Татарский переводчик Узбекские песни

Азербайджанские песни.
Страница 109

  • Gördüyüm ilk gündən bəri Gözlərim axtarır səni Gəl, etmə hədər illəri Gözlərim axtarır səni! Gördüyüm ilk gündən bəri Gözlərim axtarır səni Gəl, etmə hədər illəri Gözlərim axtarır səni! Həyatımın mənasısan Ürəyimin parasısan Ah, başımın bəlasısan Gözlərim axtarır səni! Gözlərim axtarır səni Gördüyüm ilk gündən bəri Gözlərim axtarır səni! Gözlərim axtarır səni Səbrim yoxdur, üzmə məni Gözlərim axtarır səni! Gözlərim axtarır səni Gördüyüm ilk gündən bəri Gözlərim axtarır səni! Gözlərim axtarır səni Səbrim yoxdur, üzmə məni Gözlərim axtarır səni Dünya dəyişib o gündən Gözlərim axtarır səni Əl çəkən deyiləm səndən Gözlərim axtarır səni! Dünya dəyişib o gündən Gözlərim axtarır səni Əl çəkən deyiləm səndən Gözlərim axtarır səni! Həyatımın mənasısan Ürəyimin parasısan Ah, başımın bəlasısan Gözlərim axtarır səni! Gözlərim axtarır səni Gördüyüm ilk gündən bəri Gözlərim axtarır səni! Gözlərim axtarır səni Səbrim yoxdur, üzmə məni Gözlərim axtarır səni! Gözlərim axtarır səni Gördüyüm ilk gündən bəri Gözlərim axtarır səni! Gözlərim axtarır səni Səbrim yoxdur, üzmə məni Gözlərim axtarır səni! Gözlərim axtarır səni Gördüyüm ilk gündən bəri Gözlərim axtarır səni! Gözlərim axtarır səni Səbrim yoxdur, üzmə məni Gözlərim axtarır səni! Gözlərim axtarır səni Gördüyüm ilk gündən bəri Gözlərim axtarır səni! Gözlərim axtarır səni Səbrim yoxdur, üzmə məni Gözlərim axtarır səni (Ay) Gözlərim axtarır səni!
  • Bitməz bu ayrılıq Dərd oldu ayrılıq Hər günün hökmü var Qəlbimdə arzular Gözləyirəm səni, qayıt, gəl Hər günün hökmü var Qəlbimdə arzular Ömrümə qayıt, gəl Sənsiz hər günüm keçdi hədər Sənsiz odlandı xatirələr! Bir dəfə sevmişdim mən Ömrümü sənə vermişdim mən Hədərmiydi? Zülm edər ayrılıq Qəm-kədər ayrılıq... Sevdam səninlədir, qayıt, gəl Zülm edər ayrılıq Qəm-kədər ayrılıq... Ömrümə qayıt, gəl Səndən eşq istərəm Əhdimdən dönmərəm Bəxtimin qisməti Gəl, apar həsrəti Gözləyirəm səni, qayıt, gəl Bəxtimin qisməti Gəl, apar həsrəti Ömrümə qayıt, gəl Sənsiz hər günüm keçdi hədər Sənsiz odlandı xatirələr! Bir dəfə sevmişdim mən Ömrümü sənə vermişdim mən... Hədərmiydi? Zülm edər ayrılıq Qəm-kədər ayrılıq... Sevdam səninlədir, qayıt, gəl Zülm edər ayrılıq Qəm-kədər ayrılıq Ömrümə qayıt, gəl Sənsiz hər günüm keçdi hədər Sənsiz odlandı xatirələr! Bir dəfə sevmişdim mən Ömrümü sənə vermişdim mən Hədərmiydi? Zülm edər ayrılıq Qəm-kədər ayrılıq Sevdam səninlədir, qayıt, gəl Zülm edər ayrılıq Qəm-kədər ayrılıq Ömrümə qayıt, gəl Ömrümə qayıt, gəl
  • Gəl, gözlərim yollarda qalıb Gəl, dərdin məni alıb Gəl, gör necə tənha qalmışam sənsiz Sevgilim, gəl, yox olsun bu həsrətimiz Gəl, darıxıram Yalqızam, ömür keçir sənsiz İnanıram, yaşayacaq bizim sevgimiz Yalvarıram, o günlər yenə geri dönsün Axtarıram mən səni, qayıt, kədər sönsün Gəl, ömrümə sevinci qatan Bil, səninləyəm hər an Mən sənsiz tənha qalmışam, qəlb ahu-zarda Sevgilim, sil göz yaşımı Hardasan sən, harda? Gəl, darıxıram Yalqızam, ömür keçir sənsiz İnanıram, yaşayacaq bizim sevgimiz Yalvarıram, o günlər yenə dönsün Axtarıram mən səni, qayıt, kədər sönsün Gəl, darıxıram Yalqızam, ömür keçir sənsiz İnanıram, yaşayacaq bizim sevgimiz Yalvarıram, o günlər yenə geri dönsün Axtarıram mən səni, qayıt, kədər sönsün
