Татарский переводчик Узбекские песни

Песня «Hisslər Danışanda»
исполнителя Orkhan Zeynalli.
Скачать или слушать онлайн

Текст песни:

Yorulmuşdum fikirləri beynimdə gizli saxlamaqdan
Baxıram özümə hərdən qıraqdan
Axı bu qədər vecsizlik, bir addım uçurumdan
Dəfələrlə kömək istəmişdim sabahdan
Qaçıram günahdan, növbəti günaha doğru
Əllərim yaxınlaşır hər gün silaha doğru
Təlaşa səbəb varmı buranın vəziyyətindən?
Bəzi şəhərlərdə ümumiyyətlə günəş doğmur
Qəlbim güzgü kimidir, sındırıldıqca dərd gətirir
Amma ki, indi qorxu yoxdur, çünki
İynə batsa artıq çıxarmağa qan da yoxdur
Səhərlərdə əlimi açmağa duam yoxdur
Artıq sual yoxdur, yeganə maraq idi
Eşidən mən deyildim, bu iki qulaq idi
Sənin soraqlarınla tələsən gözlərimdir
Ürəyimi kimsə döyür, deyəsən hisslərimdir
Biz...
Qoruya bilərikmi sevgini?
Bitirə bilərikmi nəğməni?
Yadında saxla bu əlləri...
(Səni isidən...)
Mən...
Sənə doğma - xal kimi yanaqda
Eyni vaxtda iki qulaqda
Səs kimiyəm bu otağda...
(Səni sevdirən...)
Düşün, necə də qəribə olar
İnsan olsaydı bulud kimi
Baxırsan, şəffaf və gücsüzdür
Amma ki, günəşin qabağın təkcə o ala bilir
Insan isə aciz, itirmədən darıxa bilmir
Qabağın ala bilmir, adi pislik etmək istəyinin də
O ki, qaldı bəşəri məsələlərə
Bu haqda danışmayım heç
Kimə lazımdır dünya?
Hamıya kifayətdir onun kiçik çərçivəsi
Sevginin tərcüməsi görəsən nədir axı?
Mənasın heç kim bilmir, amma ki, hamı danışır
Gözlərin yumur, baxır, əslində qaranlıq görür
Amma ki, uydurur ki, göyərçinlər uçur burda...
Mən də bu siyahıda xəyallar üzrə mütəxəssis
Realda olmayanlar burda alınır köməksiz
Yenə öz qəhəri ilə sözümü kəsən kimdir?
Həmişə olduğu kimi deyəsən hisslərimdir
Biz...
Qoruya bilərikmi sevgini?
Bitirə bilərikmi nəğməni?
Yadında saxla bu əlləri...
(Səni isidən...)
Mən...
Sənə doğma - xal kimi yanaqda
Eyni vaxtda iki qulaqda
Səs kimiyəm bu otağda...
(Səni sevdirən...)
Cənnətin göz yaşıdır əlimə düşən damcı
Bezib artıq insanların yolunu gözləməkdən
Sıxıntımı, depressiyamı ürəyimdəki sancı?
Niyə biz yaxşılıq eləyirik ancaq savab xətrinə?
Zibilin içində işləyirik, sonda zibil almaqçün
Nəyə gərək bu illər böyüyüb zibil olmaqçün?
Ondansa körpə qalardım və heç nə bilməzdim
Heç nə də etməzdim ki, desinlər - səhvsizdir
Cəmiyyətin içinə girdikcə
Baxıram çirklənmiş üzlərə
Sevgini rəngləyən sözlərə
Həyatdan doymadım
Həyatdan doymadım, doymadım süz yenə!
Beyində fikirlər addımlara tərs yenə
Sənin o baxışların ömürlük bəs mənə
Edirdi qəsd mənə, səbəbsə gözlərindir
Kimsə son qoyur artıq, deyəsən hisslərimdir
Biz...
Qoruya bilərikmi sevgini?
Bitirə bilərikmi nəğməni?
Yadında saxla bu əlləri...
(Səni isidən...)
Mən...
Sənə doğma - xal kimi yanaqda
Eyni vaxtda iki qulaqda
Səs kimiyəm bu otağda...
(Səni sevdirən...)
Sus...
Pıçıldasın, qoy gözlərin,
Yadıma düşür məni üzməyin
Göz yaşlarımda üzməyin...
(Qızıl balıq kimi)
Yaxınlaş...
Üzündəki o qırışlar
Cavanlığını sənə bağışlar
Təsirsiz olub yağışlar...
