Татарский переводчик Узбекские песни

Песня «Satılmış Səhnələr»
исполнителя Orkhan Zeynalli.
Скачать или слушать онлайн

Текст песни:

Satılmış səhnələrdə qeyrətdən oxumaq kimidir
Yalançı olmaq, atadan xəbərsiz doğulmaq kimidir
Nə qədər olar həssas damarlardan asılı qalmaq?!
Nə qədər olar ümid vermək adıyla mahnı yazmaq?!
Nə qədər olar həyatdan danışmaq sən ölmüsənsə?!
Səhnənin sənə bəxşi – çürümüş irsə dönmüsənsə
Səhər sevgidən yazıb, gecələr qəlb qırmaq
Nə qədər olar çiyinləri tapdalamaqla ayaqda durmaq?!
Xalqın gözünə baxıb oxumaq, cibini düşünüb yazmaq
İsti alqışlar içdə buz qəlbdən üşüyüb azmaq
Xəyanət yatağında doğulanda səmimi sevgi mahnısı
Kimsə də xəyanətə dözməyib istəyir özünü asmaq
Yalan dediklərinin qabağında bacarsan düz dur
Həyat verir, alır, elədiklərin qayıdır bu düstur
Səhnələr satılıb artıq, qələmə kağıza yox ehtiyac
Artıq hisslər də mahnılardan çoxdan edib merac
Dəyişdikcə illərlə, bütün sevgilər də
Qalır duyğularımız sözlərdə
Danışdıqca hisslərlə, susursa gözlər də
Qalır mahnılar ancaq dillərdə
Keçir zaman, ölür dəyər, tək ümid mahnılara
Bu düz, ya səhv eləmir fərq, dərmansa ağrılara
Zamanın nəbzi əlimdə, döyünür bərk qələmimdə
Ölüb, ya sağ - eləmir fərq, dayaqsa duyğulara
Mən niyə yaxşı olum, əgər indiki insanlar
Tapırsa ehtiras, itəndə sevgi yataqlarda?
Və bədənlər birləşdikcə unudulursa hisslər
Niyə hisslərim saf olsun qələmlə qovuşduqca?
Tapırsa cənnəti mələklər varlı axmaqlarda
Niyə cəngavərlər axtarsın bəxti ağ paltarda?
Bir dost üçün göz yaşı tökmək saf vaxtlarda
İndi isə dost vitrində, satırıq antraktlarda
Yadelli torpaqlarda, xoşbəxt sayılmaq orda
Nə vaxtsa, amma göz yaşı ilə oxumaq himni xorda
Yaxşı olub, niyə pisə çevrilirik axırlarda?
Görəsən, peşamandırmı yaradan yuxarılarda?
Bunları dərk etdim illərlə, mən də bezib susdum
Kağızdakı bütün saf hissləri bir günə pozdum
Yaraşmır qələmə səmimiyyət insanda yoxsa əgər
Vicdanı söndürdüm, görüm ömrüm nə qədər çəkər?!
Dəyişdikcə illərlə, bütün sevgilər də
Qalır duyğularımız sözlərdə
Danışdıqca hisslərlə, susursa gözlər də
Qalır mahnılar ancaq dillərdə
Dəyişdikcə illərlə, bütün sevgilər də
Qalır duyğularımız sözlərdə
Danışdıqca hisslərlə, susursa gözlər də
Qalır mahnılar ancaq dillərdə

Другие песни исполнителя:

  • Əziz atam və anam, sağ olun ki, böyütdünüz məni Mən ola bilərdim indi küçədə dilənənlərdən biri Döşəməsi soyuq mərmərdən yığılan kobud şəhərdə Deyiləm sevinənlərdən ki, növbəti gün oyanıb diri Mənim uşaqlığım keçdi də müharibə illərində Həyətdə oynayanda valideynlər çörək növbələrində Susuz günlər çevrilirdi su daşıma əyləncəsinə Ala biləcəyim hər dərdə göstərdiniz hamıdan öncə sinə Əziz atam və anam, siz bəzən dalaşırdınız Gözümü yumub, qorxub istəyirdim evdən qaçmaq Siz mənə bilmədən bəlkə də göstərdiniz həyatın üzün Mən hələ də bilmirəm nədir spirtli içkinin qapağını açmaq "Böyüyüb soyuq biri olacam" - deyib bərk qucaqlamaq Uşaqlığa qayıtmaq bir neçə dəqiqəlik heç olmasa Həyatda qırdığın qəlbləri geri qaytarmaq ki, sonra Başdaşını qucaqlayıb "Bağışla" demək gec olmasın Əziz atam və anam, sizə deyiləcək sözüm çox Mənim uşaqlıqda az olub oyuncağım, amma gözüm tox Çətin vəziyyətlərdə düzgün addım atmağı öyrətdiniz Mənə görə