Татарский переводчик Узбекские песни

Okaber.
 Слушать песни исполнителя и скачать онлайн.
Страница 3

Okaber

  • Mən sənin varlığına o qədər alışmışam ki Heç yoxluğunda bu qədər yanıb alışmamışdım (Sənsiz) Saçlarına boğulub batıb elə qarışmışam ki Heç bəni-adəm çürüyüb torpağa belə qarışmamışdı Laxta qanların əvəzinə saxta qanlar İllərin bəd xəbəri səbrimi dartıb geniş Və sənə varmaq üçün başqa yollar axtaranda Ozan Arif "başqa yol yox artıq" demiş (Başqa yol yox artıq) Sən əzbərimdəsən, mənim adım kimisən! İlk baxışdan sevdiyim qadın kimisən! Sən ölüm kimi, sən yaşam kimisən! Əbədi xilaskar — Nuru Paşam kimisən! Düz eliyib də ayırdıq düzü yüz eyibdən Necə ki həmin dağlar ilham alır Üzeyirdən Azan səsinə açılıb nəfəsi minarənin Şahidi müharibənin, afərin, Xüdafərin Mənim ruhum o dağlara qanadlanar Mən xəzinəmə görə narahat Cavad xanam Necə ki cana bəsrət taxt-tacına şah Qacarın Axtarıb tapdıracaq, tapdayacaq, saplayacaq (Dibinə kimi) Gözəlliyinin aşiqiyəm, dünyaya səs salıram Şəhriyarın "qasid"iyəm, Müşfiqin "rəssam"ıyam Qafiyəm misri, sətrim ozan mizrabıdı Yezidin dəstəmaz almağı belə, su israfıdı Boz Qurd səni elə sevmişdi, Tatar qızı Heç Timuçin Börtəni belə sevməmişdi Perronda qarşıladıq birinci qatarımızı (Növbəti stansiya Xankəndi) Yəni ev demişdik
  • əyatı cənnət sayanlara ölüm cəhənnəmdi Ölüm fast-food, xərçəng ya da sətəlcəmdi Ölüm ulduz xəstəliyi və ya plastik əməliyyatdı Həyat '37, renesans ya da klassik ədəbiyyatdı Bura lövbəri salanlar üçün növbədi Mənim üçün kişi kimi söz vermək elə tövbədi Kimsə gedir şəxsiyyət olur, kim isə gəlir olur Dəli-dolu həyatınızın içində dəli dolu Karabin kimi qafiyələr ruha toxuna ya da vura cin kimi Zirzəmidən yol axtarıram qaranlıq otaqlara Nağılları kabus elədim qırmızı papaqlara Saman altından yeriyən həmin suyu kəs Ölüm intihar ola bilər ya da sui-qəsd Deyilərsə içmə, deyil bu badə rəva Geyinərsə nə badə, məbada, məba Mərhaba, ətrafa səs yayıldı Məclisdə xaç atası, sən, bir də Əzrayıldı Daimi əzablar içində vətən xaini Xarabada diz çöküb oxuyar sonuncu ayini Ciyərlərinə tüstü dolar Qadının kişidən yalnız əxlaqı üstün olar Okaberin mətni cinayət, sətri qandı Sarkazm, kinayə və ya qətliyamdı Mənə gələn hər fikir, təbimdən düzülər mətnlərə Qəlbimdən süzülər sətirlərə, gətir mənə! Ən odlu silahı gətir mənə! Cümlələr mərmidi, elə bil ətraf dərmə-deşik Sözlərimə qulaq as, Adəm almanı dərmə eşit! 6 nəfər 70-lərdən şahiddi hərivə 5-i Kəlmə eşir beyinləri, karabin zərbə deşir Laxladı qəlpələrim, rəqiblər nakautda Tanıyan bilir məni MadHouse'dan, RapOut'dan Vuraraq son akkordları ölümün gözünə baxın İnsan ölümə yaxın olanda ruhu önünə axır
  • Yoxluğumu tapıb çıxarmağı gəl, əynimdən başla Bütün bədənim ölə bilər mənim tək beynimdən başqa Gəl danışım sənə insultdan, içkilərdən, nevrozumdan Demə ki, əsl şairlər ölüb qaraciyər serrozundan Şeytan çartlayan məqbərələr, dağılan sərdabələrdi Sirli ahid sandığı uğrunda gəbərən sərkərdələrdi Saxta övliyaların hədislərinin xurafatları Cahillik, avamlıq, "Danabaş kəndinin əhvalatları" Ya da ki, körpənin dünyaya necə gəldiyini bilməsidi İfritələrin xəyanəti, fahişə qadının hiyləsidi Süni xrizantem göz yaşı və qucaq göstərər Yumru dünyanı bəşər övladına üçbucaq göstərər Arzuların rekviemi qələm, kağız, təknə, dəniz Bozqurdun yaşamağının Turan olduğu tək nədəni Şirin kaprizləri tuşlanıb qəlbimə silah kimi Dilimdən düşmür möminin dilindən "Bismillah" kimi Mənim sevgim qibləgah, Tac Mahal, Ayasofyadı Mənim sevgim sevgidən də müqəddəsdir, paranoyadır O qədər pak və safdı həsəd aparar iblislər İnsanları reallıqlar yaşadırsa, məni hislər Bəs onda kim gizlər nəmli gözləri pəncələrimdən? Sən danış "bəlkə"lərindən Mən danışım "məncə"lərimdən Həqiqətin bəlasından danış göstər xətasını Şeytan gəldi hər kəs gözləyirdi "Xaç Atası"nı
