Татарский переводчик Узбекские песни

Песня «Qubernator Bağı»
исполнителя Miri Yusif.
Скачать или слушать онлайн

Текст песни:

Sanki külək kimi xəstəlik
Toxunur, üşüdür məni
Sanki səsləri eşitdim
Qorxudur, susdurur məni
Dünən gülən bu üzüm, bu gün
Yalvarır, ağladır məni
Sanki kədər mən idim
Sevinc qınayır məni
Qəribə baxdı üzlər
Gülən süni simalar
Mən ki, dəli deyiləm
Baxışlarda hər məna
Bu gün mən ayağa qalxdım
Yaşamaq istəyi ilə
Bu gün xəstəyəm dedim
Sağalmaq diləyi ilə...
O... Qəlbim badə, sevgim şərab
Mən bu gün sərxoşam, mən sərxoşam canımla
Tək oturmuşam Qubernator bağında
Bu şəhərdə tənhayam, tənhalar parkında
O... Qəlbim badə, sevgim şərab
Mən bu gün sərxoşam, mən sərxoşam canımla
Tək oturmuşam Qubernator bağında
Bu şəhərdə tənhayam, tənhalar parkında
İçimdə narın yağış
Çöldən gün qızdırır məni
Həyatın hər anında
Yalanlar coşdurur məni
Hava limanım bağlı
Təmirdə təyyarələr
Yaxınların içində
Aldanmış özgəyəm mən
Aramız çox ümidsiz
Ölkələr kölgələr
Hər günüm adi, duzsuz
Arzular mənə söykənər
Bu gün mən ayağa qalxdım
Yaşamaq istəyi ilə
Bu gün xəstəyəm dedim
Sağalmaq diləyi ilə...
O... Qəlbim badə, sevgim şərab
Mən bu gün sərxoşam, mən sərxoşam canımla
Tək oturmuşam Qubernator bağında
Bu şəhərdə tənhayam, tənhalar parkında
O... Qəlbim badə, sevgim şərab
Mən bu gün sərxoşam, mən sərxoşam canımla
Tək oturmuşam Qubernator bağında
Bu şəhərdə tənhayam, tənhalar parkında
"Heyyo", hamı "heyyo"
Hamı birlikdə
Mən bu gün sərxoşam
"Heyyo", hamı "heyyo"
Hamı birlikdə
Mən bu gün sərxoşam
O... Qəlbim badə, sevgim şərab
Mən bu gün sərxoşam, mən sərxoşam canımla
Tək oturmuşam Qubernator bağında
Bu şəhərdə tənhayam, tənhalar parkında

Другие песни исполнителя:

  • Müsafir olub ruhum anidən qəlbinə İtib məsafələr, hissləri aparıb dərinə Sevincdən gözlər dolur, dolaşır sözlərim Bu eşq mükafat olub, əbədi sakininə Cana necə hopur bu sevgimiz O bizim ən dəyərli vergimiz İnan, bu can, hər an, sənə qurban Təsadüf urəylərimiz qucaqlaşır Dərhal problemlərimiz uzaqlaşır Sevinir döyüntülər saf uşaq kimi O an qaranlıqlar işıqlaşır Cana necə hopur bu sevgimiz O bizim ən dəyərli vergimiz İnan, bu can, hər an, sənə qurban
  • Səslə məni lal misralardan Gözlə məni dönüşü olmayan biralardan Soruş məni unudulmuş ünvanlardan Dinlə məni göy buludlardan Eşit məni səslə əsən rüzgarlardan Daha nələr... Bir gün yaz gələr, Pərvanələr Köhnə ömrüm olmaz hədər Kaş yanımda olsan Sönənə qədər Sən hər şey qədər hər kəs qədər Bu ayrılıq sonsuz qədəh Kaş yanımda olsan Dönənə qədər. Ölənə qədər... Mənim qədər dözən olmaz Mənim qədər sevən olmaz Ölənə qədər... Ölənə qədər... Sənin qədər gözəl olmaz Sənin qədər özəl olmaz Ölənə qədər... Axtar məni son tövbələrdən Çağır məni şad olmayan döngələrdən Soruş məni bahar olmayan illərdən Izlə məni yan küçələrdən Gözlə məni açıq qalan pəncərələrdən Daha nələr... Bir gün yaz gələr, Pərvanələr Köhnə ömrüm olmaz hədər Kaş yanımda olsan Sönənə qədər Sən hər şey qədər hər kəs qədər Bu ayrılıq sonsuz qədəh Kaş yanımda olsan Dönənə qədər. Ölənə qədər... Mənim qədər dözən olmaz Mənim qədər sevən olmaz Ölənə qədər... Ölənə qədər... Sənin qədər gözəl olmaz Sənin qədər özəl olmaz Ölənə qədər... Ölənə qədər... Mənim qədər dözən olmaz Mənim qədər sevən olmaz Ölənə qədər... Ölənə qədər... Sənin qədər gözəl olmaz Sənin qədər özəl olmaz Ölənə qədər...
  • Yoxdur ömürdə böhtan, elə böhrandır Yoxdur ömürdə son, hər şey doğulandır Sənsizlə boş qalmışam Səninlə yorulmuşam Heç vaxt oyanmayan hal, o da oyandı Məndən sonra sən qalsan, davam gözəldir Gözlər yağışla dolsa, demək, özəldir İllərin yorğunuyam Sirlərin yorğanıyam Bizim bu saf eşqimiz ölümdən əzəldir Sözümə inan, balam, sözümə inan Sözümdə nə quş var, nə də ki, ilan Sözümə inan, balam Sözümə inan Sözümə inan, balam, sözümə inan Qanadları yalvaran, dövranı viran Sözümə inan, balam Sözümə inan İmanla sirdaşıyam, ömrüm tufandır Gümanla həmyaşlıyam, gözüm dumandır Kölgə ilə dostlaşmışam Döngəyə qoşulmuşam Tənhalıq sərhədində quyum zəhərdir Hardasan, ay vərdişim, həyatım, hardasan? Bu məktubu yolladım, küləklə duyasan Yarpaqla bir solmuşam Torpaqla bir olmuşam Bizim bu son zəngimiz ölümdən əzəldir Sözümə inan, balam, sözümə inan Sözümdə nə quş var, nə də ki, ilan Sözümə inan, balam Sözümə inan Sözümə inan, balam, sözümə inan Qanadları yalvaran, dövranı viran Sözümə inan, balam Sözümə inan
  • Salam ata, gedir qatar, bilmədim hara Gözləmir zaman, hey gedir yaman. Salaq yada, neçə xəta bağışlar ata Gözlə bir aman, qocalma dayan. Atacan bil ki, mən səni məyus etmərəm Bil ki, mən səni məyus etmərəm. İlk yaşımda güclü əllər göylərə atar Öpürəm yorğun əllərini ay ata! Əsir etmədi məni bu zalım dünya Atacan, mən səninləyəm sonacan. Salam ata, gözyaşlarım qoyma axa İllər düzüldükcə bir incə sapa. Kimi ala, kimi sata bu dövran Bil ki, ay ata, min cəzbə qapar.
  • Bu gün sənin ad günün Bu gün sənin şad günün Arzuları söndürdün üfürüb Söndürdüyün şam kimi, şam kimi Bu gün sənin ad günün Gülüm sənsiz bərbad günüm Keçir saat on ikini Təbrik edirəm yad kimi Yad, yad kimi Mən sənə dəli-divanə Sən hisslərimə biganə İnanmaram daha mən Aldanmaram daha mən Gətirsən də bəhanə Yaş üstünə yaş artar Həsrətin gözlərimi yaşardar Mən yollarında avarə Bu ürəyi yalnız sənə etmişdim həvalə Bir sonu var bu əhvalatın Sənə sərf etdiyim hər saatım Sənlə keçən keçmiş həyatım Ad gününə hədiyyəm olsun Bu gün sənin ad günün Bu gün sənin şad günün Arzuları söndürdün üfürüb Söndürdüyün şam kimi, şam kimi Bu gün sənin ad günün Gülüm sənsiz bərbad günüm Keçir saat on ikini Təbrik edirəm yad kimi Yad, yad kimi Al, ad gününə hədiyyəm Sənə həsr olunur mədhiyyəm Yoxdur məndə bəd niyyət Qərarımda qətiyəm Geri dönmə qətiyyən! Budur verdiyin dəyər Gördüm kim nəyə dəyər Ürək sənsiz göynəyər Mənsiz görsə nə deyər səni mənlə görənlər?! Bir sonu var bu əhvalatın Sənə sərf etdiyim hər saatım Sənlə keçən keçmiş həyatım Ad Gününə hədiyyəm olsun Bu gün sənin ad günün Bu gün sənin şad günün Arzuları söndürdün üfürüb Söndürdüyün şam kimi, şam kimi Bu gün sənin ad günün Gülüm sənsiz bərbad günüm Keçir saat on ikini Təbrik edirəm yad kimi Yad, yad kimi