Татарский переводчик Узбекские песни

Азербайджанские песни.
Страница 3

  • Dəm, dəm, dəm olmuşam, ay gözəl Gözləri xumar olmuşam, ay gözəl Dəm, dəm, dəm olmuşam, ay gözəl Dərd ilə həmdəm olmuşam, ay gözəl Dəm-dəmə, dəmdən dəmə Çayniki qoydum dəmə Dəm-dəmə, dəmdən dəmə Çayniki qoydum dəmə Sözüm var deyim sənə Gedib özgəyə demə Sözüm var deyim sənə Gedib özgəyə demə Dəm, dəm, dəm olmuşam, ay gözəl Gözləri xumar olmuşam, ay gözəl Dəm, dəm, dəm olmuşam, ay gözəl Dərd ilə həmdəm olmuşam, ay gözəl Dəm, dəm, dəm olmuşam, ay gözəl Gözləri xumar olmuşam, ay gözəl Dəm, dəm, dəm olmuşam, ay gözəl Dərd ilə həmdəm olmuşam, ay gözəl Əzizim, ağ barama Saçını çox darama Əzizim, ağ barama Saçını çox darama Mənim könlüm səndədir Özgəsini arama Mənim könlüm səndədir Özgəsini arama Dəm, dəm, dəm olmuşam, ay gözəl Gözləri xumar olmuşam, ay gözəl Dəm, dəm, dəm olmuşam, ay gözəl Dərd ilə həmdəm olmuşam, ay gözəl Dəm, dəm, dəm olmuşam, ay gözəl Gözləri xumar olmuşam, ay gözəl Dəm, dəm, dəm olmuşam, ay gözəl Dərd ilə həmdəm olmuşam, ay gözəl Dağların yastı yolu Su basıb kəsdi yolu Dağların yastı yolu Su basıb kəsdi yolu İstədim sizə gələm Namərdlər kəsdi yolu Mən istədim sizə gələm Namərdlər kəsdi yolu Dəm, dəm, dəm olmuşam, ay gözəl Dərd ilə həmdəm olmuşam, ay gözəl Dəm, dəm, dəm olmuşam, ay gözəl Mən sənə heyran olmuşam, ay gözəl İçməmiş sərxoş olmuşam, ay gözəl
  • De! Kimim var ki, səndən başqa? Axı kimim var?! Sən qismətim, mənim taleyim Dünyada mənim, mənim hər şeyim Daha sənə, sənə nə deyim De kimim var ki, səndən başqa Sən vüqarım, bəxtim taxt-taçım Dərdimə dərmanım, çarəm, əlaçım Gedim kimə? axı, kimə əl açım? De! kimim var ki, səndən başqa Səninlə bir döyünür vurur bu ürək Kaş sənə qıymasın, qıymasın bu fələk Gəl atma məni oda, məni oda Satma dosta-yada sən, dosta-yada Yalqızam bu dünyada, bu dünyada Hərdən məni sən sal yada, bir sal yada Dizimə baş qoyanım, ağlayanım Dar günündə mənə bel bağlayanım Dar günündə mənə bel bağlayanım Sənsən qolum qanadım, qolum qanadım Hər yerdə səni, səni sınadım Ömrüm, günüm günüm həyatım De! kimim var ki, səndən başqa Sən dalğalı dəryam, dənizim Dilimdəki adın, ən şirin sözüm Canım, gözüm, doğmam, əzizim De! kimim var ki, səndən başqa Səninlə bir döyünür vurur bu ürək Kaş sənə qıymasın, qıymasın bu fələk Gəl atma məni oda, məni oda Satma dosta-yada sən, dosta-yada Yalqızam bu dünyada, bu dünyada Hərdən məni sən sal yada, bir sal yada Dizimə baş qoyanım, ağlayanım Dar günündə mənə bel bağlayanım Dar günündə mənə bel bağlayanım
