Татарский переводчик Узбекские песни

Песня «Qanadlar»
исполнителя Orkhan Zeynalli.
Скачать или слушать онлайн

Текст песни:

Take me away from here, take me away
Take me away, away, away from here
Take me away from here, take me away
Take me away, away, away from here
Səni sıxır hər səhər eyni üzlər, eyni yollarda
Arzuya çatmaq istəyir hamı əyri yollarla
Ofis pəncərəsindən baxıb xəyala dalırsan
Bəlkə bir gün kimsə aparar səni uzaqlara
Səni sıxır ətraf, xeyir güdən sevgilərlə
Səni sıxır yanaqların - süni hər güləndə
Bəlkə bir gün bağışlamağı tərgidəndə
Cəmi bir dostun qalar yanında, o da ki, özün
Sən məni incidirsən, toxunur hər bir sözün
Səmimi mahnılar artıq ən dərində üzür
Qalxmaq istəyəndə qırılır nərdivanlar
Yıxılan dərdi anlar, nə edək belədir özül
Şəhərdə hərə bir cürdür, hərə də bir cür dözür
Hərənin bir olsa da ürəyi, amma çoxdur üzü
Səni uzaqlara aparmaq istəyirəm bu şəhərdən
Qorxma! Mən dözməsəm də qanadlarım dözür
Take me away from here, take me away
Take me away, away, away from here
Take me away from here, take me away
Take me away, away, away from here
Yoxdur pəncərədən baxanda sevə biləcəyim şəhər
Yoxdur Bakının tüstüsündən artıq boğan qəhər
Yoxdur bu şəhərdə təmiz qəlblərin vəhdəti
Yoxdur mənim üçün dostların istifadə müddəti
Yoxdur inam heçkimə, yoxdur güvən heçkimə
İşi düşməyincə yoxdur zəng edən heçkimə
Yoxdur qələm, vərəq səmimiyyət bitib artıq
Elektron məktublarda sevgi itib artıq
Yoxdur gələcək planlar, gələcək özü yoxdur
Tanrını görməyənlərin yəqin gözü yoxdur
Yoxdur bu gün saf uşaqlıq illərinin izləri
Yoxdur artıq içimdə yaxşı insan olmaq istəyi
Yoxdur dünənlərdən bugünə miras bir şey
Yoxdur ayağım dəyməyən yer, dayaz hər şey
Məni apar bu şəhərdən, uzaqlar daha gözəl
Qorxma! Sən dözməsən də qanadların dözər
Take me away from here, take me away
Take me away, away, away from here
Take me away from here, take me away
Take me away, away, away from here

Другие песни исполнителя:

  • Satılmış səhnələrdə qeyrətdən oxumaq kimidir Yalançı olmaq, atadan xəbərsiz doğulmaq kimidir Nə qədər olar həssas damarlardan asılı qalmaq?! Nə qədər olar ümid vermək adıyla mahnı yazmaq?! Nə qədər olar həyatdan danışmaq sən ölmüsənsə?! Səhnənin sənə bəxşi – çürümüş irsə dönmüsənsə Səhər sevgidən yazıb, gecələr qəlb qırmaq Nə qədər olar çiyinləri tapdalamaqla ayaqda durmaq?! Xalqın gözünə baxıb oxumaq, cibini düşünüb yazmaq İsti alqışlar içdə buz qəlbdən üşüyüb azmaq Xəyanət yatağında doğulanda səmimi sevgi mahnısı Kimsə də xəyanətə dözməyib istəyir özünü asmaq Yalan dediklərinin qabağında bacarsan düz dur Həyat verir, alır, elədiklərin qayıdır bu düstur Səhnələr satılıb artıq, qələmə kağıza yox ehtiyac Artıq hisslər də mahnılardan çoxdan edib merac Dəyişdikcə illərlə, bütün sevgilər də Qalır duyğularımız sözlərdə Danışdıqca hisslərlə, susursa gözlər də Qalır