  • Niyə gizlədim? – Sevgimiz düşübdür dillərə Səni axtardım "Mi amor", aylarla, illərlə Sirli gecədə, bəxtimiz ulduzdur – barışdı "Let's dance with you, baby girl" Göydəki ulduzlar alışdı! Bu gecə alışdım mən, alışdın sən Bir addım mən, bir addım sən İndi yenə-yenə, dönə-dönə Üz-üzə biz, göz-gözə Rəqs edək Gəl, rəqs edək, əzizim Yenə oxu qəlbimi Gecə bizimdir, bizim Yenə əvvəlki kimi Gəl, rəqs edək, əzizim Unut qəmi-kədəri Bu gün güləcək üzün Yenə əvvəlki kimi Səni gözlədim gecələr sübhədək – gəlmədin Səni izlədim, ulduzlar bildilər – bilmədin "Don't worry baby, I love you" Rəqs edək yağışda "C'est la vie, ma cher", bağışla, əzizim Bağışla, bağışla... Bu gecə alışdım mən, alışdın sən Bir addım mən, bir addım sən İndi yenə-yenə, dönə-dönə Üz-üzə biz, göz-gözə Rəqs edək Gəl, rəqs edək, əzizim Yenə oxu qəlbimi Gecə bizimdir, bizim Yenə əvvəlki kimi Gəl, rəqs edək, əzizim Unut qəmi-kədəri Bu gün güləcək üzün Yenə əvvəlki kimi Gəl, rəqs edək, əzizim Yenə oxu qəlbimi Gecə bizimdir, bizim Yenə əvvəlki kimi Gəl, rəqs edək, əzizim Unut qəmi-kədəri Bu gün güləcək üzün Yenə əvvəlki kimi
  • Bax, nələri itirdin sən Niyə görmürsən? Heç özün də bilmirsən ki Nə istəyirsən (Peşman kimisən...) Bax, nələri itirdin sən Niyə görmürsən? Heç özün də bilmirsən ki Nə istəyirsən Günahkarsan! Yandı canım, aman! Günahkarsan, sevgi nədir bilmirsən! Günahkarsan, dönmə artıq, yadsan! Günahkarsan! De bilim ki, sən kimsən?! Səni, səni, səni sevən olmaz Sənə "sevirəm" deyən olmaz Məntək qədrini bilən olmaz Günahkarsan! Səni, səni, səni sevən olmaz Sənlə ömrünü bölən olmaz Məntək dərdindən ölən olmaz Günahkarsan! Yalanların qucağında Qəlbimə girdin Bu sevgini oyun bildin Nələr deyirdin! (Guya ki, sevirdin...) Yalanların qucağında Qəlbimə girdin Bu sevgini oyun bildin Nələr deyirdin! Günahkarsan! Yandı canım, aman! Günahkarsan, sevgi nədir bilmirsən! Günahkarsan, dönmə artıq, yadsan! Günahkarsan! De bilim ki, sən kimsən?! Səni, səni, səni sevən olmaz Sənə "sevirəm" deyən olmaz Məntək qədrini bilən olmaz Günahkarsan! Səni, səni, səni sevən olmaz Sənlə ömrünü bölən olmaz Məntək dərdindən ölən olmaz Günahkarsan! Günahkarsan! Yandı, kül oldu can! Günahkarsan, axı nə üçün gəlmisən? Səni, səni, səni sevən olmaz Səni "sevirəm" deyən olmaz Məntək qədrini bilən olmaz Günahkarsan! Səni, səni, səni sevən olmaz Sənlə ömrünü bölən olmaz Məntək dərdindən ölən olmaz Günahkarsan! Səni, səni, səni sevən olmaz Sənə "sevirəm" deyən olmaz Məntək qədrini bilən olmaz Günahkarsan! Səni, səni, səni sevən olmaz Sənlə ömrünü bölən olmaz Məntək dərdindən ölən olmaz Günahkarsan! Günahkarsan!
