Татарский переводчик Узбекские песни

Песня «H.O.S.Tlandiya»
исполнителя Orkhan Zeynalli.
Скачать или слушать онлайн

Текст песни:

AiD, HOST Production, Beat Pro
Rap – ciddi təhlükə, sənə düşmən kəsilib
Rap – sanki məhkəmə, hakimsə H.O.S.T seçilib
Rap – sanki qərənfil, şəhidsə sətirlərimiz
Hər səhv addım atdıqca, çəkilir tətiklərimiz
Rap – ciddi təhlükə, sənə düşmən kəsilib
Rap – sanki məhkəmə, hakimsə H.O.S.T seçilib
Rap – qanlı qərənfil, şəhidsə sətirlərimiz
Hər səhv addım atdıqca, çəkilir tətiklərimiz
Yox olur güc, yox olur pul, yox olur varın-dövlətin
Yox olur əldə olunanlar, yox olur bir skandalla
Yox olur düz, yox olur səhv, yox olur sevgi, nifrətin
Yox olur danışma haqqın əlindəki qandalla
Yox olur ictimai rahatlığın bir saqqalla
Yox olur göz yaşın da, hansı ki, axır fontanla
Yox olur şöhrətin də, hansı ki, satılır pulla
Çoxunun gözündə kral olmaq olar bir neçə qulla
Qoy cibinə "paçka" dollar, vidalaş suallarla
Doğrunu boş ver, sən qabağa get yalanlarla
Düşüncələr ballada, qəhrəmanlar gizli
Bizim həyatımız muzeydir, sizinki isə Estrada
Hamının əməlləri asılıdır rentabeldən
Kimsə namaz qılır çiyin-çiyinə Ben Ladenlə
Sən bəlkə də məşhursan, hardasa Qrenlandiyada
Burda isə bizik kral, bura bizim "HOSTlandiya"dır
Rap – ciddi təhlükə, sənə düşmən kəsilib
Rap – sanki məhkəmə, hakimsə H.O.S.T seçilib
Rap – sanki qərənfil, şəhidsə sətirlərimiz
Hər səhv addım atdıqca, çəkilir tətiklərimiz
Rap – ciddi təhlükə, sənə düşmən kəsilib
Rap – sanki məhkəmə, hakimsə H.O.S.T seçilib
Rap – qanlı qərənfil, şəhidsə sətirlərimiz
Hər səhv addım atdıqca, çəkilir tətiklərimiz
Hər gün yeni tərzdə, hər gün yeni ampluada
Bizdən çıxan qan da muzeyə gedir kapsulada
Dəyirmi masa sistemi, mərkəzdə pentaqramma
Bu masa arxasında söz keçirməz Drakula da
Dilimdə stiqmata, sözlər axır öz başına
Vurulun sözlərimə, vurulmayın göz-qaşıma
Kim deyir, 1 nəfər olmasa H.O.S.Tun gücü azalır!?
Niyəsə boş zalda konsert gəlmir yaddaşıma
Sistem kor gözsə, biz onun görmədiyi düz yol
Baş verdi laxtalanma, amma itirilmədi control
Özümüzə planet qurduq, fırlanırıq oksigenlə
Siz sanki volframda, udduğunuz təkcə karbon
HOSTed şəbəkəsində tracklərimiz antenadır
Bizim sözlərimiz qan, sizinkilər qanqrenadır
Dalımıza düşsəniz də, qabağımıza çıxsanız da
Toqquşa bilmərik, çünki H.O.S.T ayrı bir sferadır
Rap – ciddi təhlükə, sənə düşmən kəsilib
Rap – sanki məhkəmə, hakimsə H.O.S.T seçilib
Rap – sanki qərənfil, şəhidsə sətirlərimiz
Hər səhv addım atdıqca, çəkilir tətiklərimiz
Rap – ciddi təhlükə, sənə düşmən kəsilib
Rap – sanki məhkəmə, hakimsə H.O.S.T seçilib
Rap – qanlı qərənfil, şəhidsə sətirlərimiz
Hər səhv addım atdıqca, çəkilir tətiklərimiz

Другие песни исполнителя:

  • Görəsən vicdanım vurarmı bir gün üzümə şillə? Görəsən necə bu cür vecsizliyimə dözmüş illər? Görəsən doğmalarım bir gün atıb gedəcəkmi? Görəsən harda enər sürdüyüm həyatda sərnişinlər? Alagöz fahişələrə şirin söz və nəvazişlər Müştəri hüzurunda süni gülüş, bəyaz dişlər Doğmalar dözər, bağışlayar, onsuz öyrəşiblər Hər soyuq addımımı qəbul edib, başa düşüblər Görəsən xoş sözlərə aldanıb ulduzmu oldum? Cəmiyətə yem uzatdım, dişlədi, quduzmu oldum? Yayı unutdum, qalıb qışda əbədi buzmu oldum? Dünən evin idim, bu gün masanın üstündə tozmu oldum? Sakitcə qulaq asmaq, yazmaqla düzəlmirsə Ya bir gün doğrudan böyüyüb, doğrudan düzəldimsə?! Batmaqdan qorxmayıb baxışlarında üzərdimsə Son dəfə bərk yapış, əgər tutduğun düz əldimsə Gedəcək həyatımdan dəqiqələr Nə qədər uzaq getsəm də tapacaq məni sevgilər Gedəcək həyatımdan dəqiqələr Nə qədər uzaq getsəm də tapacaq məni sevgilər Yadıma gəlmir anamı sonuncu dəfə qucaqlamağım Babamın qəbri üstündə doyunca ağlamağım Yadımda deyil nə vaxt demişəm bacıma sevdiyimi Atam heç bilirmi görəsən, onu çox istəməyimi? Məni doğrudan sevənlər qalır həmişə diqqətdən kənar Mən gərək qəbul edim gələn hər bir dərddən qərar Mən gərək məğlub edim, içimi çürüdən mənləri Mən gərək kəsim kökünü əbədi içimdə əngəllərin İllərlə paylamaq sətirləri kimə görə, nəyə görə? Ən pis gündə səni atıb gedən sevgiliyə görə?! Və bir gün çıxır qabağına əsl eşq və dərdin azalır Budurmu ədalət? Ondan sonra sevgidən sətrin azalır Onu göz yaşı içində küçədə qoyub getmək Əslində isə ona görə dəyər hər şeyi atıb getmək Nə vaxt ki, çıxdı nəhayət bir mələk həyatında Onunla cənnətə uçmaqdansa qanadın qırdın Sahilə çatmamış niyə dərinlərə dalğalandın? O can verən sevgini xilas edən son damla qandın Uçdun, etibar etdiyin insanlığa aldandın Doğmalar tərk edir bir-bir, gəl çıx, harda qaldın? Harda qaldın, harda qaldın Gedəcək həyatımdan dəqiqələr Nə qədər uzaq getsəm də tapacaq məni sevgilər Gedəcək həyatımdan dəqiqələr Nə qədər uzaq getsəm də tapacaq məni sevgilər
  • Qara küçələr bol - şəhərin hər tini dinləsin Yelləsin əlləri Təbim gecələr bol - zəhəri dərdimin bitməsin Doldursun dəftəri Qara küçələr bol - şəhərin hər tini dinləsin Yelləsin əlləri Təbim gecələr bol - qapısın bərk bağla beyninin AiD vuracaq qol! Repim səni sıxır kommunal borc kimi Sən xəritədə yersiz, Kamboca kimi Gir qucağa, çağır çağa kimi köməyə məni Ya da yağ bıçağı götür, gəl öldürməyə məni Sevgilinin gözünü yum səhnəyə mən çıxanda Özüm gəlməmişəm, arzuladın, mən çin oldum Sən "brak" doğulmusansa, günahkar Çin deyil bro Cəmiyyətə yeni nəfəsdir bu, içində mentol İntellektual, qlamur qızlarımız "tipo-tipo" Baxdıqları kino - Titanic, bir də Zita-Gita O margarito... bura Bakı yoxsa bura Kito? Dilindəki ton, elə bil ki, sözü çəkir iki ton Brendlər ən yaxın dost dar gündə, hər işdə Efirlər həyat öyrədir həm əvvəldə, həm "finish"də Və bizə qarşı olan bəzi-bəzi verlişlər Bilin, biz ildən-ilə yüksəlişdə, siz enişdə Qara küçələr bol - şəhərin hər tini dinləsin Yelləsin əlləri Təbim gecələr bol - zəhəri dərdimin bitməsin Doldursun dəftəri Qara küçələr bol - şəhərin hər tini dinləsin Yelləsin əlləri Təbim gecələr bol - qapısın bərk bağla beyninin AiD vuracaq qol! Repim səni dəyişir