Татарский переводчик Узбекские песни

Песня «Ilk Bahar»
исполнителя Orkhan Zeynalli.
Скачать или слушать онлайн

Текст песни:

Soyuq əlimi ocağa tutub isitmək
Bir adama bir ömürlük bəs etmək
Şəhər işıqlarında itən o baxışları
Doğmaların kədərləri kimi hiss etmək
Bağlı pəncərələr
Əlimdə incə qələm
Həyatda yoxdur heç nə
Ailədən öncə gələn
Mən hərdən incidərəm
Hərdən sevincə tənəm
Sən oldun ilk baharda gülləri birinci dərən
Sən oldun ən dərin sularda yoluma dalğalar sərən
Sən ən soyuq sabahlarıma günəş olub işıq saçan
Sən ən xoş arzularda deyilən sözlər kimi doğma
Payız küləklərimi duyan quru gözlər kimi dolmaq
Gün gələr biz oyanmarıq eyni şəhərdə
Bizə aid dörd divarda görüşək hərdən
Mən istərəm ən çətin sətirlər bitsin
Mənim tək bacım onu sevdiyimi bilsin
Həyat açır bizə yeni-yeni səhifələr
Dünənləri çevirərək xoş günlərə
Günəş hər işıq saçanda "sev" deyə
Sevən qəlblərdə yer yox dərdlərə
Quru sözlər bəsmi gülən üzlərə?
Səbəb - səhv addımlar dolu gözlərə
Məni gözləmə, məni gözləmə
Həyat ən xoş üzünü sənə göstərər
Mən bəlkə həyatda gördüyün insaların ən soyuğu
Mən bəlkə mahnı hansı ki, qırıq qəlblərə həsr olunub
Mən bəlkə yaddaş hansı ki, sonralar nəsr olunub
Mən bəlkə bu tamaşalarda oynamışam əbəs rolumu
Mən bəlkə böyük bir zirvə, ancaq səndən balaca
Ən şirin uşaqlıq xatirələrim səndən qalacaq
Mən bəlkə, qırıq-sökük daxmalarda son divaram
Nə qədər sən varsan bu sütunlar möhkəm qalacaq
Mən bəlkə payız fəsli, səni məndən qış ayırır
Mən bəlkə qəhər, məni göz yaşımdan alqış ayırır
Mən bəlkə ayaq basdığım Londontək əlçatan arzu
Mən bəlkə həmin uşaq, hansı ki, istərdim baxçada qalsın
Mən bəlkə unutduğun yuxular kimi səni təqib edəcəm
Mən bəlkə tək qalacam, bir gün hərkəs tərk edəcək
Mən bəlkə qar adamı tək əriyib bir gün bahar fəslində
İlk gülü dərib, gəlib səni canlı təbrik edəcəm
Həyat açır bizə yeni-yeni səhifələr
Dünənləri çevirərək xoş günlərə
Günəş hər işıq saçanda "sev" deyə
Sevən qəlblərdə yer yox dərdlərə
Quru sözlər bəsmi gülən üzlərə?
Səbəb - səhv addımlar dolu gözlərə
Məni gözləmə, məni gözləmə
Həyat ən xoş üzünü sənə göstərər
Həyat açır bizə yeni-yeni səhifələr
Dünənləri çevirərək xoş günlərə
Günəş hər işıq saçanda "sev" deyə
Sevən qəlblərdə yer yox dərdlərə
Quru sözlər bəsmi gülən üzlərə?
