Татарский переводчик Узбекские песни

Песня «Evdən Uzaqda»
исполнителя Orkhan Zeynalli.
Скачать или слушать онлайн

Текст песни:

Biz sevməmişdik ki, bizi ayırsınlar
Həyatımızdan uzaqda bizə bir ev tiksinlər
Gülüşümüzü öldürüb, bizi böyütsünlər
Səninçün darıxmaqla məni sınağa çəksinlər
Önümüzdə tilsimlər, qırılacaq hirsimdən
Təslim olmaq vərdişini istəmirəm diriltsinlər
Dəyişməliyik çox şeyi kökündən, irsindən
Unudulur hər bir söz musiqinin səsindən
Uzaqda bir şəhər, piyada getmək arzusu
Həyatda dalbadal gələn ölüm qoxusu
İnsalarnn yuxusu deyəsən çox şirindir
Xoşbəxtlikdən bizə çatan cəmi bir dilimdir
Həyatda gərək gecikəsən ki, yolunu gözləsinlər
Mümkün deyil, sevsələr gərək gizləsinlər
Arada evə zəng vur ki
Səsini eşitsinlər...
Eşidib sevinsinlər...
Evdən uzaqda olan qardaşım üçün...

Другие песни исполнителя:

  • Xəyanət sabahı verilən gül dəstəsi kimi Səmimiyyətdən uzaq Danışmaq çətindirsə? Gəl yazaq Sehirli baxışın kimi əllərin də varsa Al bu qış fəslin, əbədi döndər yaza Unutmaq, xəyal qurduğun gələcək səni etmədən məhv Son mənzil eynidirsə, niyə bu qədər pillə edim dəf? Ayağım səhv, hər addım atdıqca, növbəti hərf Dəyişir alın yazımda, susur göylər çünki edir sərf Yuduqca sən hər sahili? Dəniz oldu sənət sahibi Gözü kor şairlər belə hiss edib sevər zahiri Bitəcək qanlı döyüşlər qəlbdə hissələr daxili Dövranı yenə də sevməz? Əgər diriltsələr Sabiri Bu sevgi sağ idi? Onu yaşatmaqçün sən yarandın İllərdir kimlərsə sevir, illərdir kimlərsə dözür Görəsən işlədərmi sevgililər "həyatım" sözün Sevgilidən qabaq xəyanət etsə həyatın özü?! Həyatdan ötən illər hədər olmaz Könüldə bitən güllər bir də solmaz Sabahlar arzularıma gedən bir yol Bu yollar bağlanmaz Yenə sən getdin, yenə tək qaldım Tanış notların içində birdən yarandı səs Nə yaxşı dünən keçmişdə, bu günsə yanımda sən Həyatın dəyəri qalmayıb, bil artıq qanımda sən Həqiqəti tap misralarda, mən əgər yalan desəm Qırılmış qəlb əlimdə göylərlə danışanda Dedi xəstəlikdir təklik, al bu mələyi dərmandır sev Edəndə hər anda bəhs, içilən hər and əbəs Gedərdi sayılsa birgə yaşadığımız hər an bir səhv Məni pis tanıyan bir kəs, nə bilsin dərin nəfəs Çatmasa diriltməyə məni bəsdir "oyan canım" - desən Bu qəlbi yaxşı tik sevginlə, qorxma yaram dözər Uçmağa həsrət sevgimizi qanadların bəzər Və hətta pıçıldasa qulağıma ayı yarım kəsən Yenə də sevərəm olmaq sənlə mənə haram desə Həyatdan ötən illər hədər olmaz Könüldə bitən güllər bir də solmaz Sabahlar arzularıma gedən bir yol Bu yollar bağlanmaz Həyatdan ötən illər hədər olmaz Könüldə bitən güllər bir də solmaz Sabahlar arzularıma gedən bir yol Pıçıltı danışmaq üçün bəs etmirsə Qələmim artıq kağızları isitmirsə Mən gedərəm bilsəm ki, vərəq boş qalmaz Yumşaq sətirlərsiz qəlblərə daş dolmaz Hərdən səni incidəndə sevilmək Pərdəni salıb arxamı çevirmək Tərk etsəm də bəlkə boşluq yaranmaz Get, narahat olma, bu yollar bağlanmaz Həyatdan ötən illər hədər olmaz Könüldə bitən güllər bir də solmaz Sabahlar arzularıma gedən bir yol Bu yollar bağlanmaz