  • Çarəsiz dərdimin dərmanı sənsən Çovğunlu qışımın baharı sənsən Bu dəli könlümün nübarı sənsən Allahı sevirsən, ayrılma məndən! Gəl, qurtar canımı eşq bəlasından Əl çəkim hicrinin qəm yaxasından Bir huri-mələksən, can əlasından Allahı sevirsən, ayrılma məndən! Yalanı yandırma sınaq odunda Həsrət atəşində, çıraq odunda Onsuz da yanıram fəraq odunda Allahı sevirsən, ayrılma məndən! Ayrılma məndən Allahı sevirsən, ayrılma məndən! Ayrılma məndən Allahı sevirsən, ayrılma məndən! Ayrılma məndən Allahı sevirsən, ayrılma məndən! Ayrılma məndən Allahı sevirsən, ayrılma məndən! Zavallı eşqimdən sanki bezirsən Mənim taqətimi niyə kəsirsən? Səni sevdiyimi, vallah, bilirsən! Allahı sevirsən, ayrılma məndən! Qorxursan isinib, ayrılmayasan Qorxursan sevinib, ayrılmayasan Qorxuram röyadan ayılmayasan Allahı sevirsən, ayrılma məndən! Yalanı yandırma sınaq odunda Həsrət atəşində, çıraq odunda! Onsuz da yanıram fəraq odunda Allahı sevirsən, ayrılma məndən! Ayrılma məndən Allahı sevirsən, ayrılma məndən! Ayrılma məndən Allahı sevirsən, ayrılma məndən! Ayrılma məndən Allahı sevirsən, ayrılma məndən! Ayrılma məndən Allahı sevirsən, ayrılma məndən! Allahı sevirsən, ayrılma məndən!
  • Suların üstündən Sonatək üzərsən Necə xoş görünər Tül geyinər, narın üzərsən Necə xoş görünər Tül geyinər, narın üzərsən Axar buludlar, xal-xal buludlar Güllərə şeh çiləyər, ey gül Gözündən ağlar gümüş bulaqlar Duman, duman, duman Aman-aman Dağlara duman Bir əbədi mehman Aman-aman Dağlara duman Bir əbədi mehman Yaylaqda yanaram Aranda üşüsən Sənə and içirəm Tez gələrəm Məni düşünsən Sənə and içirəm Tez gələrəm Məni düşünsən Axar buludlar, xal-xal buludlar Güllərə şeh çiləyər, ey gül Gözündən ağlar gümüş bulaqlar Duman, duman, duman Aman-aman Dağlara duman Bir əbədi mehman Aman-aman Dağlara duman Bir əbədi mehman Düz ötür buludlar Ürəyim nur istər Ceyranım olsa yar, ay doğanda O məni gözlər Ceyranım olsa yar, ay doğanda O məni gözlər Axar buludlar, xal-xal buludlar Güllərə şeh çiləyər, ey gül Gözündən ağlar gümüş bulaqlar Duman, duman, duman Aman-aman Dağlara duman Bir əbədi mehman Aman-aman Dağlara duman Bir əbədi mehman Aman-aman Dağlara duman Bir əbədi mehman Aman-aman Dağlara duman Bir əbədi mehman
  • Dinlə, gəl məni dinlə Sevdim bil ki, qəlbimlə Səni ürəyim sandım Yandım, ah, necə yandım! Hey yanacaqsan, odlanacaqsan sən də! Oda yanacaqsan, odlanacaqsan sən də! Söylənə, söylənə, söylənə Söylənə qalacaqsan Od tutub, alışıb, qıvrıla-qıvrıla Yanacaqsan! Söylənə, söylənə, söylənə Söylənə qalacaqsan Od tutub, alışıb, qıvrıla-qıvrıla Yanacaqsan! Hey yanacaqsan, odlanacaqsan sən də! Hey yanacaqsan, odlanacaqsan sən də! Məni odlara yaxdın Neyçün sevgini dandın? Yıxdın, evimi yıxdın Yandım, ah necə yandım! Hey yanacaqsan, odlanacaqsan sən də! Oda yanacaqsan, odlanacaqsan sən də! Söylənə, söylənə, söylənə Söylənə qalacaqsan Od tutub, alışıb, qıvrıla-qıvrıla Yanacaqsan! Söylənə, söylənə, söylənə Söylənə qalacaqsan Od tutub, alışıb, qıvrıla-qıvrıla Yanacaqsan! Hey yanacaqsan, odlanacaqsan sən də! Hey yanacaqsan, odlanacaqsan sən də! Hey yanacaqsan, odlanacaqsan sən də! Oda yanacaqsan, odlanacaqsan sən də! Hey yanacaqsan, odlanacaqsan sən də! Oda yanacaqsan, odlanacaqsan sən də! Söylənə, söylənə, söylənə Söylənə qalacaqsan Od tutub, alışıb, qıvrıla-qıvrıla Yanacaqsan! Söylənə, söylənə, söylənə Söylənə qalacaqsan Od tutub, alışıb, qıvrıla-qıvrıla Yanacaqsan! Hey yanacaqsan, odlanacaqsan sən də! Hey yanacaqsan, odlanacaqsan sən də! Hey yanacaqsan, odlanacaqsan sən də! Hey yanacaqsan, odlanacaqsan sən də!
