Татарский переводчик Узбекские песни

Песня «Utancaq»
исполнителя Orkhan Zeynalli.
Скачать или слушать онлайн

Текст песни:

Sənə görə oluram utancaq
Tutulur səsim, dodağım, dilim
Körpə ürəyinə mən oyuncaq, bax
Qırılır qəlbim, sökülür evim
Səslərəm səni ən uca dağların
Əks-sədası yenə üstələr məni
Sənin üçün yazılan sözlər dil açıb
Üzümə baxıb deyir: "Bəstələ məni"
Qoy dəysin damlalar pəncərəyə
Sən öz evində, mən öz evimdə
Çəkək taleyin xətlərini
Sən öz əlində, mən öz əlimdə
Sənlə mən utancaq, bərk səslə məni, gəlim yenə
Əlimdən tut ancaq, çək rəsmini sevginin yenə
Həyatını sonsuz bahara döndərim
Çiçək açmayan güllər utansın
Danışım olmayan xatirələrimizi
Sənsiz keçən illər utansın
Səmadasan dedin, amma sənə
Tərəf uçdum, yoxsan, sən haradasan?
Ağ-qara həyatımız minor notlarsa
Pianodakı dillər utansın
Qoy dəysin damlalar pəncərəyə
Sən öz evində, mən öz evimdə
Çəkək taleyin xətlərini
Sən öz əlində, mən öz əlimdə
Sənlə mən utancaq, bərk səslə məni, gəlim yenə
Əlimdən tut ancaq, çək rəsmini sevginin yenə
Sənlə mən utancaq, bərk səslə məni, gəlim yenə
Əlimdən tut ancaq, çək rəsmini sevginin yenə

Другие песни исполнителя:

  • Sən bir ömürlük dərssən Sən ayrılıq qədərsən Əlini ver, tələsmə Bir az ayrılaq, gedərsən Gözə görünməz fəza Sən beş vaxt qəza Məni mürəkkəb edib yazan Bu geştalt əzabdır Dünən yox idin, indi varmısan? Yerdə qarmısan? Bulud, briz, Romeo Sətirlərində gizli intiharmısan? İndi haradasa Axtar özünü, bu qədər sən Başlıqlı cümlələrin içində Arzu çindir, sənsə həmin o sədd, divarmısan? Və hər məqamı Çətin edən sualmısan? Gecələr şeytan toxunuşu Səhərlər duammısan Ki bitməsin bu sehr? Guya kim bir ömür sevir? Gəl başlayaq sıfırdan Qalaq əbədi ürəyimin Hasarına asılan qıfıldan Mən səmada Sən dəryada Qəlbimin qapılarını Açmadım hər yada Mən səmada Sən dəryada Qəlbimin qapılarını Açmadım hər yada Duyğularını borc verib çiçək kimi solan Mənfilərimi xaç edib ürək kimi asan Bu qədər qəm, bu qədər kədər Musiqidə kimə asan? Sən həzin üzüntü verdin Oldum xəstəlik, azar Sən əlacsan Saçlarımda tacsan Buludlar ağlar, əgər ki göyə Baxıb əl açsan Qulağımda səs Sən bir ömürlük bəssən Danışdıqca batıram Əlimi tut və sözümü kəs sən Dərin izlər Yenə dizdən Dənizlər, okeanlar İstəmir, biz üzək Dərin hisslər Yenə bizdə Dənizlər, okeanlar İstəmir, biz üzək Mən səmada Sən dəryada Qəlbimin qapılarını Açmadım hər yada Mən səmada Sən dəryada Qəlbimin qapılarını Açmadım hər yada