  • [Nəqərat] Əllərimi burax Ondansa ürəyimdən yapış Gəl biz bir quş olub uçaq Qanadımıza şaxta qonmamış [Bənd 1] Bir qurtum su, həyatın dadı Bitməsin deyə son günə saxla Mən artıq doydum, bu sevgi odu Sönməsin deyə küləyi saxla Damcılar... sevgin kimi Tez-tez gedir, amma ki, iz qoyur Dalğalar... rəqsin kimi Səliqəsiz sahilə briz qoyur Sadəlövh ümiddin Əlində yenə danışılmış nağıllar Sən qəlbimi tərk etsən də Tərk etməz tanış olmuş ağrılar Biz həyatı sevmək istəsək də Cənnəti görmək istəsək də Ölmədən getmək istəsək də Buraxmaz günahlar bizi [Nəqərat] Əllərimi burax Ondansa ürəyimdən yapış Gəl biz bir quş olub uçaq Qanadımıza şaxta qonmamış Əllərimi burax Ondansa ürəyimdən yapış Gəl biz bir quş olub uçaq Qanadımıza şaxta qonmamış [Bənd 2] Yenə durğun günlər kimi Tək-tənha güllər kimi Tez bitir, tez solur, amma qəlbimdə İz qoyurdu ötən illər kimi Bəzən bir fikir kimi (kimi) Beyində dünən olub, amma bu gün yox Son ümid olan günəş kimi Üfüqdə sabah çıxar, amma bu gün yox Talehin artıq kobud olmuş əlləri Daşlamaqdan həyatımın günlərin İçindəyəm qara-qura vərəqlərin Sevməməkdə məni yox səbəblərin Günah məndəmi bitmirsə dərdlərin? Üzülmə çıxanda boşa sevgi cəhdlərin Bütün bu səhvlərin çevrilər düzə Çıxanda ürəyinin içindəki üzə [Nəqərat] Əllərimi burax Ondansa ürəyimdən yapış Gəl biz bir quş olub uçaq Qanadımıza şaxta qonmamış Əllərimi burax Ondansa ürəyimdən yapış Gəl biz bir quş olub uçaq Qanadımıza şaxta qonmamış Əllərimi burax Ondansa ürəyimdən yapış Gəl biz bir quş olub uçaq Qanadımıza şaxta qonmamış Əllərimi burax Ondansa ürəyimdən yapış Gəl biz bir quş olub uçaq
  • 2003-cü ilin dekabrı - tanışlıq vaxtları Gözlərimiz bir-birimizdə tanışlıq axtarır Bir az cəsarətsizlik, yəqin bir az uşaqlıq İlk gündə sadəcə baxışlarla özümü saxladım Göndərdim məktub, cavab gələrmi görəsən? Düşünürdüm necə yazım ki, dərhal sevəsən Amma o vaxt indikitək dolğun yazmırdım heç Yazıq sən nə biləydin ki, böyüyüb olacam bivec Uşaqlıq, şirin günlər, beləcə keçir illər Ən xırda dava-dalaşlarda hər şeyi bəzəyirdilər Bayramları gözləmək və hədiyyələr toplusu Hər dəfə gecikəndə sən, səni itirmək qorxusu İlk sevgi etirafı... Yadımda dünənkitək Cavabı gec verdin, yəqin dözər deyirdin Bilsəydim necə sənlə dayanardım həminkitək Həm də ki, o vaxt bulvar bu cür gözəl deyildi Yenə sən getdin Yenə tək qaldım Sənə olan sevgimdən bu gün son Mahnını yazdım Yenə sən getdin Yenə tək qaldım