Səbəb - səhv addımlar dolu gözlərə
Məni gözləmə, məni gözləmə
Həyat ən xoş üzünü sənə göstərər

Другие песни исполнителя:

  • Kaş, gözlərdən axan yaş olaydın Kaş, getməyəydin birgə yaşlanardıq Son kəs bu döngələr səni səslər Gəl, gözləyərəm Gözləyərəm Gözləyərəm Qəribəsən Bakı, ürəyi olmayanlar itirilmiş sevgidən yazır (Nə isə) Sonuncu qum dənəsi düşmədən yerə, xəyala gedən yolda Gələcəyi üçün insan keçmişini körpüdən atır Bir gün ölkədən qaçıb, azmaq idi arzum Elə bilmə səni yaddaşdan pozmaq idi arzum Artıq donub əlləri, güclə dayanıb Cek İstəmədim batan gəmidə çalım violonçel Ömrü bizim ömrümüzdən uzun bəstələrim var Dərinlikdən qaça bilməzsən qayıqla ancaq Zaman tunelində ilişib qalanlara pis xəbərim var! Geriyə baxmadan qaçın uşaqlıq qayıtmayacaq Həyat gedir dediyin anda birdən vaxt sancar Üzünə baxıb deyər, keçir ömür böyüyürsən qocalırsan Dinlə bu gecə təkcə məni Elə bil ki, məndən mənim xoşbəxtliyimi borc alırsan Kaş, gözlərdən axan yaş olaydın Kaş, getməyəydin birgə yaşlanardıq Son kəs bu döngələr səni səslər Gəl, gözləyərəm Gözləyərəm Gözləyərəm Kaş, gözlərdən axan yaş olaydın Kaş, getməyəydin birgə yaşlanardıq Son kəs bu döngələr səni səslər Gəl, gözləyərəm Gözləyərəm Gözləyərəm Heç vaxt təkrar oxumayacağım sevimli kitab tək Qalacan rəflərdə özünəməxsus yerdə Özünəməxsus tərzdə hərdən yada salıb Bakı, sənin xislətin bizi bir birimizə baha satır Xatirəsi ağ qara şəkillər olan son nəsil bizik "Happy End"lə bitməyən hər bir son əzir bizi Çox əsib dizim, amma ki, qaçdıqca yollar artır Dünən qibləmiz manat idi, bu gün dollar artıq Mən səni tərk etmədim (yox, yox), seçim etdim Artıq illərdir ki, bu yarımadada həyat dustaq Vermir nə ömür sınaqlar, nə də ki, taleh dostlar Getmir "Səməd Vurğuna" prospektdən trolleybuslar Bəlkə də dəyişəcək nə vaxtsa passportumun rəngi Doğum yeri qalır eyni, necə gözlərimin rəngi Yollarını əzbər bilsən də yolunu azdıran şəhər Mənə, məni "mən" etmiş mahnılarımı yazdıran şəhər Kaş, gözlərdən axan yaş olaydın Kaş, getməyəydin birgə yaşlanardıq Son kəs bu döngələr səni səslər Gəl, gözləyərəm Gözləyərəm Gözləyərəm Kaş, gözlərdən axan yaş olaydın Kaş, getməyəydin birgə yaşlanardıq Son kəs bu döngələr səni səslər Gəl, gözləyərəm Gözləyərəm Gözləyərəm
  • Yüz faiz hit, yoxsa yüz faiz halal? Bu yeni bir marketinqdir, yaradıb artistlər üzdə olan Əsas sarayımız olub sirk, Yaşıl Teatr - restoran Pop olub qırmızı işıqlarla dolu küçə biz dalan Fəxr ediləsi bişey bizdə olan? Kim orda səs salan? Birinci kanal qərbi yenə də səhv çıxarır, vəssəlam Nə qədər evini səhv salan, küçə-bacada açıb ağız Var əlini itirib əlil qalan, var mənəviyyatı şikəst olan "Maaşım azdır, müdür, yaxşı dolana bilmirəm" - dedim Gülümsədi və gözümün içinə baxıb dedi – "pis dolan" Hah! Dedim müdir gəl sən ol Himalay Mən də dırmaşaraq üstüvə peşəkar alpinist olam Bəlkə köçüm Kingston-a? Ora əbədi bir iz salam Qıza söz atmaq peşə olsa, Bakıda qalmaz bir işsiz adam Necə belə güldürə bilir axı biri belə pessimist olan? Bu versü çörəyə çekib verdi sizə nömrə bir vecsiz adam Hou! Mənim hədəflərim bol Repim səhnələri yorur Vərəqlərdə dolu hər sətir Mənə pul gətirən maaş kartım olur Mənim hədəflərim bol Repim səhnələri yorur Vərəqlərdə dolu hər sətir Mənə pul gətirən maaş kartım olur Maaşla millətin ortaq cəhəti var - heç biri qalxmır Belə də ki, qalxsa belə də guya da ki, nə dəyişər axı? Maaşı deyirəm Nəyin qiyməti qalxır, qalxsın lap qarşı deyiləm Əsas odur işığı yandırmayın