rep party Hamı bizi tanıyır Oldschool tam deyil biz qala-qala, yo Cash pul sevgisi viran edir Cream get the money Dollar dollar bill, yo Bir neçə ildir qurulur planlar çətin Yaş olub 33, dedilər bu uşaq soyuqluğunu atadan çəkib Almamışam güc nə alkoqol, nə narkotikdən İradların varsa da, mənə maraqlı deyil Rəsmimi yaradan çəkib Bir neçə aydır Bakıda başıma qoyulur tac nahaq Mən əbədi eşq sirlərilə dolu bir ev - Tac Mahal Geridə qaldı dayanacaqda arxa qapıdan qaçmalar Prospekt uşağı parıldayır, bir də çətin ac qalar Bir neçə həftə keçər Star boy gündəm banknot money back Bir neçə gün küçə boyu gəzirəm Çanta əvəzi bodybag Bir nеçə saata hit yazıb tarixə düşsəm Mənə bəsdir götür həyatı Məndən daha sən yaxşı sür Bir neçə dəqiqəlik rep səmimiyyət və eşqsə Bir nеçə saniyədir sübut edirəm, bu işdə mənəm ən yaxşısı Take it easy boy, I'm just flexing in building Bütün dərdlərə doydum, hamısında təqsirimi bildim Həssas sətirlərimin içində boğulan mənəm Oldschol'un son zəng party'sində rep deyən oğlan mənəm Bütün günü rep party Hamı bizi tanıyır Oldschool tam deyil biz qala-qala, yo Cash pul sevgisi viran edir Cream get the money Dollar dollar bill, yo Bütün günü rep party Hamı bizi tanıyır Oldschool tam deyil biz qala-qala, yo Cash pul sevgisi viran edir Cream get the money Dollar dollar bill, yo