Sənə olan sevgimdən bu gün son Mahnını yazdım Səni sevərdim əbədi ölüm olmasaydı Amma əbədilik xoşbəxtliyə vermir zəmanət Dünyanı tanımazdım doğum günüm olmasaydı Həyatın bəxş etdiyi hər saniyə mənə əmanət Noyabr, 2006 - ömürlük yadda qaldı Həyatı dərk etmək bəhanəsi ilə edilən səhv Uzaqlaşdıq bir-birimizdən, əriyən aysberq tək Sonra barışanda ayrılmamağa verirdi vəd İçimdə o dövrdə yaradıcılıq yarandı Dostlarla yığışmaq, ev, rep, H.O.S.T yarandı Problem yaranırdı, səbəb buna pis baxmağın Yadımda YUG-da əlimdən tutub səhnəyə çıxmağın "Bir HOSTçunun həyatı"nda bəzi sözlər sənə tanış 2009, fevral, 21-i, soyuq qış Hamı yeni mahnı eşqi ilə sakit dinləyəndə Mən uzaqdan sezdim, göz yaşı ilə gəldi alqış Yenə sən getdin Yenə tək qaldım Sənə olan sevgimdən bu gün son Mahnını yazdım Yеnə sən getdin Yenə tək qaldım Sənə olan sevgimdən bu gün son Mahnını yazdım Çoxu bilmir "track"lərimin hansı sənə aiddir Nə də ki, bilmirdilər AiD o vaxt kimə aiddir Hərdən bağışlamıram sənə o addımını Tulladığın məktublar uşaqlığımıza aiddir Vaxt kеçdikcə münasibətlər ciddiləşdi Mentalitet araya girdi, hər şey sadələşdi Amma səni həm də buna görə çox sevirdim ki Mənalı şeyləri mənasızdan ayırırdın 2010-a birgə girdik, o sevgi dolu səhərlə Yadıma düşdükcə içim dolur qəhərlə Niyə axı hər saniyəmiz keçmirdi bizim o cür Niyə axı böyüdükcə mən, dilim dolur zəhərlə?! Layiqli soyuqluğunu gizlətdi mərhəmətin Düşündüm, ayrı qalsaq artar məhəbbətin Amma ki, səni uzağa aparan o təyyarə Yəqin ki, əsas səbəbkarı indiki söhbətin Bəlkə bu ritualdır - ayrılıqdan yazmaq Axı çox insan bu cür mahnılarla nəfəs alır Gözünün yaşını sil, istəmirəm kefini pozmaq Yaşamaq üçün çox adam gülüşlərindən həvəs alır Sevgi okeanında artıq sən adlı gəmim yox Bil ki, sevgim olar xatirə, qəmim yox Çətin yox, çox sadədir sonu bu əsərin Sadəcə bir qız atdı bir əsgəri
  • Are you really here or am I dreaming I can't tell dreams from truth For it's been so long since I have seen you I can hardly remember your face anymore Üzün yadımda deyil artıq, yəqin illər keçdikcə Bu şəhər səni də alıb içinə, sən artıq adi sakin Bir unutmaqlıq sevgi, ya bir sevgilik həyat Nə qədər əbədi sevgidən yazdım, sonda unutdum lakin Bu xaraba yarımadanın tarix olmuş küçələrində Bir gün divarlar sökülür, bir gün arzular Üzünün birgə cizgisini yadıma salsalar Soyumuş qəlb üşüdər şəhəri, yarpaqlar solar Əlimizdən tutub bizi keçmişə aparsalar Deyərəm sən get, mən gəldim bəlkə keçmişdəki mənlə Xoşbəxt ol, mənsə olum gələcək səhv Deyərsən "zamanı aldatdıq", birdən soruşsalar Səsin yadımda deyil artıq, bir gün zəng etsən Adını de sonra sus, coxluqda itə bilərsən Ya da ki, fərq etməz birdən özünə dərd etsən Adın yadımda deyil artıq