Татарский переводчик Узбекские песни

Песня «Birotaqlı Ev»
исполнителя Orkhan Zeynalli.
Скачать или слушать онлайн

Текст песни:

Ailədə üç uşaq idik, üçümüz də tez böyüdük
Ya illər tələsdi, ya da qocalmağı böyümək zənn etmək
Zamanın təkid etdiyi bir həvəsdir
İnanıb yaşlanıram, bir az olar gəldim işdən evə
Bağışla, söhbətə heç vaxt salam-dan başlamıram
Piyada gəldim, istədim bir az yağışda qalım
Sən Allah, bağışla, halım pisdir bir az
Kefim də yoxdur sən deyən, hardasa artıq 18 ildir
Sağ qonşum bərbər, bax bu böyürdəkisə gizirdir
Hərbi hissə var burda bayaq topayla əsgərlər gəzirdi
Gəl, çay süzüm, bağışla ev də tör-töküntüdür
Tək qalıram, səliqə tək qalan kişini hörküdür
Damım damır, evdə darıxmıram yağışçün
Yoxdur deyə qapım açıq deyil dost-tanışçün
96-cı ildən çəkirəm bu zibili
Cəhənnəm xatırladar mənə Bakını
Necə Hüseyn Cavidə Sibiri
Pəncərəmdən görünən yaraşıqlı şəhər üşüdür məni
Gözlərindən susaraq danışım həyatım eşidir məni
Tək qalanda bir otaqlı dünyamda, dörd divar içində
Boğulur sevgilər içimdə, doğulur ağrılar içimdə
İlk səsi eşidən kimi qaçmışdım çölə, uşaqlar həyətdə idi
Gözümə qürubun elçisi olan qırmızı şəfəqlər dəydi
Əzrail üfüqdəydi, gülləylə bir qanad çalıb
Canın alıb, doğmalarımın ölümü önümdəydi
Güllələrtək yetişən ailə 4 gülləylə yarım qaldı
Qızımla qaçdım meşəyə, o biri dünyada yarım qaldı
Budaqlardan çiynimə tökülən qar əriyir qanla
Alışmış evlərdəki nalələrdən əriyir damlar
Mərd insanlar döyüşdə ölümə qərq insanlar
İllərin ağrıların mücrülərtək qəlbim saxlar
Əllərimi açıb yalvardım - Ay Allah, dəyiş alın yazımı
Əllərimin içində vurdular ayaqyalın qızımı
Qalıb döyüşdüm iki il, qaçmadım Azərbaycandan
Heyif qaytarmadı itirdiyim canları aldığım canlar
Soyadımı daşımağa biri qalmayıb həyatda bu da bir dərd
(Heç kim qalmayıb)
Adımısa bəlkə öləndən sonra daşıyar küçə, ya məktəb
Pəncərəmdən görünən yaraşıqlı şəhər üşüdür məni
Gözlərindən susaraq danışım həyatım eşidir məni
Tək qalanda bir otaqlı dünyamda, dörd divar içində
Boğulur sevgilər içimdə, doğulur ağrılar içimdə
Pəncərəmdən görünən yaraşıqlı şəhər üşüdür məni
Gözlərindən susaraq danışım həyatım eşidir məni
Tək qalanda bir otaqlı dünyamda, dörd divar içində

Другие песни исполнителя:

  • O deyir - bu həyat düzələr yenə O sevinc o gözdən süzülər yenə Onun ən sonuncu günləri Xoşbəxt quşlar qatarına qoşular yenə O solan həvəsi cücərər yenə O rahat yatacaq gecələr yenə Biləcək bu həyatda gərəkli insandır Bir gün güləcək yenə Bakı, səndən uzaqlaşdıran şoseylə Maşında HOST, qulağımızda Krecin nəğməsiylə Yolumuz Şamaxı istiqamətində füsunkar duman Mühərrikin səsi, diksinirdi dincələn botanika Bir az var dinamika, yarpaqlar əsir, buludlar bezir Yol uzanır, uzandıqca beyin bezir Hiss edirik saniyələr ömrümüzdən gedir Ağacları, döngələri saya-saya Bu yolumuzun