  • Könlüm sənin əsirin Qəlbim sənindir, yar Qəlbim sənindir İnsaf elə, xoş sözlə Məni gəl dindir, yar Məni gəl dindir Söylə, nədir bu ədalar Bu işvə, bu naz? Gedər bir gün bu gözəllik Sənə də qalmaz Yalqızam, yalqız Yalqızam, yalqız! Gəl, məni möhnətə, oda Salan vəfasız Söylə, nədir bu ədalar Bu işvə, bu naz? Vallah, ay qız, bu gözəllik Sənə də qalmaz Dağlar başı dumandır Aman, Allah, yar Yenə dumandır Ayrlığın ölümdən Mənə yamandır, yar Mənə yamandır Söylə nədir bu ədalar Bu işvə, bu naz? Vallah, ay qız, bu gözəllik Sənə də qalmaz Yalqızam, yalqız Yalqızam, yalqız! Gəl, məni möhnətə, oda Salan vəfasız Söylə nədir bu ədalar Bu işvə, bu naz? Vallah, ay qız, bu gözəllik Sənə də qalmaz
  • Aramızda nə qalıb ki? Bir keçilməz dərya var Yadımızda nə qalır ki? Bir yozulmaz röya var Yadımızda nə qalır ki? Bir yozulmaz röya var Səni məndən kim alar ki Qismətinə kim qalar ki? Mənim olsan nə olar ki? Dağılmaz ki, bu dünya! Mənim olsan nə olar ki? Dağılmaz ki, bu dünya! Bu çalınan nə kamandır? Ürəyimin telləri Görüşmürük nə zamandır Saymaq olmur illəri Görüşmürük nə zamandır Saymaq olmur illəri Bilməz idim sinəmdəsən Bu kimsəsiz aləmdəsən Qarşılaşsan mənimlə sən Dağılmaz ki, bu dünya Qarşılaşsan mənimlə sən Dağılmaz ki, bu dünya Bilməz idim sinəmdəsən Bu kimsəsiz aləmdəsən Qarşılaşsan mənimlə sən Dağılmaz ki, bu dünya Qarşılaşsan mənimlə sən Dağılmaz ki, bu dünya Qarşılaşsan mənimlə sən Dağılmaz ki, bu dünya Qarşılaşsan mənimlə sən Dağılmaz ki, bu dünya
  • Əzəl gündən bu dünyada Sevinc, kədər qoşa olar Zaman atlı, biz - piyada Çətin çatıb, ötən olar Dünyanın gül bağçasında Köksü al-qan laləsi var Bahar ömrün xəzanında Ərşə qalxan naləsi var! Görən kimlər keçdi səndən Canlar yola salan dünya? Fanidən də sən fanisən Həqqi danan, yalan dünya! Görən kimlər keçdi səndən Canlar yola salan dünya? Fanidən də sən fanisən Həqqi danan dünya! Dinib bəmdə, gah da zildə Quzutək mələdən sənsən Sultan olsaq əgər göydə Hökmünlə endirən sənsən Kimə cənnət, kimə dövran Kimiuə qəfəssən dünya Huri mələyi, dişi aslan Çarşablı iblissən, dünya! Görən kimlər keçdi səndən Canlar yola salan dünya? Fanidən də sən fanisən Həqqi danan, yalan dünya! Görən kimlər keçdi səndən Canlar yola salan dünya? Fanidən də sən fanisən Həqqıi danan dünya! Ey, dünyadan beş əlli yapışan nadan Bu şah qamətini zaman əyəcək Dünya sənə də qalmaz Eləmə güman, büdrəyib yıxılsan Hamı güləcək, hamı güləcək! Görən kimlər keçdi səndən Canlar yola salan dünya? Fanidən də sən fanisən Həqqi danan, yalan dünya! Görən kimlər keçdi səndən Canlar yola salan dünya! Fanidən də sən fanisən Həqqi danan dünya!
  • Təzadlı dünyaya uyarsa bəşər Bu yer üzündə insan qismətinə Duman, çən düşər Ağ saçlı dağların zirvəsindən Məğrurluq gen düşər Yalanlar həqiqəti təslim edər Görünməz çarşablı iblislər Şər işindən sevinər Mərd öldürən namərd Nahaq qandan öyünər İlahi, bu aha, fəryada Göylərdə günəş sönər Aman, aman! Dayan insan Düşün bir an Hara axır zaman? Sürünən kölgələr bir həqiqət tək İnsan ürəyinə yollar tapar, ey fələk, ey fələk! Qəlbləri əsarətdən xilas etməyə Sən elə kömək Günahsız qurbanlar aldığı yetər! Bəlkə övladlar dərd görməmişdir Bundan betər... Son bir ümidi də məhv edər Zalım kədər İlahi, yaratdığın aləm heçnədən olar hədər... Aman, aman! Dayan insan Düşün bir an Hara axır zaman? Aman, ay aman! Dayan insan Düşün bir an Hara axır zaman? (Zaman) (Zaman) (Zaman) (Zaman)...