mahnılar ancaq dillərdə Keçir zaman, ölür dəyər, tək ümid mahnılara Bu düz, ya səhv eləmir fərq, dərmansa ağrılara Zamanın nəbzi əlimdə, döyünür bərk qələmimdə Ölüb, ya sağ - eləmir fərq, dayaqsa duyğulara Mən niyə yaxşı olum, əgər indiki insanlar Tapırsa ehtiras, itəndə sevgi yataqlarda? Və bədənlər birləşdikcə unudulursa hisslər Niyə hisslərim saf olsun qələmlə qovuşduqca? Tapırsa cənnəti mələklər varlı axmaqlarda Niyə cəngavərlər axtarsın bəxti ağ paltarda? Bir dost üçün göz yaşı tökmək saf vaxtlarda İndi isə dost vitrində, satırıq antraktlarda Yadelli torpaqlarda, xoşbəxt sayılmaq orda Nə vaxtsa, amma göz yaşı ilə oxumaq himni xorda Yaxşı olub, niyə pisə çevrilirik axırlarda? Görəsən, peşamandırmı yaradan yuxarılarda? Bunları dərk etdim illərlə, mən də bezib susdum Kağızdakı bütün saf hissləri bir günə pozdum Yaraşmır qələmə səmimiyyət insanda yoxsa əgər Vicdanı söndürdüm, görüm ömrüm nə qədər çəkər?! Dəyişdikcə illərlə, bütün sevgilər də Qalır duyğularımız sözlərdə Danışdıqca hisslərlə, susursa gözlər də Qalır mahnılar ancaq dillərdə Dəyişdikcə illərlə, bütün sevgilər də Qalır duyğularımız sözlərdə Danışdıqca hisslərlə, susursa gözlər də Qalır mahnılar ancaq dillərdə
  • Sən gedəndən yeddi-səkkiz ildir artıq. O vaxtdan Bakı dost nədir bilmir artıq. Köhnə Tarqovıda 2002-2003. Davalarda kimin silahı söz idi, kimin güc. Vaxt var idi iki ölkə adı bilirdik, Biri Azərbaycan qalan hər yer isə, xaric. Vaxt var idi bir neçə fərqli dad bilirdik, Yadında möcüzəvi yuppy tök balonu və iç, Yadında cümə namazlarından çıxıb gəzirdik, Telefon yox idi, amma heç kim gecikmirdi. Passajdan hər keçəndə Emrahın şəklin görmək. Vaxt var idi gülüş üzdən çəkilmirdi. Vaxt var idi SEGA hər şeydən maraqlı idi. Touch screen yox idi, barmaqlar mazol idi. Mortle kampakda sən seçirdin Sab Zironu Vaxt var idi uşaq idik həyat zor idi. Həyat bildiyim ən şirin şey idi. (Vaxt var idi biz inanırdıq göylərə). Həyat əzbərlədiyim tək şeir idi. (Vaxt var idi biz inanırdıq sözlərə). Biz böyüdükcə, həyat göründükcə, daha yaxşı bildim ki, tələ idi böyümək. (Şəhər böyüdükcə, şərə büründükcə Vaxt var idi ən böyük dilək idi böyümək). Sən gedəndən yeddi-səkkiz ildir artıq, O vaxtdan Bakı bizim dildə bilmir artıq, Akademiya parkı hər gün yeddidən sonra, İndi ora qocalardan başqa heç kim getmir artıq. 7b sinfi şparqalkalar məktubla, Damda siqaret çəkməyimiz ilk və son dəfə. Likeysə çəkmişdik yığışmağımızı son dəfə. Vaxt var idi vurulmuşdum Milagrosa, Hər addımda vurulmağımı sən pisləyirdin. Keçən il mesaj yazdın "Hekayəm" çıxandan sonra, Narahat olma, unutmuşam, indi mən başqa cürəm. Bir az məşhur olmuşam hə, amma ki, boş şeydi, Sən gəl prospektə oturaq əvvəlkitək. Bakını şəkillərdə görürsən, amma aldanma, Bakıdan çox, inkişaf eləyib fotoqraflar. Həyat bildiyim ən şirin şey idi. (Vaxt var idi biz inanırdıq