Татарский переводчик Узбекские песни

Песня «H.O.S.T Silləsi»
исполнителя Orkhan Zeynalli.
Скачать или слушать онлайн

Текст песни:

Sözümü tut, bəlkə tapdın özünü orda
Gözünü yum, yumşaq oldu bəlkə hər bir hərəkət onda
Gizlənim, düş dalımca həyat prinsipində qalib cəmiyyət
Hisslərim içində sevgi indi dönüb olub nifrət
Parçala hökm sür - adi fəlsəfə
Demirəm çox şeyi ki, birdən səs yayılar hər tərəfə
Qulaqlar açıqda şayiələr, hər kəs həvəskar
Bir gün eşitməzsə şayiə, qorxur qulaq olar kar
Boş cəmiyyət, dol bi raz, xoş gəldik, gül bir az
Sən hələ yat, avaralan, boş arzular qur bir az
Biz hələ ki, çox ilişəcəyik ilişdikcə zövq alırıq
Sənsə say öz yerində, öz əlinlə gorunu qaz
Sizin həyata baxıb nifrət edirəm mən kainata
qədər olar?!
"Ev-iş, iş-ev-çayxana"
Ciblərdə pul artdıqca xərcləyirsiniz sağa-sola
İnflyasiya!
Tək çıxış yolunuz qumarxana
Tərbiyəsiz cəmiyyətə HOST şilləsi
Hələ çox qalacaq izi üzünüzdə
Düz söz güzgüsü nəyi göstərir?
Onu çatlatmayın, səhv özünüzdə
Tərbiyəsiz cəmiyyətə HOST şilləsi
Hələ çox qalacaq izi üzünüzdə
Düz söz güzgüsü nəyi göstərir?
Onu çatlatmayın, səhv özünüzdə
Tərbiyəli bir ailə baxır tərbiyəsiz seriala
Tərbiyəli qız meyl edir tərbiyəsiz paltara
Tərbiyədən məsləhət verən tərbiyəsiz müğənni
Bu otağa səhv girmisiniz, burda keçir HOST-un əmri
İsti-isti döyün dəmiri, bu cəmiyyətin dünəni bəlli
Kimin dərdi, sanki dəvədir, kimin dərdi sətirlərdir
HOST-un hədəfi şillə vurub, sırğa olmaq qulaqlarda
Qeyrət üstdə dava düşür, tərbiyəsiz disko barda
Ağızlarda saqqız əvəzi eyni mövzu çeynənir
Əvvəlcə gizlənir biraz keçir iylənir
Üstü açılır hər zibilin sonra da gileylənir
Şardır cəmiyyət, içi boşdur, HOST batıracaq iynəni
Biz gəlirik dəyişməyə, bunu eşidib qorxdunuz
Çox vaxt bizi səhv başa düşüb, əməlləri yozdunuz
Yüz maneə qursanız da, HOST dəhlizi sonsuz
Tərbiyəli bir cəmiyyət var idi
(Onu da siz pozdunuz!)
Tərbiyəsiz cəmiyyətə HOST şilləsi
Hələ çox qalacaq izi üzünüzdə
Düz söz güzgüsü nəyi göstərir?
Onu çatlatmayın, səhv özünüzdə
Tərbiyəsiz cəmiyyətə HOST şilləsi
Hələ çox qalacaq izi üzünüzdə
Düz söz güzgüsü nəyi göstərir?
Onu çatlatmayın, səhv özünüzdə
Hummer-də gəzən indi deyingəndir zəmanədən
Ən öndə gedən indi tez-tez dönür əqidədən
Əsl üzümüzü gizlətmədən tənqidimizi yağdıraraq
Guya ki, bizdən açıq çıxdınız plakatlarımızı cıraraq
Biz duraq yol ayırıcında, zəhər qılıncın ən ucunda
İnsanların sancarıq biz döyünməyən ürəyindən
Kimlərsə öz dirəyindən yapışmışdı biləyiylə
Dünya əlini üzməyibdir HOST adlı köməyindən
Nəfəs alma, saxla gözlərində qalsın eyni an
Pərdə qəribə mənzələri gizlədibdir, budur yandıran
Həvəsə döndü bir il əvvəl əyləncəli bir təkan
Misralarımız ürək bağçasında zəhərli bir tikan
Dağıt yuvanı, dünəni qatla yaddaşında zamanı atla
Acı həqiqəti de zarafatla, öz yolunda döngə ol
Ya sən bugünkü gün dərdlərinin bir düşməni
Ya da ki, qal, əbədi qal, kiminçünsə adi kölgə ol
Tərbiyəsiz cəmiyyətə HOST şilləsi
Hələ çox qalacaq izi üzünüzdə
Düz söz güzgüsü nəyi göstərir?
