Татарский переводчик Узбекские песни

Песня «Çağırdım»
исполнителя Orkhan Zeynalli.
Скачать или слушать онлайн

Текст песни:

Hər keçən günün sonunda eyni səhərlərdən bəhs edəndə
Süni günlər solğun üzümə süni gülüşü geydirəndə
Düşündüm səhvmi qurulub görən daim dönən dünya?
Etdiyi fəlakətlərlə insanları söyən dünya
Fərqi yox, pessimist, optimistmi mövzularım
Dərin sayılan arzularım, dayazlaşdı sən gedincə
Gözümü çox çirkin səhnələrdə qapalı saxlamışdım
Gözüm yumulu qaranlıqda, göz yaşına büründükcə
Qısa metraj filmlərdə baş rollar yadda qalmır
Bunu bilirdim, amma həyatımız bütöv zənn edirdim, yanıldım
Yenə də qırıq qəlbi yeni bir sevgiliylə bərkitmək istəmişdim
Göz yaşları yolumu kəsdi, ağladım
Sevmək qırıq qəlblə necə də çətin bir iş!
Qəmli dönüş, addımlarda həvəs yoxdur
(Ümid yoxdur)
Saxladım özümü, son nəfəsin intizarı da məni çox sıxırdı
Yoluma son, yoluma davam - çaşıb qaldım
Mən həyatımı yenidən yaşamaq istədim
Ölüm astanasında
Mən güzgüdəki qəm kədərimi gizlədim
Gözümün qarşısında
Mən sənsizlik hissi nədir bilmədim
Şirin yuxularımda
Mən çağırdım, sevərək səni səslədim
Sənsə yox oldun o anda
Gördüyüm o gözəl gözlər, qəlbinlə ayaqlaşmır
Deyilən o xoş sözlər, əməldə reallaşmır
Nə vaxt ki, qəmli hisslər nəğmələrimə qonaq gəldi
O təmiz məhəbbətin ləçəklərini önümə sərdi
Bir qədər rahatlaş sən, üzüntü səbəbsizdir
Bu dünya qəddar, amma təslim olmaq gərəksizdir
İntihar - ölmüş ruhun azadlığının əks sübutu
Günəş yaxınlaşanda gülən gülün üzündə qorxu
Əynində bəyaz libas, cizgilərin çox cəlbedici
Tək gülüşündür miras, qalanlar sənlə gedəcək
Sevgi də ölüm kimidir, çox vaxtsız və xəbərsiz gəlir
Boş otaqda tək-tənha, burunda tanış ətir
Deyirsən - haqsızlıq dünyası, dünya necə etsin ki?
Axır ki, insanlar da qarşılıqsız sevə bilsin
Düz yollar Allahın işi, döngələri şeytan yaratdı və
Mələk gözlü gözəl son addımını döngədə atdı
Mən həyatımı yenidən yaşamaq istədim
Ölüm astanasında
Mən güzgüdəki qəm kədərimi gizlədim
Gözümün qarşısında
Mən sənsizlik hissi nədir bilmədim
Şirin yuxularımda
Mən çağırdım, sevərək səni səslədim
Sənsə yox oldun o anda
Son seçim edilib artıq səhvmi, düzmü önəmsizdir
İndi gözəlliyindən yazan şair qələmsizdir
Son illər onun həyatı çox dəyişdi, amma həyat hələ də eyni
İlk addımda həyəcan, amma son dayanacaq hamıya bəlli
İzdiham... qəlbdə yaranıb akustika, döyüntülərinin əks sədası
Sevginin də qoyulub artıq son nidası
Mistika... yuxu olaydı kaş ki, burda epizodik bir hal belə
Bu reallıq bu qəlbimçün çox ağırdır
Kim üçünsə ilham pərisi yanan Roma
Mənəsə o gözlər də bəsdir demişdim, indi o gözlər
Yumulub artıq, yaş artdıqca dünya dəyişir baxış açımda
Yalanlar üzə çıxır, ümidlərsə indi dar ağacında
Kölgələrimin ən sevimli duyğusuydu
Əl-ələ qaçıb gizlənirdik günəşdən, onlar qeyb olurdu
O vaxtlar mənə yad idi bu hiss, indi fikirləş
Mən kiminsə kölgəsi, sənsə o kölgəni batıran günəş
[Nəqarət] [Güla]
Mən həyatımı yenidən yaşamaq istədim
Ölüm astanasında
Mən güzgüdəki qəm kədərimi gizlədim
Gözümün qarşısında
Mən sənsizlik hissi nədir bilmədim
Şirin yuxularımda