  • Həyatımın ən isti qışını Sənin qucağında yaşadım Ən gözəl uşaqlıq yaşını Göz qabağında adladım Mənim qanadım Mənim qolum Sənin hər nəfəsinə qurban olum Ən böyük dayağım Sağım-solum Qoy uzun olsun şərəfli ömür yolun Atam! Sən dünyamın içində bir dünya Canımda canım, damarımda qanım Şüarım, vüqarım, parlayan günəşim Qəlbimi isidən sönməz atəşim! Mənim qanadım Mənim qolum Sənin hər nəfəsinə qurban olum Ən böyük dayağım Sağım-solum Qoy uzun olsun şərəfli ömür yolun Atam! Mənim qanadım Mənim qolum Sənin hər nəfəsinə qurban olum Ən böyük dayağım Sağım-solum Qoy uzun olsun şərəfli ömür yolun Atam! Mənim atam Atam! Mənim atam
  • Что делать мне душа больна Не смотрит мне в глаза она Любовь моя не уж то ты Другому Богом отдана Что делать мне душа больна Не смотрит мне в глаза она Любовь моя не уж то ты Другому Богом отдана Любовь коварна и нежна Богач бедня перед ней равны И днём и ночью им нужны Любовь красавицы луны Мне говорили про любовь Но лучше бы я незнал о ней Мне сердце ранила ты в кровь Остался в мире я ничей Красавиц много спору нет Но мне дороже всех одна Красавиц много спору нет Но мне дороже всех одна В её глазах особый свет И в чём же тут моя вина В её глазах особый свет И в чём же тут моя вина Что делать мне душа больна Не смотрит мне в глаза она Любовь моя не уж то ты Другому Богом отдана Скажите люди как мне быть К какому доктору пойти Каких таблеток мне попить Чтоб перестать её любить Скажите люди как мне быть К какому доктору пойти Каких таблеток мне попить Чтоб перестать её любить Красавиц много спору нет Но мне дороже всех одна Красавиц много спору нет Но мне дороже всех одна В её глазах особый свет И в чём же тут моя вина В её глазах особый свет И в чём же тут моя вина Что делать мне душа больна Не смотрит мне в глаза она Любовь моя не уж то ты Другому Богом отдана Bu nə dərddir, bu nə azar Nə təbib, nə dərmanı var Bilmirəm kimdə könlü var Məni sevmir o gözəl yar Bu nə dərddir, bu nə azar Nə təbib, nə dərmanı var Bilmirəm kimdə könlü var Məni sevmir o gözəl yar Bilmirəm kimdə könlü var Məni sevmir o gözəl yar
  • Gözlərimdən anla bu sevincimi Nəhayət xoşbəxtəm səninlə təkcə Qanad açıb ürəyimdə quş kimi Xəyalına qondum sənin gizlicə Ömrüm günüm, olmasın sənsiz bir an Ömrüm günüm, qoy olsun sənə qurban Ömrüm günüm, çəkdirsin mənə hicran Ömrüm günüm, təki sən mənim yanımda qalasan Yana şamı söndürmə ürəyimdə Qoymaram ki, məhv olsun çırağımız Parlayıb bir anda eşqin gözündə Qorx alışıb yanmasın bu sevdamız Ömrüm günüm, olmasın sənsiz bir an Ömrüm günüm, qoy olsun sənə qurban Ömrüm günüm, çəkdirsin mənə hicran Ömrüm günüm, təki sən mənim yanımda qalasan
