Татарский переводчик Узбекские песни

Песня «U.U.A.A»
исполнителя Orkhan Zeynalli.
Скачать или слушать онлайн

Текст песни:

Rap diggin corpse up
When no hands up
Stop cheatin rap scope better just slap
Doubt suggest zap people just draft
Makes no mistake AiD gonna redraft
Qaqaşlar var tək dərdi "priçoska"
Elə rola girir qanə etməz heç "oskar"
Məmləkətin taleyin çəkic asta
Həll edəcək, dəyəcək, bitəcək show
Nə qədər pis həyatdan danışan var
Uğurun artanda deyir – "tanışın var"
Bahalı maşınlar küçələr tıxac
Kimilər çox tox, amma çoxu çox ac
Tikə-tikə çökdürəcəklər Bakını
Meşələri söküb əkəcəklər kaktus
Bəlkə kəndə döndərəcəklər Bakını
Küçələri gəz, sifətlərə bax qus
UUAA nəqarətim başladı
Gəl indi bura uyğun söz seç
Burda trekə qarətim başladı
Dərdim və qorxum belə tez keçir
UUAA birazdan "verse" başlayır
Əsas bu yeri necəsə tez keç
Bu "beat" məni isti qarşıladı
Mən susuram sözü özü düz seçir
Mənim stilim belədir futbolda "hat trick"
Repdə "hit track"
Hərədə bir dənə rəqib varsa, məndə rəqib cüt dirək
Bu bəlkə də tək fərq
Nə qədər təqib edə bilər o qədər puldur
"Guide"I çək dərd, öndə gedəni çək, dər
Evində çörək yoxdur, amma gözləyir iphone 6
Borc içdə yatır, az qala damında var F16
Bu qədər sətiraltı, bax islatmasın altı
Hələ kef qabaqdadır "kalonka"nın səsini artır
Yaxşıki yad edə bilirik öləni yazaraq -"rest in peace"
Arada qəsdən biz oluruq filankəsdən pis
Dostları testdən biz keçirsək neçəsi qalar?
Gedənin ləkəsi qalar, eləsin gecəsi baha
Sevənlər dəstək verir, nifrət edən baxış sayı
Nə gizlədim, bu barmaqlar əl çirkini yaxşı sayır
Nə qədər var imkan vaxt itirməyin qarğışlayın
- Alo, salam, Orxanı olar?
Səhv düşmüsüz - Bağışlayın
UUAA nəqarətim başladı
Gəl indi bura uyğun söz seç
Burda trekə qarətim başladı
Dərdim və qorxum belə tez keçir
UUAA birazdan "verse" başlayır
Əsas bu yeri necəsə tez keç
Bu "beat" məni isti qarşıladı
Mən susuram sözü özü düz seçir
Mənə bil repdən daha dəyərlidir futbol (goal)
Mənə güc verə bilər Anfield
Ya da Camp nou Bağıra bilər adımı danspol
Mənim ən son arzum - dönsün geri Fergusson
Ehsan verəcəm olaraq özüm 7 nömrə formasında garson
Xiyarlar artıb o qədər
Bilmək olmur şəhərdir bu, ya bostan
Neçə reperin iç üzünə baxsan
Çıxar ordan bəlkə məstan
Yetişən nəslin görəsən neçəsi gedər "peredoz"dan?
Var da müğənnilər bugün səsi seçilmir paravozdan
Konsert vaxtı damarlarım sübutdur canlı çıxışa
"Dance" et vaxtdır, bugün AiD burdadır
Həyəcanlı çox uşaq
Nə bilim, bir də bu tip rep məndən tələb edib dəb
Qədrim bilə bitib təb, endim sənə tərəf gəlib
Sən dözəsən gərək rep elə asan deyil
İzimə düşənin neçəsi yolda qaldı
Əsl şair hər sözə qafiyə tapan deyil
Əsl şair hər ürəyə yol tapandır
UUAA nəqarətim başladı
Gəl indi bura uyğun söz seç
Burda trekə qarətim başladı
Dərdim və qorxum belə tez keçir
UUAA birazdan "verse" başlayır
Əsas bu yeri necəsə tez keç
Bu "beat" məni isti qarşıladı
Mən susuram sözü özü düz seçir

Другие песни исполнителя:

  • Sizin üçün ömür yoxdur, sizin üçün əyləncə var Sizin üçün vaxtı öldürüb hər gün sülənmək var Sizin üçün məqsəd yoxdur, beyinə yeridilən düşüncə var Sizin üçün xırda uğuru şişirdib onunla öyünmək var Sizin üçün vətən yoxdur, sadəcə bekarçılıq Patriot qruplara qoşulmaqdır iş gücünüz Təsbehi fırlatmaqla deyil brat orda-burda Bir qıza sms yazanda açılır iç üzünüz Sizi mən tənqid etmirəm ki, nəyinizsə dəyişsin Zibil ətrafda çox olmalıdır ki, bu güllər də seçilsin Sürünən hər bir insan niyəsə sayılır yaxşı biri Kimsə varlanıbsa, pis insandır məhv edilsin Siz ancaq seriala baxırsınız boşluğu doldurmaq üçün Siyasətdən danışırsız, özünüzü doğrultmaq üçün Beş dəqiqə ciddi söhbət sizə bəsdir yorulmaq üçün Mən bəlkə hər şeyi verərdim təzədən doğulmaq üçün Bağla gözləri, açıqdır ürəyimiz Özünə güvəndi bizim koməyimiz Günəşi göstər, varsa dünyada Yoxdur ədalət bütün dünyada Bağla gözləri, açıqdır ürəyimiz Özünə güvəndi bizim koməyimiz Günəşi göstər, varsa dünyada Yoxdur ədalət bütün dünyada Sizin üçün sevginin də, nifrətin də ömrü çox qısa Siz ömürlük dostluğu dəyişirsiniz pozğun bir qıza Sözlərim yadda qaldısa, bəs etmir, əməl lazımdır Məqsədə çatmaq üçün bu gün düzgün təməl lazımdır Siz bu gün nə var onunla razılaşıb yaşayırsız Nəyisə bəyənməsəniz uzaqbaşı deyinirsiniz İçindən bixəbər olduğunuz yükü daşıyırsınız Hər gün məcbur kostyum adlı kəfəni geyinirsiniz Hörmət istəyib, hörmət nədir bilməyən yaşlılarsınız Zəmanə uçurumunda asılı qalmış cavanlarsınız Başqa həyatdan kömək istəyən gözü yaşlılarsınız Siz xəbərlərə baxıb hər şeyə inanan insanlarsınız SPİD-ə yoluxmuş insan sayından çox təşkilat var Məqsədi qrand olan yüz cür saxta təbliğat var Gözdən pərdə asmaq üçün yalançı təqdimat var Özündən razı deməli, cibdə artıq 1 manat var Bağla gözləri, açıqdır ürəyimiz Özünə güvəndi bizim koməyimiz Günəşi göstər, varsa dünyada Yoxdur ədalət bütün dünyada Bağla gözləri, açıqdır ürəyimiz Özünə güvəndi bizim koməyimiz Günəşi göstər, varsa dünyada Yoxdur ədalət bütün dünyada Bağla gözləri, açıqdır ürəyimiz Özünə güvəndi bizim koməyimiz Günəşi göstər, varsa dünyada Yoxdur ədalət bütün dünyada Bağla gözləri, açıqdır ürəyimiz Özünə güvəndi bizim koməyimiz Günəşi göstər, varsa dünyada Yoxdur ədalət bütün dünyada
  • Gəl uçaq səninlə Marsa Orada günbatımları mavi Bizim nağılımız yalansa Yaşayarıq onu biz ani Gəl uçaq səninlə Marsa Orada günbatımları mavi Bizim nağılımız yalansa Yaşayarıq onu biz ani Üzərimə çox gəlmə Mən o adam deyiləm Kibritini at kənara Yaşdır odun, alovlanan deyiləm Bəs deyilmi əllərim? Bəs deyilmi gözlərim? Qoyduğum yerdə yoxsan artıq Bəs deyirdin gözlədim? Mahnıdan çıxmasaqmı? Mənim evimdir o Başqa evin içində sanki daha çətin Sevimli olmaq Buzlarımı əridəcəyim hardasa bir dünya varsa Orada yəqin həqiqətəm, burada sözlərim yalansa Mahnılarımı dinlə, bu sevgi burada bitsin Bu sevgi bitməyəndə nə baş verir, yaxşı bilir Ver əlini, yum gözünü, ürəyinin səsinə inanma Mahnılarda Orxan həyatdakından yaxşı biri Gəl uçaq səninlə Marsa Orada günbatımları mavi Bizim nağılımız yalansa Yaşayarıq onu biz ani Gəl uçaq səninlə Marsa Orada günbatımları mavi Bizim nağılımız yalansa Yaşayarıq onu biz ani Gizlənirəm içində sonetlərin Özümə uyğun yer tapa bilməyəndə içində planetlərin Səma sənin, dəniz mənim, görüşək bu rep - gəmi Sevməyin şərt deyil, əzizim, mahnımı dinlə, arada yad et məni Gəl uçaq Marsa (Orada günbatımları mavi) Gəl uçaq Marsa (Yaşayarıq onu biz ani) Gəl uçaq Marsa (Orada günbatımları mavi) Gəl uçaq Marsa Günbatımları mavi Gəl uçaq səninlə Marsa Orada günbatımları mavi Bizim nağılımız yalansa Yaşayarıq onu biz ani Gəl uçaq səninlə Marsa Orada günbatımları mavi Bizim nağılımız yalansa Yaşayarıq onu biz ani
  • Kaş, gözlərdən axan yaş olaydın Kaş, getməyəydin birgə yaşlanardıq Son kəs bu döngələr səni səslər Gəl, gözləyərəm Gözləyərəm Gözləyərəm Qəribəsən Bakı, ürəyi olmayanlar itirilmiş sevgidən yazır (Nə isə) Sonuncu qum dənəsi düşmədən yerə, xəyala gedən yolda Gələcəyi üçün insan keçmişini körpüdən atır Bir gün ölkədən qaçıb, azmaq idi arzum Elə bilmə səni yaddaşdan pozmaq idi arzum Artıq donub əlləri, güclə dayanıb Cek İstəmədim batan gəmidə çalım violonçel Ömrü bizim ömrümüzdən uzun bəstələrim var Dərinlikdən qaça bilməzsən qayıqla ancaq Zaman tunelində ilişib qalanlara pis xəbərim var! Geriyə baxmadan qaçın uşaqlıq qayıtmayacaq Həyat gedir dediyin anda birdən vaxt sancar Üzünə baxıb deyər, keçir ömür böyüyürsən qocalırsan Dinlə bu gecə təkcə məni Elə bil ki, məndən mənim xoşbəxtliyimi borc alırsan Kaş, gözlərdən axan yaş olaydın Kaş, getməyəydin birgə yaşlanardıq Son kəs bu döngələr səni səslər Gəl, gözləyərəm Gözləyərəm Gözləyərəm Kaş, gözlərdən axan yaş olaydın Kaş, getməyəydin birgə yaşlanardıq Son kəs bu döngələr səni səslər Gəl, gözləyərəm Gözləyərəm Gözləyərəm Heç vaxt təkrar oxumayacağım sevimli kitab tək Qalacan rəflərdə özünəməxsus yerdə Özünəməxsus tərzdə hərdən yada salıb Bakı, sənin xislətin bizi bir birimizə baha satır Xatirəsi ağ qara şəkillər olan son nəsil bizik "Happy End"lə bitməyən hər bir son əzir bizi Çox əsib dizim, amma ki, qaçdıqca yollar artır Dünən qibləmiz manat idi, bu gün dollar artıq Mən səni tərk etmədim (yox, yox), seçim etdim Artıq illərdir ki, bu yarımadada həyat dustaq Vermir nə ömür sınaqlar, nə də ki, taleh dostlar Getmir "Səməd Vurğuna" prospektdən trolleybuslar Bəlkə də dəyişəcək nə vaxtsa passportumun rəngi Doğum yeri qalır eyni, necə gözlərimin rəngi Yollarını əzbər bilsən də yolunu azdıran şəhər Mənə, məni "mən" etmiş mahnılarımı yazdıran şəhər Kaş, gözlərdən axan yaş olaydın Kaş, getməyəydin birgə yaşlanardıq Son kəs bu döngələr səni səslər Gəl, gözləyərəm Gözləyərəm Gözləyərəm Kaş, gözlərdən axan yaş olaydın Kaş, getməyəydin birgə yaşlanardıq Son kəs bu döngələr səni səslər Gəl, gözləyərəm Gözləyərəm Gözləyərəm