Mən çağırdım, sevərək səni səslədim
Sənsə yox oldun o anda
Mən həyatımı yenidən yaşamaq istədim
Ölüm astanasında
Mən güzgüdəki qəm kədərimi gizlədim
Gözümün qarşısında
Mən sənsizlik hissi nədir bilmədim
Şirin yuxularımda
Mən çağırdım, sevərək səni səslədim
Sənsə yox oldun o anda
Mən həyatımı yenidən yaşamaq istədim
Mən çağırdım, sevərək səni səslədim

Другие песни исполнителя:

  • İlk baxışlardan artıq illər keçir Fərqi yoxdur kimsən sən, fərqi yox nəçi Kimlər özünə əyləncə, kimlər həyat seçir Kənardan parlaq görünür, amma boşdur içi Arada ömür fərqi, bir neçə yaş fərqi Bir neçə dəqiqə keçdi, vurdu qəlb zəngi Oldu qəlb zəngin sevgiylə dolub daşan Əzab versə də sonradan başlanğıcı unudasan Əl-ələ verib gəzdilər dünyanı kiçildərək Bəzən qaçıb gizlənərək, bəzən əylənərək Ya sevgi almışdı ağlı, ya yox idi əvvəldən Bu eşqi yaşayırdı hər hüceyrəsiylə bədən Onların hekayəsi macərayla dolu hər gün Soyuda bilmirdi nə payız, nə də qış qəlbi Dəyişdi hər şey eşidiləndə bir gün "Sabahın xeyir, Nil, dünyaya xoş gəldin" Sən günəşdən saçlarınla gizlə məni Ölümə getsən də səslə məni Unudacaqsansa sevmə məni Qoy tək qalım əbədi Sən günəşdən saçlarınla gizlə məni Ölümə getsən də səslə məni Unudacaqsansa sevmə məni Qoy tək qalım əbədi Sabahın xeyir, Nil, soyuq səhərlər geridə Bu bahar daha isti, bu bahar tək deyilsən artıq Yaşananlar sadəcə xatirə Bir neçə səhv addım və dəydi arzular yerə Ayırır böyük şəhərləri kiçik vaqonlar Ayırır böyük sevgiləri bəzən poqonlar Birgə qurulan ev tək qorunmaz heç vaxt O elə bilirdi qəlb sevgidən yorulmaz heç vaxt Yadında hava limanı, yadında qandallar Göz yaşı ilə oxuduğu məktubları yandırmaq Dünyaya qarşı çıxmaq saf hisslərdən ötrü Gözləriylə qəhrəmanın təslim olmağın gördü O bilir tərk edən bəzən ən çox sevdiklərindir Bu həyat qapını vaxtında çırpıb gedə bilənindir Çətin sağalda mahnılar yaralar çox dərin Dünya artıq onların deyil, dünya təkcə Nilindir Sən günəşdən saçlarınla gizlə məni Ölümə getsən də səslə məni Unudacaqsansa sevmə məni Qoy tək qalım əbədi Sən günəşdən saçlarınla gizlə məni Ölümə getsən də səslə məni Unudacaqsansa sevmə məni Qoy tək qalım əbədi Sən günəşdən saçlarınla gizlə məni Ölümə getsən də səslə məni Unudacaqsansa sevmə məni Qoy tək qalım əbədi Sən günəşdən saçlarınla gizlə məni Ölümə getsən də səslə məni Unudacaqsansa sevmə məni Qoy tək qalım əbədi Sən günəşdən Gizlə məni, gizlə məni Səslə məni Sevmə məni Sən günəşdən Gizlə məni, gizlə məni Səslə məni, səslə məni Sevmə məni, sevmə məni
  • Elə bir hiss var ki, ürəyimdən uzaqdayam Geri gələndə yolumu kimsə gözləmir (heç kim) Küləyi bezdirən bu şəhərdə, xoşbəxtlik ehtimalı 100-də1 Danışmaq, yazmaq, oxumaq, yadda qalmaq Səni sevən səndən vaxt istəyir, sevgi istəmir Çağırmışdım dostları dar günümdə Hələ də yoxdur səs-səmir Davamlı payız qoxusu, xəzanlı misralarda Mən artıq eyni mövzulardan ibarət bir sətir Mən artıq yaxın deyiləm sənə əvvəlkitək Həyatım bələd sənə, qulaqların sözlərimi izləmir! De sevgin aysberq kimi altda gizlənib, yoxsa üstdəmi? Səni isidir toxunuşum, yoxsa hər şey