Татарский переводчик Узбекские песни

Азербайджанские песни.
Страница 106

  • Sahilə gəmi gəldi Küləyin nəmi gəldi Yaş tök, ağla, gözlərim Ayrılıq dəmi gəldi Sahilə gəmi gəldi Küləyin nəmi gəldi Yaş tök, ağla, gözlərim Ayrılıq dəmi gəldi Əzizim, Xuda səni Saxlasın Xuda səni Bir arzum var, görəydim Hər gün yuxumda səni Əzizim, Xuda səni Saxlasın Xuda səni Bir arzum var, görəydim Hər gün yuxumda səni Sapandtək atma məni Yadlara satma məni Yolunu gözləmişəm Nagüman etmə məni Sapandtək atma məni Yadlara satma məni Yolunu gözləmişəm Nagüman etmə məni Ulduzlar sayrışanda Ürəklər qovuşanda Çətin olur ayrılıq Göz-göz alışanda Ulduzlar sayrışanda Ürəklər qovuşanda Çətin olur ayrılıq Göz-göz alışanda Əzizim, Xuda səni Saxlasın Xuda səni Bir arzum var, görəydim Hər gün yuxumda səni Əzizim, Xuda səni Saxlasın Xuda səni Bir arzum var, görəydim Hər gün yuxumda səni Sapandtək atma məni Yadlara satma məni Yolunu gözləmişəm Nagüman etmə məni Sapandtək atma məni Yadlara satma məni Yolunu gözləmişəm Nagüman etmə məni Sapandtək atma məni Yadlara satma məni Yolunu gözləmişəm Nagüman etmə məni Sapandtək atma məni Yadlara satma məni Yolunu gözləmişəm Nagüman etmə məni Yolunu gözləmişəm Nagüman etmə məni Yolunu gözləmişəm Nagüman etmə məni
  • Dindi yenə xatirələr Döndüm yenə o günlərə İstədim ki, əvvəlkitək Tutum sənin əllərindən Gözümüzdə, könlümüzdə Neçə arzu, neçə istək Xumarlanaq xoşbəxtlikdən Bu dünyanı nağıl bilək Bu dünyanı nağıl bilək Gözümüzdə, könlümüzdə Neçə arzu, neçə istək Xumarlanaq xoşbəxtlikdən Bu dünyanı nağıl bilək Bu dünyanı nağıl bilək Sən, mən, bir də xatirələr Həmin küçə, həmin şəhər Bilirəm ki, hara getsəm Yenə məni izləyirsən O küçənin döngəsində O ağacın kölgəsində Yenə məni gözləyirsən Sən, mən, bir də xatirələr Həmin küçə, həmin şəhər Bilirəm ki, hara getsəm Yenə məni izləyirsən O küçənin döngəsində O ağacın kölgəsində Yenə məni gözləyirsən İstədim ki, əvvəlkitək Yenə mənə rast gələsən Güya elə sən də ordan Keçirmişsən təsadüfən İstədim ki, geri dönəm Qaynar gözlərin görəm Baxışlarından titrəyəm Bu dünyanı nağıl bilək Bu dünyanı nağıl bilək İstədim ki, geri dönəm Qaynar gözlərin görəm Baxışlarından titrəyəm Bu dünyanı nağıl bilək Bu dünyanı nağıl bilək Sən, mən, bir də xatirələr Həmin küçə, həmin şəhər Bilirəm ki, hara getsəm Yenə məni izləyirsən O küçənin döngəsində O ağacın kölgəsində Yenə məni gözləyirsən Sən, mən, bir də xatirələr Həmin küçə, həmin şəhər Bilirəm ki, hara getsəm Yenə məni izləyirsən O küçənin döngəsində O ağacın kölgəsində Yenə məni gözləyirsən Bilirəm ki, hara getsəm Yenə məni izləyirsən O küçənin döngəsində O ağacın kölgəsində Yenə məni gözləyirsən Yenə məni gözləyirsən
  • Köçüm gərək bu şəhərdən Uzaq olsun yolumuz da Ucsuz-bucaqsız sərhədlər Yollar qalsın aramızda Köçüm gərək bu şəhərdən Dəyişdirim ünvanımı Ağlayanda, yananda mən Duymayasan fəryadımı Köçüm gərək bu şəhərdən Dəyişdirim ünvanımı Ağlayanda, yananda mən Duymayasan fəryadımı Xəyalları gizləyim Xatirələri neyləyim? Ürəyimi dərdə salan Bu sevdadan nə gözləyim? Xəyalları gizləyim Xatirələri neyləyim? Ürəyimi dərdə salan Bu sevdadan nə gözləyim? Sənli-sənsiz günlərimi Bu şəhərdə qoyum, gedim Sən atdığın ürəyimi Gərək yerdən alım, gedim Köçüm gərək bu şəhərdən Biz bir eldə yaşamayaq Qarışmasın nəfəsimiz Eyni havanı udmayaq Köçüm gərək bu şəhərdən Biz bir eldə yaşamayaq Qarışmasın nəfəsimiz Eyni havanı udmayaq Xəyalları gizləyim Xatirələri neyləyim? Ürəyimi dərdə salan Bu sevdadan nə gözləyim? Xəyalları gizləyim Xatirələri neyləyim? Ürəyimi dərdə salan Bu sevdadan nə gözləyim? Xəyalları gizləyim Xatirələri neyləyim? Ürəyimi dərdə salan Bu sevdadan nə gözləyim? Xəyalları gizləyim Xatirələri neyləyim? Ürəyimi dərdə salan Bu sevdadan nə gözləyim? Xəyalları gizləyim Xatirələri neyləyim? Ürəyimi dərdə salan Bu sevdadan nə gözləyim? Xəyalları gizləyim Xatirələri neyləyim? Ürəyimi dərdə salan Bu sevdadan nə gözləyim?