(Kiçik bir arx kimi)

Другие песни исполнителя:

  • Yenə də sıxır şəhər, hər yeni nəfəsiylə Təəccübləndirir qoca yaşamaq həvəsiylə Cizgilər niə cavan qalsın ruh qocalıbsa Həyatdan nə hədiyyə gözləyim, məndən borc alıbsa Bağlanıbsa üzümə qapılar pəncərələr Sevgilər qalır burda, tərk edir öncə illər Sən zəng elədin mən donub qaldım Sən əlimi istədin mən qanad çaldım Ruh bədəndən bezir, adını ölüm qoyurlar Gözünü açıb yumursan, adını ömür qoyurlar Sənin zamanıvı xərclərib səninlə vaxt keçirirlər Həyatına daxil olurlar, hələ bir şah seçilirlər Dağılacaq mı arzular, əgər dağılsa dünya Yatmamışdan öncə danışılan nağılsa dünya Oyanmaq istəmirəm, gəl qalaq duyğularda Sevgini xoşbəxtliyi, gəl tapaq mahnılarda Hər səhər mən gözləyirəm Bir bulud tək, ağlaram, hardasan?! Bu həyatda sevgilərdən uzaqdayam mən. Mən sevirəm mahnılarda. 2-ciİllər keçsə də, sənə hisslərim eyni qalır Məni tərk etdiyin gündən bu günə sehir qalıb Sənə yazılmış mahnılardan artıq özüm bezmişəm Mahnılar həyatdısa gör nə qədər həyat gəzmişəm Bu şəhər uzaqlaşır, artıq üfüqdən itir Burdakı həyata çəkirəm xətt şəfəqdən iti Qərb tərəfimdə qəlbdi mən geridə qalmışam Həyat davam edir gedir, mənsə hələdə qalmışam Suallar da artıq yox ki səbəbkar sayılsın Necə səs salım hisslərmin bəlkə yarsı ayılsın Addığım səhv addımların, kaş ki hər izi yayılsın Geriyə dönsəm bir gün yadıma düşməyəsən Bir neçə söz bir neçə not və gözəldi dünya Bir neçə milyon insandan bezərdi dünya Bir neçə sevdiyin insanla qal duyğularda Yaxşı ki başqa cürdü həyat doğma mahnılarda
  • Soyuq əlimi ocağa tutub isitmək Bir adama bir ömürlük bəs etmək Şəhər işıqlarında itən o baxışları Doğmaların kədərləri kimi hiss etmək Bağlı pəncərələr Əlimdə incə qələm Həyatda yoxdur heç nə Ailədən öncə gələn Mən hərdən incidərəm Hərdən sevincə tənəm Sən oldun ilk baharda gülləri birinci dərən Sən oldun ən dərin sularda yoluma dalğalar sərən Sən ən soyuq sabahlarıma günəş olub işıq saçan Sən ən xoş arzularda deyilən sözlər kimi doğma Payız küləklərimi duyan quru gözlər kimi dolmaq Gün gələr biz oyanmarıq eyni şəhərdə Bizə aid dörd divarda görüşək hərdən Mən istərəm ən çətin sətirlər bitsin Mənim tək bacım onu sevdiyimi bilsin Həyat açır bizə yeni-yeni səhifələr Dünənləri çevirərək xoş günlərə Günəş hər işıq saçanda "sev" deyə Sevən qəlblərdə yer yox dərdlərə Quru sözlər bəsmi gülən üzlərə? Səbəb - səhv addımlar dolu gözlərə Məni gözləmə, məni gözləmə Həyat ən xoş üzünü sənə göstərər Mən bəlkə həyatda gördüyün insaların ən soyuğu Mən bəlkə mahnı hansı ki, qırıq qəlblərə həsr olunub Mən bəlkə yaddaş hansı ki, sonralar nəsr olunub Mən bəlkə bu tamaşalarda oynamışam əbəs rolumu Mən bəlkə böyük bir zirvə, ancaq səndən balaca Ən şirin uşaqlıq xatirələrim səndən qalacaq Mən bəlkə, qırıq-sökük daxmalarda son divaram Nə qədər sən varsan bu sütunlar möhkəm qalacaq Mən bəlkə payız fəsli, səni məndən qış ayırır Mən bəlkə qəhər, məni göz yaşımdan alqış ayırır Mən bəlkə ayaq basdığım Londontək əlçatan arzu Mən bəlkə həmin uşaq, hansı ki, istərdim