dövran kimi Xan kimi danışırsan Jeep-ə oturan kimi Sanki, Franklin-in sürüsündəsən mal kimi Çəməninə bağlayır səni qandal kimi Cavanlar qışqırır küçələrdə, nəsə istəyir Qocalar çay içir və xilas edir bəşəriyyəti Bakını bürüyüb qara bulud, bir də bir az da stress Bakıya lazım deyil pul, lazımdır sex Sistem sıxdıqca sıxılmaqdan zövq alırsınız Xarab bütün məhsulları pisliyib, söyüb alırsınız TV-də bazar verlişlərində gedən bazarlıq Manıslar topdan satılır, bu fəsil biz qazandıq Mən söz soxuram, söz girmir, deşik çox balaca Cibləri böyüyən cəmiyyətin beyni çox balaca Süfrə açdım sözlərdən hər mətbəxə uyğun Bilirəm, bu banketdən sonra çoxu tox qalacaq Qara küçələr bol - şəhərin hər tini dinləsin Yelləsin əlləri Təbim gecələr bol - zəhəri dərdimin bitməsin Doldursun dəftəri Qara küçələr bol - şəhərin hər tini dinləsin Yelləsin əlləri Təbim gecələr bol - qapısın bərk bağla beyninin AiD vuracaq qol! HOST Production, səsim çatır hər insana Bizim ikona - dəyişmirik pula, mikrofonu Mənim ifamı qoy "ringtone"a BlackBerry, iPhone-a Mənim motorum "opora", mənim susmağımdır "fora" Bu maratonda qələbə verir mənə kantora Mən ora-bura burun soxmadan çıxdım monitora Mənə "korona" lazım deyil girmək üçün dona Nəqarəti xorla oxunaraq track'im çatır sona Qara küçələr bol - şəhərin hər tini dinləsin Yelləsin əlləri Təbim gecələr bol - zəhəri dərdimin bitməsin Doldursun dəftəri Qara küçələr bol - şəhərin hər tini dinləsin Yelləsin əlləri Təbim gecələr bol - qapısın bərk bağla beyninin AiD vuracaq qol!
  • Mənim bir şəhərim var Yaşıllıqları kimi yaxşılıqları süni Mərməri kimi insanları sürüşkəndir Mənim bir şəhərim var Küçədəki itlər burada səni Dar gündə qoyub getməz Necə bunu edir dostlar?! Mənim bir şəhərim var Baxışı qışdan soyuq Bəzəklərini bir günə Qabıqtək yağışlar soyur Yaxınlar səni ləkələyir Qohumlar yalan yaxır Qonşular qiybət edir Adını içdən danışmaq qoyub Mənim bir şəhərim var Sən öldükcə sənin ömrün uzanır Adını tarix edir sağkən üzünə baxmayanlar belə Mələk üzlü qızlar varlı şeytanla yatağa uzanır İrəli gedir burada bircə addım atmayanlar belə Mənim bir şəhərim var ki Dənizində canlar gizli Varlılar yalan danışır çox vaxt Ən kasıblar düz deyir Və hər kəs susub batan gəmini həyəcanla izləyir Bu şəhər satıb ruhunu Azərbaycandan gizli Doğulur hər gün yenə Dünən ölüb gedən ümidlərim Qayıdar ruhu bu şəhərin Yeni-yeni səhvlər olmasa Boğulur dalğalar içində Sevgilər yenə dərindədir Şirin yuxularında şəhərin Hamı olacaq yaxşı insan Biz yaxşı insanlarıq Ayda bir dəfə dilənçiyə pul verdiyimiz üçün Düzgünlük haqqında sətirlər əzbər bildiyimiz üçün Alnımız açıq, təmiz, biz yaxşı insanlarıq Sosial şəbəkələrdə vətəni sevdiyimiz üçün Yaxşılıq eləyirik xəstələrin şəklin paylaşmaqla Sevgilimiz atıb gedəndə dalca danışmaqla Biz yaxşı insanlarıq... bizləri yaxşı edən Unutqan olub, unutqanlığımızla barışmaqdır Şəhidlər Xiyabanına ildə bir dəfə getsək belə Yanından hər keçəndə musiqini azaltdığımız üçün