  • Tut ağacım, tut ağacım, Aman yerim, güman yerim. Xatirələr qanadında Yaşatdığım pənah yerim. Tut ağacım, tut ağacım, Sirrli sözüm, anan yerim. Tut ağacım, ucalığım, De, arzuma necə çatım? De, köksünə neçə çarpaz dağ çəkmişəm? Neçə körpə budağını mən əzmişəm? Bir gün, şirin xatirələr sorağıyla, Səni gözləyəcəyimi bilməmişəm. İndi sənin budağında İz qoymaq müşkül olub. Əl çatmayan arzulartək Xatirələr dönməz olub. İndi yoxsan yuxularda Mən gördüyüm röyam kimi. İndi yoxsan o göylərdə Əl çatmayan ulduz kimi.
  • Evləri köndələn yar Bizə gül göndərən yar Gülün yarpıza dönsün Məndən üz döndərən yar Gülün yarpıza dönsün Məndən üz döndərən yar Özü bir gül, sözü bülbül, saçı sümbül Güloğlan Dur, gəl, mən sənə qurban Özü bir gül, sözü bülbül, saçı sümbül Güloğlan Dur, gəl, mən sənə qurban Ay qara çuxa, boz papaq, çit arxalı Güloğlan Ay qara çuxa, boz papaq, çit arxalı Güloğlan Atını yan çək, qapqara birçək, hamıdan göyçək Güloğlan Atını yan çək, qapqara birçək, hamıdan göyçək Güloğlan, Güloğlan Can Alma versəm, almazsan Sən almadan qalmazsan Hansı bağın gülüsən? İylədikcə solmazsan Hansı bağın gülüsən? İylədikcə solmazsan Özü bir gül, sözü bülbül, saçı sümbül Güloğlan Dur, gəl, mən sənə qurban Özü bir gül, sözü bülbül, saçı sümbül Güloğlan Dur, gəl, mən sənə qurban Qapıda duran oğlana gül, oğlana gül, oğlana Boynuna buran oğlana gül, oğlana gül, oğlana Bir rəhmin gəlsin, nənə; gəlsin, nənə; gəlsin, nənə Qoy, məni alsın, nənə; alsın, nənə; alsın, nənə
  • Çiçəklər açmasa Gələrsən, yaz gələr Çiçəklər açmasa Gələrsən, yaz gələr Üfüqlər tutulsa Gülərsən, göy gülər Qəzəblə qışqırsan Ulduzlar tökülər Bir xumar baxışla Səadət bağışla Yenə gəldin sən Baxıb güldün sən Bahar gəldi, güllər açdı Çaylar coşdu, nəğmə qoşdu Çaylar coşdu, nəğmə qoşdu Sənə Yenə gəldin sən Baxıb güldün sən Bahar gəldi, güllər açdı Çaylar coşdu, nəğmə qoşdu Çaylar coşdu, nəğmə qoşdu Sənə Çiçəklər açmasa Gələrsən, yaz gələr Çiçəklər açmasa Gələrsən, yaz gələr Kənara baxarsan Gözündə od yanar Kənara baxarsan Gözündə od yanar Üzümə baxarsan Ürəyim qalanar Bu aləm başıma Dolanar, dolanar Bir xumar baxışla Səadət bağışla Yenə gəldin sən Baxıb güldün sən Bahar gəldi, güllər açdı Çaylar coşdu, nəğmə qoşdu Çaylar coşdu, nəğmə qoşdu Sənə Yenə gəldin sən Baxıb güldün sən Bahar gəldi, güllər açdı Çaylar coşdu, nəğmə qoşdu Çaylar coşdu, nəğmə qoşdu Sənə Çiçəklər açmasa Gələrsən, yaz gələr Çiçəklər açmasa Gələrsən, yaz gələr