  • Əlvida, sevgilim, mən gedirəm Sabaha ümidlər bəsləmə Özüm də bilmirəm nə edirəm Sən məni bir daha səsləmə Səni mən bir daha görməsəm də Taleyin hökmü ilə barışma Geriyə, yanına dönməsəm də Mənsiz olmağına alışma Əlvida, sevgilim, gedirəm Həsrətin mənə vermir aman Yaşanmış günlərin nisgili Artacaq hər zaman Əlvida, sevgilim, gedirəm Körpüsüz sahilə dönmüşəm Kim bilir başına gələni? Bəxtimdən küsmüşəm Nigaran, nigaran baxışlarla Mən gedən yolları izləmə Taleyin vurduğu naxışlarla Bəzənmiş həyatı pisləmə Əlvida, sevgilim, mən gedirəm Kaş səninlə qalmaq olaydı! Səni yox, özümü tərk edirəm Kaş səninlə həyat dolaydı Əlvida, sevgilim, gedirəm Həsrətin mənə vermir aman Yaşanmış günlərin nisgili Artacaq hər zaman Əlvida, sevgilim, gedirəm Körpüsüz sahilə dönmüşəm Kim bilir başına gələni? Bəxtimdən küsmüşəm Əlvida, sevgilim, gedirəm Həsrətin mənə vermir aman Yaşanmış günlərin nisgili Artacaq hər zaman Əlvida, sevgilim, gedirəm Körpüsüz sahilə dönmüşəm Kim bilir başına gələni? Bəxtimdən küsmüşəm
  • Bir millətik, iki dövlət Eyni arzu, eyni niyyət Bir millətik, iki dövlət Eyni arzu, eyni niyyət Hər ikisi cumhuriyyət Azərbaycan Türkiyə Hər ikisi cumhuriyyət Azərbaycan Türkiyə Azərbaycan Türkiyə Bir ananın iki oğlu Bir ağacın iki qolu Bir ananın iki oğlu Bir ağacın iki qolu O da ulu, bu da ulu Azərbaycan Türkiyə O da ulu, bu da ulu Azərbaycan Türkiyə Azərbaycan Türkiyə Ana yurdda yuva qurdum Ata yurda könül verdim Ana yurdda yuva qurdum Ata yurda könül verdim Ana yurdum, Ata yurdum Azərbaycan Türkiyə Ana yurdum, Ata yurdum Azərbaycan Türkiyə Azərbaycan Türkiyə Birdir bizim hər halımız Diləyimiz, amalımız Birdir bizim hər halımız Diləyimiz, amalımız Bayraqlarda hilalımız Azərbaycan Türkiyə Bayraqlarda hilalımız Azərbaycan Türkiyə Azərbaycan Türkiyə Dinimiz bir, dilimiz bir Ayımız bir, ilimiz bir Dinimiz bir, dilimiz bir Ayımız bir, ilimiz bir Eşqimiz bir, yolumuz bir Azərbaycan Türkiyə Eşqimiz bir, yolumuz bir Azərbaycan Türkiyə Azərbaycan Türkiyə Azərbaycan Türkiyə Azərbaycan Türkiyə
  • Axşamüstü tək başına gəzirdim şəhərdə Bir falçı gördüm, dedi — gəl, baxım falına Falçı — taleyin güləcək — dedi Bir aşiq görürəm, gələcək — dedi Səni dəlicəsinə sevəcək — dedi Çox keçmədi ki, çıxdın qarşıma Amma ömrümdə qalıcı olmadın Falçımı yalançıydı, yoxsa sən yalan? Ay, ay, ay, çox keçmədi, çıxdın qarşıma Amma ömrümdə qalıcı olmadın Falçımı yalançıydı, yoxsa sən yalan? Axşamüstü tək başına gəzirdim şəhərdə Bir falçı gördüm, dedi — gəl, baxım falına Falçı — taleyin güləcək — dedi Bir aşiq görürəm, gələcək — dedi Səni dəlicəsinə sevəcək — dedi Çox keçmədi ki, çıxdın qarşıma Amma ömrümdə qalıcı olmadın Falçımı yalançıydı, yoxsa sən yalan? Ay, ay, ay, çox keçmədi, çıxdın qarşıma Amma ömrümdə qalıcı olmadın Falçımı yalançıydı, yoxsa sən yalan? Çox keçmədi ki, çıxdın qarşıma Amma ömrümdə qalıcı olmadın Falçımı yalançıydı, yoxsa sən yalan? Ah, çıxdın qarşıma Amma ömrümdə qalıcı olmadın Falçımı yalançıydı, yoxsa sən yalan? Yoxsa sən…
