Татарский переводчик Узбекские песни

Песня «Qorxma Özündən»
исполнителя Orkhan Zeynalli.
Скачать или слушать онлайн

Текст песни:

Bizi öyrədiblər - oyanmaq lazımdır səhər tezdən (Qalx!)
Təhsil, karyera, uğur... həyatda bitmir pillələr (Heç vaxt!)
Bizi öyrədiblər ki, dürüstlük əsas dəyərdir
Valideynlər, doğmalar, qonşular müəllimlər
Bizi öyrədiblər ki, siqaret, həm içki ziyandır (Yox!)
Siqaret çəkən qardaşlar, içki içən atalar
Bizi öyrədiblər ki, tələsməlisən, həyat dayanmır
Sən geciksən də, olmur gecikən qatarlar
Gün çıxanda gizlən, yağışda çətir gəzdir
Dözməyi bacaraq, ancaq axı zəiflər çətin dözür (Ancaq)
Çəkin müdirindən, (Çəkin!) işini itirməkdən daim qorx
Susmağı bacar, lazım deyilsə demə sözün düzün
Göstərmə əsl üzün, səmimilik pis cəhətdir
İnsanlar yalançı olur, bizi öyrədiblər həmişə
Ürəyin ağrımasın, kimisə görüncə dərdli
Bizi öyrədiblər həmişə, bizi öyrədirlər həmişə
Çevrilir hədəflər arzulara
Olanda tək ümid mahnılara
Hardadır düz, harda yalanlar?
Bəs indi kimə inanaq? (De)
Nəyə inanaq?
Çevrilir hədəflər arzulara
Olanda tək ümid mahnılara
Hardadır düz, harda yalanlar?
Bəs indi kimə inanaq? (De)
Nəyə inanaq?
Bizi öyrətməyiblər - ölüm bir gün döyəcək qapını
Həyat məktəb deyil ki, mümkün olsun son partada gizlənmək
Bizi öyrətməyiblər - ailə qurmaq oyuncaq deyil
Əsas sevgidir, nəinki kağızda qol çəkmək!
Bizi öyrətməyiblər, həyat bəzən olur alçaq
Sən əzab çəkən şəhərdə kef edir hansısa alçaq
Sən demə, qayğını verirmiş dövlət borca
Sən böyüdükcə səndən tez böyüyür borclar
Bizi öyrətməyiblər - xoşbəxtliyimizə gedən yol
Sən demə keçir qəlblərdən yox, hava limanından
Bir günə dönər inamından, səmadan hay-küy çıxsa
Bizi öyrətməyiblər - edək dost nankor çıxsa?
Öyrədə bilməz həyatı kitablar, valideynlər
Əsas atdığın addımlar sabah atacağın
Həyat kosmosdur, qərarlarımız teleskop
Gələcək təyin edir hansı tərəfə baxacağını
Çevrilir hədəflər arzulara
Olanda tək ümid mahnılara
Hardadır düz, harda yalanlar?
Bəs indi kimə inanaq? (De)
Nəyə inanaq?
Çevrilir hədəflər arzulara
Olanda tək ümid mahnılara
Hardadır düz, harda yalanlar?
Bəs indi kimə inanaq? (De)
Nəyə inanaq?

Другие песни исполнителя:

  • Daha neçə uşaq aclıqdan öləcək şəkil naminə? Nə qədər insan batacaq ki, gündəm dəyişsin? Dünyanın alın yazısı yazılıb qan ilə Biz ruhumuzu endirdikcə baş barmaq qalxır göyə Hələ çox quyular qazılacaq səngər deyə Çox güllə atılacaq kimsə igid olsun deyə Ədalət mücərrəd məvhum və əlçatmaz Yüz dəfə diz çökdüm bircə dəfə sən gəl deyə Zirvəyə çevrilir ən alçaq dərələr Hələ çox güləcək bizə qəbirdən ölülər Yoxdur artıq kiçik günah, var ancaq irilər Getsə də köhnə zalımlar, gələcək yenilər Küləklə döyüşdükcə ümidsiz gəmilər Batdıqca canlar dibə yeni ləpələr dirilər Yuyulduqca sahillər, dağılar qum saraylar Şahlar can verər, öz xislətində boğulub ağlar Əllər açılır göyə, əllər açılır göyə Bəlkə göz gec qırpınanda kimsə görər deyə Kimsə çəkir yerə, kimsə çəkir yenə Günahlar yaddaş kimi, buraxmır heç yerə Mən yalançıyam, sən ədalətsizsən Mən çarəsiz olduqca sən səssizsən Nə qədər zirvəyə qalxsaq da sənə toxunmaqçün Sonda ölüm qravitasiyası səni çəkir yerə Əllər açılır göyə, əllər açılır göyə Bəlkə göz gec qırpınanda kimsə görər deyə Əllər açılır göyə, əllər açılır göyə Günahlar yaddaş kimi, buraxmır heç yerə Mən yalançıyam, sən ədalətsizsən Mən çarəsiz olduqca sən səssizsən Nə qədər zirvəyə qalxsaq da sənə toxunmaqçün Sonda ölüm qravitasiyası səni çəkir yerə
  • Oyanır hamıdan tez, baxır pəncərədən Günəş rəngli saçlar, yaşıl göz, incə bədən Bir azdan oyanacaq həyatdə ən vacib insanlar Soruşacaqlar ki, hara baxırsan pəncərədən Səhər yeməyi hazır, qaynar çay əlini yandırsa da Səsini çıxara bilməz, çünki o fədakardır Evin bütün yükünü kişilərin yerinə qaldırsa da Kompliment eşitmir, şirin sözə qulağı kardır Telefon əlindən alınıb, artıq iki ildən çoxdur Sinif yoldaşına zəng etməkdə günahkardır Münasibət qurmaqdan söhbət belə gedə bilməz Ailəyə ləkə yaxılsa, o tək səbəbkardır Darıxmır ötən illər üçün, çünki elə həmişə beləydi Düşünür - qəribədir bu tale, hər şey kələkdir Kaş ki, gülüşə döndərdi axıtdığı hər göz yaşı Halbuki sevgiyə layiqdir yaraşıqlı gözü, qaşı Xeyir və şər məclislərinə bər-bəzəkli O uşaqlıqdan bilir artıq nə düz, nə əyri Təhsil ikinci plandadır əsas ev işləridir Gələcək həyat yoldaşına indidən öyrəşməlidir Küçəyə tək başına çıxmaq olmaz, nə işin var çöldə?! Tanımadığın insanlara qarşı olsun sərt çöhrə Dinləmək olar ancaq muğam, bir də xalq mahnıların Valideyn tərəfindən təyin olur arzuların Bugün-sabah nişan, dəyişəcək ancaq ünvan Dəyişəcək divarlar, amma həyat hələ zindan Olmazmı ki, bu otaqdan onun da nazı qalsın? Əsas o deyil, əsas evin kişisi razı qalsın Əsas - qohumlar desin ki, o yaxşı qızdır Əsas - bu cəmiyyət desin ki, o yaxşı qızdır Axı o insan deyil, sadəcə kiminsə namusu Ölüb yenidən oğlan doğulmaqdır tək arzusu
  • Əlini çək, köməyin lazım deyil, ondansa mane olma Kimliyimi sorğu-sual etmə, istəmirəm qane olma Sözlər kağız, əməllər kül, onu yetər qaladıq Sözlərlə əməllər kəsişməyən hiperboladır Yaraşır hər cür sevinc, yaraşır dərd yaşıma Xoşbəxtliyi bilməyənlər "onu sev, bunu sevmə deyir" Məni burax, varsa, günahlarımla tək başıma Deyilsən tanrı cənnətin açarları səndə deyil Çək əlini dünənimdən Bəsdir, çək əlini sabahımdan Varsa, eşq tut əlimi hazıram Amma ver qələmimi geri həyatımı Özüm yazıram Bu mahnı dəstək deyil Dəstək gərək zəiflərə Güclü ruhlara məskən çox vaxt zərif bədən Mən qadın səsiyəm çaşdırmasın "qəliz" deməm Qızıl balıqlar, bil, heç vaxt yeməz dənizdə qəm Nəyə görə belə qəribədir dünya? Ya sən, ya da onlar Nəyə görə soyuq olur insanlar? Bizlə yad olanda Hər tərəfdən, hər tərəfdən Bürüyər dumanlar Hər tərəfdən, hər tərəfdə Verilir suallar Planetlərin sayı qədər ay bətində Verərəm can, qış, yay taqətimdə Bir cüt qulağın eşidəcəyi ilk sözün deyərəm Ya da heç vaxt ana olmaram özüm bilərəm Mən insanam deyiləm öhdəliklər toplusu Haqq yolunda azanlar düşür dalıma, yol pusur İldə bir dəstə güllə heç vaxt bahar olmaz Mənim günüm bir gün deyil və bitmir martın doqquzu Özüm bilərəm, neçədir boyum, nə qədər çəkim Özüm bilərəm olub həyatımda səndən öncə kim Mənimçün təhsil önəmlidir, elmə qarışmaq Öz ayaqlarım üstdə dayanmışam, yerimə danışma Mənə gərək məni sevən, məni adam edən yox Sən gəlməsən də sənsiz də, bil, davam edər yol Manifestin son sətridir şair yazır "the end" Mənəviyyatı müəyyən edə bilməz qırmızı lent Nəyə görə belə qəribədir dünya? Ya sən, ya da onlar Nəyə görə soyuq olur insanlar? Bizlə yad olanda Hər tərəfdən, hər tərəfdən Bürüyər dumanlar Hər tərəfdən, hər tərəfdə Verilir suallar Nəyə görə belə qəribədir dünya? Ya sən, ya da onlar Nəyə görə soyuq olur insanlar? Bizlə yad olanda Hər tərəfdən, hər tərəfdən Bürüyər dumanlar Hər tərəfdən, hər tərəfdə Verilir suallar
