Татарский переводчик Узбекские песни

Песня «Mahnılar Məni»
исполнителя Orkhan Zeynalli.
Скачать или слушать онлайн

Текст песни:

Elə bir hiss var ki, ürəyimdən uzaqdayam
Geri gələndə yolumu kimsə gözləmir (heç kim)
Küləyi bezdirən bu şəhərdə, xoşbəxtlik ehtimalı 100-də1
Danışmaq, yazmaq, oxumaq, yadda qalmaq
Səni sevən səndən vaxt istəyir, sevgi istəmir
Çağırmışdım dostları dar günümdə
Hələ də yoxdur səs-səmir
Davamlı payız qoxusu, xəzanlı misralarda
Mən artıq eyni mövzulardan ibarət bir sətir
Mən artıq yaxın deyiləm sənə əvvəlkitək
Həyatım bələd sənə, qulaqların sözlərimi izləmir!
De sevgin aysberq kimi altda gizlənib, yoxsa üstdəmi?
Səni isidir toxunuşum, yoxsa hər şey sözdəmi?
Maraqlan, gör kim öz həyatını pisləmir?
Həyat bataqlıdır hə?
Bəlkə Aid düz demir?!
Həyat adlı qaranlığın içində
Arzularla çətindir yaşamaq
Unudaraq dərdləri güləndə
Mahnılar məni
Ağladar yenə
Həyat adlı qaranlığın içində
Arzularla çətindir yaşamaq
Unudaraq dərdləri güləndə
Mahnılar məni
Ağladar yenə
Soyuq divarlara söykənmək
Uzaqlara baxıb - niyə böyüdük? - demək
Tapa bilsəydik səadəti
Sahil boyu qurduğumuz saraylarda
Dalğalardan çəkinmədən
Özu ilə səmaya səni hissələrlə çəkir gedən
Böyümək - səni böyüdəni itirməkdir, demək!
Məni sıxır keçmişdən qalan gödəkçə və xatirələr!
Sığal çəkir, bu deyil əzizləmək
Bu deyil qəliz demək, həyatı pisləmək
Və kimsə niyə nifrət etdiyini yox
Niyə sevə bilmədiyini deyir
Valideynlər çox vaxt kim olduğunu yox
Kim ola bilmədiyini deyir!
Uzun qış gecələrində, qarışıq fikirlər
Elə o vaxtı susur doğmalar, danışır fikirlər
Sən içməsən də, köhnə dost gəlib, süz deyir
Bütün qış məni dinlə və de – "Orxan düz deyir!"
Həyat adlı qaranlığın içində
Arzularla çətindir yaşamaq
Unudaraq dərdləri güləndə
Mahnılar məni
Ağladar yenə
Həyat adlı qaranlığın içində
Arzularla çətindir yaşamaq
Unudaraq dərdləri güləndə
Mahnılar məni
Ağladar yenə

Другие песни исполнителя:

  • Sən mənim dörd fəslimsən Sən olmadan həyat keçmir, bil! Bu qədər millətlər, hərənin öz dili Mənim sənə hisslərimi ifadə etməz heç bir dil Sus... Qoy bir az yarpaqlar danışsın Sevgidən şeirlər yox, qoy otaqlar danışsın Nə qədər saf toxunuşa şahid olmuş Sevgini üşüməkdən qoruyan isti yataqlar danışsın Sənlə döyünmək varkən ürək olub, dönmək sanki Dirəyimə böyümək sarılıb, kimə elə bir örnək sayılır ki?! Baxıb görünək insan kimi, inamım köynək sanki Ləkələr görünər sap kimi, ya da şəffaf, insan kimi Sonda dönsək saf geri bu evdə bizi nə gözləyir? Sevincimizə baxıb qəhər kədərin üzünə -"Döz deyir" Əl-ələ tutanda torpaq olur səma, dərələr isə bulud Mən səni unudaram bir sabah görünərsə qürub Tapsan dərində Nə qədər üzüb getsən də hissləri Son sözlərində desə Nə fayda? Qəlb sevgi istəmir Tapsan dərində Bir gün üzüb getsən bu hissləri Son sözdən əvvəl Diqqətlə bax, axı gözləri gizləmir Sən mənim cüt gözümsən Sən olmadan yerimək çox çətin, bil! Bu qədər göz yaşları isladır izləri Mənim yağışlarımı səndən gizlədib çox çətir Bil ki, sən mənim nəfəsimsən Gec gəldikcə qaralır dünya və azalıram mən Sənlə yaşadığım hər saniyə ömürdən getsə belə Dayanacağı olan həyatda sonsuzluğu qazanıram mən Sən axan qanımsan, olmasan özümü hiss