Татарский переводчик Узбекские песни

Песня «Şeytan»
исполнителя Okaber.
Скачать или слушать онлайн

Текст песни:

Yoxluğumu tapıb çıxarmağı gəl, əynimdən başla
Bütün bədənim ölə bilər mənim tək beynimdən başqa
Gəl danışım sənə insultdan, içkilərdən, nevrozumdan
Demə ki, əsl şairlər ölüb qaraciyər serrozundan
Şeytan çartlayan məqbərələr, dağılan sərdabələrdi
Sirli ahid sandığı uğrunda gəbərən sərkərdələrdi
Saxta övliyaların hədislərinin xurafatları
Cahillik, avamlıq, "Danabaş kəndinin əhvalatları"
Ya da ki, körpənin dünyaya necə gəldiyini bilməsidi
İfritələrin xəyanəti, fahişə qadının hiyləsidi
Süni xrizantem göz yaşı və qucaq göstərər
Yumru dünyanı bəşər övladına üçbucaq göstərər
Arzuların rekviemi qələm, kağız, təknə, dəniz
Bozqurdun yaşamağının Turan olduğu tək nədəni
Şirin kaprizləri tuşlanıb qəlbimə silah kimi
Dilimdən düşmür möminin dilindən "Bismillah" kimi
Mənim sevgim qibləgah, Tac Mahal, Ayasofyadı
Mənim sevgim sevgidən də müqəddəsdir, paranoyadır
O qədər pak və safdı həsəd aparar iblislər
İnsanları reallıqlar yaşadırsa, məni hislər
Bəs onda kim gizlər nəmli gözləri pəncələrimdən?
Sən danış "bəlkə"lərindən
Mən danışım "məncə"lərimdən
Həqiqətin bəlasından danış göstər xətasını
Şeytan gəldi hər kəs gözləyirdi "Xaç Atası"nı

Другие песни исполнителя:

  • Bu qədər dözmüsən daha dözmə Nə sənə gələ bilirəm nə də ki özümə Sanki şeytanam halımıza gülürəm Mən yuxularda tez-tez ölürəm Neçə tanışı elə bildim qardaşdı Neçə xanımın hesabını verib sağollaşdım Neçə qəlbi yaralayıb deşmişəm Mən yoxluqlara öyrəşmişəm Ama sən olsaydın Yəqin qalmazdım mən outside Hədəfləri lazımdı zamanında vurasan Qəlbidə gərək vaxtında qırasan Gecədəndə yazaram, yazaram səhərdəndə Gözlərindən küsərəm gedərəm şəhərdəndə Gəl otur qəhərlənmə yenə sərxoşam Ama sən zəhərlənmə Bir gün ele bu ipdən boğazım asılar Ölsəm qurdlar gələr yasıma Aləmə it, mənə çaqqal gəlib hürər Anlamır mən bügün Araz, sabah dəli Kürəm Hər sətrim qadağan taboodu Bizi məhv edən sevgi və cadudu Və budu, yoxdu artıq hündürə qaldırın Karabinin tabutunu Ma ma ma mafck həyatdı bu Ömrün təzəsini ver, boyatdı bu Bu qədər yükün altına girməzdim Əgər yatacaqdısa hər oyatdığım Bro Hərşeyi at deyirlər Mənə Okaberdən çox ustad deyirlər Qanqa xatirələri bu sadəcə həyatdı Gözlərini yum, sakitcə yat deyirlər
  • Son addımında ehtiyatlı ol! Bizə qarşı çıxarsan, sonuncu addımındı Ölüm sənə yaxındı Üzməyə özünü cırma, dəniz deyil bu, axmaq Bu qanlı bir axındır, yaxın dur! Əvvəl-axırı budur, insanlar mat, məəttəl Mən onlardan əvvəl yaranıb, öldüm lap əvvəl Qaranlıq şəhərə qanlı gözlərlə qara baxışlar "Qarın qardaşdan irəli" - deyən harın yaranmışlar Narın yağan yağışlar qədər səhnədə alqışlar Səngərdə sərkərdə kimi döyüşər, vuruşar İçimdə müharibə, sözlərim top, tüfəngdi Həyatın məktəbdirsə, bugün sonuncu zəngdi! Bugün son dəfə ağla, gül, bağla səhifəni Özünə sifariş elə torpaq, qəbirdaşı, kəfəni! Bu gün məhv eləyəcəm səni, yazıq kimi baxma Sən uduzdun, axmaq, şərəfsiz, ağlama, ağlama! Mən yummuram gözümü alçaqların yanında Və çatdırdım sözümü şərəfsizlərə sonunda Çəkilibdirsə adım Canavar ünvanında Qanımda var quduzluq, dayanmayın yanımda! Mən yummuram gözümü alçaqların yanında Və çatdırdım sözümü şərəfsizlərə sonunda Çəkilibdirsə adım Canavar ünvanında Qanımda var quduzluq, dayanmayın yanımda! Təhlükə anında bir addım geriyə və hücum Bu sətirlər vücudum, tükənməzdir gücüm Mənim kağız, qələmim səbəblərin sorağında Sənin qızın, gəlinin ərəblərin qucağında Mənim əsəblərim gərgin və tələblərim zəngin Sənin ailən, həyatın, qazandığın pullar çirkin Bu gün son dəfə qazan, mən udan, sən uduzan Mən yazan, pozan, gözlərim qandı, quduzam Bugün son dəfə yaltaq, ikiüzlü satqin ol Bugün son dəfə gir günaha, yetimlərin haqqını al Bugün son dəfə oğurla, günahsızlara şər at Son dəfə məktəblərə zəhər, düşmənə silah sat Son dəfə qadın al-veri, son dəfə qumarxanalar Sənin kimilər sənə bugün son dəfə arxalanar Və bugün son dəfə görəcəyin bu basılan tətik Sənə demirəm hələlik Həmişəlik! Mən yummuram gözümü alçaqların yanında Və çatdırdım sözümü şərəfsizlərə sonunda Çəkilibdirsə adım Canavar ünvanında Qanımda var quduzluq, dayanmayın yanımda! Mən yummuram gözümü alçaqların yanında Və çatdırdım sözümü şərəfsizlərə sonunda Çəkilibdirsə adım Canavar ünvanında Qanımda var quduzluq, dayanmayın yanımda!
  • Belə də, davam edirəm, davam edirsən, ey həyat Günlərimin yarısı bitkisəl, yarısı heyvanat Yenədə eyni dalanlar, nə olar eyni əs külək Yenədə eyni mənzil, eyni tüstülər, eyni öskürək Bədənim burdadı, ruhum başqa diyarlarda Bizə azadlıq verən yatır Fəxri Xiyabanda Ona görə axtarma azadlığı, ölüm gəlirsə Sən elə bil qəhər kimisiən boğaza düyünlənirsən Əridib məsafələri, varmaq istəmirsən Dərimin məsamələri, barmaq izlərimsəm Əllərini buraxmaqmı cinayətdi hələ görən?! Dünyanın nüfuzu bizdən ibarətdi mənə görə Saatın əqrəblərini zamandan ayırarsan Get... Dəli olanda qayıdarsan! Getmişdin, aparardın əzablarımı da Aparardın tütünlərimi, şərablarımı Məni də çağır gəlim Hərkəsə tüpür, rədd elə, arxamca bağır gəlim Daşıdığım dərd yükləri dizlərimə ağır gəlir (Çağır