Татарский переводчик Узбекские песни

Песня «Don Marleone Original Soundtrack»
исполнителя Okaber.
Скачать или слушать онлайн

Текст песни:

Buranın havası mənfilərdə, barmaq tətikdədir
Düşməni gəbərtdikcə, çürümüş ət iyi gəlir
Nə ümidlərim vardı, hədəfə qoyub güllələyirəm
Boğazına bıçaq dirəyirəm, söyürəm, şillələyirəm
Sanki nədən yorğunluq, bəlkə bədən yorğun
Əsl hakimin gələcəyi məhkəmədən qorxun
Aciz olan insanlar, bir də cümlələrdir
Ətraf mafiya, çirkab, çirkin zümrələrdir
Məclisdə "Xaç Atası", hər kəs ayağa qalxsın!
Eşidirsiz?!
Deyirəm ki, mərkəz ayağa qalxsın!
Yerinə oturub danışma heçnə bacarmadan
Azadlıqdan, həbsdən və bir də kazarmadan
Səsiniz gəlir
Biz haqqın yolçuları
Biz susmayan Karabin!
Tülkü, çaqqal ovçuları
Kimin ki, borcu qalıb torpağımızı qorumağa
Biz əlindən tutarıq, qoymarıq yorulmağa
Ömrü deyə bilmərəm, ölümün baharıdır bu
Sanki şeytanın bizə hazırladığı naharıdır bu
Və halını soruşsan bu mahnının
Dinlədiyin ucuz sətirlər deyil!
Bahalıdır bu!
Ömrü deyə bilmərəm, ölümün baharıdır bu
Sanki şeytanın bizə hazırladığı naharıdır bu
Və halını soruşsan bu kinonun
İzlədiyin ucuz filmlər deyil!
Bahalıdır bu!
Ömrü deyə bilmərəm, ölümün baharıdır bu
Sanki şeytanın bizə hazırladığı naharıdır bu
Və halını soruşsan bu mahnının
Dinlədiyin ucuz mahnı deyil!
Nə bilim ala!?

Другие песни исполнителя:

  • Günbəgün izləyir bizi ölüm Sağım, solum, çürüyübdür ömrüm Xoş gün, boş gün, nə gün gördüm mən Bu günə kədərlə dünənimə güldüm Yaşamaq dəbdir, ya-ya-ya dəb deyil Kim deyə bilər ki, həyat məktəb deyil Həb deyil heç nə dərdə Dərd üstündən çək pərdə Qaqa, mən bu gün Parij, sabah Praqa Sən Mokoka, "Waka Flocka", aç plakat "Tipo rap"də "brak"am, "сука", "Pont"unuza yadam Düzünü desəm, sən siyəndə bloka Məndə "Prado" və ya "Prada" Bu arada, bilirəm canavar büdrəyəndə yığılır neçə "шакал" Amma salamatam, ehtiyac yoxdur salavata RG 20-ci kalibr, ya da AKA Mənəm "G-Coast", mənəm "AKA HOST", "motherfucker" Taktda "Baraka", "фатал атака", "fatality", "knockout saga" "Rap"i bir növ yoqa, atır "block"a "Hook"am, dözə bilmir heç bir "капа" Və "flow" dilimdə sanki "Bruce Lee"nin əlində "nunchaku" Çapa-çapa dağıdıram "beat"i Bu onunla on altıncı "feat"im Bir dəfə də yazmamışam "социалка" Bu "расклад"a, baxır Oka Yazdığı ruhumun dərmanı kimi "Bars"ım gülməli olar yumurta fərmanı kimi Günbəgün izləyir bizi ölüm Sağım, solum, çürüyübdür ömrüm Xoş gün, boş gün, nə gün gördüm mən Bu günə kədərlə dünənimə güldüm Yaşamaq dəbdir, ya-ya-ya dəb deyil Kim deyə bilər ki, həyat məktəb deyil Həb deyil heç nə dərdə Dərd üstündən çək pərdə Fikirlərim formaldır, Okaber anormaldır Mənim tərəfdarlarım yox, fanatım olan "mal"dır Mənim canavarlarım çox, hamısı alınır qeyd Xroniki yazılarım mənim qanlı "chroma key"də Bir, beş, on, yüz, milyondur bu Tikanlı məftillərlə bağlı qarnizondur bu Biz bəlli millətlərə, siyasətə, parlamentlərə "Rapper"lərə, "rocker"lərə, "biker" və "skinhead"lərə Hər təbəqə tanıyır bizi, adımız olub tarix Qara qüvvələr ştrix, yenə də oluram "psix" Karabin doldurulub, "Joker"də sonuncu kart Okaber sürüb ötdü, sən yerində "ручной"u dart "Rapper"lər silib gedir, adımı bilib gedir "Шпана" gəlib-gedir, mimikam gülüb gedir Bizim səsimiz çatır maksimum ulamağa Sizdə quyruq bulamağa gələn hürüb gedir Günbəgün izləyir bizi ölüm Sağım, solum, çürüyübdür ömrüm Xoş gün, boş gün, nə gün gördüm mən Bu günə kədərlə dünənimə güldüm Yaşamaq dəbdir, ya-ya-ya dəb deyil Kim deyə bilər ki, həyat məktəb deyil Həb deyil heç nə dərdə Dərd üstündən çək pərdə
  • Ölümlə həyat arasında bir addım var Cəmi bir addım var Azadlıqla qul olmaq arasında bir addım var Siz yazmadız Azadlıqla qul olmaq arasında bir addım var Azadlıq yaratdılar, sonunda dağıtdılar Nə mənim qanadım var qandalları qırım, uçum Təhlükə anında bir addım geriyə və hücum Bu sətirlər vücudum, həm yol, həm uçurum Bu sətirlər yaşayır bağlansa da əlim, qolum Bu sətirlər qoruyur sevgini, olmasa da sevgi Bu sətirlər fəryad qoparanların həyacan zəngi Başlıqsız sətirlərim, mənim obrazım çətin Yazılarımda tapılır izi qanlı cinayətin Həyatım kinayəsiz, insanlar aləmində Varlıların cənnəti, kasıbların cəhənnəmində Hərənin öz ölümü var, hər ömrün qəbahətləri Elə günahlar var sonsuz, yoxdu nəhayətləri Müxtəlif insanlar, müxtəlif düşüncələrlə Elə dözülməz yaralar var ağır dərəcələrlə Elə günlər yaşadım mən ki nələr görmüşəm mən Elə darvazalar var ki, arxasında çürümüşəm mən Elə dost gördüm ki, dar günümdə kor, qulağı kar Elə həkimlər gördüm, bugün xəstəliyimə səbəbkar Elə sevgilim olub ki, xəyanət ardınca xəyanət İndi məhəbbət də xəyanət nədənsə olub adət Bu hələ başlanğıc, hələ nə qədər fikirlər var Və onlar bilmirdilər ki, başlıqsız sətirlər var?! Başlıqsız sətirlər yazanda hər dəfə Sətirlərim ölümlə həyat arasında məsafə Sətirlər müharibə, müharibə, müharibə Əvvəl birinci səhifə, bu da ikinci səhifə! Başlıqsız sətirlər yazanda hər dəfə Sətirlərim ölümlə həyat arasında məsafə Sətirlər müharibə, müharibə, müharibə Əvvəl birinci səhifə, bu da ikinci səhifə! Elə rejim gördüm, despotizm, diktatura Elə həyat yaşayırıq, başdan ayağa karikatura Elə rüşvətxor gördüm, onu ancaq torpaq doydurar Çarəsi olsa Azərbaycanın adını korrupsiya qoydurar Elə şərait var, adlanır müharibə şəraiti Amma əsgər hər ay itir və çoxalır fərarili Elə evlər var yetimxana, divarlarında həsrət Elə qızıl imarətlər var, hasarlarında nəhlət Bazarlarında millət, rüşvət qanuna salınıb Elə şirin yuxularımız var, məsələn, Qarabağ alınıb Elə vətənim var, müğənnilər əsgərdən çoxdu Barları və gecə klubları səngərdən çoxdu Elə günlər olub, biraz çörək tapmaq qəliz olub Mülki də olmasa da, hərbidə yüz faiz olub Bu hələ başlanğıc, açılmayan sirlər var Və onlar bilmirdilər ki, başlıqsız sətirlər var?! Başlıqsız sətirlər yazanda hər dəfə Sətirlərim ölümlə həyat arasında məsafə Sətirlər müharibə, müharibə, müharibə Əvvəl birinci səhifə, bu da ikinci səhifə! Başlıqsız sətirlər yazanda hər dəfə Sətirlərim ölümlə həyat arasında məsafə Sətirlər müharibə, müharibə, müharibə Əvvəl birinci səhifə, bu da ikinci səhifə! (Mən sizdən fərqliyəm, siz ölürsüz, amma əbədi yaşayıram) (Çünki öz əsərlərində yaşayanlar ölmürlər) (Çünki öz əsərlərində yaşayanlar ölmürlər)
  • Ömür heçə gedir, ayılıram İndi heyif olub illər Yenə ən başa qayıdıram (Ən başa qayıdaram) Sevib onu bir də Vecimə də deyil Onu görüb ən sonuncu dəfə deyim ona bir də Onun mənə min sevgi borcu var Amma ki mənim ona bir qəm Bir dərdim sənsən, min bəndim tək sən Necə olur itirirəm özümü və silirsən bir səhvimlə sən? Hiss nədir? - bilməzsən, istərdim gəl sən Birdən istəsən, bir mən bir də sən Yeri dolmaz, bil "Heç unudulmaz" deyib Keçmişə dön Sev, sev, sev, sev, sev, sev Yeri dolmaz, bil "Heç unudulmaz" deyib Keçmişə dön Sev, sev, sev, sev, sev, sev, sev Ey! Söz tapmırsan Ey! Tapanda düz tapmırsan Ey! Tapanca üzdən vursa da Üzdən nur sanki İstanbulsan Yazım adama təsir, adamın yazığı Yazığın adamı gəlsin Azğın adama tərsəm Sənə kəm baxsa, yazaram adamın dərisini Sol çirkindir, sağ eybəcər Ölü sussa da, yenə sağ deyinəcək Okaberin qara geyinməyinə baxma Sonda o da hamı kimi ağ geyinəcək Uzundur həsrətin, hər sətrim Mən Nəsrəddin Tusi Səni ulduzlara qədər həsr etdim Səni vəsf etdim, bitmir həsrətin Sənə hər sətrim Səni səndən almağım sənə görədir Məni məndən almısan, nəyə görə? Məni məndən almısan, nəyə görə? De, bəlkə səni sənə geri verməyə görə? Səni səndən almağım sənə görədir Məni məndən almısan, nəyə görə? Məni məndən almısan, nəyə görə? De, bəlkə səni sənə geri verməyə görə?