  • Elə yaşa bu dünyada Hər ürəkdə sözün olsun Bu vətənə, elə-obaya Can yandıran gözün olsun Elə yaşa bu dünyada Hər ürəkdə sözün olsun Bu vətənə, elə-obaya (Ay) Can yandıran gözün olsun Elə yaşa bu dünyada Öz qismətin, izin olsun Ömrü-günü vermə bada Xalq yanında üzün olsun Elə yaşa bu dünyada Niyyəti tox gözün olsun Çətin gündə, çətin anda Bükülməyən dizin olsun Elə yaşa bu dünyada Öz qismətin, izin olsun Ömrü-günü vermə bada Xalq yanında üzün olsun Elə yaşa bu dünyada Öz qismətin, izin olsun Ömrü-günü vermə bada Xalq yanında üzün olsun Elə yaşa bu dünyada Öz qismətin, izin olsun Ömrü-günü vermə bada Xalq yanında üzün olsun
  • Yenə gəldi sonsuz, sahilsiz gecə Necə tab gətirim mən bu ağrıya? Yalqız qalmağıma mən dözüm necə? Sənsiz bənzəyirəm ulduzsuz aya Yalqız qalmağıma mən dözüm necə? Sənsiz bənzəyirəm ulduzsuz aya Unutma məni, yar, məni unutma Şirin yuxularda xatırla məni Unutma məni, yar, məni unutma Dalğın xəyallarda xatırla məni Unutma məni, yar, məni unutma Dalğın xəyallarda xatırla məni Gecələr yuxuma qatılır haram Duyğular səninlə, könül səninlə Ulduzlar içində səni araram Döyünər ürəyim məhəbbət ilə Ulduzlar içində səni araram Döyünər ürəyim məhəbbət ilə Unutma məni, yar, məni unutma Şirin yuxularda xatırla məni Unutma məni, yar, məni unutma Dalğın xəyallarda xatırla məni Unutma məni, yar, məni unutma Dalğın xəyallarda xatırla məni Arzular şirindir, diləklər həzin Nolardı ki, səni yenə görəydim? Gəl, ayrılıq izini qəlbimdən sil Uzat əllərini mənə, sevgilim Gəl, ayrılıq izini qəlbimdən sil Uzat əllərini mənə, sevgilim Unutma məni, yar, məni unutma Şirin yuxularda xatırla məni Unutma məni, yar, məni unutma Dalğın xəyallarda xatırla məni Unutma məni, yar, məni unutma Dalğın xəyallarda xatırla məni Unutma məni, yar, məni unutma Şirin yuxularda xatırla məni Unutma məni, yar, məni unutma Dalğın xəyallarda xatırla məni Unutma məni, yar, məni unutma Dalğın xəyallarda xatırla məni Şirin yuxularda xatırla məni Unutma məni, yar Sevirəm səni, yar!
  • Qəm-kədər uzaq olar bizdən Bir olsaq, gülüm Atma, gəl, indi məni darda Səs-soraq yoxdur daha səndən Ey, ala gözlüm! Mən səni söylə tapım harda? Yollarda qaldı gözüm Bəs hara getdin? Hicrana yoxdur dözüm De, niyə itdin? Ey, ala gözlüm Niyə getdin? Tək qaldım, aman! Sən iki qəlbi viran etdin Məhv etdin, inan! Ey, ala gözlüm Niyə getdin? Tək qaldım, aman! Sən iki qəlbi viran etdin Məhv etdin, inan! Göz gördü, könül sevdi İnan, yox daha taqət Gəl, könül evim oldu viran Tez qayıt, sənsiz üzdü məni Bu sonsuz həsrət Ey, laləyanaq, nazlı canan! Yollarda qaldı gözüm Bəs hara getdin? Hicrana yoxdur dözüm De, niyə itdin? Ey, ala gözlüm Niyə getdin? Tək qaldım, aman! Sən iki qəlbi viran etdin Məhv etdin, inan! Ey, ala gözlüm Niyə getdin? Tək qaldım, aman! Sən iki qəlbi viran etdin Məhv etdin, inan! Ey, ala gözlüm Niyə getdin? Tək qaldım, aman! Sən iki qəlbi viran etdin Məhv etdin, inan! Ey, ala gözlüm Niyə getdin? Tək qaldım, aman! Sən iki qəlbi viran etdin Məhv etdin, inan! Ey, ala gözlüm Niyə getdin? Tək qaldım, aman! Sən iki qəlbi viran etdin Məhv etdin, inan! Ey, ala gözlüm Niyə getdin? Tək qaldım, aman! Sən iki qəlbi viran etdin Məhv etdin, inan! (Tək qaldım)