Biz yaxşı insanlarıq... bizi incitsələr belə Biz heç kimi incitmirik vuruşaraq azadlığımız üçün Biz yaxşı insanlarıq Valideynləri sevdiyimiz üçün Onları qocalanda çox vaxt atıb getsək belə Biz yaxşı insanlarıq Ədaləti sevdiyimiz üçün Bərpası lazım olanda susub yatsaq belə Doğulur hər gün yenə Dünən ölüb gedən ümidlərim Qayıdar ruhu bu şəhərin Yeni-yeni səhvlər olmasa Boğulur dalğalar içində Sevgilər yenə dərindədir Şirin yuxularında şəhərin Hamı olacaq yaxşı insan
  • Biz sevməmişdik ki, bizi ayırsınlar Həyatımızdan uzaqda bizə bir ev tiksinlər Gülüşümüzü öldürüb, bizi böyütsünlər Səninçün darıxmaqla məni sınağa çəksinlər Önümüzdə tilsimlər, qırılacaq hirsimdən Təslim olmaq vərdişini istəmirəm diriltsinlər Dəyişməliyik çox şeyi kökündən, irsindən Unudulur hər bir söz musiqinin səsindən Uzaqda bir şəhər, piyada getmək arzusu Həyatda dalbadal gələn ölüm qoxusu İnsalarnn yuxusu deyəsən çox şirindir Xoşbəxtlikdən bizə çatan cəmi bir dilimdir Həyatda gərək gecikəsən ki, yolunu gözləsinlər Mümkün deyil, sevsələr də gərək gizləsinlər Arada evə zəng vur ki Səsini eşitsinlər... Eşidib sevinsinlər... Evdən uzaqda olan qardaşım üçün...
  • Take me away from here, take me away Take me away, away, away from here Take me away from here, take me away Take me away, away, away from here Səni sıxır hər səhər eyni üzlər, eyni yollarda Arzuya çatmaq istəyir hamı əyri yollarla Ofis pəncərəsindən baxıb xəyala dalırsan Bəlkə bir gün kimsə aparar səni uzaqlara Səni sıxır ətraf, xeyir güdən sevgilərlə Səni sıxır yanaqların - süni hər güləndə Bəlkə bir gün bağışlamağı tərgidəndə Cəmi bir dostun qalar yanında, o da ki, özün Sən məni incidirsən, toxunur hər bir sözün Səmimi mahnılar artıq ən dərində üzür Qalxmaq istəyəndə qırılır nərdivanlar Yıxılan dərdi anlar, nə edək belədir özül Şəhərdə hərə bir cürdür, hərə də bir cür dözür Hərənin bir olsa da ürəyi, amma çoxdur üzü Səni uzaqlara aparmaq istəyirəm bu şəhərdən Qorxma! Mən dözməsəm də qanadlarım dözür Take me away from here, take me away Take me away, away, away from here Take me away from here, take me away Take me away, away, away from here Yoxdur pəncərədən baxanda sevə biləcəyim şəhər Yoxdur Bakının tüstüsündən artıq boğan qəhər Yoxdur bu şəhərdə təmiz qəlblərin vəhdəti Yoxdur mənim üçün dostların istifadə müddəti Yoxdur inam heçkimə, yoxdur güvən heçkimə İşi düşməyincə yoxdur zəng edən heçkimə Yoxdur qələm, vərəq səmimiyyət bitib artıq Elektron məktublarda sevgi itib artıq Yoxdur gələcək planlar, gələcək özü yoxdur Tanrını görməyənlərin yəqin gözü yoxdur Yoxdur bu gün saf uşaqlıq illərinin izləri Yoxdur artıq içimdə yaxşı insan olmaq istəyi Yoxdur dünənlərdən bugünə miras bir şey Yoxdur ayağım dəyməyən yer, dayaz hər şey Məni apar bu şəhərdən, uzaqlar daha gözəl Qorxma! Sən dözməsən də qanadların dözər Take me away from here, take me away Take me away, away, away from here Take me away from here, take me away Take me away, away, away from here