təvəllüd göstərmir insanın böyüklüyünü İçimə qapandım illərlə, azaldı səsim, küyüm Alışıb yansam, bu torpağa istəmərəm tökülsün külüm Məni isidərsən, gülüm, mahnılar olmayanda Bu şəhər yaman boş görünür insanlıq olmayandan Əziz atam və anam, siz günahkar deyilsiniz Bir dənə çirkli yağışa görə buludlar ola bilməz cavabdeh Bir qurtum su istəyəndə bir okean verirsiniz Dilənçi yaxşı görər sevgi hərdən isitməz, əzab verir Həqiqət qorumaqdırsa ailəni, vətəni, evi Gənclik vəfasız quş kimi əylənib, tükənib gedir Qalır təkcə insanlıq qışda sadiq sərçətək O heç vaxt uçmayacaq, gəl bir ömürlük mərc edək
  • Sürücü gözündə üstündə 20 yazılı bir qəpik Rəqibimiz gözündə adi yaxşı, ya da ki pis təpik Müəllimin gözündə parta arxasında bir obyekt Jurnalist gözündə sual-cavab adi bir anket Bankirin gözündə kredit, bir illik, on illik Sığorta işçiləri gözündə pul əvəzində əminlik Dərinlik neft çıxartma institutunda bir buruq Biz kimik, kiminçün üstündən keçiləsi bir yoluq Biz kimik ki, əbədi gözəlliklər içdə bir ləkə Üstünük biz elə düşünürük, o dur ki, nəfsimiz yekə Bəxtimiz, ümidimiz bağlı daim bir tükə Qoşulmuşuq kainatda insan adlı bir yükə Adamyeyən yığımı sanki bütün şəhər, bütün ölkə Onların gözündə düzdür, bizdə yağlı bir tikə Görən varmı təhlükə? Gecikməmiş tez qaçsaq İnsan deyilik mövzusunda söhbəti biz açsaq Yüz sədd var yollarımda Düz, səhv var mənim ağlımda Ayaqlarımda hələ güc var Zirvəyə tərəf sürünməyə yetər Yüz sədd var yollarımda Düz, səhv var mənim ağlımda Ayaqlarımda hələ güc var Zirvəyə tərəf sürünməyə yetər Yenə də mən dilimin ucuna sözümü düzürəm Yüzünün üzünə deyirəm İstər əbədi, istər ani fikirlərdə mən tək üzürəm Bir əlimdə əlcəyimlə, o biri əldə mikrafonla Həyatım adlı marafonda, heç bir taxta həris olmuram Qayıdaq söhbətə, biz kimin gözündə nə yerdəyik? Bəzi valideynlər gözündə iş birliyinə vasitəyik Sənin qızın, mənim oğlum, göbək kəsdi, verdi, getdi Elə bil ki, insan deyil, personajdı - Sega, Dendy Ağıl deyil başda fendir, qızların çoxu manikendir İnstituta gedir evlənməkçün, sino gedir sülənməkçün Qeyrət hissi dirilib indi, təklənib və döyülüb indi Siqaret boyda düdüklər də siqaret çəkib böyüyüb indi Görünüb indi, nəhayət qollarımda qanadlar Yerəmi endi fəlakət adlı gəlmə qonaqlar? Kanallar, qoy bu söhbəti çəkməsin! İnsan deyilik mövzusun efirə verməsin! Yüz sədd var yollarımda Düz, səhv var mənim ağlımda Ayaqlarımda hələ güc var Zirvəyə tərəf sürünməyə yetər Yüz sədd var yollarımda Düz, səhv var mənim ağlımda Ayaqlarımda hələ güc var Zirvəyə tərəf sürünməyə yetər Yüz sədd var yollarımda Düz, səhv var mənim ağlımda Ayaqlarımda hələ güc var Zirvəyə tərəf sürünməyə yetər Yüz sədd var yollarımda Düz, səhv var mənim ağlımda Ayaqlarımda hələ güc var Zirvəyə tərəf sürünməyə yetər
