Татарский переводчик Узбекские песни

Песня «Günbatımları»
исполнителя Orkhan Zeynalli.
Скачать или слушать онлайн

Текст песни:

Gəl uçaq səninlə Marsa
Orada günbatımları mavi
Bizim nağılımız yalansa
Yaşayarıq onu biz ani
Gəl uçaq səninlə Marsa
Orada günbatımları mavi
Bizim nağılımız yalansa
Yaşayarıq onu biz ani
Üzərimə çox gəlmə
Mən o adam deyiləm
Kibritini at kənara
Yaşdır odun, alovlanan deyiləm
Bəs deyilmi əllərim?
Bəs deyilmi gözlərim?
Qoyduğum yerdə yoxsan artıq
Bəs deyirdin gözlədim?
Mahnıdan çıxmasaqmı?
Mənim evimdir o
Başqa evin içində sanki daha çətin
Sevimli olmaq
Buzlarımı əridəcəyim hardasa bir dünya varsa
Orada yəqin həqiqətəm, burada sözlərim yalansa
Mahnılarımı dinlə, bu sevgi burada bitsin
Bu sevgi bitməyəndə nə baş verir, yaxşı bilir
Ver əlini, yum gözünü, ürəyinin səsinə inanma
Mahnılarda Orxan həyatdakından yaxşı biri
Gəl uçaq səninlə Marsa
Orada günbatımları mavi
Bizim nağılımız yalansa
Yaşayarıq onu biz ani
Gəl uçaq səninlə Marsa
Orada günbatımları mavi
Bizim nağılımız yalansa
Yaşayarıq onu biz ani
Gizlənirəm içində sonetlərin
Özümə uyğun yer tapa bilməyəndə içində planetlərin
Səma sənin, dəniz mənim, görüşək bu rep - gəmi
Sevməyin şərt deyil, əzizim, mahnımı dinlə, arada yad et məni
Gəl uçaq Marsa
(Orada günbatımları mavi)
Gəl uçaq Marsa
(Yaşayarıq onu biz ani)
Gəl uçaq Marsa
(Orada günbatımları mavi)
Gəl uçaq Marsa
Günbatımları mavi
Gəl uçaq səninlə Marsa
Orada günbatımları mavi
Bizim nağılımız yalansa
Yaşayarıq onu biz ani
Gəl uçaq səninlə Marsa
Orada günbatımları mavi
Bizim nağılımız yalansa
Yaşayarıq onu biz ani

Другие песни исполнителя:

  • [Bənd 1] Bir gün vurulursan, həyatın dəyişir Ağlın tərk edincə qalır hər işin yarımçıq Bir həyat, bir oyun, bir dərs... Davamlı üzüntü gəlir, sevgi tez bitərsə Və hər səhər səvərsən yazıb, oyadıb Payız xəzanı rənginə yazı boyadıb Dəyişirsən hər günün adını o daşıyır Gülüşünə hər gün inadın “yoldaş” deyir Qaçacaqsansa ilk görüşdən Sevgi qaçar açıb qanadlarını Sən hünər toplayıb ona getməsən Günəş önündən çəkməz buludlarını... Bu həyat başqa cürdür, sən anla artıq! Cavabsız qalan sevgi hər anla artır Ver ürəyini, qoy ona qovuşsun Azalsa da sevgin, təki var olsun [Nəqərat] Sevmə, yenə tərk edəcək səni Getmə ona tərəf bir addım da Olma yenə doğma Bir günün içində tanımadığın bir insana... Hiss et, necə aldadır gözləri Bil ki, ancaq dildədir sözləri Sənsə bir əsərsən Hansının ki, sonunda qırılır ürəklər [Bənd 2] Bakının bir küçəsində səhərədək Oyaq qalıb, şirin yuxunu biz zəhər edək Gəl səfər edək yağış bərk yağan yərdə Tək adam olaq, islanaq gedək Kimsə də bizim kimi, sevə-sevə səhv edir Rahat həyatın qanadını qırıb məhv edir Kimin ki, qəlbi qırılıb o bələddir Amma ki, bu gün hisslərim sənə tərəfdir Mən qaçmayacam ürəyim “qaç” dedikcə Sevgi böyük