  • Mənə güvən, mənə inan Tut əlimi yola çıxar. Səni sevən, səni duyan Mən kimi olmayacaq... Mənə güvən, mənə inan Tut əlimi yola çıxar. Nə xəyanət, nədə yalan Bu sevgidə olmayacaq. Birisi dənizə çəksin rəsmimizi Adını qoysun "Eşq dəlisi"... Günəş isitsin eşqimizi Birisi kitaba yazsın sevgimizi Adını qoysun "Eşq dəlisi". Hamı eşitsin sevgimizi Aylara, illərə Yerlərə, göylərə., Qısqandım eşqimizi. Sevmişəm bir kərə, səndən əl çəkmərəm! Çünki mən "Eşq dəlisi" Ürəyimdə bir dünya var, Göyüdə sən, yeridə sən. Bir səmada iki ulduz, Biri mənəm, biridə sən İstərsən uç, istərsən qaç, Bu dünyanın o üzünə. Dayanma qaç, gözünü aç! Aşiq olmuşam sənə. Birisi dənizə çəksin rəsmimizi Adını qoysun "Eşq dəlisi"... Günəş isitsin eşqimizi Birisi kitaba yazsın sevgimizi Adını qoysun "Eşq dəlisi". Hamı eşitsin sevgimizi Aylara, illərə Yerlərə, göylərə., Qısqandım eşqimizi. Sevmişəm bir kərə, səndən əl çəkmərəm! Çünki mən "Eşq dəlisi" Nə edim, xəbər ötər Mən nə edim? Ürəyə üz yox, sevmə dedim Ürək inatkar, sevgi çətin. Birisi dənizə çəksin rəsmimizi Adını qoysun "Eşq dəlisi"... Günəş isitsin eşqimizi Birisi kitaba yazsın sevgimizi Adını qoysun "Eşq dəlisi". Hamı eşitsin sevgimizi Aylara, illərə Yerlərə, göylərə., Qısqandım eşqimizi. Sevmişəm bir kərə, səndən əl çəkmərəm! Çünki mən "Eşq dəlisi" Sahilə, dəryaya, bütün bu dünyaya Qısqandım eşqimizi. Mənimlə varmısın, sevdam olarmısın? Çünki mən "Eşq dəlisi"
  • Səhər-səhər göy meşədə Dərdim səni, ağ çiçək Bəyaz-bəyaz varaqlara Sərdim səni, ağ çiçək Birdən-birə ağ əllərdə Təzələşdin, ağ çiçək Ağ əllərdə elə bil ki Ağ atəşdin, ağ çiçək Çiçək, çiçək, ağ çiçəyim Ömrümə bəzək ağ çiçəyim Çiçək, çiçək, ağ çiçəyim Ömrümə bəzək ağ çiçəyim Gördüm səni bu gün başqa Bir çəməndə, ağ çiçək Ağ əllərin hərarəti yoxdur Səndə, ağ çiçək Soyuq-soyuq boylanırsan Söylə neyçün, ağ çiçək? De, sən də mi həsrətlisən? Ağ əllər üçün, ağ çiçək Çiçək, çiçək, ağ çiçəyim Ömrümə bəzək ağ çiçəyim Çiçək, çiçək, ağ çiçəyim Ömrümə bəzək ağ çiçəyim Çiçək, çiçək, ağ çiçəyim Ömrümə bəzək ağ çiçəyim Çiçək, çiçək, ağ çiçəyim Ömrümə bəzək ağ çiçəyim Çiçək, çiçək, ağ çiçəyim Ömrümə bəzək ağ çiçəyim Çiçək, çiçək, ağ çiçəyim Ömrümə bəzək ağ çiçəyim Çiçək, çiçək, ağ çiçəyim Ömrümə bəzək ağ çiçəyim Çiçək, çiçək, ağ çiçəyim Ömrümə bəzək ağ çiçəyim Çiçək, çiçək, ağ çiçəyim Ömrümə bəzək ağ çiçəyim Çiçək, çiçək, ağ çiçəyim Ömrümə bəzək ağ çiçəyim Çiçək, çiçək, ağ çiçəyim Ömrümə bəzək ağ çiçəyim
