Oyanır hamıdan tez, baxır pəncərədən
Günəş rəngli saçlar, yaşıl göz, incə bədən
Bir azdan oyanacaq həyatdə ən vacib insanlar
Soruşacaqlar ki, hara baxırsan pəncərədən
Səhər yeməyi hazır, qaynar çay əlini yandırsa da
Səsini çıxara bilməz, çünki o fədakardır
Evin bütün yükünü kişilərin yerinə qaldırsa da
Kompliment eşitmir, şirin sözə qulağı kardır
Telefon əlindən alınıb, artıq iki ildən çoxdur
Sinif yoldaşına zəng etməkdə günahkardır
Münasibət qurmaqdan söhbət belə gedə bilməz
Ailəyə ləkə yaxılsa, o tək səbəbkardır
Darıxmır ötən illər üçün, çünki elə həmişə beləydi
Düşünür - qəribədir bu tale, hər şey kələkdir
Kaş ki, gülüşə döndərdi axıtdığı hər göz yaşı
Halbuki sevgiyə layiqdir yaraşıqlı gözü, qaşı
Xeyir və şər məclislərinə bər-bəzəkli
O uşaqlıqdan bilir artıq nə düz, nə əyri
Təhsil ikinci plandadır əsas ev işləridir
Gələcək həyat yoldaşına indidən öyrəşməlidir
Küçəyə tək başına çıxmaq olmaz, nə işin var çöldə?!
Tanımadığın insanlara qarşı olsun sərt çöhrə
Dinləmək olar ancaq muğam, bir də xalq mahnıların
Valideyn tərəfindən təyin olur arzuların
Bugün-sabah nişan, dəyişəcək ancaq ünvan
Dəyişəcək divarlar, amma həyat hələ zindan
Olmazmı ki, bu otaqdan onun da nazı qalsın?
Əsas o deyil, əsas evin kişisi razı qalsın
Əsas - qohumlar desin ki, o yaxşı qızdır
Əsas - bu cəmiyyət desin ki, o yaxşı qızdır
Axı o insan deyil, sadəcə kiminsə namusu
Ölüb yenidən oğlan doğulmaqdır tək arzusu
Əllərimi burax, ondansa ürəyimdən yapış
Gəl biz bir quş olub uçaq, qanadımıza şaxta qonmamış
Bir qurtum su, həyatın dadı
Bitməsin deyə son günə saxla
Mən artıq doydum, bu sevgi odu
Sönməsin deyə küləyi saxla
Damcılar... sevgin kimi tez-tez gedir
Amma ki, iz qoyur
Dalğalar... rəqsin kimi
Səliqəsiz sahilə briz qoyur
Sadəlövh ümiddin
Əlində yenə danışılmış nağıllar
Sən qəlbimi tərk etsən də
Tərk etməz tanış olmuş ağrılar
Biz həyatı sevmək istəsək də
Cənnəti görmək istəsək də
Ölmədən getmək istəsək də
Buraxmaz günahlar bizi
Əllərimi burax, ondansa ürəyimdən yapış
Gəl biz bir quş olub uçaq, qanadımıza şaxta qonmamış
Əllərimi burax, ondansa ürəyimdən yapış
Gəl biz bir quş olub uçaq, qanadımıza şaxta qonmamış
Yenə durğun günlər kimi
Tək-tənha güllər kimi
Tez bitir, tez solur, amma qəlbimdə
İz qoyurdu ötən illər kimi
Bəzən bir fikir kimi
Beyində dünən olub, amma bu gün yox
Son ümid olan günəş kimi
Üfüqdə sabah çıxar, amma bu gün yox
Talehin artıq kobud olub əlləri
Daşlamaqdan həyatımın günlərin
İçindəyəm qara-qura vərəqlərin
Sevməməkdə məni yox səbəblərin
Günah məndəmi bitmirsə dərdlərin?
Üzülmə çıxanda boşa sevgi cəhdlərin
Bütün bu səhvlərin çevrilər düzə
Çıxanda ürəyinin içindəki üzə
Əllərimi burax, ondansa ürəyimdən yapış
Gəl biz bir quş olub uçaq, qanadımıza şaxta qonmamış
Əllərimi burax, ondansa ürəyimdən yapış
Gəl biz bir quş olub uçaq, qanadımıza şaxta qonmamış
Əllərimi burax, ondansa ürəyimdən yapış
Gəl biz bir quş olub uçaq, qanadımıza şaxta qonmamış
2003-cü ilin dekabrı - tanışlıq vaxtları
Gözlərimiz bir-birimizdə tanışlıq axtarır
Bir az cəsarətsizlik, yəqin bir az uşaqlıq
İlk gündə sadəcə baxışlarla özümü saxladım
Göndərdim məktub, cavab gələrmi görəsən?