tək səbəbkarı olan şəxs Onun üzünə həyatı bir qədər kobud və bir az tərs Son dərəcə inamsızdır o, artıq Allaha da qarşı Həyatından narazı, bu yaşda həyata qarşı Ömrünü həsr etmiş xalça toxumağa Vaxt ayırmamış yazmağa, oxumağa Kəndin ən ucqar ucunda mövcud xalça fabriki Onunla eyni qocaldı, köhnəlib söküldü Amma vaxt vardı ki, o barmaqlar iynələrlə Möcüzələri həyatı keçirib fəxr edirdi əsərlərlə Zibilə qalsın burokratiya! Sökülsün, əmri verən o əllər də! Bu işə sərf edilmiş o illərdə Boşa mı getdi görən tək bir işdi əlindən gələn? Hər insanın öz marağı yaranır həyata gələndən Onun marağı incəsənət, gözəllik yaratmaqdır Bizim işimiz sadəcə dinləməkdir "40 il əvvəl mən də cavan idim Mənim də öz arzularım var idi Çoxu indi heç yadıma da gəlmir Bir neçə rəfiqəmlə həyatdan danışardıq Bəziləri yoxdur indi, bəzilərisə köçüb artıq Heç vaxt düşünmürdüm ki, gedim mən də şəhərdə yaşayım Bilirsən, kənd yeri elə bil ki, ayrı dünyadır Hamını tanıyırsan, xeyir-şər bölüşürsən Axşamlarsa bir həyətdə yığışıb gülüşürsən Qızımı ərə vermişəm artıq, indi o Bakıda yaşayır Hər dəfə deyir, amma nəsə yadımda qalmır haradır Sağ olsun bayramlarda gəlir, mənim qayğıma qalır Həmin o xoşbəxt saniyələri zaman əlimdən alır Çox böyük sürətlə gedir o qatarlar Hansı ki, adi gülüşü bahasına satarlar Nə edim mən ki, adi insan kimi doğulmuşam Mən də bu maddiyyat bataqlığında boğulmuşam Yerinə tikilər yəqin otel, ya da elə bir şey Nəyimə lazımdır yaddaş unudulacaqsa hər şey? İnanırsan?! 60 il! Bəlkə ondan da çox Mən burda sevinc qarşılığında həyat verdim Ömrümdən kəsib illəri, çoxuna dayaq verdim Cavanlıq günlərimi bu xarabaya mən qurban verdim Hər dəfə cavab verdim qoca gözlərimin sualına Öz ölüm məktubumu pıçıldadım qulağıma" Bəlkə daha sadədir hər şey Sadəcə həyatda kiminsə bəxti gətirir, kiminsə yox Axı ola bilməz ki, hamıda hər şey yaxşı olsun Kimsə xoşbəxtsə, gərək kimsə bədbəxt olsun Adi bir insan idi, amma böyük ürəyi vardı Bayırda yay havası, dağlarınsa başı qarlı Həmin o qadına doğma torpağında yer verildi Sökülən fabrikinsə yerinə məktəb tikildi
  • Hər keçən günün sonunda eyni səhərlərdən bəhs edəndə Süni günlər solğun üzümə süni gülüşü geydirəndə Düşündüm səhvmi qurulub görən daim dönən dünya? Etdiyi fəlakətlərlə insanları söyən dünya Fərqi yox, pessimist, optimistmi mövzularım Dərin sayılan arzularım, dayazlaşdı sən gedincə Gözümü çox çirkin səhnələrdə qapalı saxlamışdım Gözüm yumulu qaranlıqda, göz yaşına büründükcə Qısa metraj filmlərdə baş rollar yadda qalmır Bunu bilirdim, amma həyatımız bütöv zənn edirdim, yanıldım Yenə də qırıq qəlbi yeni bir sevgiliylə bərkitmək istəmişdim Göz yaşları yolumu kəsdi, ağladım Sevmək qırıq qəlblə necə də çətin bir iş! Qəmli dönüş, addımlarda həvəs yoxdur (Ümid yoxdur) Saxladım özümü, son nəfəsin intizarı da məni çox