dərdlər arxasında gizləndikcə Və hər dəfə yazdıqca mən qəmli mahnı Tək olduğumu anlayıram, kədərim sevildikcə Son gülüş ağrılıdır, yüz göz yaşından Dünənlər yadımdan çıxmır düz 4 yaşımdan Xatirələr qəmdən başqa nə verir ki? Hər şey yaxşıdır, amma ürəyimin səsi deyir ki [Nəqərat] Sevmə, yenə tərk edəcək səni Getmə ona tərəf bir addım da Olma yenə doğma Bir günün içində tanımadığın bir insana... Hiss et, necə aldadır gözləri Bil ki, ancaq dildədir sözləri Sənsə bir əsərsən Hansının ki, sonunda qırılır ürəklər [Bənd 3] Payız borc verir sən alırsan, utanmadan Sevgi “gəl” deyəndə qaçırsan dayanmadan Yuxunu danışa bilsəydin mənə oyanmadan Şirin olardı hər söhbət, hər yan, hər an... Sənin üçün sevgi hisslərdən yorulmaqdır Əslində isə sevgi hisslərlə doğulmaqdır Yəqin ki, təqvimində “mən”li günlərin çatmır Sevgim həyat kitabında sadəcə mündəricatdır Artıq əlim çatmır, sözlər çox yuxarıdadır İlham pərimi görsən, soruş gör hardadır? Bir azdan şər qarışacaq xеyri xilas edək Sevgini atmaqdansa kiməsə miras edək Bitən sətirlərə baxıb anladıqca mən Yеnə hisslər, yenə sevgi yazıram ancaq mən Həyatın hissəsidir, tək qələmin səsi deyil ki Sevgidən öncə dinlə, ürəyimin səsi deyir ki... [Nəqərat] Sevmə, yenə tərk edəcək səni Getmə ona tərəf bir addım da Olma yenə doğma Bir günün içində tanımadığın bir insana... Hiss et, necə aldadır gözləri Bil ki, ancaq dildədir sözləri Sənsə bir əsərsən Hansının ki, sonunda qırılır ürəklər
  • Mənim sevgilim, sən hamıdan gözəlsən, Cənnəti təsvir etsəm, çəkərdim sənin rəsmini, Səhifələr tükəndikcə sanki bitir hər şey, Mən kitab olsaydım, adım olardı sənin səhfin, Çox vaxt musiqi nəsə demək istəyir, anlamırsan, Mən mahnı olsaydım, susub səni dinləyərdim. Əzab ver, qorxma, sevgidən ölmür heç kim, Mən ürək olsaydım səni çöldən bağlayardım. Mənim sevgilim, sən hamıdan gözəlsən, Sənə mən gül verdim, sənsə sevdin tikanların. Uçmaq istəsən, göyə çıxmaq lazım deyil, Qəlbim sənin səman, sevgimsə qanadların. Dünyaya baxıram hərdən, o bəzən bizə oxşayır, Mən dünya olsaydım, fırlanardım başqa səmtə. Sənin əksini sevdim, ürəyini tapa bilmədim, Ürəyin olsaydım, yəqin gizlənərdim mən də. Dairəni sevmirəm, çünki küncə qısılmaq olmur, Küsəndə külək kimisən, sənə toxunmaq olmur. Sən hər dəfə əsdikcə yanaqdan axın sel, Dünya fırlandıqca, fırlanır bizim karusel... Üzündəki xal ürəyindədir, xal, Gündüzlər getmə, get gecələr, qalma, qal, Yadıma bir də sal marsel, fırlanır karusel... Üzündəki xal ürəyindədir, xal, Gündüzlər getmə, get gecələr, qalma, qal, Yadıma bir də sal marsel, fırlanır karusel... Mənim sevgilim, sən hamıdan gözəlsən, Sən mənim hər şeyimsən, qalsaydın, doymazdım, Cənnətdə görüşməkçün gərək əbədi sevəsən, Mən cənnət olsaydım, bu qədər şərt qoymazdım. Dünyanı gözəl göstərməkçün hərdən uydurursan.