etmirəm Həqiqətə yaxın yalansan, nağıldayam, gizlətmirəm Buralarda düz hər tərəf, çünki güzgülər yox Çəkinmədən gəl dünyama, rahat ol, özgələr yox Önümdə səs gələn yol, işıqlar yalançı olur Sən ən çox sevilən biri ol, mən isə davamçın olum Məişət torunda şikara çevrilmiş sevgidə Xoşbəxtlik yalansa əgər, qoy mən əbədi yalançın olum Tapsan dərində Nə qədər üzüb getsən də hissləri Son sözlərində desə Nə fayda? Qəlb sevgi istəmir Tapsan dərində Bir gün üzüb getsən bu hissləri Son sözdən əvvəl Diqqətlə bax, axı gözləri gizləmir Tapsan dərində Nə qədər üzüb getsən də hissləri Son sözlərində desə Nə fayda? Qəlb sevgi istəmir Tapsan dərində Bir gün üzüb getsən bu hissləri Son sözdən əvvəl Diqqətlə bax, axı gözləri gizləmir
  • Sabahın xeyir, Nil, bu gün hava 10 dәrәcә Sәmadan bir-iki damcı sevgi vә yağış yağır Bilirsәn, hәyat bәzәn qәddar olur son dәrәcә Dәrdә öyrәşdirsәlәr dә, biz heç vaxt barışmadıq Gecәlәr sәnin olsun, sәn bәzәn ulduzlartәk Parıltılar içindә işıq saçan incә biri İnsanlar üzdülәr bizi, onlarda yoxdu gerçәk Od vurub gözlәdilәr, amma biz alışmadıq Sabahın xeyir, Nil, Bakıda sәrt külәklәr әsir Payızın sevgi qoxusunu biz heç vaxt hiss etmәdik Ayırmaq istәsәlәr dә, qәlbin parçalarını Biz olmadıq tәslim, keçәr bu hәsrәt dedik Yatağın istidir yәqin, üstünü sevgiylә örtüb Qorudum yadlardan, әtrafında sevgilәr hördüm Sәnlә hәr zaman susub heç vaxt danışmasaq da Sәn mәni anlayırsan, mәn sәni anlamasam da Nil, ötür ömrün illәri Sәnin ürәyin yaşadır mәni O günahsız barmaqların Gecәlәr toxunur, oyadır mәni Nil, ötür ömrün illәri Sәnin ürәyin yaşadır mәni O günahsız barmaqların Gecәlәr toxunur, oyadır mәni Sabahın xeyir, Nil, bütün Bakı duyur әtrini İslanmış prospektdәn keçib yәqin dәrdli bir kәs Bu mahnılar da bir gün bilәcәk sәnin qәdrini Radioda sәndәn danışır bu gün şöhrәtli bir kәs Mәsafәlәr heçdir, xәritәdә bir-iki barmaq Biz dünya boyda olsaq da heç vaxt öyünmәdik Qırılan körpülәrdәn uzaq qaçıb tәnha qalmaq Biz tәnha rәqәmlәrtәk ikiyә bölünmәdik Axşamın xeyir, Nil, yәqin ki, tanıdın mәni Tozla dolu bu şәhәrdә, heç kimә qarışmadıq Mahnılar qәmlәndikcә, zirvәyә qaytarır mәni Hәr kәs bizdәn danışdı, sәn heç vaxt danışmadın İsidir sevgini bәzәn, soyuqdan donmuş әllәr Deyәsәn qanadını әzdin sәmalardan düşәndә Bu notlar sәnә yad deyil, hәr birini tanıyırsan Mәn sәni anlamasam da, sәn mәni anlayırsan Nil, ötür ömrün illәri Sәnin ürәyin yaşadır mәni O günahsız barmaqların Gecәlәr toxunur, oyadır mәni Nil, ötür ömrün illәri Sәnin ürәyin yaşadır mәni O günahsız barmaqların Gecәlәr toxunur, oyadır mәni
  • Dinlə! Necə gecələri küçələrə sata-sata kimləri aldadıb illər! İzlə! Yenə bizləri dizlərə döyə-döyə əzbərə söylədi dillər! Sözdə, hamı oğuldur, əməldə batmağa başladı, boğuldu dəryada! Qələmdə, sözüm əlimdə Yenə mikrofonla tut nəğməni dilimdə! Biz qara günü yara bilib, repimizə dərdi salıb, şan-söhrətə daş atdıq! Öz dilimizi belimizə yük bilib, əlimizə qələm alıb içimizi boşaltdıq! Çox gözlərin üstünü qaraltdıq, üstəlik də zülmətə sadiq çıxdıq! Çox çirkabın içinə girincə, cəlb edildik, amma sona başı dik çıxdıq! Dəstə-dəstə dəsti xətt üstdə, dava salanlar xəstəmi çıxdı?! Nifrət