Татарский переводчик Узбекские песни

Песня «Qərib Gecədə» исполнителя Faiq Ağayev. Скачать или слушать онлайн

Текст песни:

Gülüm, səsləmə, geri dönmərəm
Yüz yol dindirsən, mən dinmərəm
Bil ki, sevmirəm geri baxmağı
Sənli xatirəm - bir göz dağı
Küləklər söyləyin, siz bilirsiz
Niyə zildən belə coşur dəniz?
Duyub həsrətimi, siz deyirsiz
Ayrılıq nəğməsi qoşur dəniz
Qərib gecədə necə həvəslə
Suda ulduzlar əksini tapır
Ümid xəyalım dönür həsrətə
Tənha ulduztək səmadan baxır
Heçdən bezmişəm, bir ümidim yox
Vəfasız dostla bil işim yox
Gəl, sus, oyatma, xatirə yatsın
De, axı nə üçün o oyansın?
Küləklər söyləyin, siz bilirsiz
Niyə zildən belə coşur dəniz?
Duyub həsrətimi, siz deyirsiz
Ayrılıq nəğməsi qoşur dəniz
Qərib gecədə necə həvəslə
Suda ulduzlar əksini tapır
Ümid xəyalım dönür həsrətə
Tənha ulduztək səmadan baxır
Поделиться: VK TG WA OK
Встроить на сайт

Другие песни исполнителя:

  • Hardan biləydim axı, hicran gələcək Məni sevənin üzü birdən dönəcək Qara gecələr mənim ömrümə bənzər Tənhalıq indi qəlbimi üzər Ürək üsyan qoparsa bilən deyilsən Qəfil çırağım sönsə görən deyilsən Həsrətdən belə ölsəm dönən deyilsən Sən məni sevən deyilsən Ürək üsyan qoparsa bilən deyilsən Qəfil çırağım sönsə görən deyilsən Həsrətdən belə ölsəm dönən deyilsən Sən məni sevən deyilsən Aldatdı məni sevirəm deyənim Aldatdı məni mənsiz dözməyənim Aldatdı məni kimsə tutdu yerimi Ürəkdən sevdiyim aldatdı məni Aldatdı məni sevirəm deyənim Aldatdı məni mənsiz dözməyənim Aldatdı məni kimsə tutdu yerimi Ürəkdən sevdiyim aldatdı məni Sən bilə-bilə qəlbimə həmdəm oldun De bu sevgidən axı nə tez yoruldun Dözə bilmirəm, sənsizlik əzabdır Ayrılıq məni haradan tapdı... Ürək üsyan qoparsa bilən deyilsən Qəfil çırağım sönsə görən deyilsən Həsrətdən belə ölsəm dönən deyilsən Sən məni sevən deyilsən Ürək üsyan qoparsa bilən deyilsən Qəfil çırağım sönsə görən deyilsən Həsrətdən belə ölsəm dönən deyilsən Sən məni sevən deyilsən Aldatdı məni sevirəm deyənim Aldatdı məni mənsiz dözməyənim Aldatdı məni kimsə tutdu yerimi Ürəkdən sevdiyim aldatdı məni Aldatdı məni sevirəm deyənim Aldatdı məni mənsiz dözməyənim Aldatdı məni kimsə tutdu yerimi Ürəkdən sevdiyim aldatdı məni Aldatdı məni sevirəm deyənim Aldatdı məni mənsiz dözməyənim Aldatdı məni kimsə tutdu yerimi Ürəkdən sevdiyim aldatdı məni
  • Bir eşq yaşamışdıq, nə yazıq ki, bitdi... Sənə inanmışdım, o inam itdi Biçarə sevgimiz bizi tərk edib, getdi "Əlvida" demişəm sənli günlərə Artıq peşman olsan da, gecdir, gec Xatırlamaq səni istəmirəm heç İllərlə qəlbimlə oynamısan sən De, nə dəyişəcək "möhtacam" desən? İndi dünya üstə bir dünya versən "Əlvida" demişəm sənli günlərə Bir daha dönmərəm qəmli illərə "Əlvida" demişəm sənli günlərə... Bir daha dönmərəm qəmli illərə "Əlvida" demişəm sənli günlərə... Nə yolumu gözlə, nə də ara məni Artıq bir dünyam var yenidən yeni! Çoxdan qoparmışam bu qəlbimdən səni "Əlvida" demişəm sənli günlərə Artıq peşman olsan da, gecdir, gec Xatırlamaq səni istəmirəm heç İllərlə qəlbimlə oynamısan sən De, nə dəyişəcək "möhtacam" desən? İndi dünya üstə bir dünya versən "Əlvida" demişəm sənli günlərə Bir daha dönmərəm qəmli illərə "Əlvida" demişəm sənli günlərə... Bir daha dönmərəm qəmli illərə "Əlvida" demişəm sənli günlərə... "Əlvida" demişəm sənli günlərə... "Əlvida" demişəm sənli günlərə...
  • İtirilmiş dünənimdən Bu gün doğan qayğılarım O cavabsız suallarım Bir an məndən uzaq olun İtirilmiş dünənimdən Bu gün doğan qayğılarım O cavabsız suallarım Bir an məndən uzaq olun Məni mənlə barışdıran Ya küsdürən əməllərim Sirli qalan duyğularım Bir an məndən uzaq olun Məni mənlə barışdıran Ya küsdürən əməllərim Sirli qalan duyğularım Bir an məndən uzaq olun Mənə əziz baxan gözlər Sevindiyim dəqiqələr İnandığım möcüzələr Bir an mənə yaxın olun Mənə əziz baxan gözlər Sevindiyim dəqiqələr İnandığım möcüzələr Bir an mənə yaxın olun Bir an mənə yaxın olun O natamam fikirlərim Bağlı qalan mətləblərim Yaxın-uzaq tanışlarım Bir an məndən uzaq olun O natamam fikirlərim Bağlı qalan mətləblərim Yaxın-uzaq tanışlarım Bir an məndən uzaq olun Məni mənlə barışdıran Ya küsdürən əməllərim Sirli qalan duyğularım Bir an məndən uzaq olun Məni mənlə barışdıran Ya küsdürən əməllərim Sirli qalan duyğularım Bir an məndən uzaq olun Mənə əziz baxan gözlər Sevindiyim dəqiqələr İnandığım möcüzələr Bir an mənə yaxın olun Mənə doğma baxan gözlər Sevindiyim dəqiqələr İnandığım möcüzələr Bir an mənə yaxın olun Bir an mənə yaxın olun Bir an mənə yaxın olun
  • Bu millət cəsurların hünərindən ruhlanır Qalibiyyət qazanıb zirvələrə yollanır Qarabağ zəfəriylə şanlı bir tarix yazır! Eşq olsun igidlərə! Yaşasın Azərbaycan! Var olsun mərd millətim! Yaşasın Azərbaycan! Sən qalibsən, bütün dünya Qələbəndən danışır! Odlar Yurdum, Ana Vətən Zəfər sənə yaraşır! Eşq olsun igidlərə! Yaşasın Azərbaycan! Var olsun mərd millətim! Yaşasın Azərbaycan! Yurdumuz öz xilaskar Oğluna arxalandı Bayrağımız hər qarış torpaqda dalğalandı Bu xalqın qəlbi, ruhu, canı Azərbarcandır! Eşq olsun igidlərə! Yaşasın Azərbaycan! Var olsun mərd millətim! Yaşasın Azərbaycan! Sən qalibsən, bütün dünya Qələbəndən danışır! Odlar Yurdum, Ana Vətən Zəfər sənə yaraşır! Eşq olsun igidlərə! Yaşasın Azərbaycan! Var olsun mərd millətim! Yaşasın Azərbaycan! Şəhidlərin ruhunun şad olan məqamıdır Hər damla qanı belə torpağa salamıdır Yurdumuz qəhrəmanlar, igidlər məkanıdır! Eşq olsun igidlərə! Yaşasın Azərbaycan! Var olsun mərd millətim! Yaşasın Azərbaycan! Sən qalibsən, bütün dünya Qələbəndən danışır! Odlar Yurdum, Ana Vətən Zəfər sənə yaraşır! Eşq olsun igidlərə! Yaşasın Azərbaycan! Var olsun mərd millətim! Yaşasın Azərbaycan! Eşq olsun igidlərə! Yaşasın Azərbaycan! Var olsun mərd millətim! Yaşasın Azərbaycan!
  • Azərbaycan - odlar yurdum mənim! Sən namusum, qeyrətimsən, vətənim! Sən namusum, qeyrətimsən, vətənim! Sev vətəni, adını tut uca Qürur ilə söylə - vətənim var! Hər bir qarış torpaq nurlu ocaq İgid oğul vətəni qoruyar Uğrunda ölən varsa, vətən var! Vətən anadır, biz övladıyıq Vətənə layiq olsaq, var olar Çünki biz bu vətənin adıyıq Azərbaycan - odlar yurdum mənim! Sən namusum, qeyrətimsən, vətənim! Azərbaycan - odlar yurdum mənim! Sən namusum, qeyrətimsən, vətənim! Sən namusum, qeyrətimsən, vətənim! Öz yurdumun vəfalı oğluyam Vətən mənim canım, varlığımdır Mən əbədi vətənə bağlıyam Vətən alın yazım, həyatımdır Uğrunda ölən varsa, vətən var! Vətən anadır, biz övladıyıq Vətənə layiq olsaq, var olar Çünki biz bu vətənin adıyıq Azərbaycan - odlar yurdum mənim! Sən namusum, qeyrətimsən, vətənim! Azərbaycan - odlar yurdum mənim! Sən namusum, qeyrətimsən, vətənim! Sən namusum, qeyrətimsən, vətənim! Göy üzündən duman-çən silinər Zəfərlə yürüş edərik biz! Bu torpağı qoruyan sevilər Zirvədə olacaq millətimiz! Uğrunda ölən varsa, vətən var! Vətən anadır, biz övladıyıq Vətənə layiq olsaq, var olar Çünki biz bu vətənin adıyıq Azərbaycan - odlar yurdum mənim! Sən namusum, qeyrətimsən, vətənim! Azərbaycan - odlar yurdum mənim! Sən namusum, qeyrətimsən, vətənim! Sən namusum, qeyrətimsən, vətənim! Azərbaycan - odlar yurdum mənim! Sən namusum, qeyrətimsən, vətənim! Azərbaycan - odlar yurdum mənim! Sən namusum, qeyrətimsən, vətənim! Sən namusum, qeyrətimsən, vətənim!

Похожие исполнители