Onu çatlatmayın, səhv özünüzdə
Tərbiyəsiz cəmiyyətə HOST şilləsi
Hələ çox qalacaq izi üzünüzdə
Düz söz güzgüsü nəyi göstərir?
Onu çatlatmayın, səhv özünüzdə
Tərbiyəsiz cəmiyyətə HOST şilləsi
Hələ çox qalacaq izi üzünüzdə

Другие песни исполнителя:

  • AiD, HOST Production, Beat Pro Rap – ciddi təhlükə, sənə düşmən kəsilib Rap – sanki məhkəmə, hakimsə H.O.S.T seçilib Rap – sanki qərənfil, şəhidsə sətirlərimiz Hər səhv addım atdıqca, çəkilir tətiklərimiz Rap – ciddi təhlükə, sənə düşmən kəsilib Rap – sanki məhkəmə, hakimsə H.O.S.T seçilib Rap – qanlı qərənfil, şəhidsə sətirlərimiz Hər səhv addım atdıqca, çəkilir tətiklərimiz Yox olur güc, yox olur pul, yox olur varın-dövlətin Yox olur əldə olunanlar, yox olur bir skandalla Yox olur düz, yox olur səhv, yox olur sevgi, nifrətin Yox olur danışma haqqın əlindəki qandalla Yox olur ictimai rahatlığın bir saqqalla Yox olur göz yaşın da, hansı ki, axır fontanla Yox olur şöhrətin də, hansı ki, satılır pulla Çoxunun gözündə kral olmaq olar bir neçə qulla Qoy cibinə "paçka" dollar, vidalaş suallarla Doğrunu boş ver, sən qabağa get yalanlarla Düşüncələr ballada, qəhrəmanlar gizli Bizim həyatımız muzeydir, sizinki isə Estrada Hamının əməlləri asılıdır rentabeldən Kimsə namaz qılır çiyin-çiyinə Ben Ladenlə Sən bəlkə də məşhursan, hardasa Qrenlandiyada Burda isə bizik kral, bura bizim "HOSTlandiya"dır Rap – ciddi təhlükə, sənə düşmən kəsilib Rap – sanki məhkəmə, hakimsə H.O.S.T seçilib Rap – sanki qərənfil, şəhidsə sətirlərimiz Hər səhv addım atdıqca, çəkilir tətiklərimiz Rap – ciddi təhlükə, sənə düşmən kəsilib Rap – sanki məhkəmə, hakimsə H.O.S.T seçilib Rap – qanlı qərənfil, şəhidsə sətirlərimiz Hər səhv addım atdıqca, çəkilir tətiklərimiz Hər gün yeni tərzdə, hər gün yeni ampluada Bizdən çıxan qan da muzeyə gedir kapsulada Dəyirmi masa sistemi, mərkəzdə pentaqramma Bu masa arxasında söz keçirməz Drakula da Dilimdə stiqmata, sözlər axır öz başına Vurulun sözlərimə, vurulmayın göz-qaşıma Kim deyir, 1 nəfər olmasa H.O.S.Tun gücü azalır!? Niyəsə boş zalda konsert gəlmir yaddaşıma Sistem kor gözsə, biz onun görmədiyi düz yol Baş verdi laxtalanma, amma itirilmədi control Özümüzə planet qurduq, fırlanırıq oksigenlə Siz sanki volframda, udduğunuz təkcə karbon HOSTed şəbəkəsində tracklərimiz antenadır Bizim sözlərimiz qan, sizinkilər qanqrenadır Dalımıza düşsəniz də, qabağımıza çıxsanız da Toqquşa bilmərik, çünki H.O.S.T ayrı bir sferadır Rap – ciddi təhlükə, sənə düşmən kəsilib Rap – sanki məhkəmə, hakimsə H.O.S.T seçilib Rap – sanki qərənfil, şəhidsə sətirlərimiz Hər səhv addım atdıqca, çəkilir tətiklərimiz Rap – ciddi təhlükə, sənə düşmən kəsilib Rap – sanki məhkəmə, hakimsə H.O.S.T seçilib Rap – qanlı qərənfil, şəhidsə sətirlərimiz Hər səhv addım atdıqca, çəkilir tətiklərimiz
