Татарский переводчик Узбекские песни

Песня «Manya Kərimova»
исполнителя Orkhan Zeynalli.
Скачать или слушать онлайн

Текст песни:

O deyir - bu həyat düzələr yenə
O sevinc o gözdən süzülər yenə
Onun ən sonuncu günləri
Xoşbəxt quşlar qatarına qoşular yenə
O solan həvəsi cücərər yenə
O rahat yatacaq gecələr yenə
Biləcək bu həyatda gərəkli insandır
Bir gün güləcək yenə
Bakı, səndən uzaqlaşdıran şoseylə
Maşında HOST, qulağımızda Krecin nəğməsiylə
Yolumuz Şamaxı istiqamətində füsunkar duman
Mühərrikin səsi, diksinirdi dincələn botanika
Bir az var dinamika, yarpaqlar əsir, buludlar bezir
Yol uzanır, uzandıqca beyin bezir
Hiss edirik saniyələr ömrümüzdən gedir
Ağacları, döngələri saya-saya
Bu yolumuzun tək səbəbkarı olan şəxs
Onun üzünə həyatı bir qədər kobud bir az tərs
Son dərəcə inamsızdır o, artıq Allaha da qarşı
Həyatından narazı, bu yaşda həyata qarşı
Ömrünü həsr etmiş xalça toxumağa
Vaxt ayırmamış yazmağa, oxumağa
Kəndin ən ucqar ucunda mövcud xalça fabriki
Onunla eyni qocaldı, köhnəlib söküldü
Amma vaxt vardı ki, o barmaqlar iynələrlə
Möcüzələri həyatı keçirib fəxr edirdi əsərlərlə
Zibilə qalsın burokratiya!
Sökülsün, əmri verən o əllər də!
Bu işə sərf edilmiş o illərdə
Boşa getdi görən tək bir işdi əlindən gələn?
Hər insanın öz marağı yaranır həyata gələndən
Onun marağı incəsənət, gözəllik yaratmaqdır
Bizim işimiz sadəcə dinləməkdir
"40 il əvvəl mən cavan idim
Mənim öz arzularım var idi
Çoxu indi heç yadıma da gəlmir
Bir neçə rəfiqəmlə həyatdan danışardıq
Bəziləri yoxdur indi, bəzilərisə köçüb artıq
Heç vaxt düşünmürdüm ki, gedim mən şəhərdə yaşayım
Bilirsən, kənd yeri elə bil ki, ayrı dünyadır
Hamını tanıyırsan, xeyir-şər bölüşürsən
Axşamlarsa bir həyətdə yığışıb gülüşürsən
Qızımı ərə vermişəm artıq, indi o Bakıda yaşayır
Hər dəfə deyir, amma nəsə yadımda qalmır haradır
Sağ olsun bayramlarda gəlir, mənim qayğıma qalır
Həmin o xoşbəxt saniyələri zaman əlimdən alır
Çox böyük sürətlə gedir o qatarlar
Hansı ki, adi gülüşü bahasına satarlar
edim mən ki, adi insan kimi doğulmuşam
Mən bu maddiyyat bataqlığında boğulmuşam
Yerinə tikilər yəqin otel, ya da elə bir şey
Nəyimə lazımdır yaddaş unudulacaqsa hər şey?
İnanırsan?!
60 il! Bəlkə ondan da çox
Mən burda sevinc qarşılığında həyat verdim
Ömrümdən kəsib illəri, çoxuna dayaq verdim
Cavanlıq günlərimi bu xarabaya mən qurban verdim
Hər dəfə cavab verdim qoca gözlərimin sualına
Öz ölüm məktubumu pıçıldadım qulağıma"
Bəlkə daha sadədir hər şey
Sadəcə həyatda kiminsə bəxti gətirir, kiminsə yox
Axı ola bilməz ki, hamıda hər şey yaxşı olsun
Kimsə xoşbəxtsə, gərək kimsə bədbəxt olsun
Adi bir insan idi, amma böyük ürəyi vardı
Bayırda yay havası, dağlarınsa başı qarlı
Həmin o qadına doğma torpağında yer verildi
Sökülən fabrikinsə yerinə məktəb tikildi

Другие песни исполнителя:

  • Sözümü tut, bəlkə tapdın özünü orda Gözünü yum, yumşaq oldu bəlkə hər bir hərəkət onda Gizlənim, düş dalımca həyat prinsipində qalib cəmiyyət Hisslərim içində sevgi indi dönüb olub nifrət Parçala və hökm sür - adi fəlsəfə Demirəm çox şeyi ki, birdən səs yayılar hər tərəfə Qulaqlar açıqda şayiələr, hər kəs həvəskar Bir gün eşitməzsə şayiə, qorxur qulaq olar kar Boş cəmiyyət, dol bi raz, xoş gəldik, gül bir az Sən hələ yat, avaralan, boş arzular qur bir az Biz hələ ki, çox ilişəcəyik və ilişdikcə zövq alırıq Sənsə say öz yerində, öz əlinlə gorunu qaz Sizin həyata baxıb nifrət edirəm mən kainata Nə qədər olar?! "Ev-iş, iş-ev-çayxana" Ciblərdə pul artdıqca xərcləyirsiniz sağa-sola İnflyasiya! Tək çıxış yolunuz qumarxana Tərbiyəsiz cəmiyyətə HOST şilləsi Hələ çox qalacaq izi üzünüzdə Düz söz güzgüsü nəyi göstərir? Onu çatlatmayın, səhv özünüzdə Tərbiyəsiz cəmiyyətə HOST şilləsi Hələ çox qalacaq izi üzünüzdə Düz söz güzgüsü nəyi göstərir? Onu çatlatmayın, səhv özünüzdə Tərbiyəli bir ailə baxır tərbiyəsiz seriala Tərbiyəli qız meyl edir tərbiyəsiz paltara Tərbiyədən məsləhət verən tərbiyəsiz müğənni Bu otağa səhv girmisiniz, burda keçir HOST-un əmri İsti-isti döyün dəmiri, bu cəmiyyətin dünəni bəlli Kimin dərdi, sanki dəvədir, kimin dərdi sətirlərdir HOST-un hədəfi şillə vurub, sırğa olmaq qulaqlarda Qeyrət üstdə dava düşür, tərbiyəsiz disko barda Ağızlarda saqqız əvəzi eyni mövzu çeynənir Əvvəlcə gizlənir biraz keçir iylənir Üstü açılır hər zibilin sonra da gileylənir Şardır cəmiyyət, içi də boşdur, HOST batıracaq iynəni Biz gəlirik dəyişməyə, bunu eşidib qorxdunuz Çox vaxt bizi səhv başa düşüb, əməlləri də yozdunuz Yüz maneə qursanız da, HOST dəhlizi sonsuz Tərbiyəli bir cəmiyyət var idi (Onu da siz pozdunuz!) Tərbiyəsiz cəmiyyətə HOST şilləsi Hələ çox qalacaq izi üzünüzdə Düz söz güzgüsü nəyi göstərir? Onu çatlatmayın, səhv özünüzdə Tərbiyəsiz cəmiyyətə HOST şilləsi Hələ çox qalacaq izi üzünüzdə Düz söz güzgüsü nəyi göstərir? Onu çatlatmayın, səhv özünüzdə Hummer-də gəzən də indi deyingəndir zəmanədən Ən öndə gedən də indi tez-tez dönür əqidədən Əsl üzümüzü gizlətmədən tənqidimizi yağdıraraq Guya ki, bizdən açıq çıxdınız plakatlarımızı cıraraq Biz duraq yol ayırıcında, zəhər qılıncın ən ucunda İnsanların sancarıq biz döyünməyən ürəyindən Kimlərsə öz dirəyindən yapışmışdı biləyiylə Dünya əlini üzməyibdir HOST adlı köməyindən Nəfəs alma, saxla gözlərində qalsın eyni an Pərdə qəribə mənzələri gizlədibdir, budur yandıran Həvəsə döndü bir il əvvəl əyləncəli bir təkan Misralarımız ürək bağçasında zəhərli bir tikan Dağıt yuvanı, dünəni qatla yaddaşında zamanı atla Acı həqiqəti de zarafatla, öz yolunda döngə ol Ya sən bugünkü gün dərdlərinin bir düşməni Ya da ki, qal, əbədi qal, kiminçünsə adi kölgə ol Tərbiyəsiz cəmiyyətə HOST şilləsi Hələ çox qalacaq izi üzünüzdə Düz söz güzgüsü nəyi göstərir? Onu çatlatmayın, səhv özünüzdə Tərbiyəsiz cəmiyyətə HOST şilləsi Hələ çox qalacaq izi üzünüzdə Düz söz güzgüsü nəyi göstərir? Onu çatlatmayın, səhv özünüzdə Tərbiyəsiz cəmiyyətə HOST şilləsi Hələ çox qalacaq izi üzünüzdə
  • Adım Orxan Zeynallı, yoxdur aka Özünə bir ədəd heykəl qoymaq istəyənlərə Qoyuram “feykəl” Mən star, yoxsa noname? Fərq etmir, həyat low key İstedadım full house gəlib Hip Hopdursa poker Bir qəpiklik reper deyiləm, okay Qazanıram ona görə də bir qəpik, yox Bir yanında iki dənə ok Kimlər üçün pik başlanğıc Kim üçün pik end’əm Həftəiçi konsert sold out Çünki özüm weekend’əm BreakDance backgroundum var, “Eddie”yəm Tekkendə Diplomatik talantım var, date edirem Merkellə Uçuram buradan, aləm dar Fəzada peykəm mən Sanki Polat Alemder, qızıldır hər kəlməm Hey, Bakı! Təmiz, pakıq Acıq azadlığa, sevgiyə, bir də adrenalinə Səmadakı