Düşünürdüm necə yazım ki, dərhal sevəsən
Amma o vaxt indikitək dolğun yazmırdım heç
Yazıq sən nə biləydin ki, böyüyüb olacam bivec
Uşaqlıq, şirin günlər, beləcə keçir illər
Ən xırda dava-dalaşlarda hər şeyi bəzəyirdilər
Bayramları gözləmək və hədiyyələr toplusu
Hər dəfə gecikəndə sən, səni itirmək qorxusu
İlk sevgi etirafı... Yadımda dünənkitək
Cavabı gec verdin, yəqin dözər deyirdin
Bilsəydim necə sənlə dayanardım həminkitək
Həm də ki, o vaxt bulvar bu cür gözəl deyildi
Yenə sən getdin
Yenə tək qaldım
Sənə olan sevgimdən bu gün son
Mahnını yazdım
Yenə sən getdin
Yenə tək qaldım
Sənə olan sevgimdən bu gün son
Mahnını yazdım
Səni sevərdim əbədi ölüm olmasaydı
Amma əbədilik xoşbəxtliyə vermir zəmanət
Dünyanı tanımazdım doğum günüm olmasaydı
Həyatın bəxş etdiyi hər saniyə mənə əmanət
Noyabr, 2006 - ömürlük yadda qaldı
Həyatı dərk etmək bəhanəsi ilə edilən səhv
Uzaqlaşdıq bir-birimizdən, əriyən aysberq tək
Sonra barışanda ayrılmamağa verirdi vəd
İçimdə o dövrdə yaradıcılıq yarandı
Dostlarla yığışmaq, ev, rep, H.O.S.T yarandı
Problem yaranırdı, səbəb buna pis baxmağın
Yadımda YUG-da əlimdən tutub səhnəyə çıxmağın
"Bir HOSTçunun həyatı"nda bəzi sözlər sənə tanış
2009, fevral, 21-i, soyuq qış
Hamı yeni mahnı eşqi ilə sakit dinləyəndə
Mən uzaqdan sezdim, göz yaşı ilə gəldi alqış
Yenə sən getdin
Yenə tək qaldım
Sənə olan sevgimdən bu gün son
Mahnını yazdım
Yеnə sən getdin
Yenə tək qaldım
Sənə olan sevgimdən bu gün son
Mahnını yazdım
Çoxu bilmir "track"lərimin hansı sənə aiddir
Nə də ki, bilmirdilər AiD o vaxt kimə aiddir
Hərdən bağışlamıram sənə o addımını
Tulladığın məktublar uşaqlığımıza aiddir
Vaxt kеçdikcə münasibətlər ciddiləşdi
Mentalitet araya girdi, hər şey sadələşdi
Amma səni həm də buna görə çox sevirdim ki
Mənalı şeyləri mənasızdan ayırırdın
2010-a birgə girdik, o sevgi dolu səhərlə
Yadıma düşdükcə içim dolur qəhərlə
Niyə axı hər saniyəmiz keçmirdi bizim o cür
Niyə axı böyüdükcə mən, dilim dolur zəhərlə?!
Layiqli soyuqluğunu gizlətdi mərhəmətin
Düşündüm, ayrı qalsaq artar məhəbbətin
Amma ki, səni uzağa aparan o təyyarə
Yəqin ki, əsas səbəbkarı indiki söhbətin
Bəlkə bu ritualdır - ayrılıqdan yazmaq
Axı çox insan bu cür mahnılarla nəfəs alır
Gözünün yaşını sil, istəmirəm kefini pozmaq
Yaşamaq üçün çox adam gülüşlərindən həvəs alır
Sevgi okeanında artıq sən adlı gəmim yox
Bil ki, sevgim olar xatirə, qəmim yox
Çətin yox, çox sadədir sonu bu əsərin
Sadəcə bir qız atdı bir əsgəri
Yüz faiz hit, yoxsa yüz faiz halal?
Bu yeni bir marketinqdir, yaradıb artistlər üzdə olan
Əsas sarayımız olub sirk, Yaşıl Teatr - restoran
Pop olub qırmızı işıqlarla dolu küçə biz dalan
Fəxr ediləsi bişey bizdə olan?
Kim orda səs salan?
Birinci kanal qərbi yenə də səhv çıxarır, vəssəlam
Nə qədər evini səhv salan, küçə-bacada açıb ağız
Var əlini itirib əlil qalan, var mənəviyyatı şikəst olan
"Maaşım azdır, müdür, yaxşı dolana bilmirəm" - dedim
Gülümsədi və gözümün içinə baxıb dedi – "pis dolan"
Hah! Dedim müdir gəl sən ol Himalay
Mən də dırmaşaraq üstüvə peşəkar alpinist olam
Bəlkə köçüm Kingston-a?
Ora əbədi bir iz salam
Qıza söz atmaq peşə olsa, Bakıda qalmaz bir işsiz adam
Necə belə güldürə bilir axı biri belə pessimist olan?