adını deməyə də bilərsən If you want me satisfy me If you want me satisfy me If you want me satisfy me Unudulur ilk öpüş, unudulur etiraflar Unudulur ilk görüş, görüş yeri və məkanlar "Yaddan çıxmaz doğmalar" - deyirdik bir vaxtlar Unudulmuş gör nəqədər insan var ətrafda Unudulub titrəyən səs artıq o səs əsmir Üşütmür Bakı küləyi də, artıq o sərt əsmir Unudulur yaxşılıqlar, unudulur "çox sağ ol"lar İnanmazdım nə vaxtsa yaddan çıxacaq sığallar Unudulur unutmaqçün atılan addımlar da Unutdurmaq üçün bir neçə saatlıq qadınlar da Yaddan çıxıb artıq yataqda səhv düşən adlar da İllərin yaddaşı indi ancaq rəfdəki şərablarda Unudulur verilən sözlər, ilk gün kimi Sönür gеdir hisslər, solub gedən ilk gül kimi Və məndən heç nə gözləməyin Qələm də həminki deyil artıq Hansı mahnı, kimə yazılıb Yadımda dеyil artıq (deyil artıq) If you want me satisfy me If you want me satisfy me If you want me satisfy me If you want me satisfy me If you want me satisfy me
  • Elə bir hiss var ki, ürəyimdən uzaqdayam Geri gələndə yolumu kimsə gözləmir (heç kim) Küləyi bezdirən bu şəhərdə, xoşbəxtlik ehtimalı 100-də1 Danışmaq, yazmaq, oxumaq, yadda qalmaq Səni sevən səndən vaxt istəyir, sevgi istəmir Çağırmışdım dostları dar günümdə Hələ də yoxdur səs-səmir Davamlı payız qoxusu, xəzanlı misralarda Mən artıq eyni mövzulardan ibarət bir sətir Mən artıq yaxın deyiləm sənə əvvəlkitək Həyatım bələd sənə, qulaqların sözlərimi izləmir! De sevgin aysberq kimi altda gizlənib, yoxsa üstdəmi? Səni isidir toxunuşum, yoxsa hər şey sözdəmi? Maraqlan, gör kim öz həyatını pisləmir? Həyat bataqlıdır hə? Bəlkə Aid düz demir?! Həyat adlı qaranlığın içində Arzularla çətindir yaşamaq Unudaraq dərdləri güləndə Mahnılar məni Ağladar yenə Həyat adlı qaranlığın içində Arzularla çətindir yaşamaq Unudaraq dərdləri güləndə Mahnılar məni Ağladar yenə Soyuq divarlara söykənmək Uzaqlara baxıb - niyə böyüdük? - demək Tapa bilsəydik səadəti Sahil boyu qurduğumuz saraylarda Dalğalardan çəkinmədən Özu ilə səmaya səni hissələrlə çəkir gedən Böyümək - səni böyüdəni itirməkdir, demək! Məni sıxır keçmişdən qalan gödəkçə və xatirələr! Sığal çəkir, bu deyil əzizləmək Bu deyil qəliz demək, həyatı pisləmək Və kimsə niyə nifrət etdiyini yox Niyə sevə bilmədiyini deyir Valideynlər çox vaxt kim olduğunu yox Kim ola bilmədiyini deyir! Uzun qış gecələrində, qarışıq fikirlər Elə o vaxtı susur doğmalar, danışır fikirlər Sən içməsən də, köhnə dost gəlib, süz deyir Bütün qış məni dinlə və de – "Orxan düz deyir!" Həyat adlı qaranlığın içində Arzularla çətindir yaşamaq Unudaraq dərdləri güləndə Mahnılar məni Ağladar yenə Həyat adlı qaranlığın içində Arzularla çətindir yaşamaq Unudaraq dərdləri güləndə Mahnılar məni Ağladar yenə