ulduzlarıq Cavab verir səsim zamanın tələbinə Bakı, təmiz, pakıq Acıq azadlığa, sevgiyə, bir də adrenalinə Səmadakı ulduzlarıq Cavab verir səsim zamanın tələbinə Clavis on the track Hər beat aforizm Uğurumu həzm eləmirsən Pis işləyir metabolizm Mən alfa betta xarizma Meylim var hannibalizmə Düşürəm şöhrət izinə Düşəndə getto qan iznə Trekimi dinlə, disslike et, get baybay sonra Sönüb artıq yumor hissin Sönəcək wifi sonra “6 il yox idi deyə biletləri satılıb” deyənlərə Yüngülvari masterklass keçirəm Bu dəfə 6 ay sonra Mənəm məktəb Bunu həkk et Gəlin tək-tək Bərəkət aka cashback Soyadım trend hashtag Necə ki, idi “Gecikirəm məşqə” Getmir burger shake’lə Rip Morgenshternə Arada yeyirəm beefsteak Amma ki beef mənimçün boş şeydir Hey, Bakı! Təmiz, pakıq Acıq azadlığa, sevgiyə, bir də adrenalinə Səmadakı ulduzlarıq Cavab verir səsim zamanın tələbinə Bakı, təmiz, pakıq Acıq azadlığa, sevgiyə, bir də adrenalinə Səmadakı ulduzlarıq Cavab verir səsim zamanın tələbinə
  • Are you really here or am I dreaming I can't tell dreams from truth For it's been so long since I have seen you I can hardly remember your face anymore Üzün yadımda deyil artıq, yəqin illər keçdikcə Bu şəhər səni də alıb içinə, sən artıq adi sakin Bir unutmaqlıq sevgi, ya bir sevgilik həyat Nə qədər əbədi sevgidən yazdım, sonda unutdum lakin Bu xaraba yarımadanın tarix olmuş küçələrində Bir gün divarlar sökülür, bir gün arzular Üzünün birgə cizgisini yadıma salsalar Soyumuş qəlb üşüdər şəhəri, yarpaqlar solar Əlimizdən tutub bizi keçmişə aparsalar Deyərəm sən get, mən gəldim bəlkə keçmişdəki mənlə Xoşbəxt ol, mənsə olum gələcək səhv Deyərsən "zamanı aldatdıq", birdən soruşsalar Səsin yadımda deyil artıq, bir gün zəng etsən Adını de sonra sus, coxluqda itə bilərsən Ya da ki, fərq etməz birdən özünə dərd etsən Adın yadımda deyil artıq adını deməyə də bilərsən If you want me satisfy me If you want me satisfy me If you want me satisfy me Unudulur ilk öpüş, unudulur etiraflar Unudulur ilk görüş, görüş yeri və məkanlar "Yaddan çıxmaz doğmalar" - deyirdik bir vaxtlar Unudulmuş gör nəqədər insan var ətrafda Unudulub titrəyən səs artıq o səs əsmir Üşütmür Bakı küləyi də, artıq o sərt əsmir Unudulur yaxşılıqlar, unudulur "çox sağ ol"lar İnanmazdım nə vaxtsa yaddan çıxacaq sığallar Unudulur unutmaqçün atılan addımlar da Unutdurmaq üçün bir neçə saatlıq qadınlar da Yaddan çıxıb artıq yataqda səhv düşən adlar da İllərin yaddaşı indi ancaq rəfdəki şərablarda Unudulur verilən sözlər, ilk gün kimi Sönür gеdir hisslər, solub gedən ilk gül kimi Və məndən heç nə gözləməyin Qələm də həminki deyil artıq Hansı mahnı, kimə yazılıb Yadımda dеyil artıq (deyil artıq) If you want me satisfy me If you want me satisfy me If you want me satisfy me If you want me satisfy me If you want me satisfy me