  • Sən mənim dörd fəslimsən Sən olmadan həyat keçmir, bil! Bu qədər millətlər, hərənin öz dili Mənim sənə hisslərimi ifadə etməz heç bir dil Sus... Qoy bir az yarpaqlar danışsın Sevgidən şeirlər yox, qoy otaqlar danışsın Nə qədər saf toxunuşa şahid olmuş Sevgini üşüməkdən qoruyan isti yataqlar danışsın Sənlə döyünmək varkən ürək olub, dönmək sanki Dirəyimə böyümək sarılıb, kimə elə bir örnək sayılır ki?! Baxıb görünək insan kimi, inamım köynək sanki Ləkələr görünər sap kimi, ya da şəffaf, insan kimi Sonda dönsək saf geri bu evdə bizi nə gözləyir? Sevincimizə baxıb qəhər kədərin üzünə -"Döz deyir" Əl-ələ tutanda torpaq olur səma, dərələr isə bulud Mən səni unudaram bir sabah görünərsə qürub Tapsan dərində Nə qədər üzüb getsən də hissləri Son sözlərində desə Nə fayda? Qəlb sevgi istəmir Tapsan dərində Bir gün üzüb getsən bu hissləri Son sözdən əvvəl Diqqətlə bax, axı gözləri gizləmir Sən mənim cüt gözümsən Sən olmadan yerimək çox çətin, bil! Bu qədər göz yaşları isladır izləri Mənim yağışlarımı səndən gizlədib çox çətir Bil ki, sən mənim nəfəsimsən Gec gəldikcə qaralır dünya və azalıram mən Sənlə yaşadığım hər saniyə ömürdən getsə belə Dayanacağı olan həyatda sonsuzluğu qazanıram mən Sən axan qanımsan, olmasan özümü hiss etmirəm Həqiqətə yaxın yalansan, nağıldayam, gizlətmirəm Buralarda düz hər tərəf, çünki güzgülər yox Çəkinmədən gəl dünyama, rahat ol, özgələr yox Önümdə səs gələn yol, işıqlar yalançı olur Sən ən çox sevilən biri ol, mən isə davamçın olum Məişət torunda şikara çevrilmiş sevgidə Xoşbəxtlik yalansa əgər, qoy mən əbədi yalançın olum Tapsan dərində Nə qədər üzüb getsən də hissləri Son sözlərində desə Nə fayda? Qəlb sevgi istəmir Tapsan dərində Bir gün üzüb getsən bu hissləri Son sözdən əvvəl Diqqətlə bax, axı gözləri gizləmir Tapsan dərində Nə qədər üzüb getsən də hissləri Son sözlərində desə Nə fayda? Qəlb sevgi istəmir Tapsan dərində Bir gün üzüb getsən bu hissləri Son sözdən əvvəl Diqqətlə bax, axı gözləri gizləmir
  • Rap diggin corpse up When no hands up Stop cheatin rap scope better just slap Doubt suggest zap people just draft Makes no mistake AiD gonna redraft Qaqaşlar var tək dərdi "priçoska" Elə rola girir qanə etməz heç "oskar" Məmləkətin taleyin çəkic asta Həll edəcək, dəyəcək, bitəcək show Nə qədər pis həyatdan danışan var Uğurun artanda deyir – "tanışın var" Bahalı maşınlar küçələr tıxac Kimilər çox tox, amma çoxu çox ac Tikə-tikə çökdürəcəklər Bakını Meşələri söküb əkəcəklər kaktus Bəlkə kəndə döndərəcəklər Bakını Küçələri gəz, sifətlərə bax qus UUAA nəqarətim başladı Gəl indi bura uyğun söz seç Burda trekə qarətim başladı Dərdim və qorxum belə tez keçir UUAA birazdan "verse" başlayır Əsas bu yeri necəsə tez keç Bu "beat" məni isti qarşıladı Mən susuram sözü özü düz seçir Mənim stilim belədir futbolda "hat trick" Repdə "hit track" Hərədə bir dənə rəqib varsa, məndə rəqib cüt dirək Bu bəlkə də tək fərq Nə qədər təqib edə bilər o qədər puldur "Guide"I çək dərd, öndə gedəni çək, dər Evində çörək yoxdur, amma gözləyir iphone 6 Borc içdə yatır, az qala damında var F16 Bu qədər sətiraltı, bax islatmasın altı Hələ kef qabaqdadır "kalonka"nın səsini artır Yaxşıki yad edə bilirik öləni yazaraq -"rest in peace" Arada qəsdən biz oluruq filankəsdən pis Dostları testdən biz keçirsək neçəsi qalar? Gedənin ləkəsi qalar, eləsin gecəsi baha Sevənlər dəstək verir, nifrət edən baxış sayı Nə gizlədim, bu barmaqlar əl çirkini yaxşı sayır Nə qədər var imkan vaxt itirməyin qarğışlayın - Alo, salam, Orxanı olar? Səhv düşmüsüz - Bağışlayın UUAA nəqarətim başladı Gəl indi bura uyğun söz seç Burda trekə qarətim başladı Dərdim və