  • Are you really here or am I dreaming I can't tell dreams from truth For it's been so long since I have seen you I can hardly remember your face anymore Üzün yadımda deyil artıq, yəqin illər keçdikcə Bu şəhər səni də alıb içinə, sən artıq adi sakin Bir unutmaqlıq sevgi, ya bir sevgilik həyat Nə qədər əbədi sevgidən yazdım, sonda unutdum lakin Bu xaraba yarımadanın tarix olmuş küçələrində Bir gün divarlar sökülür, bir gün arzular Üzünün birgə cizgisini yadıma salsalar Soyumuş qəlb üşüdər şəhəri, yarpaqlar solar Əlimizdən tutub bizi keçmişə aparsalar Deyərəm sən get, mən gəldim bəlkə keçmişdəki mənlə Xoşbəxt ol, mənsə olum gələcək səhv Deyərsən "zamanı aldatdıq", birdən soruşsalar Səsin yadımda deyil artıq, bir gün zəng etsən Adını de sonra sus, coxluqda itə bilərsən Ya da ki, fərq etməz birdən özünə dərd etsən Adın yadımda deyil artıq adını deməyə də bilərsən If you want me satisfy me If you want me satisfy me If you want me satisfy me Unudulur ilk öpüş, unudulur etiraflar Unudulur ilk görüş, görüş yeri və məkanlar "Yaddan çıxmaz doğmalar" - deyirdik bir vaxtlar Unudulmuş gör nəqədər insan var ətrafda Unudulub titrəyən səs artıq o səs əsmir Üşütmür Bakı küləyi də, artıq o sərt əsmir Unudulur yaxşılıqlar, unudulur "çox sağ ol"lar İnanmazdım nə vaxtsa yaddan çıxacaq sığallar Unudulur unutmaqçün atılan addımlar da Unutdurmaq üçün bir neçə saatlıq qadınlar da Yaddan çıxıb artıq yataqda səhv düşən adlar da İllərin yaddaşı indi ancaq rəfdəki şərablarda Unudulur verilən sözlər, ilk gün kimi Sönür gеdir hisslər, solub gedən ilk gül kimi Və məndən heç nə gözləməyin Qələm də həminki deyil artıq Hansı mahnı, kimə yazılıb Yadımda dеyil artıq (deyil artıq) If you want me satisfy me If you want me satisfy me If you want me satisfy me If you want me satisfy me If you want me satisfy me
  • Məncə soyuq müharibə qışdan daha soyuqdur Əlcəyi götür, qar topu oynayaq viruslarla Guya ki, brendləri sevmək indi "krutoyluq"dur Yo! Sözlərim bu gün sevişir minuslarla Məncə bu repim bu qədər qlobal olmasın gərək Sözlərim dərdi, kədərə olana olsun dirək Məncə gedək, gizlincə cənnətin almasını dərək Sataq burda, yalandan "Qubadan gəlibdir" - deyək Məncə içkilərdə fərqli adlar olmasın gərək Bütün içkililər gəyirəndə eyni səs çıxırsa Məncə "sevirəm" sözü fərqli dillərdə olmasın gərək Bütün sevgililər sevişəndə eyni səs çıxırsa Bir az pauza! Mövzudan qıraq çıxsaq Məncə bu repin duzu, mövzunun olmamağındadır Tempi tutmusan Yo! Dinləyirsən dalbadal Həvəsindəsən, bəlkə sözlərim yaratdı qalmaqal Bugün deyiləm radikal, gəldim məzələnmək üçün Axşam görüşüm var, rep deyirəm bəzənmək üçün Bəzən mənim üçün də bezəndə Çin son seçimdir Görəsən son seçkilərdə kim masson seçildi? Məncə sən "facebook"a girirsən qız tutmaq üçün Sənin xəyalındakılar yəqin məndə arxivdədir Biz çeynəmirik sonda saqqızı udmaq üçün Amma hıçqırırsan və saqqız artıq mədədədir Məncə bizim ölkə xəritədə səhv yerdədir Televizya onu göstərir ki, bura Əfqanıstandır Ya da ki, Pakistan, ya da hələ kəşf olunmamış ölkə Özbəkistandan düz gedəndə birinci döngəyik Repin odunu yığdıq küçələrdən Qoruya bilmədik repi cücələrdən Sən də təb alırsansa gecələrdən Sənin də beynində öncə "məncə"lər