  • Şirin-şirin söhbət etdik Nə vardırsa, xəyal etdik Məni dərdlə qoyub getdin Bu dərdlərdən qurtar məni Gəl özünlə apar məni Yaz olsada bulaq donub Həsrətindən güllər solub Keçən keçib, olan-olub Bu dərdlərdən qurtar məni Gəl özünlə apar məni Gündüzümü gecə getdin Heç bilmədim necə etdin Məni niyə əsir etdin? Bu dərdlərdən qurtar məni Gündüzümü gecə getdin Heç bilmədim necə etdin Məni niyə əsir etdin? Bu dərdlərdən qurtar məni Gəl özünlə apar məni Bu dünyaya biz baxmasaq Sevgimizə biz çatmasaq Arzumuza qovuşmasaq Aylar, illər boğar məni Gəl özünlə apar məni Gündüzümü gecə getdin Heç bilmədim necə etdin Məni niyə əsir etdin? Bu dərdlərdən qurtar məni Gündüzümü gecə getdin Heç bilmədim necə etdin Məni niyə əsir etdin? Bu dərdlərdən qurtar məni Gəl özünlə apar məni
  • Bilirəm dönəcəksən ömrümə, ya bu gün ya sabah Amma dönməsən, sən gəl həyatımdakı yasa bax Bilirəm dönəcəksən ömrümə, ya bu gün ya sabah Amma dönməsən, sən gəl həyatımdakı yasa bax Üzülür canım Hüznlü halım Məni gözləri ilə Necə süzürdü zalım Qorxuram ki, dəyər birdən o əllərə yad əli Ölərəm, yarılar bağrım, mən olaram ya dəli Qorxuram ki, dəyər birdən o əllərə yad əli Ölərəm, yarılar bağrım, mən olaram ya dəli Bəlkə aradan qaldıraq aramızdakı mübahisəni Qorxmursanmı tutar bir gün bu bəndənin ahı səni Bəlkə aradan qaldıraq aramızdakı mübahisəni Qorxmursanmı tutar bir gün bu bəndənin ahı səni Üzülür canım Hüznlü halım Məni gözləri ilə Necə süzürdü zalım Qorxuram ki, dəyər birdən o əllərə yad əli Ölərəm, yarılar bağrım, mən olaram ya dəli Qorxuram ki, dəyər birdən o əllərə yad əli Ölərəm, yarılar bağrım, mən olaram ya dəli Qorxuram ki, dəyər birdən o əllərə yad əli Ölərəm, yarılar bağrım, mən olaram ya dəli
  • Artıq qovuşmuşuq... Açıldı eşqin qapısı üzümüzə Şadlıq ilə doldu fərəh gözümüzə Çəkdiyimiz "ah" çəkilib dağlara Fəsli-bahar gəldi yenə bağlara Qurtarıb hicran dəminin müddəti Yetdi sona eşqimizin həsrəti Açıldı eşqin qapısı üzümüzə Bezdirib məni külək İsladıb yağan yağış Mən yarımla barışdım Sən də barış, gül, danış Mən yarımla barışdım Sən də barış, gül, danış Dostumla görüşdüm... Ülvidir bir-birinə olan sevgimiz Yoxdur bizim saxta, yalan sevgimiz Candan əzizdir bizə cananımız Saxta deyil əhd ilə peymanımız Həsrəti bir vaxt yaşadıq indisə Vəslə yetirdi bizi bu hadisə Açıldı eşqin qapısı üzümüzə Bezdirib məni külək İsladıb yağan yağış Mən yarımla barışdım Sən də barış, gül, danış Mən yarımla barışdım Sən də barış, gül, danış Eşqim aşıb daşır... Ayrılıq və həsrət arxada qaldı Həqiqət sonunda öz yerin aldı Eşqimiz artıq elə bir sədd çəkib Dərd – qəmin üstdən əbədi xətt çəkib Ayrılığa səbir elədik, nəhayət Sonda qovuşmaq oldu bizə qismət Açıldı eşqin qapısı üzümüzə Bezdirib məni külək İsladıb yağan yağış Mən yarımla