baxçada qalsın Mən bəlkə unutduğun yuxular kimi səni təqib edəcəm Mən bəlkə tək qalacam, bir gün hərkəs tərk edəcək Mən bəlkə qar adamı tək əriyib bir gün bahar fəslində İlk gülü dərib, gəlib səni canlı təbrik edəcəm Həyat açır bizə yeni-yeni səhifələr Dünənləri çevirərək xoş günlərə Günəş hər işıq saçanda "sev" deyə Sevən qəlblərdə yer yox dərdlərə Quru sözlər bəsmi gülən üzlərə? Səbəb - səhv addımlar dolu gözlərə Məni gözləmə, məni gözləmə Həyat ən xoş üzünü sənə göstərər Həyat açır bizə yeni-yeni səhifələr Dünənləri çevirərək xoş günlərə Günəş hər işıq saçanda "sev" deyə Sevən qəlblərdə yer yox dərdlərə Quru sözlər bəsmi gülən üzlərə? Səbəb - səhv addımlar dolu gözlərə Məni gözləmə, məni gözləmə Həyat ən xoş üzünü sənə göstərər
  • Bizə olmaz, ver əlini sus Fərq eləmir nədir yolumuz Soyuq olsa, olaram buz Sən axı günəşsən, budur sonumuz Ötən aylara bax, illərə bax Heç nə danışma, dinlə və bax Mənim üçün sən, ən uca dağ Qucağın ətək, zirvə dodaq Səni tapdım bir küçədə Alıb itdın məni çərçivədən Sevgiyə uduzar mərci bədən Sevginin zəhəri təhlükəli civədən Səni tapdım, məni sevəsən Sevib unudasan ki, məntiqi sonuma çatım Ümid vermə, yox, o yaşım deyil Gəl, olan - qalan ümidi al, amma qoyma batım Briz, atıb sahilə məni sənsiz Ver əlini üz Enək dərinə Olaq sonsuz dəniz Briz, atıb sahilə məni sənsiz Ver əlini üz Enək dərinə Olaq sonsuz dəniz Səni tapdım, yanımda qal Ya da çıx get, yanımda olma İstəyirsən dərd ol, istəyirsən ağrı Amma nə olar yalandan olma Səni tapdım, məni incit Məni qoy get, yağışla bax Sonra geri dön, "bağışla" de Səni yox, sevirəm səni bağışlamağı Axı səni tapdım, necə itirim indi? Qalxan ocaq idim, fitilim endi Dəyişib, gülmək, sevmək rəngin Sən dəyişmisən, Orxan həmindir Səni tapdım, boş okeanda Məni də apar, gülüşün son gəmimdir Ağladın, Bakı yandı Göz yaşın məni dibə aparan su pərimdir Sənə çatdım, amma gec idi Bu üzüntü yox, tərcih idi Qəlizəm axı tez çözdün məni, sevgilim Dəniz suyu bilib üzdün məni, sevgilim Son qara ton Gecə çox monoton, öp günaha batım Həyəcan vermə, o yaşım deyil Gəl, olan - qalan canı al, amma qoyma batım Briz, atıb sahilə məni sənsiz Ver əlini üz Enək dərinə Olaq sonsuz dəniz Briz, atıb sahilə məni sənsiz Ver əlini üz Enək dərinə Olaq sonsuz dəniz
  • Mən həmişə istəmişdim qızım olsun Körpə gülüşlərində həyatı tapdığımdandır yəqin ki Musiqini dinləyəndə deməyə daim sözüm olsun Heç olmasa okean sahillərindən olum dərin Albomun bir parçası, həyatın bir parçasıdır Səmimiyyətin ən bol olduğu yer Mahnı və uşaq bağçasıdır Bax qulaq asır yəqin indi yaşlılar da Kaş ki, hər sözüm bir iz qoyaydı yaxşılarda Gözlərinsə arxasında sevgilər və hisslər durur (Biz neçə evin bərk damı...) Duyğularıma sığına bilmən üçün qəlbim divarlar hörür Hələ də parlaya bilməyibsə ulduzun, üzülmə, dost Bəlkə günəş batmıyıb və çökməyib hələ qaranlıq Quşların azadlığı səma, mənimsə musiqi Əlini ver, uçaq biz əsl sevgilərdən yarandıq Yaş üstə yaş gəlir Yönəlib həyatın mənə ciddi baxışları Hisslərimə də qış gəlir Atacaq baharın