  • Qəm eləmə, ay sevgilim Gözəlləri görəndə sən Sən ki, mənim gözlərimdə Gözəllərin göyçəyisən Lalə dedim yanağına Kədər qondu gül bağına Tər bənövşə, lalə, nərgiz Düzdü sənin sorağına Lalə dedim yanağına Kədər qondu gül bağına Tər bənövşə, lalə, nərgiz Düzdü sənin sorağına Günəş dedim gül üzünə Gülməsin günəş sözümə Hanı göydə elə ulduz Bənzəsin o gözlərinə? Lalə dedim yanağına Kədər qondu gül bağına Tər bənövşə, lalə, nərgiz Düzdü sənin sorağına Lalə dedim yanağına Kədər qondu gül bağına Tər bənövşə, lalə, nərgiz Düzdü sənin sorağına Lalə dedim yanağına Kədər qondu gül bağına Tər bənövşə, lalə, nərgiz Düzdü sənin sorağına Lalə dedim yanağına Kədər qondu gül bağına Tər bənövşə, lalə, nərgiz Düzdü sənin sorağına
  • Gülüm, səsləmə, geri dönmərəm Yüz yol dindirsən, mən dinmərəm Bil ki, sevmirəm geri baxmağı Sənli xatirəm - bir göz dağı Küləklər söyləyin, siz bilirsiz Niyə zildən belə coşur dəniz? Duyub həsrətimi, siz deyirsiz Ayrılıq nəğməsi qoşur dəniz Qərib gecədə necə həvəslə Suda ulduzlar əksini tapır Ümid xəyalım dönür həsrətə Tənha ulduztək səmadan baxır Heçdən bezmişəm, bir ümidim yox Vəfasız dostla bil işim yox Gəl, sus, oyatma, xatirə yatsın De, axı nə üçün o oyansın? Küləklər söyləyin, siz bilirsiz Niyə zildən belə coşur dəniz? Duyub həsrətimi, siz deyirsiz Ayrılıq nəğməsi qoşur dəniz Qərib gecədə necə həvəslə Suda ulduzlar əksini tapır Ümid xəyalım dönür həsrətə Tənha ulduztək səmadan baxır
  • Güzel aşık cevrimizi Çekemezsin demedim mi? Bu bir rıza lokmasıdır Yiyemezsin demedim mi? Demedim mi? Deme demedim mi? Gönül sana söylemedim mi? Demedim mi? Demedim mi? Gönül sana söylemedim mi? Bu bir rıza lokmasıdır Yiyemezsin demedim mi? Bu bir rıza lokmasıdır Yiyemezsin demedim mi? Yemeyenler kalır naçar Gözlerinden kanlar saçar Bu bir demdir gelir geçer Duyamazsın demedim mi? Demedim mi? Deme demedim mi? Gönül sana söylemedim mi? Ah Demedim mi? Demedim mi? Gönül sana söylemedim mi? Bu bir demdir gelir geçer Duyamazsın demedim mi? Bu bir demdir gelir geçer Duyamazsın demedim mi? Dervişler harabat olur Hak katında izzet bulur Muhabbet baldan tatlıdır Doyamazsın demedim mi? Ah demedim mi? Deme demedim mi? Demedim mi? Deme demedim mi? Gönül sana söylemedim mi? Muhabbet baldan tatlıdır Doyamazsın demedim mi? Muhabbet baldan tatlıdır Doyamazsın demedim mi? Muhabbet baldan tatlıdır Doyamazsın demedim mi? Muhabbet baldan tatlıdır Doyamazsın demedim mi?
  • Göyə ucalır ahım Təkcə sənsən pənahım De, nə idi günahım? Qaldım təklikdə... Dünyada gözüm yoxdur Gecəm-gündüzüm yoxdur Artıq dözüm yoxdur Çatmır nəfəsim Bu sənsizlikdə! Ömrümə dönə bilsən Dərdimi bölə bilsən Bilərdim ki, yenə də Mən səninləyəm Ömrümə dönə bilsən Dərdimi bölə bilsən Deyərdim ki, geri dön Həsrətindəyəm... Geri dön Baharım qışa dönür Ömür çırağım sönür Sənsizəm, görünür Tək qalacağam... Ürək çırpınır yaman Səni arzulayıram Görəsən nə zaman Nə zaman səni unudacağam? Ömrümə dönə bilsən Dərdimi bölə bilsən Bilərdim ki, yenə də Mən səninləyəm Ömrümə dönə bilsən Dərdimi bölə bilsən Deyərdim ki, geri dön Həsrətindəyəm... Ömrümə dönə bilsən Dərdimi bölə bilsən Bilərdim ki, yenə də Mən səninləyəm Ömrümə dönə bilsən Dərdimi bölə bilsən Deyərdim ki, geri dön Həsrətindəyəm. Ömrümə dönə bilsən Dərdimi bölə bilsən Deyərdim ki, geri dön Həsrətindəyəm. Geri dön
