Татарский переводчик Узбекские песни

Песня «Mənim Şəhərim»
исполнителя Orkhan Zeynalli.
Скачать или слушать онлайн

Текст песни:

Bu şəhər mənə doğmadı
Mən ona özgə sayılsamda son illərdə
Bir neçə ildir artıq sıxılmaq tərk etmir
Artıq doğmalarda şəhərə sevgini bərk etmir
Bəlkədə bu şəhərdi qırılmış qəlbdi səbəb
Bəlkə hər kəsin içindəki derddi səbəb
Hamıda keçmiş günlərdə var bir nəfər
Unudmaq istediyi unuda bilmediyi bir nəfər
Görəsən neçə ürəy gəzir məndən incimiş
Görəsən neçə ürəydən sevgim incimiş
Indi çox az adama sevgidən söz təsir edir
Indi gülüş ancaq 2 nöqte 1 mörtərizədi
Indi o duyqular ancaq payızda gelib gedir
Insanlıq uzaq qohum tək arada gəlib gedir
Mənnən salam de tanımadıqım yerlərə
Denən bu şəhər hamını bir-bir atıb gedir
Hər dəfə qayıdanda evə qemli musiqilər
En xoş günlərdə belə nesə çatmir yenə
Ya artıq yaddı şəhər doqma hisslərdən uzaq
Yada sadəcə payız qəmləmdirir məni yenə
2 (Aid)
Pəncərəyə üfürüb orda ürək çəkmək
Yadaki qarda yerdə uzanıb mələk çəkmək
Uşaqlıq və yaxud təmiz qəlbin əməlləri
Kim deyibki böyüdükcə ürək çirklənməli
Soyuq Bakı havasında bəlkə bir isti kofe
Yada bir şirin söhbət həyatı unutmaq üçün
Mənə xoş sonluqla bitən maraqlı bir kino ver
Sonluq söz elə bəsti sevgini soyutmaq üçün
Tanışların sayı artır dostlar azaldıqca
Hərdən unuduram nədən daha çox zövq aldıqımı
Və yenidən vuruluram şəhərə hava qaraldıqca
Sevinirəm anlayanda hələdə bütöv qaldıqımı
Mən bəzən darıxıram şəhərdən uzaqda olub
Uzaqdan şəhərə baxıb onun üçün darıxmaqçün
Mən bəzən danışıram qəmli notlarla
Qəmli havaya girib sənin üçün darıxmaqçün

Другие песни исполнителя:

  • Xəyanət sabahı verilən gül dəstəsi kimi Səmimiyyətdən uzaq Danışmaq çətindirsə? Gəl yazaq Sehirli baxışın kimi əllərin də varsa Al bu qış fəslin, əbədi döndər yaza Unutmaq, xəyal qurduğun gələcək səni etmədən məhv Son mənzil eynidirsə, niyə bu qədər pillə edim dəf? Ayağım səhv, hər addım atdıqca, növbəti hərf Dəyişir alın yazımda, susur göylər çünki edir sərf Yuduqca sən hər sahili? Dəniz oldu sənət sahibi Gözü kor şairlər belə hiss edib sevər zahiri Bitəcək qanlı döyüşlər qəlbdə hissələr daxili Dövranı yenə də sevməz? Əgər diriltsələr Sabiri Bu sevgi sağ idi? Onu yaşatmaqçün sən yarandın İllərdir kimlərsə sevir, illərdir kimlərsə dözür Görəsən işlədərmi sevgililər "həyatım" sözün Sevgilidən qabaq xəyanət etsə həyatın özü?! Həyatdan ötən illər hədər olmaz Könüldə bitən güllər bir də solmaz Sabahlar arzularıma gedən bir yol Bu yollar bağlanmaz Yenə sən getdin, yenə tək qaldım Tanış notların içində birdən yarandı səs Nə yaxşı dünən keçmişdə, bu günsə yanımda sən Həyatın dəyəri qalmayıb, bil artıq qanımda sən Həqiqəti tap misralarda, mən əgər yalan desəm Qırılmış qəlb əlimdə göylərlə danışanda Dedi xəstəlikdir təklik, al bu mələyi dərmandır sev Edəndə hər anda bəhs, içilən hər and əbəs Gedərdi sayılsa birgə yaşadığımız hər an bir səhv Məni pis tanıyan bir kəs, nə bilsin dərin nəfəs Çatmasa diriltməyə məni bəsdir "oyan canım" - desən Bu qəlbi yaxşı tik sevginlə, qorxma yaram dözər Uçmağa həsrət sevgimizi qanadların bəzər Və hətta pıçıldasa qulağıma ayı yarım kəsən Yenə də sevərəm olmaq sənlə mənə haram desə Həyatdan ötən illər hədər olmaz Könüldə bitən güllər bir də solmaz Sabahlar arzularıma gedən bir yol Bu yollar bağlanmaz Həyatdan ötən illər hədər olmaz Könüldə bitən güllər bir də solmaz Sabahlar arzularıma gedən bir yol Pıçıltı danışmaq üçün bəs etmirsə Qələmim artıq kağızları isitmirsə Mən gedərəm bilsəm ki, vərəq boş qalmaz Yumşaq sətirlərsiz qəlblərə daş dolmaz Hərdən səni incidəndə sevilmək Pərdəni salıb arxamı çevirmək Tərk etsəm də bəlkə boşluq yaranmaz Get, narahat olma, bu yollar bağlanmaz Həyatdan ötən illər hədər olmaz Könüldə bitən güllər bir də solmaz Sabahlar arzularıma gedən bir yol Bu yollar bağlanmaz
  • Bu lokal Detroit, damarda "Saf Qan Amerikan" Gəlir şossedə rəqiblərə Dodge-dan Knock Down Chyrsler Big Boss, 4 təkər üstdə taxt Sən nökər istə bax, bu ölkədə tək klan Küçələrdə vitrin, təkərin ətrin Duy təması asfaltla çəkir fikrin Gündəmdədir chek-in, çəkir için kin Markaya baxıb demə kim qul, kim kin Bakını görür LA, Jeep-ə oturan turist Prospekt səhnə, avtopark zakulis "Saf Qan Amerikan"la Bakı olur Meqapolis Nə qədər geridə qalmısan gör, bax tap çat Run Forest Ouu, Bakı küçələrində Magikan İlk Jeep ilk brend "Saf Qan Amerikan" Yol üzərində bitməyən güc bu Deyir sükan arxasında olan hər adam Ouu! Bakı küçələrində Mohikan İlk Jeep, ilk brend - "Saf Qan Amerikan" Yol üzərində bitməyən güc bu Deyir sükan arxasında olan hər adam
  • 2003-cü ilin dekabrı - tanışlıq vaxtları Gözlərimiz bir-birimizdə tanışlıq axtarır Bir az cəsarətsizlik, yəqin bir az uşaqlıq İlk gündə sadəcə baxışlarla özümü saxladım Göndərdim məktub, cavab gələrmi görəsən? Düşünürdüm necə yazım ki, dərhal sevəsən Amma o vaxt indikitək dolğun yazmırdım heç Yazıq sən nə biləydin ki, böyüyüb olacam bivec Uşaqlıq, şirin günlər, beləcə keçir illər Ən xırda dava-dalaşlarda hər şeyi bəzəyirdilər Bayramları gözləmək və hədiyyələr toplusu Hər dəfə gecikəndə sən, səni itirmək qorxusu İlk sevgi etirafı... Yadımda dünənkitək Cavabı gec verdin, yəqin dözər deyirdin Bilsəydim necə sənlə dayanardım həminkitək Həm də ki, o vaxt bulvar bu cür gözəl deyildi Yenə sən getdin Yenə tək qaldım Sənə olan sevgimdən bu gün son Mahnını yazdım Yenə sən getdin Yenə tək qaldım Sənə olan sevgimdən bu gün son Mahnını yazdım Səni sevərdim əbədi ölüm olmasaydı Amma əbədilik xoşbəxtliyə vermir zəmanət Dünyanı tanımazdım doğum günüm olmasaydı Həyatın bəxş etdiyi hər saniyə mənə əmanət Noyabr, 2006 - ömürlük yadda qaldı Həyatı dərk etmək bəhanəsi ilə edilən səhv Uzaqlaşdıq bir-birimizdən, əriyən aysberq tək Sonra barışanda ayrılmamağa verirdi vəd İçimdə o