  • Salam oğul, çoxdandır görüşmürük Çayın soyumamış götür, nə verim şəkər yoxsa qənd? Buranın havası yəqin biraz ağır sənə Bir iki gün də qal, sonra düzünü de şəhər yoxsa kənd? Burada keçib uşaqlığın, yaxşı-pis böyütdüm səni Səmimi de: Dadmısan heç burada zəhər yoxsa qəm? Bir qarış çörək, ən əsası halal zəhmətlə Hər bir qonşu, qohum adımı çəkir hörmətlə Sənin atan olmaq ayağıma uzun yorğan elə bil İnan çox qaldım şərəf, pul, seçim arasında Bəlkə düz deyirdin, bəlkə doğurdan elədi Yəqin mənəm günahkar ki, oğlum yetim anasından Bu əllər bilmir nədir oğurluq, nədir namərd hərəkəti Amma səni hər ehtiyac içində görəndə qanadım əyilir Qiblə adlandırdığım qazancların yox bərəkəti Sanki o Kişinin şəkli ilə bir getdi manatın dəyəri Sabahı düşün, oğul necə bir nəsil yetişər Bu günkü gəncliyin xəmirini pul yoğursa Cəmiyyət xətrinə ailə, qohumlar xətrinə övlad Atalar aciz qalacaq, bir gün oğullar qul doğulsa Sənin əlin əlimdədi, sənə hissim dərindədi Amma burax əlimi, buradan tək gedirəm, ata Sənin əlin əlimdədi, sənə olan hissim dərindədi Amma burax əlimi, buradan tək gedirəm, ata Bağışla, mən böyüdüm Sənin əlin əlimdədi, sənə hissim dərindədi Amma burax əlimi, buradan tək gedirəm, ata Sənin əlin əlimdədi, sənə olan hissim dərindədi Amma burax əlimi, buradan tək gedirəm, ata Bağışla, mən böyüdüm Salam ata, görməyəli heç dəyişmədin Çayım qoy soyusun, isti günlər xatirəsinə Başa düş, rahatlığa fərq etmir şəhər yoxsa kənd Həyatın şirinliyinə təsir etmir şəkər yoxsa qənd Böyütdün razıyam, amma öyrətmədin məğzi ki Bu dünyada gözdən sala bilər hamını bir səhv Öyrətmədin əsas qanunu, əsas dərsi ki Bu həyatda ya sən, ya səni ya da hamını kimsə Halal zəhmət, pul niyə? Cənnətə getmək üçün Başqaları yığır altına, cənnətini tikmək üçün Vitrində oyuncağa baxan övladın yanında sıxılmaq Ədalət boş şeydi, yoxsa yanında sıfırlar Bu dörd divardan kənardakı hörmət gərəksizdi Əgər bu dörd divarın içində həyat yerlə yeksan Düzünü de çirkli pulla xəstə anamı xilas etmək? Yoxsa təmiz pulla dəfn edib ona vermək ehsan? Bəlkə də demək asan, bilirəm sənə də çətindi Niyə isə yaxşı insan olmağı sənətə çevirdin Həyatın sahibi olmaq, içim alışıb onla indi Eybi yox, deməsinlər gedəndən sonra "heyif yaxşı oğlan idi" Sənin əlin əlimdədi, sənə hissim dərindədi Amma burax əlimi, buradan tək gedirəm, ata Sənin əlin əlimdədi, sənə olan hissim dərindədi Amma burax əlimi, buradan tək gedirəm, ata Bağışla, mən böyüdüm Sənin əlin əlimdədi, sənə hissim dərindədi Amma burax əlimi, buradan tək gedirəm, ata Sənin əlin əlimdədi, sənə olan hissim dərindədi Amma burax əlimi, buradan tək gedirəm, ata Bağışla, mən böyüdüm
  • İlk baxışlardan artıq illər keçir Fərqi yoxdur kimsən sən, fərqi yox nəçi Kimlər özünə əyləncə, kimlər həyat seçir Kənardan parlaq görünür, amma boşdur içi Arada ömür fərqi, bir neçə yaş fərqi Bir neçə dəqiqə keçdi, vurdu qəlb zəngi Oldu qəlb zəngin sevgiylə dolub daşan Əzab versə də sonradan başlanğıcı unudasan Əl-ələ verib gəzdilər dünyanı kiçildərək Bəzən qaçıb gizlənərək, bəzən əylənərək Ya sevgi almışdı ağlı, ya yox idi əvvəldən Bu eşqi yaşayırdı hər hüceyrəsiylə bədən Onların hekayəsi macərayla dolu hər gün Soyuda bilmirdi nə payız, nə də qış qəlbi Dəyişdi hər şey eşidiləndə bir gün "Sabahın xeyir, Nil, dünyaya xoş gəldin" Sən günəşdən saçlarınla gizlə məni Ölümə getsən də səslə məni Unudacaqsansa sevmə məni Qoy tək qalım əbədi Sən günəşdən saçlarınla gizlə məni