göylərə). Həyat əzbərlədiyim tək şeir idi. (Vaxt var idi biz inanırdıq sözlərə). Biz böyüdükcə, həyat göründükcə, daha yaxşı bildim ki, tələ idi böyümək. (Şəhər böyüdükcə, şərə büründükcə Vaxt var idi ən böyük dilək idi böyümək). Sən gedəndən sükutlar pozulmur artıq, İndiki dostların dedikləri çox vaxt keçir yan. Sən gedəndən yuxular yozulmur artıq, Hər gün prospektdə bilmirdik necə keçir yay. Tupac'ın kasetini almışdım 99'da, Sən Barış Manço'ya qulaq asırdın, mənsə repə. Sənə dinlətdim köhnə player'də blokunuzda. Bir saat dayanmadan qulaq asdıq 7'ci track'ə. Yox indi fəvvarələr, nə doğma partafino, Gəzməkdən yorulurduq, o gün gəzdim yorulmadım. Eşitdim evlənmisən, yaz onun haqda, kimdir o? Sən də uzun illər sevdiyinlə bir olmadın. Baxçanın həyətində mən sənə görə dalaşmışdım, Hərdən olurdu, amma doğrudan yaxşı vaxtlar idi. Bütün gün bir yerdə, şən gündə, zibildə, Mən indi Bakıda sən hardasan, amma vaxt var idi. Həyat bildiyim ən şirin şey idi. (Vaxt var idi biz inanırdıq göylərə). Həyat əzbərlədiyim tək şeir idi. (Vaxt var idi biz inanırdıq sözlərə). Biz böyüdükcə, həyat göründükcə, daha yaxşı bildim ki, tələ idi böyümək. (Şəhər böyüdükcə, şərə büründükcə Vaxt var idi ən böyük dilək idi böyümək). Həyat bildiyim ən şirin şey idi. (Vaxt var idi biz inanırdıq göylərə). Həyat əzbərlədiyim tək şeir idi. (Vaxt var idi biz inanırdıq sözlərə). Biz böyüdükcə, həyat göründükcə, daha yaxşı bildim ki, tələ idi böyümək. (Şəhər böyüdükcə, şərə büründükcə Vaxt var idi ən böyük dilək idi böyümək).
  • Oyanır hamıdan tez, baxır pəncərədən Günəş rəngli saçlar, yaşıl göz, incə bədən Bir azdan oyanacaq həyatdə ən vacib insanlar Soruşacaqlar ki, hara baxırsan pəncərədən Səhər yeməyi hazır, qaynar çay əlini yandırsa da Səsini çıxara bilməz, çünki o fədakardır Evin bütün yükünü kişilərin yerinə qaldırsa da Kompliment eşitmir, şirin sözə qulağı kardır Telefon əlindən alınıb, artıq iki ildən çoxdur Sinif yoldaşına zəng etməkdə günahkardır Münasibət qurmaqdan söhbət belə gedə bilməz Ailəyə ləkə yaxılsa, o tək səbəbkardır Darıxmır ötən illər üçün, çünki elə həmişə beləydi Düşünür - qəribədir bu tale, hər şey kələkdir Kaş ki, gülüşə döndərdi axıtdığı hər göz yaşı Halbuki sevgiyə layiqdir yaraşıqlı gözü, qaşı Xeyir və şər məclislərinə bər-bəzəkli O uşaqlıqdan bilir artıq nə düz, nə əyri Təhsil ikinci plandadır əsas ev işləridir Gələcək həyat yoldaşına indidən öyrəşməlidir Küçəyə tək başına çıxmaq olmaz, nə işin var çöldə?! Tanımadığın insanlara qarşı olsun sərt çöhrə Dinləmək olar ancaq muğam, bir də xalq mahnıların Valideyn tərəfindən təyin olur arzuların Bugün-sabah nişan, dəyişəcək ancaq ünvan Dəyişəcək divarlar, amma həyat hələ zindan Olmazmı ki, bu otaqdan onun da nazı qalsın? Əsas o deyil, əsas evin kişisi razı qalsın Əsas - qohumlar desin ki, o yaxşı qızdır Əsas - bu cəmiyyət desin ki, o yaxşı qızdır Axı o insan deyil, sadəcə kiminsə namusu Ölüb yenidən oğlan doğulmaqdır tək arzusu