Repin odunu yığdıq küçələrdən Qoruya bilmədik repi cücələrdən Sən də təb alırsansa gecələrdən Sənin də beynində öncə "məncə"lər Məncə, rep əyləncə Diz çökəcək popstar repçi ilə görüşüncə Rep nə qədər bərk gedər Bilən sözü ilə mıxı vurub qoyar çəkicini küncə Məncə Bakının adını qoyaq "mərmər" Ölkəmizə qiyməti qoysun zərgər Parkların imicini dəyişsin bərbər Şəhərin gözü qaşı eləsin "gəl-gəl" Hərdən mənə gələndə təb əziyyət çəkir ölkə Yalvarsalar bəlkə, yazmaram bir də Radio, efirdə son dəfəsində Çıxıb hamıya deyərəm – "yo!" Məncə rep ölsə buraxaq onu dənizə Torpağın altında qalmasın yazıqdır Çoxunuzun repi bugün kömək edir pəhrizə Maraqlı bir rep istəyirdiniz ala yazdıq da Repin odunu yığdıq küçələrdən Qoruya bilmədik repi cücələrdən Sən də təb alırsansa gecələrdən Sənin də beynində öncə "məncə"lər Repin odunu yığdıq küçələrdən Qoruya bilmədik repi cücələrdən Sən də təb alırsansa gecələrdən Sənin də beynində öncə "məncə"lər
  • Mənə qələm ver, sənə söz verim! Mənə yalan ver, sənə düz verim! Mənə doğru göstər, sənə göz vurum! Sözlər yaxşıdır, amma pis durum Bu uçurum hələ çox uçuracaq ayağı boşları Başı boşluğa, dost, bil, pisliyə milçək yığışır Səhvdir! Pislik kömək edir dostluğa, dost bil Dost sil yaddaşına oturdulmuş hər şeyi! Bu TV, bu xəbər, bu qəzet, bu saytların hamısı zibil Ki, içinə girdin çətin çıxarsan Qloballaşarsan, qlobal baxarsan Qlobal atarlar, qlobal yatarsan Səsini kəs ki, genini kəsməsinlər Axı bu gün oğulsan, sabahsa atasan Lay-lay dedim şirin yuxu tapasan... Beşiyi yellə, yatır körpələr Kürə fırlanır, hər yer üçbucaq Piramidalar, daha nələr-nələr Simvolika dolu künc bucaq Beşiyi yellə, yatır körpələr Kürə fırlanır, hər yer üçbucaq Piramidalar, daha nələr-nələr Simvolika dolu künc bucaq 21-ci əsr, virtual zombilər, seks hərisləri Telehipnoz, inanılmaz скидка-lar, unudulmaz brendlər Paylanan flayer-lər, müasir bomba taymerlər İnformasiya deşiyidən buraxılmış şayiələr Avropa ölkə ananız Amerika, tək dayələr Nağıl danışmayın Amerikanın demokratiyasından İstəyirsiniz Kennedini dirildib ondan soruşaq hər şeyi? (Hə?!) Bizə mədəni olmağı öyrətməyin, ağıl verməyin! Bizdə şərq qanı var, türk ruhu var, şəriət var! Bizə kömək əlinizi də uzatmayın dar günümüzdə! Bizdə texnika yox, amma qanda cəsarət var! Sizin o Allahsız, özünü üstün tutan düşüncəniz Bizim üçün göydə cənnət, yerdə isə cəhənnəm var Ölkədə nə problem varsa həll edərik, qarışmayın! Bizdə də ölkədə dayaq ola biləcək düşüncəli gənclər var! Beşiyi yellə, yatır körpələr Kürə fırlanır, hər yer üçbucaq Piramidalar, daha nələr-nələr Simvolika dolu künc bucaq Beşiyi yellə, yatır körpələr Kürə fırlanır, hər yer üçbucaq Piramidalar, daha nələr-nələr Simvolika dolu künc bucaq Arxaik soyqırımlar və neo genosidlər İslam maskası altda gizli terror, parazitlər BMT qətnamələrinə bu