  • Mən həmişə istəmişdim qızım olsun Körpə gülüşlərində həyatı tapdığımdandır yəqin ki Musiqini dinləyəndə deməyə daim sözüm olsun Heç olmasa okean sahillərindən olum dərin Albomun bir parçası, həyatın bir parçasıdır Səmimiyyətin ən bol olduğu yer Mahnı və uşaq bağçasıdır Bax qulaq asır yəqin indi yaşlılar da Kaş ki, hər sözüm bir iz qoyaydı yaxşılarda Gözlərinsə arxasında sevgilər və hisslər durur (Biz neçə evin bərk damı...) Duyğularıma sığına bilmən üçün qəlbim divarlar hörür Hələ də parlaya bilməyibsə ulduzun, üzülmə, dost Bəlkə günəş batmıyıb və çökməyib hələ qaranlıq Quşların azadlığı səma, mənimsə musiqi Əlini ver, uçaq biz əsl sevgilərdən yarandıq Yaş üstə yaş gəlir Yönəlib həyatın mənə ciddi baxışları Hisslərimə də qış gəlir Atacaq baharın yenə ürəyimə daşları Gözlərimdən, hər sözümdən bilinir Təklikdən üşüdüm artıq Uşaqlığ illərin əməllərindən Doymadan tərslikdən böyüdüm artıq Küçədə kiminsə tanımağı əvvəl böyük sevinc idi İndiysə gözə qədər kepka, unudulmuş dalanlarla Cangüdənlərin məni qorumağı çox gülünc idi Hər yeni uğurun ardıyca dostlaşırdım yalanlarla Zarafat etmə çox, deyib-gülmə, danışma çox Özünü qabağa atma həyat adlı yarışda çox Ama dostların və dinləyicilərin bilmədiyi bir şey "Mən böyüdükcə içimdəki uşaq biraz da körpələşir" Mənimçün musiqi deyil xalqın ürəyinə gedən yol Mən hələ də öz ürəyimə gedən yolda yarıda qalmışam Hərdən mən bezirəm, hərdən bezib tərk edən olur Amma ki, bu gün bu qəlbin ortasında tək qalmışam Kiməsə səmt olmuşam, çoxuna sərt olmuşam Cavabsız məktublar və cavabsız zənglərlə Bir azdan böyüyəcəksən, tələs, üfür sönməmiş şam Tortda "23" yazmışam, deyəsən doğrudan böyümüşəm Yaş üstə yaş gəlir Yönəlib həyatın mənə ciddi baxışları Hisslərimə də qış gəlir Atacaq baharın yenə ürəyimə daşları Gözlərimdən, hər sözümdən bilinir Təklikdən üşüdüm artıq Uşaqlığ illərin əməllərindən Doymadan tərslikdən böyüdüm artıq Yaxın dur, qulağını aç, hələ ki, bitməyib sözüm Yoruldum, qolumu aç və özünü qucaqla bərkdən Denən ki, dərddəyəm, yoluna şəffaf yaş atsın gözüm Mənimlə uçmaq istə, gözünü yum, qanadlan ürəkdən Mənimlə doğmasan "Karusel"imə minmisənsə Həmin "Hekayə"dəki əsgər kimi sevmisənsə Və "Bəlkə" əkmisənsə nə vaxtsa həmin "Güllər"i Mənimlə eynidir yəqin sənin sevimli günlərin Yaş üstə yaş gəlir Yönəlib həyatın mənə ciddi baxışları Hisslərimə də qış gəlir Atacaq baharın yenə ürəyimə daşları Gözlərimdən, hər sözümdən bilinir Təklikdən üşüdüm artıq Uşaqlığ illərin əməllərindən Doymadan tərslikdən böyüdüm artıq
  • Mən küçələr boyunca protestdən inqilaba gedən yolda Rap deyirəm doyunca prospektdən İnqilaba gedən yolda Mən küçələr boyunca protestdən inqilaba gedən yolda Rap deyirəm doyunca prospektdən İnqilaba gedən yolda Mən inqilabçıyam, Hərdən idmançıyam Məktəbdə o vaxt demişdim guya boksçuyam Amma ki, ilk davadan məni döydülər Onda bildilər ki, mən sadəcə gopçuyam Heç yerdə işləmirəm, ağ köynəyim, qalstukum yoxdu Toy zad olanda səliqəli geyim tapmıram Mən sizi dişləmirəm, rapimlə aclığım yoxdu Azad olanda ifadə olunmağa deyim tapmıram Kral zad deyiləm, zarafat elədim "Hostlandiya"da Sərkərdə də çıxmaz məndən, qılıncım yoxdu Amma ki, at sürə bilirəm. Sürürdüm Şamaxıda Yarışmalarda isə gəlirdim ən axırda İlham pərilərimin kefi kökdü Şit havasın ruhum vərəqə tökdü Sən də kimlə olsan da dinlə Qoy trekim kefivi açsın, töksün İlham