yenə ürəyimə daşları Gözlərimdən, hər sözümdən bilinir Təklikdən üşüdüm artıq Uşaqlığ illərin əməllərindən Doymadan tərslikdən böyüdüm artıq Küçədə kiminsə tanımağı əvvəl böyük sevinc idi İndiysə gözə qədər kepka, unudulmuş dalanlarla Cangüdənlərin məni qorumağı çox gülünc idi Hər yeni uğurun ardıyca dostlaşırdım yalanlarla Zarafat etmə çox, deyib-gülmə, danışma çox Özünü qabağa atma həyat adlı yarışda çox Ama dostların və dinləyicilərin bilmədiyi bir şey "Mən böyüdükcə içimdəki uşaq biraz da körpələşir" Mənimçün musiqi deyil xalqın ürəyinə gedən yol Mən hələ də öz ürəyimə gedən yolda yarıda qalmışam Hərdən mən bezirəm, hərdən bezib tərk edən olur Amma ki, bu gün bu qəlbin ortasında tək qalmışam Kiməsə səmt olmuşam, çoxuna sərt olmuşam Cavabsız məktublar və cavabsız zənglərlə Bir azdan böyüyəcəksən, tələs, üfür sönməmiş şam Tortda "23" yazmışam, deyəsən doğrudan böyümüşəm Yaş üstə yaş gəlir Yönəlib həyatın mənə ciddi baxışları Hisslərimə də qış gəlir Atacaq baharın yenə ürəyimə daşları Gözlərimdən, hər sözümdən bilinir Təklikdən üşüdüm artıq Uşaqlığ illərin əməllərindən Doymadan tərslikdən böyüdüm artıq Yaxın dur, qulağını aç, hələ ki, bitməyib sözüm Yoruldum, qolumu aç və özünü qucaqla bərkdən Denən ki, dərddəyəm, yoluna şəffaf yaş atsın gözüm Mənimlə uçmaq istə, gözünü yum, qanadlan ürəkdən Mənimlə doğmasan "Karusel"imə minmisənsə Həmin "Hekayə"dəki əsgər kimi sevmisənsə Və "Bəlkə" əkmisənsə nə vaxtsa həmin "Güllər"i Mənimlə eynidir yəqin sənin sevimli günlərin Yaş üstə yaş gəlir Yönəlib həyatın mənə ciddi baxışları Hisslərimə də qış gəlir Atacaq baharın yenə ürəyimə daşları Gözlərimdən, hər sözümdən bilinir Təklikdən üşüdüm artıq Uşaqlığ illərin əməllərindən Doymadan tərslikdən böyüdüm artıq
  • Daha neçə uşaq aclıqdan öləcək şəkil naminə? Nə qədər insan batacaq ki, gündəm dəyişsin? Dünyanın alın yazısı yazılıb qan ilə Biz ruhumuzu endirdikcə baş barmaq qalxır göyə Hələ çox quyular qazılacaq səngər deyə Çox güllə atılacaq kimsə igid olsun deyə Ədalət mücərrəd məvhum və əlçatmaz Yüz dəfə diz çökdüm bircə dəfə sən gəl deyə Zirvəyə çevrilir ən alçaq dərələr Hələ çox güləcək bizə qəbirdən ölülər Yoxdur artıq kiçik günah, var ancaq irilər Getsə də köhnə zalımlar, gələcək yenilər Küləklə döyüşdükcə ümidsiz gəmilər Batdıqca canlar dibə yeni ləpələr dirilər Yuyulduqca sahillər, dağılar qum saraylar Şahlar can verər, öz xislətində boğulub ağlar Əllər açılır göyə, əllər açılır göyə Bəlkə göz gec qırpınanda kimsə görər deyə Kimsə çəkir yerə, kimsə çəkir yenə Günahlar yaddaş kimi, buraxmır heç yerə Mən yalançıyam, sən ədalətsizsən Mən çarəsiz olduqca sən səssizsən Nə qədər zirvəyə qalxsaq da sənə toxunmaqçün Sonda ölüm qravitasiyası səni çəkir yerə Əllər açılır göyə, əllər açılır göyə Bəlkə göz gec qırpınanda kimsə görər deyə Əllər açılır göyə, əllər açılır göyə Günahlar yaddaş kimi, buraxmır heç yerə Mən yalançıyam, sən ədalətsizsən Mən çarəsiz olduqca sən səssizsən Nə qədər zirvəyə qalxsaq da sənə toxunmaqçün Sonda ölüm qravitasiyası səni çəkir yerə