sıxırdı Yoluma son, yoluma davam - çaşıb qaldım Mən həyatımı yenidən yaşamaq istədim Ölüm astanasında Mən güzgüdəki qəm kədərimi gizlədim Gözümün qarşısında Mən sənsizlik hissi nədir bilmədim Şirin yuxularımda Mən çağırdım, sevərək səni səslədim Sənsə yox oldun o anda Gördüyüm o gözəl gözlər, qəlbinlə ayaqlaşmır Deyilən o xoş sözlər, əməldə reallaşmır Nə vaxt ki, qəmli hisslər nəğmələrimə qonaq gəldi O təmiz məhəbbətin ləçəklərini önümə sərdi Bir qədər rahatlaş sən, üzüntü səbəbsizdir Bu dünya qəddar, amma təslim olmaq gərəksizdir İntihar - ölmüş ruhun azadlığının əks sübutu Günəş yaxınlaşanda gülən gülün üzündə qorxu Əynində bəyaz libas, cizgilərin çox cəlbedici Tək gülüşündür miras, qalanlar sənlə gedəcək Sevgi də ölüm kimidir, çox vaxtsız və xəbərsiz gəlir Boş otaqda tək-tənha, burunda tanış ətir Deyirsən - haqsızlıq dünyası, dünya necə etsin ki? Axır ki, insanlar da qarşılıqsız sevə bilsin Düz yollar Allahın işi, döngələri şeytan yaratdı və Mələk gözlü gözəl son addımını döngədə atdı Mən həyatımı yenidən yaşamaq istədim Ölüm astanasında Mən güzgüdəki qəm kədərimi gizlədim Gözümün qarşısında Mən sənsizlik hissi nədir bilmədim Şirin yuxularımda Mən çağırdım, sevərək səni səslədim Sənsə yox oldun o anda Son seçim edilib artıq səhvmi, düzmü önəmsizdir İndi gözəlliyindən yazan şair qələmsizdir Son illər onun həyatı çox dəyişdi, amma həyat hələ də eyni İlk addımda həyəcan, amma son dayanacaq hamıya bəlli İzdiham... qəlbdə yaranıb akustika, döyüntülərinin əks sədası Sevginin də qoyulub artıq son nidası Mistika... yuxu olaydı kaş ki, burda epizodik bir hal belə Bu reallıq bu qəlbimçün çox ağırdır Kim üçünsə ilham pərisi yanan Roma Mənəsə o gözlər də bəsdir demişdim, indi o gözlər Yumulub artıq, yaş artdıqca dünya dəyişir baxış açımda Yalanlar üzə çıxır, ümidlərsə indi dar ağacında Kölgələrimin ən sevimli duyğusuydu Əl-ələ qaçıb gizlənirdik günəşdən, onlar qeyb olurdu O vaxtlar mənə yad idi bu hiss, indi fikirləş Mən kiminsə kölgəsi, sənsə o kölgəni batıran günəş [Nəqarət] [Güla] Mən həyatımı yenidən yaşamaq istədim Ölüm astanasında Mən güzgüdəki qəm kədərimi gizlədim Gözümün qarşısında Mən sənsizlik hissi nədir bilmədim Şirin yuxularımda Mən çağırdım, sevərək səni səslədim Sənsə yox oldun o anda Mən həyatımı yenidən yaşamaq istədim Ölüm astanasında Mən güzgüdəki qəm kədərimi gizlədim Gözümün qarşısında Mən sənsizlik hissi nədir bilmədim Şirin yuxularımda Mən çağırdım, sevərək səni səslədim Sənsə yox oldun o anda Mən həyatımı yenidən yaşamaq istədim Mən çağırdım, sevərək səni səslədim