pərilərimin kefi kökdü Şit havasın ruhum vərəqə tökdü Sən də kimlə olsan da dinlə Qoy trekim kefivi açsın, töksün Mən küçələr boyunca protestdən inqilaba gedən yolda Rap deyirəm doyunca prospektdən İnqilaba gedən yolda Mən küçələr boyunca protestdən inqilaba gedən yolda Rap deyirəm doyunca prospektdən İnqilaba gedən yolda Xoşum gəlmir ağ köynək geyinəndə Vişnə suyu içəndə üstümə dağıtmaqdan Bir də ki, ayaqqabını barmaqla geyinəndə Çıxardanda dırnağın altın dağıtmaqdan Küçədə gəzəndə yağışda yolun qırağıyla Birdən kamaz keçəndə üstün su olur təmiz Hanı bəs bayaqkı romantika mahnıyla?! Mənəsə maraqlı indi təkcə paltardı təmiz Bir də ki, vacib anda zaryatka qurtaranda Blin, elə bil ki, başıma daş düşür Evdəkilərdən uzaq yerdə yemək qurtaranda Tərslikdən yadıma niyəsə həmişə aş düşür Gör nə qədər dərd var hər addım başı Nəsə elə bil bir az tərs gedir Yenə xəyallar tək adalarda... Müəllim oyadıb deyir "Bala, dərs gedir" Gör nə qədər dərd var hər addım başı Nəsə elə bil bir az tərs gedir Mənim inqilabım bu qədər bəsitdi Qoy qiyməti mənə bütün xalq desin Mən küçələr boyunca protestdən inqilaba gedən yolda Rap deyirəm doyunca prospektdən İnqilaba gedən yolda Mən küçələr boyunca protestdən inqilaba gedən yolda Rap deyirəm doyunca prospektdən İnqilaba gedən yolda
  • Ailədə üç uşaq idik, üçümüz də tez böyüdük Ya illər tələsdi, ya da qocalmağı böyümək zənn etmək Zamanın təkid etdiyi bir həvəsdir İnanıb yaşlanıram, bir az olar gəldim işdən evə Bağışla, söhbətə heç vaxt salam-dan başlamıram Piyada gəldim, istədim bir az yağışda qalım Sən Allah, bağışla, halım pisdir bir az Kefim də yoxdur sən deyən, hardasa artıq 18 ildir Sağ qonşum bərbər, bax bu böyürdəkisə gizirdir Hərbi hissə var burda bayaq topayla əsgərlər gəzirdi Gəl, çay süzüm, bağışla ev də tör-töküntüdür Tək qalıram, səliqə tək qalan kişini hörküdür Damım damır, evdə darıxmıram yağışçün Yoxdur deyə qapım açıq deyil dost-tanışçün 96-cı ildən çəkirəm bu zibili Cəhənnəm xatırladar mənə Bakını Necə Hüseyn Cavidə Sibiri Pəncərəmdən görünən yaraşıqlı şəhər üşüdür məni Gözlərindən susaraq danışım həyatım eşidir məni Tək qalanda bir otaqlı dünyamda, dörd divar içində Boğulur sevgilər içimdə, doğulur ağrılar içimdə İlk səsi eşidən kimi qaçmışdım çölə, uşaqlar həyətdə idi Gözümə qürubun elçisi olan qırmızı şəfəqlər dəydi Əzrail üfüqdəydi, gülləylə bir qanad çalıb Canın alıb, doğmalarımın ölümü önümdəydi Güllələrtək yetişən ailə 4 gülləylə yarım qaldı Qızımla qaçdım meşəyə, o biri dünyada yarım qaldı Budaqlardan çiynimə tökülən qar əriyir qanla Alışmış evlərdəki nalələrdən əriyir damlar Mərd insanlar döyüşdə ölümə qərq insanlar İllərin ağrıların mücrülərtək qəlbim saxlar Əllərimi açıb yalvardım - Ay Allah, dəyiş alın yazımı Əllərimin içində vurdular ayaqyalın qızımı Qalıb döyüşdüm iki il, qaçmadım Azərbaycandan Heyif qaytarmadı itirdiyim canları aldığım canlar Soyadımı daşımağa biri qalmayıb həyatda bu da bir dərd (Heç kim qalmayıb) Adımısa bəlkə öləndən sonra daşıyar küçə, ya məktəb Pəncərəmdən görünən yaraşıqlı şəhər üşüdür məni Gözlərindən susaraq danışım həyatım eşidir məni Tək qalanda bir otaqlı dünyamda, dörd divar içində Boğulur sevgilər içimdə, doğulur ağrılar içimdə Pəncərəmdən görünən yaraşıqlı şəhər üşüdür məni Gözlərindən susaraq danışım həyatım eşidir məni Tək qalanda bir otaqlı dünyamda, dörd divar içində