içdə, üzdə gülənlər, sözünün altından üstəmi çıxdı?! Yenə dastan, nağıl qoşanlar qoşuldu bizlərə, içdən dağıtmağa! Yol göstərin səhv düşən axmağa, şansları yox belə gizlin baxmağa! Dinlə! Necə gecələri küçələrə sata-sata kimləri aldadıb illər! İzlə! Yenə bizləri dizlərə döyə-döyə əzbərə söylədi dillər! Sözdə, hamı oğuldur, əməldə batmağa başladı, boğuldu dəryada! Qələmdə, sözüm əlimdə Yenə mikrofonla tut nəğməni dilimdə! Sözü yarı yalan, yarı doğru deyə-deyə! Kimi başa salır öz oğlunu döyə-döyə! Həyatda quldur hamı, çoxu bunu bilə-bilə! Yan-yörəsin söyə-söyə, sığmır özü yerə-göyə! Hiss edə biləcək, kim dözə biləcək?! Çox söz deyiləcək, az tuta biləcək! Məntiq dibdədir, dibdəki görünəcək! Dərk edəcək - boş keçmiş! Gələcək yox olar, çoxları həqiqəti bilsələr! Gözün aça-aça təbiəti sevsələr! Yenə bizi yolun üzü boyu düzə qoyub İzi salıb ardımıza, qanımızı içsələr! Mənə qalan əqidədir, həmdə əbəbidir! Kimsə bizə dedi hərəkəti səviyyədir! Repin özü düz söz, dilə möhürdür! Qəribədir bizi belə bilib, üzümüzə gülüb, arxamızda ayrı cürdür! İndi tələbəliklə dərəbəylik arasında bircə mərtəbə! Bizdə məna qalın, amma toxunur incə mətləbə! Sözdə yarana biləcək hər hansı bir səhv düşüncə! Sıralama hazırdır, sadəcə sus və dinlə! Biraz tənəffüs və passiv mübarizə! Biraz tərəddüd və geriyə çəkilmələr! Biraz tənəzzül və hamı gülür bizə! Sonda tərəqqi - gülən sonda gülər!.. Dinlə! Necə gecələri küçələrə sata-sata kimləri aldadıb illər! İzlə! Yenə bizləri dizlərə döyə-döyə əzbərə söylədi dillər! Sözdə, hamı oğuldur, əməldə batmağa başladı, boğuldu dəryada! Qələmdə, sözüm əlimdə Yenə mikrofonla tut nəğməni dilimdə!
  • Barmenin qarşısında iki bakal İkisi də yarımçıq süzülüb Birində şərab, digərində mənim həyatım Düzülüb gözlərimdə səhv atdığım hər addım Sayını unutdum Qolumda saat işləmir Mən artıq zamanı buraxdım talehin hökmünə Mən artıq ölmüşəm ya sabah öləcəm Fərqi nə? Dilim də quruyub artıq Səbəbi sənlə olan son öpüş Geriyə atdıq Bilirdim qəmli olacaq son dönüş Həyat təkrarlanır Elə bil dejavu Şəhərin mərkəzi passaj, mənə tanışdı bu Əl-ələ qaçırdıq biz Elə bil tələsirik İndi isə bu vəziyyətdə Sadəcə əsirik Sənin indi öz ailən var, mənimsə kiçik daxmam İndi mən pis vəziyyətdəyəm, gözünü çək Bir də baxma! Görmə məni bu çirkin içində Görəsən tanıyarsan mı məni Kütlənin içində? Düz seçim etdin, yaxşı birini tapdın Bizimsə sevgimizi sadəcə bir səhv bilib Həyatın beşiyinə atdın Birgə şəkillərimizi isə Yəqin ki, çoxdan Zibil yeşiyinə atdın... Uzaq gəmi, bu sahildən qurtar məni Burax uçum göylərə Orda mən Ayaqlarımı isladıb Yağışın damcısında gizlənib Hiss edim, necə düzüləcək yollara Dərdlərim açılmış qollara Sən inan... Onlar səni qucaqlayıb Qoşulub dərdinə sənin, ağlıyım? O səni aparır restoranlara O səni gəzdirir O hər şirin sözüylə güldürür Özünə sevdirir O ədəbli, yerini bilən, tərbiyəli O sənə şeir yazır Bəzən romantik, bəzənsə qəmli O sənə hədiyyələr verir Məndən fərqli olaraq O sənin pis, yaxşı günlərində tək buraxmır Həyata tam hazırdır Məndən fərqli olaraq O bacarır düzgün dayaq olmağı, səhv buraxmır O əsl şahzadə Sənin xəyallarındakı O həyatdan hədiyyə Sənin röyalarındakı O səni qorumağa