  • Qara küçələr bol - şəhərin hər tini dinləsin Yelləsin əlləri Təbim gecələr bol - zəhəri dərdimin bitməsin Doldursun dəftəri Qara küçələr bol - şəhərin hər tini dinləsin Yelləsin əlləri Təbim gecələr bol - qapısın bərk bağla beyninin AiD vuracaq qol! Repim səni sıxır kommunal borc kimi Sən xəritədə yersiz, Kamboca kimi Gir qucağa, çağır çağa kimi köməyə məni Ya da yağ bıçağı götür, gəl öldürməyə məni Sevgilinin gözünü yum səhnəyə mən çıxanda Özüm gəlməmişəm, arzuladın, mən çin oldum Sən "brak" doğulmusansa, günahkar Çin deyil bro Cəmiyyətə yeni nəfəsdir bu, içində mentol İntellektual, qlamur qızlarımız "tipo-tipo" Baxdıqları kino - Titanic, bir də Zita-Gita O margarito... bura Bakı yoxsa bura Kito? Dilindəki ton, elə bil ki, sözü çəkir iki ton Brendlər ən yaxın dost dar gündə, hər işdə Efirlər həyat öyrədir həm əvvəldə, həm "finish"də Və bizə qarşı olan bəzi-bəzi verlişlər Bilin, biz ildən-ilə yüksəlişdə, siz enişdə Qara küçələr bol - şəhərin hər tini dinləsin Yelləsin əlləri Təbim gecələr bol - zəhəri dərdimin bitməsin Doldursun dəftəri Qara küçələr bol - şəhərin hər tini dinləsin Yelləsin əlləri Təbim gecələr bol - qapısın bərk bağla beyninin AiD vuracaq qol! Repim səni dəyişir dövran kimi Xan kimi danışırsan Jeep-ə oturan kimi Sanki, Franklin-in sürüsündəsən mal kimi Çəməninə bağlayır səni qandal kimi Cavanlar qışqırır küçələrdə, nəsə istəyir Qocalar çay içir və xilas edir bəşəriyyəti Bakını bürüyüb qara bulud, bir də bir az da stress Bakıya lazım deyil pul, lazımdır sex Sistem sıxdıqca sıxılmaqdan zövq alırsınız Xarab bütün məhsulları pisliyib, söyüb alırsınız TV-də bazar verlişlərində gedən bazarlıq Manıslar topdan satılır, bu fəsil biz qazandıq Mən söz soxuram, söz girmir, deşik çox balaca Cibləri böyüyən cəmiyyətin beyni çox balaca Süfrə açdım sözlərdən hər mətbəxə uyğun Bilirəm, bu banketdən sonra çoxu tox qalacaq Qara küçələr bol - şəhərin hər tini dinləsin Yelləsin əlləri Təbim gecələr bol - zəhəri dərdimin bitməsin Doldursun dəftəri Qara küçələr bol - şəhərin hər tini dinləsin Yelləsin əlləri Təbim gecələr bol - qapısın bərk bağla beyninin AiD vuracaq qol! HOST Production, səsim çatır hər insana Bizim ikona - dəyişmirik pula, mikrofonu Mənim ifamı qoy "ringtone"a BlackBerry, iPhone-a Mənim motorum "opora", mənim susmağımdır "fora" Bu maratonda qələbə verir mənə kantora Mən ora-bura burun soxmadan çıxdım monitora Mənə "korona" lazım deyil girmək üçün dona Nəqarəti xorla oxunaraq track'im çatır sona Qara küçələr bol - şəhərin hər tini dinləsin Yelləsin əlləri Təbim gecələr bol - zəhəri dərdimin bitməsin Doldursun dəftəri Qara küçələr bol - şəhərin hər tini dinləsin Yelləsin əlləri Təbim gecələr bol - qapısın bərk bağla beyninin AiD vuracaq qol!