rahat yatım Yaxşı ki, bizdə də var Ramil-dən, Mübariz-dən Yoxsa kimin şəklin qoyub "fan page"lər "like" dilənər? Qarşı kim, çıxsa polis əmilər onu tutar izdən Adidas geyinən dilənçi vaxt gələcək Nike dilənər Kim dursa səssiz, ölüb gedər səhvsiz Düz nöqtəni tapıb girən qalib şərtsiz Dolanırıq rəqssiz, ümid yerim tək siz Düşünün ki, bu sistemə qarşı bu gün təksiz Kim dursa səssiz, ölüb gedər səhvsiz Düz nöqtəni tapıb girən qalib şərtsiz Dolanırıq rəqssiz, ümid yerim tək siz Düşünün ki, bu sistemə qarşı bu gün təksiz Hou! Mənim hədəflərim bol Repim səhnələri yorur Vərəqlərdə dolu hər sətir Mənə pul gətirən maaş kartım olur Mənim hədəflərim bol Repim səhnələri yorur Vərəqlərdə dolu hər sətir Mənə pul gətirən maaş kartım olur
  • Qurularkən gələcək mən hələ o vaxt körpə idim! Arzular evciyində gözəgörünməz nəğmə idim! Bir dünya, çirkli məkan və təmiz uşaq qəlbi Yoxluğun qorxusunda yaşayırdım, istək idim! Kələk idim, sənin dilinə qonurdum mən hər görüşdə! İşıq idim, öz gözümdə görünürdüm hər dönüşdə! Gülüş - döyüş səhnəsində təsadüfdür, bunu bilirdim! Amma yenə də gülüşlərin görünür həyat döyüşündə Bircə məktubum – o da ki, çatmamışdı uzaqlara! İsti öpüşüm, son anda qonmamışdı yanaqlara Tənha idim, amma ki, yoxluğun ayrı bir həyat idi! Və bil ki, o həyatda sən... Sən ümidsən! Həyatımdan gedirsən! Ağacıma tək budaqsan! Dərində bir bulaqsan! Səni tapacam mən! Sən yağışsan! Yanağımdan yağırsan! Bəzən arzulara qanadsan! Sən ayrı bir həyatsan! Bir həyatsan... Mənə bir nağıl danış! Mənə bir nağıl danış, həyatımıztək ağır olsun! Mənə bir gülüş ver ki, bütün dünya paxıl olsun! Sən ol mələk, mən əlçatmazlığınla barışım! Sən ol arzu, mən təkcə varlığından danışım! Sən ol xəyanət, mən sənin səbəb olduğun ayrılıq Sən ol günəş, mən səndən yaralı qalan qaranlıq Əlimdə var qələm, amma ki, mən deyiləm rəssam! Odur ki, ol bircə hərf divarda rahat çəkə bilim səni mən! İstəmə heç nə, yaşa, ol mənim ilham pərim! Dəniz dalğaları ilə, qoy rəqs etsin əllərin! Qısqanmıram, bu axı surreal dünya! Bəlkə də nağıldır hər yan və biz yeganə dünya! Sevginin bu qədər mümkün olduğu bir gündə Bircə gülüşün kifayətdir ki, gün tamamlansın! Mənim səndən uzaqda qalacağım günlərdə! Gözlərim uzağı görsün və daim səni axtarsın! Sən ümidsən! Həyatımdan gedirsən! Ağacıma tək budaqsan! Dərində bir bulaqsan! Səni tapacam mən! Sən yağışsan! Yanağımdan yağırsan! Bəzən arzulara qanadsan! Sən ayrı bir həyatsan! Bir həyatsan... Sən ümidsən! Həyatımdan gedirsən! Ağacıma tək budaqsan! Dərində bir bulaqsan! Səni tapacam mən! Sən yağışsan! Yanağımdan yağırsan! Bəzən arzulara qanadsan! Sən ayrı bir həyatsan! Bir həyatsan...
  • Doğulmaq yadımızdan çıxardığımız ilk addımdır Necə ki, qalmır yadda ilk öpüş, ilk laylalar Bir gün qabaq yox idin, bu gün isə həyatın var Heyif, olmur qoymaq şərt doğulacam, olsa qayğılar Axmamış yaş qədər təmiz qucaqda böyümək hissi Adam qayıdıb keçmişə, yenidən böyümək istəyir Biz axı göylərin sevən qəlblərə hədiyyəsi idik Onların yerinə bütün xoşbəxtliklərə “hə” deyəsi idik Zaman heç nəyi gizlətmir, zaman heç nəyi sağaltmır Zaman göstərir sən demə xoşbəxtlik biz olsaq artmır Biz bəzən şəfəqləri bitişdirib edirik parıltı Bəzənsə parçalanan qaya arasında son qırıntı Gözünü yum, qorxma bir azdan bitəcək səslər Küsmə taleyindən o heç nəyi etmir qəsdən Azalacaq səslər, azalacaq səslər Valideyn sayı azaldıqca azalacaq səslər, hey Niyə çıxdıq yola biz? Dəli olub bu dəniz Bir adadır sevgimiz Hər yanı