hazır hər bir çətinlikdən O səni isidir istiliklə qollarındakı Diqqətlidir sənə qarşı, həm də çox O çoxlu pul qazanır, amma gözlərisə daim tox Cəmiyyətdə hörmətlidir Atan, anan da çox sevir onu Səliqəli görünüş, daim uğur izləyir onu O mənim düşmənimdir Bəlkə də yaxşı olduğu üçün Səni mən atdıqdan sonra o səni tapdığı üçün Mən heç bilməzdim ki Məndən də yaxşıları var Mən heç bilməzdim ki Ciddi sevən insanlar var Bir vaxt əyləncə idin Mənimçün, vaxt keçirirdim Özümdən çox razıydım Çox qız sınaqdan keçirirdim Amma mən bilməzdim ki Nə vaxtsa belə olacaq Məndən daha yaxşısı Səni məndən alacaq Uzaq gəmi, bu sahildən qurtar məni Burax uçum göylərə Orda mən Ayaqlarımı isladıb Yağışın damcısında gizlənib Hiss edim, necə düzüləcək yollara Dərdlərim açılmış qollara Sən inan... Onlar səni qucaqlayıb Qoşulub dərdinə sənin, ağlıyım? Uzaq gəmi, bu sahildən qurtar məni Burax uçum göylərə Orda mən Ayaqlarımı isladıb Yağışın damcısında gizlənib Hiss edim, necə düzüləcək yollara Dərdlərim açılmış qollara Sən inan... Onlar səni qucaqlayıb Qoşulub dərdinə sənin, ağlıyım?
  • Satılmış səhnələrdə qeyrətdən oxumaq kimidir Yalançı olmaq, atadan xəbərsiz doğulmaq kimidir Nə qədər olar həssas damarlardan asılı qalmaq?! Nə qədər olar ümid vermək adıyla mahnı yazmaq?! Nə qədər olar həyatdan danışmaq sən ölmüsənsə?! Səhnənin sənə bəxşi – çürümüş irsə dönmüsənsə Səhər sevgidən yazıb, gecələr qəlb qırmaq Nə qədər olar çiyinləri tapdalamaqla ayaqda durmaq?! Xalqın gözünə baxıb oxumaq, cibini düşünüb yazmaq İsti alqışlar içdə buz qəlbdən üşüyüb azmaq Xəyanət yatağında doğulanda səmimi sevgi mahnısı Kimsə də xəyanətə dözməyib istəyir özünü asmaq Yalan dediklərinin qabağında bacarsan düz dur Həyat verir, alır, elədiklərin qayıdır bu düstur Səhnələr satılıb artıq, qələmə kağıza yox ehtiyac Artıq hisslər də mahnılardan çoxdan edib merac Dəyişdikcə illərlə, bütün sevgilər də Qalır duyğularımız sözlərdə Danışdıqca hisslərlə, susursa gözlər də Qalır mahnılar ancaq dillərdə Keçir zaman, ölür dəyər, tək ümid mahnılara Bu düz, ya səhv eləmir fərq, dərmansa ağrılara Zamanın nəbzi əlimdə, döyünür bərk qələmimdə Ölüb, ya sağ - eləmir fərq, dayaqsa duyğulara Mən niyə yaxşı olum, əgər indiki insanlar Tapırsa ehtiras, itəndə sevgi yataqlarda? Və bədənlər birləşdikcə unudulursa hisslər Niyə hisslərim saf olsun qələmlə qovuşduqca? Tapırsa cənnəti mələklər varlı axmaqlarda Niyə cəngavərlər axtarsın bəxti ağ paltarda? Bir dost üçün göz yaşı tökmək saf vaxtlarda İndi isə dost vitrində, satırıq antraktlarda Yadelli torpaqlarda, xoşbəxt sayılmaq orda Nə vaxtsa, amma göz yaşı ilə oxumaq himni xorda Yaxşı olub, niyə pisə çevrilirik axırlarda? Görəsən, peşamandırmı yaradan yuxarılarda? Bunları dərk etdim illərlə, mən də bezib susdum Kağızdakı bütün saf hissləri bir günə pozdum Yaraşmır qələmə səmimiyyət insanda yoxsa əgər Vicdanı söndürdüm, görüm ömrüm nə qədər çəkər?! Dəyişdikcə illərlə, bütün sevgilər də Qalır duyğularımız sözlərdə Danışdıqca hisslərlə, susursa gözlər də Qalır mahnılar ancaq dillərdə Dəyişdikcə illərlə, bütün sevgilər də Qalır duyğularımız sözlərdə Danışdıqca hisslərlə, susursa gözlər də Qalır mahnılar ancaq dillərdə