sözdəmi? Maraqlan, gör kim öz həyatını pisləmir? Həyat bataqlıdır hə? Bəlkə Aid düz demir?! Həyat adlı qaranlığın içində Arzularla çətindir yaşamaq Unudaraq dərdləri güləndə Mahnılar məni Ağladar yenə Həyat adlı qaranlığın içində Arzularla çətindir yaşamaq Unudaraq dərdləri güləndə Mahnılar məni Ağladar yenə Soyuq divarlara söykənmək Uzaqlara baxıb - niyə böyüdük? - demək Tapa bilsəydik səadəti Sahil boyu qurduğumuz saraylarda Dalğalardan çəkinmədən Özu ilə səmaya səni hissələrlə çəkir gedən Böyümək - səni böyüdəni itirməkdir, demək! Məni sıxır keçmişdən qalan gödəkçə və xatirələr! Sığal çəkir, bu deyil əzizləmək Bu deyil qəliz demək, həyatı pisləmək Və kimsə niyə nifrət etdiyini yox Niyə sevə bilmədiyini deyir Valideynlər çox vaxt kim olduğunu yox Kim ola bilmədiyini deyir! Uzun qış gecələrində, qarışıq fikirlər Elə o vaxtı susur doğmalar, danışır fikirlər Sən içməsən də, köhnə dost gəlib, süz deyir Bütün qış məni dinlə və de – "Orxan düz deyir!" Həyat adlı qaranlığın içində Arzularla çətindir yaşamaq Unudaraq dərdləri güləndə Mahnılar məni Ağladar yenə Həyat adlı qaranlığın içində Arzularla çətindir yaşamaq Unudaraq dərdləri güləndə Mahnılar məni Ağladar yenə
  • AiD, HOST Production, Beat Pro Rap – ciddi təhlükə, sənə düşmən kəsilib Rap – sanki məhkəmə, hakimsə H.O.S.T seçilib Rap – sanki qərənfil, şəhidsə sətirlərimiz Hər səhv addım atdıqca, çəkilir tətiklərimiz Rap – ciddi təhlükə, sənə düşmən kəsilib Rap – sanki məhkəmə, hakimsə H.O.S.T seçilib Rap – qanlı qərənfil, şəhidsə sətirlərimiz Hər səhv addım atdıqca, çəkilir tətiklərimiz Yox olur güc, yox olur pul, yox olur varın-dövlətin Yox olur əldə olunanlar, yox olur bir skandalla Yox olur düz, yox olur səhv, yox olur sevgi, nifrətin Yox olur danışma haqqın əlindəki qandalla Yox olur ictimai rahatlığın bir saqqalla Yox olur göz yaşın da, hansı ki, axır fontanla Yox olur şöhrətin də, hansı ki, satılır pulla Çoxunun gözündə kral olmaq olar bir neçə qulla Qoy cibinə "paçka" dollar, vidalaş suallarla Doğrunu boş ver, sən qabağa get yalanlarla Düşüncələr ballada, qəhrəmanlar gizli Bizim həyatımız muzeydir, sizinki isə Estrada Hamının əməlləri asılıdır rentabeldən Kimsə namaz qılır çiyin-çiyinə Ben Ladenlə Sən bəlkə də məşhursan, hardasa Qrenlandiyada Burda isə bizik kral, bura bizim "HOSTlandiya"dır Rap – ciddi təhlükə, sənə düşmən kəsilib Rap – sanki məhkəmə, hakimsə H.O.S.T seçilib Rap – sanki qərənfil, şəhidsə sətirlərimiz Hər səhv addım atdıqca, çəkilir tətiklərimiz Rap – ciddi təhlükə, sənə düşmən kəsilib Rap – sanki məhkəmə, hakimsə H.O.S.T seçilib Rap – qanlı qərənfil, şəhidsə sətirlərimiz Hər səhv addım atdıqca, çəkilir tətiklərimiz Hər gün yeni tərzdə, hər gün yeni ampluada Bizdən çıxan qan da muzeyə gedir kapsulada Dəyirmi masa sistemi, mərkəzdə pentaqramma Bu masa arxasında söz keçirməz Drakula da Dilimdə stiqmata, sözlər axır öz başına Vurulun sözlərimə, vurulmayın göz-qaşıma Kim deyir, 1 nəfər olmasa H.O.S.Tun gücü azalır!? Niyəsə boş zalda konsert gəlmir yaddaşıma Sistem kor gözsə, biz onun görmədiyi düz yol