  • Doğulmaq yadımızdan çıxardığımız ilk addımdır Necə ki, qalmır yadda ilk öpüş, ilk laylalar Bir gün qabaq yox idin, bu gün isə həyatın var Heyif, olmur qoymaq şərt doğulacam, olsa qayğılar Axmamış yaş qədər təmiz qucaqda böyümək hissi Adam qayıdıb keçmişə, yenidən böyümək istəyir Biz axı göylərin sevən qəlblərə hədiyyəsi idik Onların yerinə bütün xoşbəxtliklərə "hə" deyəsi idik Zaman heç nəyi gizlətmir, zaman heç nəyi sağaltmır Zaman göstərir sən demə xoşbəxtlik biz olsaq artmır Biz bəzən şəfəqləri bitişdirib edirik parıltı Bəzənsə parçalanan qaya arasında son qırıntı Gözünü yum, qorxma bir azdan bitəcək səslər Küsmə talehindən o heç nəyi etmir qəsdən Azalacaq səslər, azalacaq səslər Valideyn sayi azaldıqca azalacaq səslər Dizimi qucaqlayıb dinlədim o səsləri Gözümü bağlayıb dinlədim o səsləri Yastıqlar gizlədəndə o səsləri Valideyn davaları dəriyə hopmuş yaralar kimidir Ağrılar qalsa da keçmişdə, nəticə göz önündədir Bu günü ən uzaq vaxtlardan, yapışacaq ayaqlardan Bu sevgili deyil ki, dərd verəndə deyəsən səhv özündədir Seçim olmur heç kimdə, kimsə doğulur çirk içində Kimsə nazir ailəsində, var-dövlət, mülk içində Kimsə son anda abort etməyən tək anayla Kimsə sevgi ocağında, həyatı bənzəyir bəlkə nağıla Analar var - qalıb baş-başa yadigar başdaşıyla Ömründən kəsib böyütdüyü övlad əvəz olunub başdaşıyla Uşaqlar var valideyn əvəzi böyüyüb qardaşıyla Doğmalaşıb artıq soyuq küçədəki hər daşıyla Gecədən qalma yaşı ilə səhər məktəbə getmək Çətin idi özgələrdən qayğı tələb etmək Çətin idi xoşbəxtlərin arasında qarışıb azmaq Çətin idi "Mənim ailəm" mövzusunda inşa yazmaq Dizimi qucaqlayıb dinlədim o səsləri Gözümü bağlayıb dinlədim o səsləri Yastıqlar gizlədəndə o səsləri Gələcək nəsillərə böyük nifrət bəsləyir
  • Yenə də sıxır şəhər, hər yeni nəfəsiylə Təəccübləndirir qoca yaşamaq həvəsiylə Cizgilər niə cavan qalsın ruh qocalıbsa Həyatdan nə hədiyyə gözləyim, məndən borc alıbsa Bağlanıbsa üzümə qapılar pəncərələr Sevgilər qalır burda, tərk edir öncə illər Sən zəng elədin mən donub qaldım Sən əlimi istədin mən qanad çaldım Ruh bədəndən bezir, adını ölüm qoyurlar Gözünü açıb yumursan, adını ömür qoyurlar Sənin zamanıvı xərclərib səninlə vaxt keçirirlər Həyatına daxil olurlar, hələ bir şah seçilirlər Dağılacaq mı arzular, əgər dağılsa dünya Yatmamışdan öncə danışılan nağılsa dünya Oyanmaq istəmirəm, gəl qalaq duyğularda Sevgini xoşbəxtliyi, gəl tapaq mahnılarda Hər səhər mən gözləyirəm Bir bulud tək, ağlaram, hardasan?! Bu həyatda sevgilərdən uzaqdayam mən. Mən sevirəm mahnılarda. 2-ciİllər keçsə də, sənə hisslərim eyni qalır Məni tərk etdiyin gündən bu günə sehir qalıb Sənə yazılmış mahnılardan artıq özüm bezmişəm Mahnılar həyatdısa gör nə qədər həyat gəzmişəm Bu şəhər uzaqlaşır, artıq üfüqdən itir Burdakı həyata çəkirəm xətt şəfəqdən iti Qərb tərəfimdə qəlbdi mən geridə qalmışam Həyat davam edir gedir, mənsə hələdə qalmışam Suallar da artıq yox ki səbəbkar sayılsın Necə səs salım hisslərmin bəlkə yarsı ayılsın Addığım səhv addımların, kaş ki hər izi yayılsın Geriyə dönsəm bir gün yadıma düşməyəsən Bir neçə söz bir neçə not və gözəldi dünya Bir neçə milyon insandan bezərdi dünya Bir neçə sevdiyin insanla qal duyğularda Yaxşı ki başqa cürdü həyat doğma mahnılarda