  • Qürurumun şah taxtından enib, gəlsəm Talehimin sərt yolundan dönüb, gəlsəm Duman kimi dağa-daşa sinib, gəlsəm Məni sevərsənmi, söylə, yenidən? Qürurumun şah taxtından enib, gəlsəm Talehimin sərt yolundan dönüb, gəlsəm Duman kimi dağa-daşa sinib, gəlsəm Məni sevərsənmi, söylə, yenidən? Məni sevərsənmi, söylə, yenidən? Ötən günlərimi anıb, qayıtsam Şamtək öz oduma yanıb, qayıtsam Təzə sevdaları danıb, qayıtsam Məni sevərsənmi, söylə, yenidən? Ötən günlərimi anıb, qayıtsam Şamtək öz oduma yanıb, qayıtsam Təzə sevdaları danıb, qayıtsam Məni sevərsənmi, söylə, yenidən? Təzədən güzarım bu yerdən düşsə İntizar baxışlar qəfil görüşsə Gözlərimiz bizdən xəlvət öpüşsə Məni sevərsənmi, söylə, yenidən? Təzədən güzarım bu yerdən düşsə İntizar baxışlar qəfil görüşsə Gözlərimiz bizdən xəlvət öpüşsə Məni sevərsənmi, söylə, yenidən? Məni sevərsənmi, söylə, yenidən? İnadımın buz aynası qəfil sınsa Sənsiz bumbuz xatirələr oda yansa Bu son görüş, talehimdə son gümansa Məni sevərsənmi, söylə, yenidən? İnadımın buz aynası qəfil sınsa Sənsiz bumbuz xatirələr oda yansa Bu son görüş, talehimdə son gümansa Məni sevərsənmi, söylə yenidən? Məni sevərsənmi, söylə, yenidən? Ötən günlərimi anıb, qayıtsam Şamtək öz oduma yanıb, qayıtsam Təzə sevdaları danıb, qayıtsam Məni sevərsənmi, söylə, yenidən? Ötən günlərimi anıb, qayıtsam Şamtək öz oduma yanıb, qayıtsam Təzə sevdaları danıb, qayıtsam Məni sevərsənmi, söylə yenidən? Təzədən güzarım bu yerdən düşsə İntizar baxışlar qəfil görüşsə Gözlərimiz bizdən xəlvət öpüşsə Məni sevərsənmi, söylə, yenidən? Təzədən güzarım bu yerdən düşsə İntizar baxışlar qəfil görüşsə Gözlərimiz bizdən xəlvət öpüşsə Məni sevərsənmi, söylə, yenidən? Məni sevərsənmi, söylə, yenidən? Məni sevərsənmi, söylə, yenidən?
  • Bu günlərdə yorğunam deyə Bunu özümə qorxuram deyəm Bu günlərdə yorğunam deyə Bunu özümə qorxuram deyəm O gözlərinə vurğunam deyə Sevən sevənə doğrular deyər O gözlərinə vurğunam deyə Sevən sevənə doğrular deyər Sənə elə gəlir amma Məni belə xatırlama Səbir edib çataq kama Olar dəniz dama – dama Məni bilə - bilə belə oda salma Olub keçənləri yada salma Ah, bilə - bilə belə oda salma Səni sevən adam axı yada qalmaz Bu günlərdə yorğunam deyə Bunu özümə qorxuram deyəm O gözlərinə vurğunam deyə Sevən sevənə doğrular deyər Bu gün nə sən, dünən nə sən Bu gündəyəm, dünəndə sən Qulaq verib gülən səsə Üzüm gülür güləndə sən Məni bilə - bilə belə oda salma Olub keçənləri yada salma Ah, bilə - bilə belə oda salma Səni sevən adam axı yada qalmaz Bu günlərdə yorğunam deyə Bunu özümə qorxuram deyəm Bu günlərdə yorğunam deyə Bunu özümə qorxuram deyəm O gözlərinə vurğunam deyə Sevən sevənə doğrular deyər O gözlərinə vurğunam deyə Sevən sevənə doğrular deyər