Baş verdi laxtalanma, amma itirilmədi control Özümüzə planet qurduq, fırlanırıq oksigenlə Siz sanki volframda, udduğunuz təkcə karbon HOSTed şəbəkəsində tracklərimiz antenadır Bizim sözlərimiz qan, sizinkilər qanqrenadır Dalımıza düşsəniz də, qabağımıza çıxsanız da Toqquşa bilmərik, çünki H.O.S.T ayrı bir sferadır Rap – ciddi təhlükə, sənə düşmən kəsilib Rap – sanki məhkəmə, hakimsə H.O.S.T seçilib Rap – sanki qərənfil, şəhidsə sətirlərimiz Hər səhv addım atdıqca, çəkilir tətiklərimiz Rap – ciddi təhlükə, sənə düşmən kəsilib Rap – sanki məhkəmə, hakimsə H.O.S.T seçilib Rap – qanlı qərənfil, şəhidsə sətirlərimiz Hər səhv addım atdıqca, çəkilir tətiklərimiz
  • Gözümün üstündə yerin var, yalandan demirəm Yerin var uzağı ayağımın altında Diş çöpü gəzdirə-gəzdirə Anladım ki, məni başa düşür Ol çoxundan da çox, səsimdən də qorx Hələ çox söz yazılacaq ki, siz boş durmayasınız Yuva qurmayasınız, ağaclarda Bütün yerləri tutubdur qarğalar Pişiklərdən yığılan qan damlalar Verdik biz xeyriyyəyə Narahat olmayın, biz pisik deyə Ayağını geyin, birdən pis iy gələr Hələ çox görəcəksiniz bizim konsertdə keçi başı İşə sal başı, tap şifrəni Bu da sənə yeni dedi-qodu mövzusu Həyata rəng qatmaq çoxunun arzusu Ala kist, ala qara-qırmızı rənglər Şəffaf həyatın ala məğzini rənglə Bel götür bellə, qəbirini yellə Gəzə bilmirsən, heç olmasa iməklə İməklə Gəzə bilmirsən, heç olmasa iməklə Uca dağlar aşdım Çox nağıl danışdım Kim inandı, kim yox Biri var, biri yox Uca dağlar aşdım Çox nağıl danışdım Kim inandı, kim yox Biri var, biri yox Dedilər ki, sus! Dedilər ki, yaz! Susuram, susuram, birdən yazıram! Ey mənim mötəbər fanatlarım Bu track-i sizə qəbirdən yazıram Axır ki, çatdız arzunuza Gedin deyin dostunuza, tanışıvına Bezdiribdir söz-söhbətlər İnsan nə qədər ət tökər?! Jamal Ali qaçıb, Jamal Ali ölüb Jamal Ali tutulub, asılıb, döyülüb İndi Sibirdədir, yox Kamçatkada Cənnətdə çay içir, onunla Kafka da Xətrimi çox istə, xətrin xoş olsun Əsas odur ki, başın boş olsun Varsa inamın, hər sözə inan Nağıllarla yaşa, xəlbir saman Tutanlar tutub sözümün canını Zəli kimi sormayın qanımı Arada yazacam səs-küy salmayın Dərsinizi oxuyun, avaralanmayın! Dərsinizi oxuyun, avaralanmayın! Avaralanmayın! Uca dağlar aşdım Çox nağıl danışdım Kim inandı, kim yox Biri var, biri yox Uca dağlar aşdım Çox nağıl danışdım Kim inandı, kim yox Biri var, biri yox
  • Biz sevməmişdik ki, bizi ayırsınlar Həyatımızdan uzaqda bizə bir ev tiksinlər Gülüşümüzü öldürüb, bizi böyütsünlər Səninçün darıxmaqla məni sınağa çəksinlər Önümüzdə tilsimlər, qırılacaq hirsimdən Təslim olmaq vərdişini istəmirəm diriltsinlər Dəyişməliyik çox şeyi kökündən, irsindən Unudulur hər bir söz musiqinin səsindən Uzaqda bir şəhər, piyada getmək arzusu Həyatda dalbadal gələn ölüm qoxusu İnsalarnn yuxusu deyəsən çox şirindir Xoşbəxtlikdən bizə çatan cəmi bir dilimdir Həyatda gərək gecikəsən ki, yolunu gözləsinlər Mümkün deyil, sevsələr də gərək gizləsinlər Arada evə zəng vur ki Səsini eşitsinlər... Eşidib sevinsinlər... Evdən uzaqda olan qardaşım üçün...