  • Daha neçə uşaq aclıqdan öləcək şəkil naminə? Nə qədər insan batacaq ki, gündəm dəyişsin? Dünyanın alın yazısı yazılıb qan ilə Biz ruhumuzu endirdikcə baş barmaq qalxır göyə Hələ çox quyular qazılacaq səngər deyə Çox güllə atılacaq kimsə igid olsun deyə Ədalət mücərrəd məvhum və əlçatmaz Yüz dəfə diz çökdüm bircə dəfə sən gəl deyə Zirvəyə çevrilir ən alçaq dərələr Hələ çox güləcək bizə qəbirdən ölülər Yoxdur artıq kiçik günah, var ancaq irilər Getsə də köhnə zalımlar, gələcək yenilər Küləklə döyüşdükcə ümidsiz gəmilər Batdıqca canlar dibə yeni ləpələr dirilər Yuyulduqca sahillər, dağılar qum saraylar Şahlar can verər, öz xislətində boğulub ağlar Əllər açılır göyə, əllər açılır göyə Bəlkə göz gec qırpınanda kimsə görər deyə Kimsə çəkir yerə, kimsə çəkir yenə Günahlar yaddaş kimi, buraxmır heç yerə Mən yalançıyam, sən ədalətsizsən Mən çarəsiz olduqca sən səssizsən Nə qədər zirvəyə qalxsaq da sənə toxunmaqçün Sonda ölüm qravitasiyası səni çəkir yerə Əllər açılır göyə, əllər açılır göyə Bəlkə göz gec qırpınanda kimsə görər deyə Əllər açılır göyə, əllər açılır göyə Günahlar yaddaş kimi, buraxmır heç yerə Mən yalançıyam, sən ədalətsizsən Mən çarəsiz olduqca sən səssizsən Nə qədər zirvəyə qalxsaq da sənə toxunmaqçün Sonda ölüm qravitasiyası səni çəkir yerə