Ölümə getsən də səslə məni Unudacaqsansa sevmə məni Qoy tək qalım əbədi Sabahın xeyir, Nil, soyuq səhərlər geridə Bu bahar daha isti, bu bahar tək deyilsən artıq Yaşananlar sadəcə xatirə Bir neçə səhv addım və dəydi arzular yerə Ayırır böyük şəhərləri kiçik vaqonlar Ayırır böyük sevgiləri bəzən poqonlar Birgə qurulan ev tək qorunmaz heç vaxt O elə bilirdi qəlb sevgidən yorulmaz heç vaxt Yadında hava limanı, yadında qandallar Göz yaşı ilə oxuduğu məktubları yandırmaq Dünyaya qarşı çıxmaq saf hisslərdən ötrü Gözləriylə qəhrəmanın təslim olmağın gördü O bilir tərk edən bəzən ən çox sevdiklərindir Bu həyat qapını vaxtında çırpıb gedə bilənindir Çətin sağalda mahnılar yaralar çox dərin Dünya artıq onların deyil, dünya təkcə Nilindir Sən günəşdən saçlarınla gizlə məni Ölümə getsən də səslə məni Unudacaqsansa sevmə məni Qoy tək qalım əbədi Sən günəşdən saçlarınla gizlə məni Ölümə getsən də səslə məni Unudacaqsansa sevmə məni Qoy tək qalım əbədi Sən günəşdən saçlarınla gizlə məni Ölümə getsən də səslə məni Unudacaqsansa sevmə məni Qoy tək qalım əbədi Sən günəşdən saçlarınla gizlə məni Ölümə getsən də səslə məni Unudacaqsansa sevmə məni Qoy tək qalım əbədi Sən günəşdən Gizlə məni, gizlə məni Səslə məni Sevmə məni Sən günəşdən Gizlə məni, gizlə məni Səslə məni, səslə məni Sevmə məni, sevmə məni
  • 16cı mərtəbədən baxırsan saraya Mən isə sənin gözlərində görürəm saraylar ərköyün şəhzadə, fikir vermirsən haraya Məni bu hisslər görən sonda aparacaq haraya Deyirlər sevgi səhər dumanı kimidi, sıx və tez itən Mən də çıxacam bir gün cümləndəki mötərizədən Sahildəsənsə dəniz artıq maraqsızdı Cənnətdəsənsə mənə həyat maraqsızdı O güllər solacaq, atılacaq Xoş sözlər bir gün unudulacaq Gecə gələcək yenə günəş yatacaq Amma ki nəğməm qalacaq əbədi yaddaşda Sözlər deyilib artıq, mənə susmaq qalır əlindən tutsam belə ürəyin uzaq qalır Ağlında mən olum qoy, yadında mən qalım qoy çılğın notlarla saf ürəyivi mən alım qoy Yenə təxirə salınır səfərlər Yeni doğmalar köhnə şəhərdə Yenə qələmim yaradır dənizlər Buruq saçına burulanda sətirlər Uçmaq istəsən tut əlimnən Gülüşün görünür gözlərindən Səbəbin soruşma heç nəyin məndən Sənə atdığım ilk addım bu nəğmə 2-cimənim vicdanımda çox göz yaşı var bilirəm Xoşbəxtliyi qənaətsiz xərcləmişəm bilirəm Belə bir hədiyyəyə layiq deyiləm bilirəm Amma ki möcüzələrə inanmağa haqqım var Yalanın ən çox deyildiyi gündə sən doğuldun əlçatmaz arzular tək həyatımda quruldun Və əgər dağılsa dünya hər tərəf viran olsa Razıyam sənlə xoşbəxtliyim hətta bir an olsa Yenə də nəğmələrdə ümidsiz sətirlərdi Sevgilər birtərəfli görüşlər qətillərdi Və bir görüş həyatımnan günləri məhv etdikcə Səni unudulmaz edən cəmi bir dəfə görməyimdi Sualtı dünyada nağıl sən orda şəhzadə Həyatım olsun yalan nağıl təki sən şəhzadə Güzgüyə bax mələy olduğunu sal arabir yada Sənə son toxunuşum oldu sonuncu liliyada Yenə təxirə salınır səfərlər Yeni doğmalar köhnə şəhərdə Yenə qələmim yaradır dənizlər Buruq saçına burulanda sətirlər Uçmaq istəsən tut əlimnən Gülüşün görünür gözlərindən Səbəbin soruşma heç nəyin məndən Sənə atdığım son addım bu nəğmə