  • Kaş, gözlərdən axan yaş olaydın Kaş, getməyəydin birgə yaşlanardıq Son kəs bu döngələr səni səslər Gəl, gözləyərəm Gözləyərəm Gözləyərəm Qəribəsən Bakı, ürəyi olmayanlar itirilmiş sevgidən yazır (Nə isə) Sonuncu qum dənəsi düşmədən yerə, xəyala gedən yolda Gələcəyi üçün insan keçmişini körpüdən atır Bir gün ölkədən qaçıb, azmaq idi arzum Elə bilmə səni yaddaşdan pozmaq idi arzum Artıq donub əlləri, güclə dayanıb Cek İstəmədim batan gəmidə çalım violonçel Ömrü bizim ömrümüzdən uzun bəstələrim var Dərinlikdən qaça bilməzsən qayıqla ancaq Zaman tunelində ilişib qalanlara pis xəbərim var! Geriyə baxmadan qaçın uşaqlıq qayıtmayacaq Həyat gedir dediyin anda birdən vaxt sancar Üzünə baxıb deyər, keçir ömür böyüyürsən qocalırsan Dinlə bu gecə təkcə məni Elə bil ki, məndən mənim xoşbəxtliyimi borc alırsan Kaş, gözlərdən axan yaş olaydın Kaş, getməyəydin birgə yaşlanardıq Son kəs bu döngələr səni səslər Gəl, gözləyərəm Gözləyərəm Gözləyərəm Kaş, gözlərdən axan yaş olaydın Kaş, getməyəydin birgə yaşlanardıq Son kəs bu döngələr səni səslər Gəl, gözləyərəm Gözləyərəm Gözləyərəm Heç vaxt təkrar oxumayacağım sevimli kitab tək Qalacan rəflərdə özünəməxsus yerdə Özünəməxsus tərzdə hərdən yada salıb Bakı, sənin xislətin bizi bir birimizə baha satır Xatirəsi ağ qara şəkillər olan son nəsil bizik "Happy End"lə bitməyən hər bir son əzir bizi Çox əsib dizim, amma ki, qaçdıqca yollar artır Dünən qibləmiz manat idi, bu gün dollar artıq Mən səni tərk etmədim (yox, yox), seçim etdim Artıq illərdir ki, bu yarımadada həyat dustaq Vermir nə ömür sınaqlar, nə də ki, taleh dostlar Getmir "Səməd Vurğuna" prospektdən trolleybuslar Bəlkə də dəyişəcək nə vaxtsa passportumun rəngi Doğum yeri qalır eyni, necə gözlərimin rəngi Yollarını əzbər bilsən də yolunu azdıran şəhər Mənə, məni "mən" etmiş mahnılarımı yazdıran şəhər Kaş, gözlərdən axan yaş olaydın Kaş, getməyəydin birgə yaşlanardıq Son kəs bu döngələr səni səslər Gəl, gözləyərəm Gözləyərəm Gözləyərəm Kaş, gözlərdən axan yaş olaydın Kaş, getməyəydin birgə yaşlanardıq Son kəs bu döngələr səni səslər Gəl, gözləyərəm Gözləyərəm Gözləyərəm