xatirədir Niyə çıxdıq yola biz? Dəli olub bu dəniz Bir adadır sevgimiz Hər yanı xatirədir Valideyn davaları dəriyə hopmuş yaralar kimidir Ağrılar qalsa da keçmişdə, nəticə göz önündədir Bu günü ən uzaq vaxtlardan, yapışacaq ayaqlardan Bu sevgili deyil ki, dərd verəndə deyəsən səhv özündədir Seçim olmur heç kimdə, kimsə doğulur çirk içində Kimsə nazir ailəsində, var-dövlət, mülk içində Kimsə son anda abort etməyən tək anayla Kimsə sevgi ocağında, həyatı bənzəyir bəlkə nağıla Analar var - qalıb baş-başa yadigar başdaşıyla Ömründən kəsib böyütdüyü övlad əvəz olunub başdaşıyla Uşaqlar var - valideyn əvəzi böyüyüb qardaşıyla Doğmalaşıb artıq soyuq küçədəki hər daşıyla Gecədən qalma yaşı ilə səhər məktəbə getmək Çətin idi özgələrdən qayğı tələb etmək Çətin idi xoşbəxtlərin arasında qarışıb azmaq Çətin idi "Mənim ailəm" mövzusunda inşa yazmaq, hey Niyə çıxdıq yola biz? Dəli olub bu dəniz Bir adadır sevgimiz Hər yanı xatirədir Niyə çıxdıq yola biz? Dəli olub bu dəniz Bir adadır sevgimiz Hər yanı xatirədir Niyə çıxdıq yola biz? Dəli olub bu dəniz Bir adadır sevgimiz Hər yanı xatirədir Niyə çıxdıq yola biz? Dəli olub bu dəniz Bir adadır sevgimiz Hər yanı xatirədir Gözümü bağlayıb dinlədim o səsləri Dizimi qucaqlayıb dinlədim o səsləri Yastıqlar gizlədəndə o səsləri Gözümü bağlayıb dinlədim o səsləri Dizimi qucaqlayıb dinlədim o səsləri Yastıqlar gizlədəndə o səsləri Qalanı xatirədir Gözümü bağlayıb dinlədim o səsləri Dizimi qucaqlayıb dinlədim o səsləri Yastıqlar gizlədəndə o səsləri Qalanı xatirədir İçimdən səs gəlir
  • Mənim bir şəhərim var Yaşıllıqları kimi yaxşılıqları süni Mərməri kimi insanları sürüşkəndir Mənim bir şəhərim var Küçədəki itlər burada səni Dar gündə qoyub getməz Necə bunu edir dostlar?! Mənim bir şəhərim var Baxışı qışdan soyuq Bəzəklərini bir günə Qabıqtək yağışlar soyur Yaxınlar səni ləkələyir Qohumlar yalan yaxır Qonşular qiybət edir Adını içdən danışmaq qoyub Mənim bir şəhərim var Sən öldükcə sənin ömrün uzanır Adını tarix edir sağkən üzünə baxmayanlar belə Mələk üzlü qızlar varlı şeytanla yatağa uzanır İrəli gedir burada bircə addım atmayanlar belə Mənim bir şəhərim var ki Dənizində canlar gizli Varlılar yalan danışır çox vaxt Ən kasıblar düz deyir Və hər kəs susub batan gəmini həyəcanla izləyir Bu şəhər satıb ruhunu Azərbaycandan gizli Doğulur hər gün yenə Dünən ölüb gedən ümidlərim Qayıdar ruhu bu şəhərin Yeni-yeni səhvlər olmasa Boğulur dalğalar içində Sevgilər yenə dərindədir Şirin yuxularında şəhərin Hamı olacaq yaxşı insan Biz yaxşı insanlarıq Ayda bir dəfə dilənçiyə pul verdiyimiz üçün Düzgünlük haqqında sətirlər əzbər bildiyimiz üçün Alnımız açıq, təmiz, biz yaxşı insanlarıq Sosial şəbəkələrdə vətəni sevdiyimiz üçün Yaxşılıq eləyirik xəstələrin şəklin paylaşmaqla Sevgilimiz atıb gedəndə dalca danışmaqla Biz yaxşı insanlarıq... bizləri yaxşı edən Unutqan olub, unutqanlığımızla barışmaqdır Şəhidlər Xiyabanına ildə bir dəfə getsək belə Yanından hər keçəndə musiqini azaltdığımız üçün Biz yaxşı insanlarıq... bizi incitsələr belə Biz heç kimi incitmirik vuruşaraq azadlığımız üçün Biz yaxşı insanlarıq Valideynləri sevdiyimiz üçün Onları qocalanda çox vaxt atıb getsək belə Biz yaxşı insanlarıq Ədaləti sevdiyimiz üçün Bərpası lazım olanda susub yatsaq belə Doğulur hər gün yenə Dünən ölüb gedən ümidlərim Qayıdar ruhu bu şəhərin Yeni-yeni səhvlər olmasa Boğulur dalğalar içində Sevgilər yenə dərindədir Şirin yuxularında şəhərin Hamı olacaq yaxşı insan