  • Qurularkən gələcək mən hələ o vaxt körpə idim! Arzular evciyində gözəgörünməz nəğmə idim! Bir dünya, çirkli məkan və təmiz uşaq qəlbi Yoxluğun qorxusunda yaşayırdım, istək idim! Kələk idim, sənin dilinə qonurdum mən hər görüşdə! İşıq idim, öz gözümdə görünürdüm hər dönüşdə! Gülüş - döyüş səhnəsində təsadüfdür, bunu bilirdim! Amma yenə də gülüşlərin görünür həyat döyüşündə Bircə məktubum – o da ki, çatmamışdı uzaqlara! İsti öpüşüm, son anda qonmamışdı yanaqlara Tənha idim, amma ki, yoxluğun ayrı bir həyat idi! Və bil ki, o həyatda sən... Sən ümidsən! Həyatımdan gedirsən! Ağacıma tək budaqsan! Dərində bir bulaqsan! Səni tapacam mən! Sən yağışsan! Yanağımdan yağırsan! Bəzən arzulara qanadsan! Sən ayrı bir həyatsan! Bir həyatsan... Mənə bir nağıl danış! Mənə bir nağıl danış, həyatımıztək ağır olsun! Mənə bir gülüş ver ki, bütün dünya paxıl olsun! Sən ol mələk, mən əlçatmazlığınla barışım! Sən ol arzu, mən təkcə varlığından danışım! Sən ol xəyanət, mən sənin səbəb olduğun ayrılıq Sən ol günəş, mən səndən yaralı qalan qaranlıq Əlimdə var qələm, amma ki, mən deyiləm rəssam! Odur ki, ol bircə hərf divarda rahat çəkə bilim səni mən! İstəmə heç nə, yaşa, ol mənim ilham pərim! Dəniz dalğaları ilə, qoy rəqs etsin əllərin! Qısqanmıram, bu axı surreal dünya! Bəlkə də nağıldır hər yan və biz yeganə dünya! Sevginin bu qədər mümkün olduğu bir gündə Bircə gülüşün kifayətdir ki, gün tamamlansın! Mənim səndən uzaqda qalacağım günlərdə! Gözlərim uzağı görsün və daim səni axtarsın! Sən ümidsən! Həyatımdan gedirsən! Ağacıma tək budaqsan! Dərində bir bulaqsan! Səni tapacam mən! Sən yağışsan! Yanağımdan yağırsan! Bəzən arzulara qanadsan! Sən ayrı bir həyatsan! Bir həyatsan... Sən ümidsən! Həyatımdan gedirsən! Ağacıma tək budaqsan! Dərində bir bulaqsan! Səni tapacam mən! Sən yağışsan! Yanağımdan yağırsan! Bəzən arzulara qanadsan! Sən ayrı bir həyatsan! Bir həyatsan...
  • Elə bir hiss var ki, ürəyimdən uzaqdayam Geri gələndə yolumu kimsə gözləmir (heç kim) Küləyi bezdirən bu şəhərdə, xoşbəxtlik ehtimalı 100-də1 Danışmaq, yazmaq, oxumaq, yadda qalmaq Səni sevən səndən vaxt istəyir, sevgi istəmir Çağırmışdım dostları dar günümdə Hələ də yoxdur səs-səmir Davamlı payız qoxusu, xəzanlı misralarda Mən artıq eyni mövzulardan ibarət bir sətir Mən artıq yaxın deyiləm sənə əvvəlkitək Həyatım bələd sənə, qulaqların sözlərimi izləmir! De sevgin aysberq kimi altda gizlənib, yoxsa üstdəmi? Səni isidir toxunuşum, yoxsa hər şey sözdəmi? Maraqlan, gör kim öz həyatını pisləmir? Həyat bataqlıdır hə? Bəlkə Aid düz demir?! Həyat adlı qaranlığın içində Arzularla çətindir yaşamaq Unudaraq dərdləri güləndə Mahnılar məni Ağladar yenə Həyat adlı qaranlığın içində Arzularla çətindir yaşamaq Unudaraq dərdləri güləndə Mahnılar məni Ağladar yenə Soyuq divarlara söykənmək Uzaqlara baxıb - niyə böyüdük? - demək Tapa bilsəydik səadəti Sahil boyu qurduğumuz saraylarda Dalğalardan çəkinmədən Özu ilə səmaya səni hissələrlə çəkir gedən Böyümək - səni böyüdəni itirməkdir, demək! Məni sıxır keçmişdən qalan gödəkçə və xatirələr! Sığal çəkir, bu deyil əzizləmək Bu deyil qəliz demək, həyatı pisləmək Və kimsə niyə nifrət etdiyini yox Niyə sevə bilmədiyini deyir Valideynlər çox vaxt kim olduğunu yox Kim ola bilmədiyini deyir! Uzun qış gecələrində, qarışıq fikirlər Elə o vaxtı susur doğmalar, danışır fikirlər Sən içməsən də, köhnə dost gəlib, süz deyir Bütün qış məni dinlə və de – "Orxan düz deyir!" Həyat adlı qaranlığın içində Arzularla çətindir yaşamaq Unudaraq dərdləri güləndə Mahnılar məni Ağladar yenə Həyat adlı qaranlığın içində Arzularla çətindir yaşamaq Unudaraq dərdləri güləndə Mahnılar məni Ağladar yenə