  • İçimdə itdiyim yerdə Özümdən asdılar məni Yolumca getdiyim yerdə İzimdən asdılar məni İçimdə itdiyim yerdə Özümdən asdılar məni Yolumca getdiyim yerdə İzimdən asdılar məni Dil susdu, dodaq bilmədi Qəm çəkən çıraq bilmədi Dil susdu, dodaq bilmədi Qəm çəkən çıraq bilmədi Yandığım ocaq bilmədi Közümdən asdılar məni Yandığım ocaq bilmədi Közümdən asdılar məni Közümdən asdılar məni Özümdən asdılar məni Gözümdən asdılar məni Sözümdən asdılar məni Hər dərdimə oynadılar Oynamaqdan doymadılar Boylanmağa qoymadılar Böhtanla asdılar məni! Hər dərdimə oynadılar Oynamaqdan doymadılar Boylanmağa qoymadılar Böhtanla asdılar məni! Dil susdu, dodaq bilmədi Qəm çəkən çıraq bilmədi Dil susdu, dodaq bilmədi Qəm çəkən çıraq bilmədi Yandığım ocaq bilmədi Közümdən asdılar məni Yandığım ocaq bilmədi Közümdən asdılar məni Közümdən asdılar məni Özümdən asdılar məni Sözümdən asdılar məni Səsimdən asdılar məni Dil susdu, dodaq bilmədi Qəm çəkən çıraq bilmədi Yandığım ocaq bilmədi Közümdən asdılar məni Yandığım ocaq bilmədi Mən başqayam – sizə yadam Ya da meyil salmaz adam Mənimki də - səsdi çatam Səsimdən asdılar məni! Mən başqayam – sizə yadam Ya da meyil salmaz adam Mənimki də - səsdi çatam Səsimdən asdılar məni! Özümdən asdılar məni Səsimdən asdılar məni
  • Səndən ayrı düşdüyümçün Bu dünyanı pisləyirəm Səni yenə görmək üçün Yuxu görmək istəyirəm Səndən ayrı düşdüyümçün Bu dünyanı pisləyirəm Səni yenə görmək üçün Yuxu görmək istəyirəm Hisslərimi cilovlayıb Ürəyimdə gizləyirəm O anları xatırlayıb Yuxu görmək istəyirəm Yuxu görmək istəyirəm O günlərə qayıtmaqçün Yuxu görmək istəyirəm Yenə sənə qovuşmaqçün Yuxu görmək istəyirəm Yuxu görmək istəyirəm Sevgimizi qoruyuram Yollarını izləyirəm Burda sənsiz çətin duram Yuxu görmək istəyirəm O anlarla yalqız qalıb Sənsizliyə dözməyirəm Yuxularımda azalıb Yuxu görmək istəyirəm Yuxu görmək istəyirəm O günlərə qayıtmaqçün Yuxu görmək istəyirəm Yenə sənə qovuşmaqçün Yuxu görmək istəyirəm Yuxu görmək istəyirəm Yuxu görmək istəyirəm O günlərə qayıtmaqçün Yuxu görmək istəyirəm Yenə sənə qovuşmaqçün O anlarla yalqız qalıb Sənsizliyə dözməyirəm Yuxularımda az qalıb Yuxu görmək istəyirəm Dərdlərini ovudaram Təkcə səni səsləyirəm Yuxu görmək istəyirəm Səni görmək istəyirəm
  • Kimlər dünyandan keçdi Özünü tanımaqçün Sənsə dünyadan köçdün Ürəkdə yaşamaqçün! Sən dünyanı dəyişib Qəlbdə abidə qurdun Cismin burada uyuyur Əbədiyyətdir yurdun! Tarixlərə yazılan Şəxsiyyət var, ilahi! Adını xalqın verdi – Dahi! Tarixlərə yazılan Şəxsiyyət var, ilahi! Adını xalqın verdi – Dahi! Dahi! Dahi! Ölümün özü belə Varlığına baş əydi! Sən əlçatmaz zirvəsən Sənə çatmaq gərəkdir! Ölümün özü belə Varlığına baş əydi! Sən əlçatmaz zirvəsən Sənə çatmaq gərəkdir! Ölümün özü belə Varlığına baş əydi! Sən əlçatmaz zirvəsən Sənə çatmaq gərəkdir! Tarixlərə yazılan Şəxsiyyət var, ilahi! Adını xalqın verdi – Dahi! Tarixlərə yazılan Şəxsiyyət var, ilahi! Adını xalqın verdi – Dahi! Gələn bir gün gedəcək O, taleyin işidir Gözəl ömür yaşamaq Allahın bəxşişidir! O dünyada da belə Ruhun dayaqdır bizə Sən əbədi qovuşdun Müqəddəs sevgimizə! Tarixlərə yazılan Şəxsiyyət var, ilahi! Adını xalqın verdi – Dahi! Özü tarix yaradan Şəxsiyyət var, ilahi! Adını xalqın verdi – Dahi! Dahi! Dahi! Ölümün özü belə Varlığına baş əydi! Sən əlçatmaz zirvəsən Sənə çatmaq gərəkdir! Ölümün özü belə Varlığına baş əydi! Sən əlçatmaz zirvəsən Sənə çatmaq gərəkdir! Ölümün özü belə Varlığına baş əydi! Sən əlçatmaz zirvəsən Sənə çatmaq gərəkdir! Tarixlərə yazılan Şəxsiyyət var, ilahi! Adını xalqın verdi – Dahi! Özü tarix yaradan Şəxsiyyət var, ilahi! Adını xalqın verdi – Dahi! Sən dünyanı dəyişib Qəlbdə abidə qurdun Cismin burada uyuyur Əbədiyyətdir yurdun! Dahi! Dahi!