gəlim) Məni də çağır gəlim Məni də çağır gəlim Hərkəsə tüpür, rədd elə, arxamca bağır gəlim Daşıdığım dərd yükləri dizlərimə ağır gəlir (Çağır gəlim) Məni də çağır gəlim Gəlim, söylə yanına gəlim arzularla (Məni də çağır gəlim) Mən ağıllı deyiləm, mən ən dəli! Hörəcəm qəlb evinə daş hasarlar Sən sadəcə mənimsən Darasın külək saçlarını Ətir qoxar bu şəhər sənin kimi (Sənin kimi) Tək təsəllim olar bəlkə mənim (Məni də çağır gəlim) Söylə yanına gəlim arzularla Mən ağıllı deyiləm, mən ən dəli! Məni də çağır gəlim Hərkəsə tüpür, rədd elə, arxamca bağır gəlim Daşıdığım dərd yükləri dizlərimə ağır gəlir (Çağır gəlim) Darasın külək saçlarını Ətir qorxar bu şəhər sənin kimi (Çağır gəlim) Tək təsəllim olar bəlkə mənim Məni də çağır gəlim Məni də çağır gəlim Gəlim
  • Gəl, yağışa addım ataq, ya da qarışaq buludlara Gəl, ümidvaram sözünü dəyişək olsun unutmaram Gəl, elə bil torpağa girək ki əbədi yata bilək Ya da, elə bil duaya dönək ki Allaha çata bilək Mən geri dönənə qədər bütün ulduzları say demişəm O qədər dəli oldum qışa yay, noyabra may demişəm Sən yarimin qasidisən, əyləş sənə çay demişəm Bəlkə tez xəbər gətirəsən yardan gələn ay demişəm Gəl, bu millətə yuxusuzluq dərmanı daddıraq Gəl, elə bir üsyan qaldıraq, buranı yandıraq! Mən gözəlliyinə aşiq, sən isə Qarabağ olaydın (kaş) Mən Müşfiq olaydım, sən də Yenə O Bağ olaydın Gəl, elə bir külək ol kəfənimi cır, mənə əs gedim Yada şaxta ol beynimi dondur, bədənimi kəs gedim Geri dönməzmi gedən qatar bir dəfə dayanmazmı?! Oyadar xəlqi əfğanım qara bəxtim oyanmazmı?! Biz yolunan saçların əvəzini yolmağa gəlmişik Biz Xarı bülbülün haqqını almağa gəlmişik Mən şəhidəm sən qərənfilim, solmağa gəlmişik Biz tək müharibədə könüllü olmağa gəlmişik Gəl, son cəngavər döyüş təbilini vuranda görüşək Gəl, Turanda görüşək ayələrə dönək Quranda görüşək Gəl, əbədi BOZQURD'a dönək ulayaq qiyamətə Gəl, bütün Türküstan Qarabağ üçün ayağa duranda görüşək! Gəl, Turanda görüşək
  • Mən insanları tanıyıram qəribə tərzlərindən Görünüşlərindən Tanıyıram sağlam olanlarından Xəstə və ölmüşlərindən Mən insanları tanıyıram yalanlarından Yaxud düzlərindən Yaşıl, qara, qonur, ala, göy, mavi gözlərindən Mən insanları tanıyıram müqavilələrdən Müharibələrdən Müdafiələrdən, mühakimələrdən Mühafizələrdən, mübarizələrdən Mən insanları tanıyıram Uzun əlin əl atmaq vərdişi olsun gərək Bilirsən, kişinin düşməni də Elə özü kimi kişi olsun gərək! Mən insanları tanıyıram Bilinmir dünyanın sonudur, ya əvvəlidir Çörək və qırıntı qara bazar Qidamız "Mendeleyev" cədvəlidir Mən insanları tanıyıram Haqsız olurlar hərdən, tanıyıram Ölən əsgərlərdən, yanan binalardan Partlayan mədənlərdən Mən insanları tanıyıram Çoxları kimi qazanmır Okaber TAOW TAOW MGT, Legion13 sektor11, WolvesBaku Mən insanları tanıyıram Sevgi nədir, özün təxmin et hərdən Ayırır dəli kimi sevən Zaurları xəyanətkar Təhminələrdən Mən insanları tanıyıram Çəkilib yollarımıza qan çəpəri 13-cü imam deyiləm, lakin səsimi eşidən arxamca gəlir Mən insanları tanıyıram Çoxunuz yaşamadan həyatdan vaxt alırsınız Soyuq mərmərli parklarda isti münasibətlər axtarırsınız Mən insanları tanıyıram Görmüşəm hər bir tipin içini, çölünü Mən görmüşəm xarabadan qeydləri Qan çanağındakı qan gölünü Mən insanları tanıyıram "Düşmənin başını bir dəfəlik əz!" demişik! Biz demişik! "Bir kərə yüksələn bayraq bir daha enməz!" demişik! Mən insanları tanıyıram Bu ölkənin ən kəsici ülgücüyəm Sənə nə var faşistəm, millətçi, bozqurd Turançı ya da ülkücüyəm!? Mən insanları tanıyıram Cismini öldürmüşəm, bu dəfə ruhun gəlsin! Bütün qitələri batırmağa gəlmişəm Çünki məndədir Nuhun gəmisi! Qələmim qana batıb mənim Qələmim qana batıb mənim Qələmim qana batıb mənim Qələmim qana batıb mənim Qələmim qana batıb mənim Qələmim qana batıb mənim Qələmim qana batıb mənim Qələmim qana batıb mənim