  • Clavis on the track! Dünən iş zəif idi, bu gün bir az düzəldi Doğmaların yanındadırsa, həyat gözəldir Nə demək istədiyini bir baxışdan anlayıram Sən o adamsan ki 90'lardan tanıyıram Zaman dəyişib, həyat artıq acı deyil Sənin bu hissiyyatın, inan, aldadıcı deyil Kaş ki ağıllı olub 10 il qabaq bura gələrdim Sən buranı görsən, bəlkə indi belə deyərdin Bakı, New York, sabah haradır, bilinmir Gözəlliyi elə ondadır, həyat əvvəlcədən bildirmir Xoş günlər, boz, bir az-bir az hərəsindən Yadına sal necə qaçırdıq şəhərin istisindən Nabrana, Nabrana, Nabrana Sevgi nədir öyrəndik aldana-aldana O qızlar da böyüyüb, görəsən, neyləyir indi? Bakıda gecə ikidir, yatarlar, yəqin Yumru pəncərədən görünür yerin üzü Mən fırladıram beynimdə bizim görüşümüzü Düzü, bütün pullar qalsın itə-qurda Sən görmək istədiyim tək adamsan burada Bütün günü rep party Hamı bizi tanıyır Oldschool tam deyil biz qala-qala, yo Cash pul sevgisi viran edir Cream get the money Dollar dollar bill, yo Bütün günü rep party Hamı bizi tanıyır Oldschool tam deyil biz qala-qala, yo Cash pul sevgisi viran edir Cream get the money Dollar dollar bill, yo Bir neçə ildir qurulur planlar çətin Yaş olub 33, dedilər bu uşaq soyuqluğunu atadan çəkib Almamışam güc nə alkoqol, nə narkotikdən İradların varsa da, mənə maraqlı deyil Rəsmimi yaradan çəkib Bir neçə aydır Bakıda başıma qoyulur tac nahaq Mən əbədi eşq sirlərilə dolu bir ev - Tac Mahal Geridə qaldı dayanacaqda arxa qapıdan qaçmalar Prospekt uşağı parıldayır, bir də çətin ac qalar Bir neçə həftə keçər Star boy gündəm banknot money back Bir neçə gün küçə boyu gəzirəm Çanta əvəzi bodybag Bir nеçə saata hit yazıb tarixə düşsəm Mənə bəsdir götür həyatı Məndən daha sən yaxşı sür Bir neçə dəqiqəlik rep səmimiyyət və eşqsə Bir nеçə saniyədir sübut edirəm, bu işdə mənəm ən yaxşısı Take it easy boy, I'm just flexing in building Bütün dərdlərə doydum, hamısında təqsirimi bildim Həssas sətirlərimin içində boğulan mənəm Oldschol'un son zəng party'sində rep deyən oğlan mənəm Bütün günü rep party Hamı bizi tanıyır Oldschool tam deyil biz qala-qala, yo Cash pul sevgisi viran edir Cream get the money Dollar dollar bill, yo Bütün günü rep party Hamı bizi tanıyır Oldschool tam deyil biz qala-qala, yo Cash pul sevgisi viran edir Cream get the money Dollar dollar bill, yo
  • Nə yaxşı ki varsan Yanan ocaqsan Mən qaram, sən dağsan Mən varam, sən varsan Nə yaxşı ki varsan Yanan ocaqsan Mən qaram, sən dağsan Mən varam, sən varsan Sənə yaraşır boynunda “Chanel” Yay boyu J’Lo, sonra qış Adele Mənə yaraşır 2Pac, yo Hip-hop mütləq, bro 6 il keçib və Bakı deyir Welcome back home Mənə yaraşır Ronnie, ya da Messi Sevgi rock 'n' roll’dursa, mən Elvis Presley Sənə yaraşır Rihanna Baxışında drama Həyatım davam edər sönsə də fonoqrama, yo! Bəkə bəsdir səsli mesajlara? Mən “Coachella”, sənsə əsl “Jara” Sadə insanam, amma self made star’am Qiymətim fərq atar yüz min majora Nə yaxşı ki varsan Yanan ocaqsan Mən qaram, sən dağsan Mən varam, sən varsan Nə yaxşı ki varsan Yanan ocaqsan Mən qaram, sən dağsan Mən varam, sən varsan Sənə yaraşıram, səndən gəlir hər cür hiss Səsindən sülh yağır, baxışınsa dangerous Gözlərin “Miami”dir, gülüşün Los Angeles Yenə bağlamısan üzümə eşqin pəncərəsin Ondansa pay ver, gülləri sən atma Qulağımda “My Way”, old man Sinatra Çayımız soyumamış gəl oturaq, içək onu Mənə qarşı deyilən bütün fikirlərə milçək qonur Zəngə cavab ver də, mənlə əylənir o Səsim olsa oxuyardım, “I can be your hero”nu Həyat “casino”dur, gel “Blackjack”də bir oyun Həyat “casino”dur, baş toldayam De Niroyam Nə yaxşı ki varsan Yanan ocaqsan Mən qaram, sən dağsan Mən varam, sən varsan Nə yaxşı ki varsan Yanan ocaqsan Mən qaram, sən dağsan Mən varam, sən varsan