barışdım Sən də barış, gül, danış Mən yarımla barışdım Sən də barış, gül, danış Sağ ol, sağ ol, ay Vüqar... Olimpiya binaları yan – yana Böyük qayğı göstərilir idmana Gəlir ölkəmizə qızıl medallar Açıldı bir neçə özəl kanallar Biz "Bakı-Ceyhan" kəmərini də açdıq Avropaya günəş şüası saçdıq Açıldı xeyli qapılar üzümüzə Bezdirib məni külək İsladıb yağan yağış Mən yarımla barışdım Sən də barış, gül, danış Mən yarımla barışdım Sən də barış, gül, danış Qapı da açıldı... "Bağlı Qapı" yaman düşərli oldu İlin "Grand" mükafatını da aldı Tanıyırdı bu xalq sənətkar bizi Bu mahnı lap etdi populyar bizi Nəhayət, sən Ədalətlə mən Vüqar Həsrətin qapısına tapmışıq açar Açıldı eşqin qapısı üzümüzə Bezdirib məni külək İsladıb yağan yağış Mən yarımla barışdım Sən də barış, gül, danış Mən yarımla barışdım Sən də barış, gül, danış
  • 〈Giriş〉 Zəngəzur, Zəngəzur 〈Bənd 1〉 Bir yanı Qarabağ, bir yanı Qafan Laçınım, Qubadlı, Mehri, Zəngilan Yox olsun üzərindən çiskin, çən, duman 〈Nəqərat〉 Qoynunda tarixinin yaddaşı tapar hüzur Qaytararıq yoluna nur, gözəl Zəngəzur Qoynunda tarixinin yaddaşı tapar hüzur Qaytararıq yoluna nur, gözəl Zəngəzur Hər ocağı qoca türkün doğma yurdu, obası Aşiq Qurbaninin ozan sədası Haqq yerini tapacaqdır Göyərçinim uçacaqdır Qaytararıq yoluna nur, gözəl Zəngəzur (Zəngəzur) (Zəngəzur) 〈Bənd 2〉 Gözləri yoldadır, gözləyir bizi Dəmir yumruq azad etdi ellərimizi İlhamla açarıq biz dəhlizimizi 〈Nəqərat〉 Qoynunda tarixinin yaddaşı tapar hüzur Qaytararıq yoluna nur, gözəl Zəngəzur Qoynunda tarixinin yaddaşı tapar hüzur Qaytararıq yoluna nur, gözəl Zəngəzur Hər ocağı qoca türkün doğma yurdu, obası Aşiq Qurbaninin ozan sədası Haqq yerini tapacaqdır Göyərçinim uçacaqdır Qaytararıq yoluna nur, gözəl Zəngəzur (Zəngəzur) 〈Bənd 3〉 Bir yanı Qarabağ, bir yanı Qafan Laçınım, Qubadlı, Mehri, Zəngilan Yox olsun üzərindən çiskin, çən, duman Qoynunda tarixinin yaddaşı tapar hüzur Qaytararıq yoluna nur, gözəl Zəngəzur Qoynunda tarixinin yaddaşı tapar hüzur Qaytararıq yoluna nur, gözəl Zəngəzur Hər ocağı qoca türkün doğma yurdu, obası Aşiq Qurbaninin ozan sədası Haqq yerini tapacaqdır Göyərçinim uçacaqdır Qaytararıq yoluna nur gözəl Zəngəzur 〈Çıxış〉 Gözəl Zəngəzur
  • Gözümün işığı olub Fikirlərim sənlə dolub Apardın məni Qurtarıb tənhalıqdan Könlümün dənizi olub Arzularıma qovuşub Qaytardın məni Şirin yuxuma Mənə çox yaxın Olub nəfəsin Adını pıçıldayır dənizin səsi Məni oyadır sevgi nəğməsi Qəlbimi sevindirir sənin gözlərin Sevən ürəyi unutmaram mən Adını pıçıldayır dənizin səsi Məni oyadır sevgi nəğməsi Qəlbimi sevindirir sənin gözlərin Sevən ürəyi unutmaram mən bir də Yenə buludlar çəkilər Sənlə ulduzlar sayrışar Bu