gün tüpürən yoxdur Karvan keçir, amma arxasıyca hürən yoxdur Hardadır dünya birliyi, Unicef sosial yardım? Afrika körpələri ölür, Hollywood depressiyada Görəsən bu gün hansı brilliantımı yaxamdan asım? Məhv olur bütün dünya, məhv olur korrupsiyada! Artıq bəsdir kiçik ölkə mövqeyində qaldıq! Gücü biz Havadan, Oddan, Sudan, Torpaqdan aldıq! Kriminal videolardan və тупой seriallardan Nümunə götürmədik, özümüzü üstün saydıq Güc axı birlikdədir, güc axı bir olmaqdadır Niyə bu qonşu olkələrdə var, amma bizdə yoxdur? Bəsdir qırdıq bir birimizi, bəsdir yaxadan dartdıq! Bilirəm var ümid içdə, amma niyəsə hələ ki, üzdə yoxdur! Beşiyi yellə, yatır körpələr Kürə fırlanır, hər yer üçbucaq Piramidalar, daha nələr-nələr Simvolika dolu künc bucaq Beşiyi yellə, yatır körpələr Kürə fırlanır, hər yer üçbucaq Piramidalar, daha nələr-nələr Simvolika dolu künc bucaq Beşiyi yellə, yatır körpələr Beşiyi yellə, yatır körpələr Kürə fırlanır, hər yer üçbucaq Simvolika dolu künc bucaq
  • Sabahın xeyir, Nil, bu gün hava 10 dәrәcә Sәmadan bir-iki damcı sevgi vә yağış yağır Bilirsәn, hәyat bәzәn qәddar olur son dәrәcә Dәrdә öyrәşdirsәlәr dә, biz heç vaxt barışmadıq Gecәlәr sәnin olsun, sәn bәzәn ulduzlartәk Parıltılar içindә işıq saçan incә biri İnsanlar üzdülәr bizi, onlarda yoxdu gerçәk Od vurub gözlәdilәr, amma biz alışmadıq Sabahın xeyir, Nil, Bakıda sәrt külәklәr әsir Payızın sevgi qoxusunu biz heç vaxt hiss etmәdik Ayırmaq istәsәlәr dә, qәlbin parçalarını Biz olmadıq tәslim, keçәr bu hәsrәt dedik Yatağın istidir yәqin, üstünü sevgiylә örtüb Qorudum yadlardan, әtrafında sevgilәr hördüm Sәnlә hәr zaman susub heç vaxt danışmasaq da Sәn mәni anlayırsan, mәn sәni anlamasam da Nil, ötür ömrün illәri Sәnin ürәyin yaşadır mәni O günahsız barmaqların Gecәlәr toxunur, oyadır mәni Nil, ötür ömrün illәri Sәnin ürәyin yaşadır mәni O günahsız barmaqların Gecәlәr toxunur, oyadır mәni Sabahın xeyir, Nil, bütün Bakı duyur әtrini İslanmış prospektdәn keçib yәqin dәrdli bir kәs Bu mahnılar da bir gün bilәcәk sәnin qәdrini Radioda sәndәn danışır bu gün şöhrәtli bir kәs Mәsafәlәr heçdir, xәritәdә bir-iki barmaq Biz dünya boyda olsaq da heç vaxt öyünmәdik Qırılan körpülәrdәn uzaq qaçıb tәnha qalmaq Biz tәnha rәqәmlәrtәk ikiyә bölünmәdik Axşamın xeyir, Nil, yәqin ki, tanıdın mәni Tozla dolu bu şәhәrdә, heç kimә qarışmadıq Mahnılar qәmlәndikcә, zirvәyә qaytarır mәni Hәr kәs bizdәn danışdı, sәn heç vaxt danışmadın İsidir sevgini bәzәn, soyuqdan donmuş әllәr Deyәsәn qanadını әzdin sәmalardan düşәndә Bu notlar sәnә yad deyil, hәr birini tanıyırsan Mәn sәni anlamasam da, sәn mәni anlayırsan Nil, ötür ömrün illәri Sәnin ürәyin yaşadır mәni O günahsız barmaqların Gecәlәr toxunur, oyadır mәni Nil, ötür ömrün illәri Sәnin ürәyin yaşadır mәni O günahsız barmaqların Gecәlәr toxunur, oyadır mәni