  • Ölür yaxşılar, pislər çoxalır Ömür yaxşıdan, illər çox alır Ölür yaxşılar, pislər çoxalır Ömür yaxşıdan, illər çox alır Ölür yaxşılar, pislər çoxalır Ömür yaxşıdan, illər çox alır Ölür yaxşılar, pislər çoxalır Ömür yaxşıdan, illər çox alır Ölür yaxşılar, pislər çoxalır Ömür yaxşıdan, illər çox alır Ölür yaxşılar, pislər çoxalır Mikrofonda Xaç Atası! Əzabın dərəcələrindən, yuxusuz gecələrimdən Danışım neçələrindən, biraz tempi artır Təbim Osama bin Laden, səsim terrordu Belə bir ordu qurdu əqidəmiz, Bozqurdu! Əlimdə "Mənim Mübarizəm", beynimdə Hitlerdi Sizlər əylənəndə, TAOW şəhid verdi! Neçələri ağzını, üzünü, gözünü əyib getdi Əlimi sıxanlar çox olub kal, dəyib getdi! Hərdən baxırdım, insanların saxtalarına Kasıb geyimləriylə dolu, uşaq baxçalarına Təsəlli səhər alınmadısa, eybi yox, axşam alınar Dost, dərdim var, torpaqda qəbrimdə şam yanar Mən isə var olanları bəzən yox bilərdim Gülmək yaraşsaydı mənə, yəqin çox gülərdim Bizləri sərhəd, bariyer, körpülər bölməsin Müharibə davam edir, amma körpələr ölməsin Adamın gərək adamı olsun bəzi hallarda Adamın adamı olmasa Adamın adamlığı da olmur bu zəmanədə Deməli bizim adamlığımız yoxdur Nə olsun ki, qarnımız hərdən ac, gözümüz toxdur Ölür yaxşılar, pislər çoxalır Ömür yaxşıdan, illər çox alır Ölür yaxşılar, pislər çoxalır Ömür yaxşıdan, illər çox alır Ölür yaxşılar, pislər çoxalır Ömür yaxşıdan, illər çox alır Ölür yaxşılar, pislər çoxalır Ömür yaxşıdan, illər çox alır Ölür yaxşılar Pisi görür yaxşılar Nəfs oyunu deyil Könül yarışı bax Zamana buraxma Gömür axışı vaxt Xeyir və şər Veyil bəşər Heyif eyş-işrət Əməl geyin qəşəng Dönər meyid leşə Pislər əyib eşər Tütün xeyir, peşə Hər şeyin bədəli var Atanın səhvi oğuldan çıxar Ya səhvin, ya da oğlun olmasın Gün gələr səni də qorxudan çıxar Qorx ki, qorxmağa qorxun olmasın İnsan oğlunun yaxşısı az İnsaflı ol qarşısın al Çünki Ölür yaxşılar, pislər çoxalır Ömür yaxşıdan, illər çox alır Ölür yaxşılar, pislər çoxalır Ömür yaxşıdan, illər çox alır Ölür yaxşılar, pislər çoxalır Ömür yaxşıdan, illər çox alır Ölür yaxşılar, pislər çoxalır Ömür yaxşıdan, illər çox alır
  • Buranın havası mənfilərdə, barmaq tətikdədir Düşməni gəbərtdikcə, çürümüş ət iyi gəlir Nə ümidlərim vardı, hədəfə qoyub güllələyirəm Boğazına bıçaq dirəyirəm, söyürəm, şillələyirəm Sanki nədən yorğunluq, bəlkə bədən yorğun Əsl hakimin gələcəyi məhkəmədən qorxun Aciz olan insanlar, bir də cümlələrdir Ətraf mafiya, çirkab, çirkin zümrələrdir Məclisdə "Xaç Atası", hər kəs ayağa qalxsın! Eşidirsiz?! Deyirəm ki, mərkəz ayağa qalxsın! Yerinə oturub danışma heçnə bacarmadan Azadlıqdan, həbsdən və bir də kazarmadan Səsiniz gəlir Biz haqqın yolçuları Biz susmayan Karabin! Tülkü, çaqqal ovçuları Kimin ki, borcu qalıb torpağımızı qorumağa Biz əlindən tutarıq, qoymarıq yorulmağa Ömrü deyə bilmərəm, ölümün baharıdır bu Sanki şeytanın bizə hazırladığı naharıdır bu Və halını soruşsan bu mahnının Dinlədiyin ucuz sətirlər deyil! Bahalıdır bu! Ömrü deyə bilmərəm, ölümün baharıdır bu Sanki şeytanın bizə hazırladığı naharıdır bu Və halını soruşsan bu kinonun İzlədiyin ucuz filmlər deyil! Bahalıdır bu! Ömrü deyə bilmərəm, ölümün baharıdır bu Sanki şeytanın bizə hazırladığı naharıdır bu Və halını soruşsan bu mahnının Dinlədiyin ucuz mahnı deyil! Nə bilim ala!?