dövrdə yaradıcılıq yarandı Dostlarla yığışmaq, ev, rep, H.O.S.T yarandı Problem yaranırdı, səbəb buna pis baxmağın Yadımda YUG-da əlimdən tutub səhnəyə çıxmağın "Bir HOSTçunun həyatı"nda bəzi sözlər sənə tanış 2009, fevral, 21-i, soyuq qış Hamı yeni mahnı eşqi ilə sakit dinləyəndə Mən uzaqdan sezdim, göz yaşı ilə gəldi alqış Yenə sən getdin Yenə tək qaldım Sənə olan sevgimdən bu gün son Mahnını yazdım Yеnə sən getdin Yenə tək qaldım Sənə olan sevgimdən bu gün son Mahnını yazdım Çoxu bilmir "track"lərimin hansı sənə aiddir Nə də ki, bilmirdilər AiD o vaxt kimə aiddir Hərdən bağışlamıram sənə o addımını Tulladığın məktublar uşaqlığımıza aiddir Vaxt kеçdikcə münasibətlər ciddiləşdi Mentalitet araya girdi, hər şey sadələşdi Amma səni həm də buna görə çox sevirdim ki Mənalı şeyləri mənasızdan ayırırdın 2010-a birgə girdik, o sevgi dolu səhərlə Yadıma düşdükcə içim dolur qəhərlə Niyə axı hər saniyəmiz keçmirdi bizim o cür Niyə axı böyüdükcə mən, dilim dolur zəhərlə?! Layiqli soyuqluğunu gizlətdi mərhəmətin Düşündüm, ayrı qalsaq artar məhəbbətin Amma ki, səni uzağa aparan o təyyarə Yəqin ki, əsas səbəbkarı indiki söhbətin Bəlkə bu ritualdır - ayrılıqdan yazmaq Axı çox insan bu cür mahnılarla nəfəs alır Gözünün yaşını sil, istəmirəm kefini pozmaq Yaşamaq üçün çox adam gülüşlərindən həvəs alır Sevgi okeanında artıq sən adlı gəmim yox Bil ki, sevgim olar xatirə, qəmim yox Çətin yox, çox sadədir sonu bu əsərin Sadəcə bir qız atdı bir əsgəri
  • Var track başlayır hansı ki, nəqarətsiz Var söz biraz düz, amma cəsarətsiz Var xalqa müraciət sanki ədəbiyyatdır Var xalq hansı ki, dinlədikcə əbədi yatdı Var ölkə hansı ki, tikilir sökülür turistlərcün Var sevgi hansı ki, küçədə yemdi polislərçün Var qələm, var vərəq və var tükənməz hisslər Var dinləyici hansı ki, sevdiyindən ölməyini istər Var səma, var günəş hansı ki, qovur ulduzları Var vəhşi ata-ana hansı ki, doğur quduzları Var şəhər, bir-iki damla bal və qalanı zəhər Var cəmiyyət hansı, qəhrəmandan çox yalanı sevər Var bezmək, var dözmək, çoxluqda itib getmək Var tərk edib getmək, var tüpürüb getmək Var intihar etmək sevgi cavabsız qalanda Var cəhənnəmdə yanmaq günahsız olanda Var pul, var şöhrət, var əmr və qul Varsa sədaqətin evin yananda yerində dur Var insan səhv etdikcə sevir səhv edənləri Var Allah dərd verir və sevir səbr edənləri Var dəniz və dibinə getdikcə anlayırsan Ki var qaranlıqda parıldayan möcüzələr Var hekayə hansının ki, sonunda ağlayırsan Və var yeni səhifə açıb köhnə kitabı bağlayırsan Var keçmişdən bizə gələnlər Var gələcəyi görürəm deyənlər Yoxsa uzun-uzun söhbət edənlər Tap tanışını "nə var, nə yox" denən Söhbətim şəhərimlə bu gün Zəhərim var bu gün Track'im də var Tökəcəm nə qədər ki, gec deyil AiD) Var brend alanlar, var brend olanlar Var düz yol gedənlərə bənd olanlar Var böyük qüvvə yaratmaq fərqlilərdən Var məndə olanlar, var səndə olanlar Var sistem hansı ki, min illər boyu dəyişmir Yuxarıdakılar qol çəkir aşağıdakılar öldükcə Mən düz söz desəm, sən onu dərk etsən Bir olub dəf etmək olar hər sədd hörüldükcə Var hamı gözün bağlayanda gizlincə göz vurmaq Qaranlıq hamını ağladanda işıq salıb iz qoymaq Yem bol, geniş qarınlar və doymayan gözlər Siz partlamaq istiyirsiz, amma biz doymaq Nə var nə yox deyib keçirik, amma dəyişmir heç nə Dərdi özü istəyənlərin dərdi artıq deyil vecimə Hünərin yoxsa, xəyallar sərhədin keçmə Həyat sənin seçimindir axı, istəmirsən seçmə Var keçmişdən bizə gələnlər Var gələcəyi görürəm deyənlər Yoxsa uzun-uzun söhbət edənlər Tap tanışını "nə var, nə yox" denən Söhbətim şəhərimlə bu gün Zəhərim var bu gün Track'im də var Tökəcəm nə qədər ki, gec deyil AiD) Cəmiyyət məhv olur, yazmamaq olmur, susmaq olmur Azadlıq olub şou-biznes ancaq əyləncə üçün Bakının havası – nə udmaq, nə də ki, qusmaq olmur Açılmış pərdələr bağlanır bir gün evlənmək üçün Hər dəfə qoyuram qələmi tənqidə başlamadan Onsuzda dəyişmir heç nə, əsəblər boşuna məhv olur Bu xalqın tələbi belədir, səbəbi bilmir daşlamadan Onsuzda sabah düz olacaq şəxs, bu gün səhv olur Söhbətim şəhərimlə bu gün Zəhərim var bu gün Track'im də var Tökəcəm nə qədər ki, gec deyil