Татарский переводчик Узбекские песни

Песня «Dahi» исполнителя Faiq Ağayev. Скачать или слушать онлайн

Текст песни:

Kimlər dünyandan keçdi
Özünü tanımaqçün
Sənsə dünyadan köçdün
Ürəkdə yaşamaqçün!
Sən dünyanı dəyişib
Qəlbdə abidə qurdun
Cismin burada uyuyur
Əbədiyyətdir yurdun!
Tarixlərə yazılan
Şəxsiyyət var, ilahi!
Adını xalqın verdi – Dahi!
Tarixlərə yazılan
Şəxsiyyət var, ilahi!
Adını xalqın verdi – Dahi!
Dahi! Dahi!
Ölümün özü belə
Varlığına baş əydi!
Sən əlçatmaz zirvəsən
Sənə çatmaq gərəkdir!
Ölümün özü belə
Varlığına baş əydi!
Sən əlçatmaz zirvəsən
Sənə çatmaq gərəkdir!
Ölümün özü belə
Varlığına baş əydi!
Sən əlçatmaz zirvəsən
Sənə çatmaq gərəkdir!
Tarixlərə yazılan
Şəxsiyyət var, ilahi!
Adını xalqın verdi – Dahi!
Tarixlərə yazılan
Şəxsiyyət var, ilahi!
Adını xalqın verdi – Dahi!
Gələn bir gün gedəcək
O, taleyin işidir
Gözəl ömür yaşamaq
Allahın bəxşişidir!
O dünyada da belə
Ruhun dayaqdır bizə
Sən əbədi qovuşdun
Müqəddəs sevgimizə!
Tarixlərə yazılan
Şəxsiyyət var, ilahi!
Adını xalqın verdi – Dahi!
Özü tarix yaradan
Şəxsiyyət var, ilahi!
Adını xalqın verdi – Dahi!
Dahi! Dahi!
Ölümün özü belə
Varlığına baş əydi!
Sən əlçatmaz zirvəsən
Sənə çatmaq gərəkdir!
Ölümün özü belə
Varlığına baş əydi!
Sən əlçatmaz zirvəsən
Sənə çatmaq gərəkdir!
Ölümün özü belə
Varlığına baş əydi!
Sən əlçatmaz zirvəsən
Sənə çatmaq gərəkdir!
Tarixlərə yazılan
Şəxsiyyət var, ilahi!
Adını xalqın verdi – Dahi!
Özü tarix yaradan
Şəxsiyyət var, ilahi!
Adını xalqın verdi – Dahi!
Sən dünyanı dəyişib
Qəlbdə abidə qurdun
Cismin burada uyuyur
Əbədiyyətdir yurdun!
Dahi! Dahi!
Поделиться: VK TG WA OK
Встроить на сайт

Другие песни исполнителя:

  • Sənin eşqin məni gətirdi dilə Necə aşiq olur bülbüllər gülə Sənin eşqin məni gətirdi dilə Necə aşiq olur bülbüllər gülə Həsrət çəkdim, səni sevdim Könül verdim mən Həsrət çəkdim, səni sevdim Könül verdim Belə bir gözələ, eşqimi təzələ Şeirə, qəzələ könül verdim Şeirə, qəzələ Belə bir gözələ, eşqimi təzələ Şeirə, qəzələ könül verdim Şeirə, qəzələ Əgər məndən ayrı gəzib-dolansan Məni öz eşqinə biganə sansan Əgər məndən ayrı gəzib-dolansan Məni öz eşqinə biganə sansan Alışaram, od tutaram, hey yanaram mən Alışaram, od tutaram, hey yanaram Unuda bilmərəm, sənsiz mən gülmərəm Könlümü vermərəm heç kəsə mən Könül vermərəm Unuda bilmərəm, sənsiz mən gülmərəm Könlümü vermərəm heç kəsə mən Könül vermərəm Unuda bilmərəm, sənsiz mən gülmərəm Könlümü vermərəm heç kəsə mən Könül vermərəm Heç kəsə mən könül vermərəm Heç kəsə mən könül vermərəm
  • Qürurumun şah taxtından enib, gəlsəm Talehimin sərt yolundan dönüb, gəlsəm Duman kimi dağa-daşa sinib, gəlsəm Məni sevərsənmi, söylə, yenidən? Qürurumun şah taxtından enib, gəlsəm Talehimin sərt yolundan dönüb, gəlsəm Duman kimi dağa-daşa sinib, gəlsəm Məni sevərsənmi, söylə, yenidən? Məni sevərsənmi, söylə, yenidən? Ötən günlərimi anıb, qayıtsam Şamtək öz oduma yanıb, qayıtsam Təzə sevdaları danıb, qayıtsam Məni sevərsənmi, söylə, yenidən? Ötən günlərimi anıb, qayıtsam Şamtək öz oduma yanıb, qayıtsam Təzə sevdaları danıb, qayıtsam Məni sevərsənmi, söylə, yenidən? Təzədən güzarım bu yerdən düşsə İntizar baxışlar qəfil görüşsə Gözlərimiz bizdən xəlvət öpüşsə Məni sevərsənmi, söylə, yenidən? Təzədən güzarım bu yerdən düşsə İntizar baxışlar qəfil görüşsə Gözlərimiz bizdən xəlvət öpüşsə Məni sevərsənmi, söylə, yenidən? Məni sevərsənmi, söylə, yenidən? İnadımın buz aynası qəfil sınsa Sənsiz bumbuz xatirələr oda yansa Bu son görüş, talehimdə son gümansa Məni sevərsənmi, söylə, yenidən? İnadımın buz aynası qəfil sınsa Sənsiz bumbuz xatirələr oda yansa Bu son görüş, talehimdə son gümansa Məni sevərsənmi, söylə yenidən? Məni sevərsənmi, söylə, yenidən? Ötən günlərimi anıb, qayıtsam Şamtək öz oduma yanıb, qayıtsam Təzə sevdaları danıb, qayıtsam Məni sevərsənmi, söylə, yenidən? Ötən günlərimi anıb, qayıtsam Şamtək öz oduma yanıb, qayıtsam Təzə sevdaları danıb, qayıtsam Məni sevərsənmi, söylə yenidən? Təzədən güzarım bu yerdən düşsə İntizar baxışlar qəfil görüşsə Gözlərimiz bizdən xəlvət öpüşsə Məni sevərsənmi, söylə, yenidən? Təzədən güzarım bu yerdən düşsə İntizar baxışlar qəfil görüşsə Gözlərimiz bizdən xəlvət öpüşsə Məni sevərsənmi, söylə, yenidən? Məni sevərsənmi, söylə, yenidən? Məni sevərsənmi, söylə, yenidən?
  • Günəş kimi batıb getdin Gələrsənmi yenidən? Niyə məni atıb getdin? Kimsəsiz bir qəribəm Həsrətimsən sən mənim Kədərli bir göz yaşım O qəmli xatirələr Həmdəmim, tək sirdaşım Xatırlaram o günləri Sən mənimdin, mən sənin O sevgi bir xatirədir Nə sənindir, nə mənim Həsrətimsən sən mənim Kədərli bir göz yaşım O qəmli xatirələr Həmdəmim, sirdaşım Ötən günlər geri dönməz Bizsə yenə görüşdük Bir ümid var ürəyimdə Bəlkə, yenə barışdıq Həsrətimsən sən mənim Kədərli bir göz yaşım O qəmli xatirələr Həmdəmim, tək sirdaşım mənim
  • Göyə ucalır ahım Təkcə sənsən pənahım De, nə idi günahım? Qaldım təklikdə... Dünyada gözüm yoxdur Gecəm-gündüzüm yoxdur Artıq dözüm yoxdur Çatmır nəfəsim Bu sənsizlikdə! Ömrümə dönə bilsən Dərdimi bölə bilsən Bilərdim ki, yenə də Mən səninləyəm Ömrümə dönə bilsən Dərdimi bölə bilsən Deyərdim ki, geri dön Həsrətindəyəm... Geri dön Baharım qışa dönür Ömür çırağım sönür Sənsizəm, görünür Tək qalacağam... Ürək çırpınır yaman Səni arzulayıram Görəsən nə zaman Nə zaman səni unudacağam? Ömrümə dönə bilsən Dərdimi bölə bilsən Bilərdim ki, yenə də Mən səninləyəm Ömrümə dönə bilsən Dərdimi bölə bilsən Deyərdim ki, geri dön Həsrətindəyəm... Ömrümə dönə bilsən Dərdimi bölə bilsən Bilərdim ki, yenə də Mən səninləyəm Ömrümə dönə bilsən Dərdimi bölə bilsən Deyərdim ki, geri dön Həsrətindəyəm. Ömrümə dönə bilsən Dərdimi bölə bilsən Deyərdim ki, geri dön Həsrətindəyəm. Geri dön

Похожие исполнители