qara gecədə Sən mənimləsən əgər Ömrümün ən gözəl anı Canımın sevdiyi canı Gözlədim mən səni Sevən ürəyi Mənə çox yaxın Olub nəfəsin Adını pıçıldayır dənizin səsi Məni oyadır sevgi nəğməsi Qəlbimi sevindirir sənin gözlərin Sevən ürəyi unutmaram mən Adını pıçıldayır dənizin səsi Məni oyadır sevgi nəğməsi Qəlbimi sevindirir sənin gözlərin Sevən ürəyi unutmaram mən bir də Adını pıçıldayır dənizin səsi Məni oyadır sevgi nəğməsi Qəlbimi sevindirir sənin gözlərin Sevən ürəyi unutmaram mən Adını pıçıldayır dənizin səsi Məni oyadır sevgi nəğməsi Qəlbimi sevindirir sənin gözlərin Sevən ürəyi unutmaram mən Adını pıçıldayır dənizin səsi Məni oyadır sevgi nəğməsi Qəlbimi sevindirir sənin gözlərin Sevən ürəyi unutmaram mən bir də
  • Sən sus ki, dodaqların danışsın Sən bax ki, gözlər sənə alışsın Fikirlər istəyinə qarışsın Qolların qucağına çağırsın Sən sus ki, dodaqların danışsın Sən bax ki, gözlər sənə alışsın Fikirlər istəyinə qarışsın Qolların qucağına çağırsın Sən ki, mənə belə yaxınsan Yaxşı ki, ağlımı sən almırsan Gəl bax gör nələr edirəm Şəklinə baxıb hey gülürəm İnan heç özümdə bilmirəm Niyə o gündən mən beləyəm Gəl bax gör bir nələr edirəm Şəklinə baxıb hey gülürəm İnan heç özümdə bilmirəm Niyə o gündən mən beləyəm Sən sus ki, dodaqların danışsın Sən bax ki, gözlər sənə alışsın Fikirlər istəyinə qarışsın Qolların qucağına çağırsın Sən sus ki, dodaqların danışsın Sən bax ki, gözlər sənə alışsın Fikirlər istəyinə qarışsın Qolların qucağına çağırsın Sən ki, mənə belə yaxınsan Yaxşı ki, ağlımı sən almırsan Gəl bax gör nələr edirəm Şəklinə baxıb hey gülürəm İnan heç özümdə bilmirəm Niyə o gündən mən beləyəm Gəl bir bax gör nələr edirəm Şəklinə baxıb hey gülürəm İnan heç özümdə bilmirəm Niyə o gündən mən beləyəm Gəl bir bax … Şəklinə … İnan heç … Niyə o … Gəl bir bax gör nələr edirəm Şəklinə baxıb hey gülürəm İnan heç özümdə bilmirəm Niyə o gündən mən beləyəm…
  • O qədər çox gözlədim Gələcək bir gün dedim Tanışlar dönməz dedi Amma mən gözlədim Ömürdən keçir günlər Hər yanda xatirələr Dedilər keçib gedər Olmasa necə keçər Sevgimiz səssiz sinema Bir az ağ, bir az da qara Silinir bütün kadrlar Qayıtmır yaşananlar... Sevgimiz səssiz sinema Bir az ağ, bir az da qara Silinir bütün kadrlar Qayıtmır yaşananlar... Geriyə bağlı yollar Önümdə qaranlıqlar Gedəni axı kim qaytarar? Qayıtmaz o qayıtmaz Ömürdən keçir günlər Önümdə xatirələr Dedilər keçib gedər Olmasa necə keçər Sevgimiz səssiz sinema Bir az ağ, bir az da qara Silinir bütün kadrlar Qayıtmır yaşananlar... Sevgimiz səssiz sinema Bir az ağ, bir az da qara Silinir bütün kadrlar Qayıtmır yaşananlar... Qayıtmır yaşananlar... Qayıtmır yaşananlar... Qayıtmır...