Bu versü çörəyə çekib verdi sizə nömrə bir vecsiz adam
Hou! Mənim hədəflərim bol
Repim səhnələri yorur
Vərəqlərdə dolu hər sətir
Mənə pul gətirən maaş kartım olur
Mənim hədəflərim bol
Repim səhnələri yorur
Vərəqlərdə dolu hər sətir
Mənə pul gətirən maaş kartım olur
Maaşla millətin ortaq cəhəti var - heç biri qalxmır
Belə də ki, qalxsa belə də guya da ki, nə dəyişər axı?
Maaşı deyirəm
Nəyin qiyməti qalxır, qalxsın lap qarşı deyiləm
Əsas odur işığı yandırmayın rahat yatım
Yaxşı ki, bizdə də var Ramil-dən, Mübariz-dən
Yoxsa kimin şəklin qoyub "fan page"lər "like" dilənər?
Qarşı kim, çıxsa polis əmilər onu tutar izdən
Adidas geyinən dilənçi vaxt gələcək Nike dilənər
Kim dursa səssiz, ölüb gedər səhvsiz
Düz nöqtəni tapıb girən qalib şərtsiz
Dolanırıq rəqssiz, ümid yerim tək siz
Düşünün ki, bu sistemə qarşı bu gün təksiz
Kim dursa səssiz, ölüb gedər səhvsiz
Düz nöqtəni tapıb girən qalib şərtsiz
Dolanırıq rəqssiz, ümid yerim tək siz
Düşünün ki, bu sistemə qarşı bu gün təksiz
Hou! Mənim hədəflərim bol
Repim səhnələri yorur
Vərəqlərdə dolu hər sətir
Mənə pul gətirən maaş kartım olur
Mənim hədəflərim bol
Repim səhnələri yorur
Vərəqlərdə dolu hər sətir
Mənə pul gətirən maaş kartım olur
İlk baxışlardan artıq illər keçir
Fərqi yoxdur kimsən sən, fərqi yox nəçi
Kimlər özünə əyləncə, kimlər həyat seçir
Kənardan parlaq görünür, amma boşdur içi
Arada ömür fərqi, bir neçə yaş fərqi
Bir neçə dəqiqə keçdi, vurdu qəlb zəngi
Oldu qəlb zəngin sevgiylə dolub daşan
Əzab versə də sonradan başlanğıcı unudasan
Əl-ələ verib gəzdilər dünyanı kiçildərək
Bəzən qaçıb gizlənərək, bəzən əylənərək
Ya sevgi almışdı ağlı, ya yox idi əvvəldən
Bu eşqi yaşayırdı hər hüceyrəsiylə bədən
Onların hekayəsi macərayla dolu hər gün
Soyuda bilmirdi nə payız, nə də qış qəlbi
Dəyişdi hər şey eşidiləndə bir gün
"Sabahın xeyir, Nil, dünyaya xoş gəldin"
Sən günəşdən saçlarınla gizlə məni
Ölümə getsən də səslə məni
Unudacaqsansa sevmə məni
Qoy tək qalım əbədi
Sən günəşdən saçlarınla gizlə məni
Ölümə getsən də səslə məni
Unudacaqsansa sevmə məni
Qoy tək qalım əbədi
Sabahın xeyir, Nil, soyuq səhərlər geridə
Bu bahar daha isti, bu bahar tək deyilsən artıq
Yaşananlar sadəcə xatirə
Bir neçə səhv addım və dəydi arzular yerə
Ayırır böyük şəhərləri kiçik vaqonlar
Ayırır böyük sevgiləri bəzən poqonlar
Birgə qurulan ev tək qorunmaz heç vaxt
O elə bilirdi qəlb sevgidən yorulmaz heç vaxt
Yadında hava limanı, yadında qandallar
Göz yaşı ilə oxuduğu məktubları yandırmaq
Dünyaya qarşı çıxmaq saf hisslərdən ötrü
Gözləriylə qəhrəmanın təslim olmağın gördü
O bilir tərk edən bəzən ən çox sevdiklərindir
Bu həyat qapını vaxtında çırpıb gedə bilənindir
Çətin sağalda mahnılar yaralar çox dərin
Dünya artıq onların deyil, dünya təkcə Nilindir
Sən günəşdən saçlarınla gizlə məni
Ölümə getsən də səslə məni
Unudacaqsansa sevmə məni
Qoy tək qalım əbədi
Sən günəşdən saçlarınla gizlə məni
Ölümə getsən də səslə məni
Unudacaqsansa sevmə məni
Qoy tək qalım əbədi
Sən günəşdən saçlarınla gizlə məni
Ölümə getsən də səslə məni
Unudacaqsansa sevmə məni
Qoy tək qalım əbədi
Sən günəşdən saçlarınla gizlə məni
Ölümə getsən də səslə məni
Unudacaqsansa sevmə məni
Qoy tək qalım əbədi
Sən günəşdən
Gizlə məni, gizlə məni
Səslə məni
Sevmə məni
Sən günəşdən
Gizlə məni, gizlə məni
Səslə məni, səslə məni
Sevmə məni, sevmə məni