qorxum belə tez keçir UUAA birazdan "verse" başlayır Əsas bu yeri necəsə tez keç Bu "beat" məni isti qarşıladı Mən susuram sözü özü düz seçir Mənə bil repdən daha dəyərlidir futbol (goal) Mənə güc verə bilər Anfield Ya da Camp nou Bağıra bilər adımı danspol Mənim ən son arzum - dönsün geri Fergusson Ehsan verəcəm olaraq özüm 7 nömrə formasında garson Xiyarlar artıb o qədər Bilmək olmur şəhərdir bu, ya bostan Neçə reperin iç üzünə baxsan Çıxar ordan bəlkə məstan Yetişən nəslin görəsən neçəsi gedər "peredoz"dan? Var da müğənnilər bugün səsi seçilmir paravozdan Konsert vaxtı damarlarım sübutdur canlı çıxışa "Dance" et vaxtdır, bugün AiD burdadır Həyəcanlı çox uşaq Nə bilim, bir də bu tip rep məndən tələb edib dəb Qədrim bilə bitib təb, endim sənə tərəf gəlib Sən dözəsən gərək rep elə asan deyil İzimə düşənin neçəsi yolda qaldı Əsl şair hər sözə qafiyə tapan deyil Əsl şair hər ürəyə yol tapandır UUAA nəqarətim başladı Gəl indi bura uyğun söz seç Burda trekə qarətim başladı Dərdim və qorxum belə tez keçir UUAA birazdan "verse" başlayır Əsas bu yeri necəsə tez keç Bu "beat" məni isti qarşıladı Mən susuram sözü özü düz seçir
  • Çox ağladı gözlərim Buz bağladı əllərim Bu şəhərin yalanlarında Eşidilmədi sözlərim Çox ağladı gözlərim Buz bağladı əllərim Bu şəhərin yalanlarında Eşidilmədi sözlərim Yaşamağa həvəs yoxdur, həyat əzbər bildiyim film Sonda soruşsalar ki, necə yaşadın? Bilmirəm nə deyim Həyat testlə tərs, daha pis Bir səhv, dörd düz aparır Hər bir yalan insandan daha neçə üz aparır? Kim gündüz darıxır, qaranlıq həsrətində Üzündə nur yaranır sevgiyə nifrətində Nə vaxtsa uçanda düşündüm ki, qanadım olarsan Mən indi səmadayam Amma yıxılıram Bəlkə də saraydayam Amma sıxılıram Bu dünya hələ də nəsə demək istəyir Amma anlamıram Getmək çox çətindir camaata əks tərzdə Amma yenə də heç bir ümidi kiməsə bağlamıram Bitir ot daş üstündə, bu əzmin nümunəsi Quruyub yaş gözündə, bu dərdin büruzəsi Açılar bəşəri sirlər hamıya, şübhəm yox Bəlkə də nəvaxtsa Amma bu gün yox Çox ağladı gözlərim Buz bağladı əllərim Bu şəhərin yalanlarında Eşidilmədi sözlərim Çox ağladı gözlərim Buz bağladı əllərim Bu şəhərin yalanlarında Eşidilmədi sözlərim Həyatdan alınan yaraları sağaltmaqdır indi tək maraq Qisas hissi ürəyi bürüyür sevgini aldadaraq Kim bilir kimin içini Dostunun dünyasını Həyat gedir, günləri zaman odunda yandıraraq Başımızı qaldıraraq istəyirik kömək göydən Çünki uzaqdayıq özümüz öz ürəyimizdən Bir qədəh iki əldə, ciddi səbəb durub öndə Dərdləri unutmaqçün, gedirik özümüzdən Bəlkə də yalan deyil dünya Sadəcə hərənin öz həqiqəti Kiminsə doğrusuyla kimsə razı deyil qəti Şəkər və duz gətir Bəlkə onunla dəyişdik həyatın ləzzətini Kiminsə iç üzünü aç, artırıb şöhrətini Ya da ki, al əlindən bütün var-dövlətini Danışacaq susanlar da bir gün, şübhəm yox (Şübhəm yox...) Bəlkə də nə vaxtsa Amma bu gün yox Çox ağladı gözlərim Buz bağladı əllərim Bu şəhərin yalanlarında Eşidilmədi sözlərim Çox ağladı gözlərim Buz bağladı əllərim Bu şəhərin yalanlarında Eşidilmədi sözlərim Çox ağladı gözlərim Buz bağladı əllərim Bu şəhərin yalanlarında Eşidilmədi sözlərim Çox ağladı gözlərim Buz bağladı əllərim Bu şəhərin yalanlarında Eşidilmədi sözlərim