  • Yandırın mənim leşimi Mənim torpağımın ehtiyacı yox daha o murdarlığına Xoşbəxtlik, görəsən, neçə kisə qızıladır Adəm oğlunun Mənim gülüşlərim daha çox sən idin halbuki Bəs bu necə, bəsdir edamıma? Günəş parıldayaraq işıq saçır Mən doğumumdan bu yana sevgi və günah saçıram Batır məni, Allah Mənim anam mənə axıtdığı göz yaşları ilə Dar ağacımı yetişdirirdi Atam ölüb gedərkən bilinməyən bir Tanrının yanına Adımın o tərəfinə bir soyadı hədiyyə edirdi Və amma hər səhər yalnız oyanıram Mən hər şeirdən sonra ağlayıram Axıb gedirəm hər dəfə, sanki yağışam Gözlərimin kədərini gizlətsin Tanrı gülüşlərlə Qaranlıq deyiləm mən, Tanrı, itmirəm hər çıxan Günəşinlə Ruzi niyaz içində olaram, ruhum deyil sakit İnkar etsəm də, Tanrıya inanıram, lakin Tükənmiş səbrimin lüğətsizliyi lal edir Və dilimin iki şeirlik halı var tükənmədən əvvəl Tanrı yaratdıqlarını sevir, həqiqət idi bu Amma məni yaratmamışdan əvvəl Mən bir həqiqətəm, məni kafirlər silmir Amma saçım saqqalıma qarışıb, buna maneə ola bilmir Gəlir ən gözəl qadın, qoynuna girir Sevir səni, sənə sevmək öyrədir Nolsun? Bir gün rədd olub gedir Bu əsərlərə dramatikliyi bəxş edən cəsədlər Gecələr qan ağlayanda açılmır səhərlər O mövzulara qayıtmağını istəmirəm, dost Həyatdan küs, fikirlərim alt-üst Ruhuma əzab verilirdi, döyülürdü Hədəfdə tutulub qalmış ümidlərimi söyürdüm Evtanaziyadan sonra canlanmıram Sizin inandığınız Allahlara inanmıram Əbədiyyətə qovuşmaq üçün tapıram izlərini Mən Tanrını sevirəm, o isə alır əzizlərimi İnsanla adam arasında böyük fərqi anladım Amma nə insanlar anladı məni, nə adamlar Səhər səhv addıma görə gecələr özümü danladım Amma nə gündüzlər anladı məni, nə axşamlar Sənə kim dedi ki, mən ağıllıyam? Bitməz daha üsyan Amma heç bir vəziyyətdə olmayıb Allaha üsyanım Dəmir eyvanlardan baxır katorqa heyvanları Qeyd anları aparılır qanlı meydanların Şairlərə fars damğası vurub öldürdülər onları Bizdə isə hər il Kərbəla titrədir regionları Sünni, şiə, terror qışqırır media, bazar Hər cümə namazından sonra mərdimazar Mənim qəlbim azar tutub yazar dərdi, yazar Mənim sətrim üzər səni, qazar qəbri, qazar Biz nə dar ağacında rastlaşdıq səninlə, nə də sürgündə Biz nə eyni qadını sevdik səninlə, nə də güllə yaramız var Biz heç bir yerdə erməni başı belə kəsməmişik Biz heç qışqırmamışıq səngərdə Söyməmişik düşmənin var-yoxunu Biz heç bir yerdə namaz qılmamışıq Alnımız möhürə dəyməyib Asacaqlar şairi, kafir damğası vuracaqlar Asacaqlar bizləri, Allahın verdiyi canı onlar alacaqlar Asacaqlar bizi, bizə yaraşdırmayacaqlar getməyi Asacaqlar səni də, dostum, kafirlə dostluq ucbatından Taxta oyuncaqlar asacaqlar Xəzərin qatilləri adından Bir-iki şeir yazmadığım üçün qafiyələrimin xətrinə bağışla Oyunu bitib qutuya qoyarkən oyunçuları Tanrı Bir-iki oyunçuyuq qutunun arxasında unudulan Bir-iki mürtəd var qarşımda halbuki Anlamadıqları üçün üstün bilər səndən Ey Tanrı, sən ki ədalət, nur içində haqlarını payladın Axı bəs mən? Cümləsini cümləsinə bağırdıq deyə inkarı Adımızı qoymaq olarmı kafir? Əgər bir iki şairdirsə dahi yalnızca Gəl tanış olaq: "Salam, mən dəli"