  • Barmenin qarşısında iki bakal İkisi də yarımçıq süzülüb Birində şərab, digərində mənim həyatım Düzülüb gözlərimdə səhv atdığım hər addım Sayını unutdum Qolumda saat işləmir Mən artıq zamanı buraxdım talehin hökmünə Mən artıq ölmüşəm ya sabah öləcəm Fərqi nə? Dilim də quruyub artıq Səbəbi sənlə olan son öpüş Geriyə atdıq Bilirdim qəmli olacaq son dönüş Həyat təkrarlanır Elə bil dejavu Şəhərin mərkəzi passaj, mənə tanışdı bu Əl-ələ qaçırdıq biz Elə bil tələsirik İndi isə bu vəziyyətdə Sadəcə əsirik Sənin indi öz ailən var, mənimsə kiçik daxmam İndi mən pis vəziyyətdəyəm, gözünü çək Bir də baxma! Görmə məni bu çirkin içində Görəsən tanıyarsan mı məni Kütlənin içində? Düz seçim etdin, yaxşı birini tapdın Bizimsə sevgimizi sadəcə bir səhv bilib Həyatın beşiyinə atdın Birgə şəkillərimizi isə Yəqin ki, çoxdan Zibil yeşiyinə atdın... Uzaq gəmi, bu sahildən qurtar məni Burax uçum göylərə Orda mən Ayaqlarımı isladıb Yağışın damcısında gizlənib Hiss edim, necə düzüləcək yollara Dərdlərim açılmış qollara Sən inan... Onlar səni qucaqlayıb Qoşulub dərdinə sənin, ağlıyım? O səni aparır restoranlara O səni gəzdirir O hər şirin sözüylə güldürür Özünə sevdirir O ədəbli, yerini bilən, tərbiyəli O sənə şeir yazır Bəzən romantik, bəzənsə qəmli O sənə hədiyyələr verir Məndən fərqli olaraq O sənin pis, yaxşı günlərində tək buraxmır Həyata tam hazırdır Məndən fərqli olaraq O bacarır düzgün dayaq olmağı, səhv buraxmır O əsl şahzadə Sənin xəyallarındakı O həyatdan hədiyyə Sənin röyalarındakı O səni qorumağa hazır hər bir çətinlikdən O səni isidir istiliklə qollarındakı Diqqətlidir sənə qarşı, həm də çox O çoxlu pul qazanır, amma gözlərisə daim tox Cəmiyyətdə hörmətlidir Atan, anan da çox sevir onu Səliqəli görünüş, daim uğur izləyir onu O mənim düşmənimdir Bəlkə də yaxşı olduğu üçün Səni mən atdıqdan sonra o səni tapdığı üçün Mən heç bilməzdim ki Məndən də yaxşıları var Mən heç bilməzdim ki Ciddi sevən insanlar var Bir vaxt əyləncə idin Mənimçün, vaxt keçirirdim Özümdən çox razıydım Çox qız sınaqdan keçirirdim Amma mən bilməzdim ki Nə vaxtsa belə olacaq Məndən daha yaxşısı Səni məndən alacaq Uzaq gəmi, bu sahildən qurtar məni Burax uçum göylərə Orda mən Ayaqlarımı isladıb Yağışın damcısında gizlənib Hiss edim, necə düzüləcək yollara Dərdlərim açılmış qollara Sən inan... Onlar səni qucaqlayıb Qoşulub dərdinə sənin, ağlıyım? Uzaq gəmi, bu sahildən qurtar məni Burax uçum göylərə Orda mən Ayaqlarımı isladıb Yağışın damcısında gizlənib Hiss edim, necə düzüləcək yollara Dərdlərim açılmış qollara Sən inan... Onlar səni qucaqlayıb Qoşulub dərdinə sənin, ağlıyım?