  • Badəm şərabla dolu Sinəm sualla dolu Nə üçün yazda açır gül Payız gələndə solur? Nə üçün bu dünyada Xeyir və şər də olur? Bir ömür şən olanda O biri ömür qəmli olur Badəm şərabla dolu Sinəm sualla dolu Nə üçün yazda açır gül Payız gələndə solur? Nə üçün bu dünyada Xeyir və şər də olur? Bir ömür şən olanda O biri ömür qəmli olur Düşündükcə bu həyat Çətin gələr insana Bu həyat asan gələr Düşüncəsiz yaşayana Bu həyat asan gələr Düşüncəsiz yaşayana Birisi xoşbəxtliyi var – dövlətdə görür O biri aşiq olub sevgi – məhəbbətdə görür Kimisə övladının gələcəyində görür Kimisə uzun ömür və canı sağlıqda görür Düşündükcə bu həyat Çətin gələr insana Bu həyat asan gələr Düşüncəsiz yaşayana Bu həyat asan gələr Düşüncəsiz yaşayana Əgər ilk məhəbbətdə axır ayrılıq olur Nə üçün vəfalı dostun gəlib vəfasız olur? Nə üçün insan ömrü getdikcə ağır olur? Gəlir amansız ölüm, axır qara torpaq olur Badəm, badəm şərabla dolu Sinəm sualla dolu Nə üçün yazda açır gül Payız gələndə solur? Nə üçün bu dünyada Xeyir və şər də olur? Bir ömür şən olanda O biri ömür qəmli olur Badəm şərabla dolu Sinəm sualla dolu Nə üçün yazda açır gül Payız gələndə solur? Nə üçün bu dünyada Xeyir və şər də olur? Bir ömür şən olanda O biri ömür qəmli olur Badəm şərablda dolu...
  • Sen bir oten sevgi tek unutdun meni Qelbimde chox incidim sen geden gunden Agladim sevgimizin gozlerinde men Indi yalniz qalmisham hesretinle bir Her bir oten seherde gozledim seni Her bir iten gunlerde gozledim seni Indi dunyamda bele deyishse menim Seninem, bil ki, her gun, her zaman senin!!! Seninem Iller otub kechse de bil ki, yalniz seninem Menden uzaq dushsen de sensen meni dushunen Omrumun en gozel, shirin negmesisen Bunu bil, Iller otub kechse de bil ki, yalniz seninem Menden uzaq dushsen de sensen meni dushunen! Omrumun en gozel, shirin negmesisen! Sen ayrilib getsen de omrumden bele O en gozel arzular sesleyir seni Payizda ayri dushen bir yarpaq kimi Soluram, o sevgiden ayirma meni! Her bir oten seherde gozledim seni Her bir iten gunlerde gozledim seni Indi dunyamda bele deyishse menim Seninem, bil ki, her gun, her zaman senin!!! Seninem Iller otub kechse de bil ki, yalniz seninem Menden uzaq dushsen de sensen meni dushunen Omrumun en gozel, shirin negmesisen Bunu bil, Iller otub kechse de bil ki, yalniz seninem Menden uzaq dushsen de sensen meni dushunen! Omrumun en gozel, shirin negmesisen!
  • Bax səndən bəhs edir gecələr ay Qəlbimin səsinə, gəl sən, ver haray Qurdun ümidlərdən büllur saray Gəl gözəlləşdir, xəyallarımı Gəl gerçəkləşdir yuxularımı Bu kəlmələr küskün, bu kəlmələr kövrək... Mən sənsiz dəli rüzgar Ülvi duyğularım, coşmaz ki, sevgisiz Xəyalın ruhuma əziz Bəs necə yaşarsan, söylə ki, sən mənsiz? Bax səndən bəhs edir gecələr ay Qəlbimin səsinə, gəl sən, ver haray Qurdun ümidlərdən büllur saray Gəl gözəlləşdir, xəyallarımı Gəl gerçəkləşdir yuxularımı Bu kəlmələr küskün, bu nəğmələr kövrək... Mən sənsiz dəli rüzgar Ülvi duyğularım, coşmaz ki, sevgisiz Xəyalın ruhuma əziz Bəs necə yaşarsan, söylə ki, sən mənsiz? Mən sənsiz dəli rüzgar Ülvi duyğularım, coşmaz ki, sevgisiz Xəyalın ruhuma əziz Bəs necə yaşarsan, söylə ki, sən mənsiz? Mən sənsiz dəli rüzgar Ülvi duyğularım, coşmaz ki, sevgisiz Xəyalın ruhuma əziz Bəs necə yaşarsan, söylə ki, sən mənsiz?